Q. S. Httseynov I e. d., prof. A. M. Məhərrəmov I e. d., prof. H. B. Rfistə]nbəyov I e. n., dos. A. H. Tağıyev Mammədova Ş. S. Beynalxalq kommersiya işi. Dərs



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə28/113
tarix29.08.2018
ölçüsü2,25 Mb.
#65285
1   ...   24   25   26   27   28   29   30   31   ...   113

alıcıları  siyahısına  əlavə  edilir  və  sonralar  ondan  əmtəəni  almaq  im- 
kamna  malik  olurlar.  Sərbəst  oferta  alıcı  üçün  əlverişli  deyil,  belə  ki, 
kontroferta  göndərməklə  belə,  onun  almaq  istədiyi  əmtəənin 
mülkiyyətçisi olmağa tam ümidi olmur. 
Aksept ümumi qaydalara görə, alıcının razılığının oferent tərəfindən 
alınmasından  sonra  qüvvəyə  minmiş  hesab  edilir.  Alıcı  tərəfindən 
gecikmə  ilə  göndərilən  aksept  öz  qüvvəsində  o  halda  qalır  ki,  oferent 
yubanmadan bu haqda alıcını məlumatlandırmalıdır. 
Bəzən  oferta  faktiki  əmtəənin  satılması  məqsədini  daşımır.  O,  bu 
halda  inhisar  birlikləri  arasında  bazarların  razılaşdınimamış  şəkildə 
bölünməsi  üçün  istifadə  olunur.  Beynəlxalq  kommersiya  təcrübəsində 
belə oferta müdafiə xarakterli kimi qəbul edilir. 
Qəti  və  sərbəst  ofertadan  başqa,  nəşr  olunmuş  ofertadan  istifadə 
olunur.  Bu  halda  rəsmi  təklif  kütləvi  informasiya  vasitələrində 
yerləşdirilir. 
İxrac  sövdələşməsinin  hazırlanmasının  digər  geniş  yayılmış  üsulu 
alıcıdan alınan sifariş şərtlərinin öyrənilməsi və ya onun təsdiqi və yerinə 
yetirilməsinə qərarın qəbul edilməsi və yaxud da bu sifarişin (hətta bunun 
səbəbi göstərilmədən belə) rədd edilməsi adlanır. 
Sifarişin  təsdiqi  -  sifariş  şərtlərinin  danışıqsız  qəbulu  haqda 
ixracatçının  məlumatını  özündə  əks  etdirən  kommersiya  sənədidir. 
Sifarişin nümunələri kimi aşağıdakıları qeyd etmək olar: 
1.
 
“Yükqaldırma  qabiliyyəti  40  tona  qədər  olan  60  torpaqqazan 
maşının göndərilməsi haqqında sizin sifarişinizin alınmasını təsdiq edirik 
və  onu  icra  edilməsi  üçün  qəbul  edirik.  Sizin  sifarişiniz  bizim 
tərəfimizdən  bütün  şərtləri  ilə  və  razılaşdırılan  müddətdə  yerinə 
yetiriləcək.” 
2.
 
“Yükqaldırma  qabiliyyəti  40  tona  qədər  olan  60  torpaq  qazan 
maşının göndərilməsi haqqmda sizin sifarişinizin alınmasını təsdiq edirik 
və onu icra etməyə qəbul edirik”. 
94 


Əgər  danışıqlara  başlamaq  təşəbbüsü  alıcı  tərəfindən  olarsa,  onda 
onun  satıcıya  təklifi  (ofertanın)  göndərilməsi  xahişi  ilə  olan  müraciəti 
sorğu  adlanır.  Sorğunun  əsas  məqsədlərindən  biri  odur  ki,  ixracatçı 
firmalardan  rəqabət  təkliflərinin  alınması,  təhlil  nəticəsində  onlardan 
daha  yaxşısını  seçməyə  imkan  verir.  Bunun  üçün  sorğular,  adətən,  bir 
firmaya deyil, müxtəlif ölkələrin verilən sahələrdə öz aralarında rəqabət 
edən bir neçə firmasına  göndərilir. Sorğuda lazım olan əmtəənin  dəqiq 
adı,  onun  keyfiyyəti,  növü,  miqdan  göstərilir.  Sorğunun  əsas  elementi 
kimi alıcı üçün arzu olunan əmtəənin göndərilmə vaxtının qeyd edilməsi 
çıxış  edir.  Sorğuda  həmçinin  alıcının  təklifi  hansı  müddətə  qədər 
gözləməsi də göstərilə bilər. 
Satıcı  öz  məhsullarının  istehlakçılarının  uyğun  informasiya 
mənbələrini  müəyyən  etdikdən  sonra,  onlara  mümkün  sövdələşmə 
haqqında danışıqların aparılması təklifilə kommersiya məktubu göndərə 
bilər. 
Sənaye-satış  sərgiləri  və  yarmarkalarında  firmaların  iştirakı  təkcə 
buraxılan məhsullar üzrə firmaların nailiyyətlərini göstərmək deyil, həm 
də kommersiya kontraktlarının bağlanması ilə əlaqədardır. Yarmarka və 
sərgilərdə  bağlanan  kontraktların  əsas  növü  -  göstərilən  nümunə 
(həmçinin, çertyoj, model, kataloq) üzrə əmtəənin sonradan göndərilməsi 
şərtilə  sövdələşmənin  həyata  keçirilməsidir.  Burada  bağlanan 
sövdələşmənin  digər  növü  nümayiş  etdirilən  eksponatın  -  nümunənin 
birbaşa  satışıdır.  Belə  sövdələşmə,  adətən,  sərginin  və  ya  yarmarkanın 
başa  çatmasından  sonra,  əldə  olunan  əmtəənin  alıcı  tərəfindən  birbaşa 
sərgidən öz mülkiyyətinə götürülməsi şərtində bağlanılır. 
Beləliklə,  ixrac  sövdələşməsi  üzrə  sənədlər  aşağıdakılardır  (şəkil 
3.3): 
1. Təklif oferta - kontraktın bağlanması üçün təklif olunan əmtəə ilə 
bağlı bütün şərtlərin təsvir olunduğu sənəddir. 
95 


so 
O

 
Şəkil 3.3 İxrac və idxal sövdələşməsinin hazırlanması üzrə sənədlər. 


2.
 
Kontrakt - alıcı-satıcı arasında əmtəənin göndərilməsi haqqında 
razılıq sənədidir. O, sifariş sənədinə oxşardır. 
3.
 
Sifarişin  təsdiqi  -  sifarişin  yerinə  yetirilməsi  öhdəliklərini  və 
şərtlərinin qəbulunu təsdiq edən sənəddir. 
4.
 
Hesab-proform  -  son  hesablaşma  üçün  özündə  bütün 
informasiyanı  əks  etdirən,  ancaq  ödəniş  üçün  əsas  hesab  edilməyən 
sənəddir. 
5.
 
Mal göndərilməsinin şərtləri, qaydaları ilə bağlı sifariş. 
6.
 
Tender  - torqlarda iştirak edən sifarişçinin texniki şərtlərdə əks 
olunan  konkret  tələblərə  cavab  verən,  həmçinin,  orada  qeyd  edilən 
göstəricilərin yerinə yetirilməsi barədə oferentin razılığını təsdiqləyən və 
işin dəyərini özündə əks etdirən oferentin təklifidir. 
7.
 
Kontrakt - alıcı-satıcı arasında əmtəənin göndərilməsi haqqında 
razılıq sənədidir. O, sifariş sənədinə oxşardır. 
8.
 
Sifarişin  təsdiqi  -  sifarişin  yerinə  yetirilməsi  öhdəliklərini  və 
şərtlərinin qəbulunu təsdiq edən sənəddir. 
9.
 
Hesab-proform  -  son  hesablaşma  üçün  özündə  bütün 
informasiyanı  əks  etdirən,  ancaq  ödəniş  üçün  əsas  hesab  edilməyən 
sənəddir. 
10.
 
Mal göndərilməsinin şərtləri, qaydalan ilə bağlı sifariş. 
11.
 
Tender - torqlarda iştirak edən sifarişçinin texniki şərtlərdə əks 
olunan  konkret  tələblərə  cavab  verən,  həmçinin,  orada  qeyd  edilən 
göstəricilərin yerinə yetirilməsi barədə oferentin razılığını təsdiqləyən və 
işin dəyərini özündə əks etdirən oferentin təklifidir. 
3.4.
 
İdxal sövdələşməsinin hazırlanması qaydaları 
Kontragentlərlə birbaşa əlaqələrə əsaslanan idxal sövdələşmələrinə 
hazırlıq  prosesində  alıcı  potensial  satıcı  ilə  kontaktın  -  əlaqənin 
yaradılması üçün aşağıdakı üsullardan istifadə edə bilər: 
97 


Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə