Q. S. Httseynov I e. d., prof. A. M. Məhərrəmov I e. d., prof. H. B. Rfistə]nbəyov I e. n., dos. A. H. Tağıyev Mammədova Ş. S. Beynalxalq kommersiya işi. Dərs



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə26/113
tarix29.08.2018
ölçüsü2,25 Mb.
#65285
1   ...   22   23   24   25   26   27   28   29   ...   113

istifadə zamanı analoji qəbul edilir. Müqavilənin vacib - mütləq şərtləri 
aşağıdakılardır: 
-
 
iki və daha çox tərəfin mövcudluğu
-tərəflər  arasındakı  hüquqi  münasibətlərə  toxunan  və  onları  yerinə 
yetirməyə  məcbur  edən  bütün  tərəflərə  məlum  olan  ümumi  məqsədin 
mövcudluğu. 
Beynəlxalq ticatərdə kontrakt (ingiliscə contract) - razılaşan tərəflər 
üçün  ümumi  norma  və  əxlaq  qaydaları,  qarşılıqlı  öhdəliklərlə  xarici 
iqtisadi fəaliyyətdə əmtəə və xidmətlərin alqı-satqı müqaviləsidir. Qeyd 
etmək  lazımdır  ki,  beynəlxalq  kommersiya  fəaliyyətində  və  yaxud 
beynəlxalq ticarətdə kontraktm aşağıdakı bir çox sinonimləri mövcuddur: 
-
 
beynəlxalq kommersiya müqaviləsi; 
-
 
alqı-satqının (sövdələşmənin) beynəlxalq müqaviləsi
-
 
malgöndərmənin xarici-ticarət kontraktı; 
-
 
ixrac-idxal kontraktı; 
-
 
xarici ticarət sövdələşməsi. 
Beynəlxalq  kommersiya  fəaliyyətində  kontraktm  bağlanması  və 
yerinə yetirilməsi yolu ilə beynəlxalq ticarətin əsasını təşkil edən xarici 
iqtisadi  əmtəə  mübadiləsi  həyata  keçirilir  və  beynəlxalq  kommersiya 
müqaviləsinin predmetinə olan mülkiyyət hüququ satıcıdan alıcıya keçir, 
3.2.
 
Beynəlxalq kommersiya kontraktlarının bağlanmasma 
hazırlıq 
Xarici və ya beynəlxalq iqtisadi əməliyyat - xarici iqtisadi fəaliyyət 
subyektlərinin xarici iqtisadi sövdələşmənin hazırlanması, bağlanması və 
yerinə  yetirilməsi,  həmçinin  digər  lazımi  sövdələşmələrin  (daşınma 
müqavilələri, nəqliyyat ekspedisiyası, sığorta və s.) 
və təminedici əməliyyatların (gömrük, valyuta və s.) başa çat- 
86 


dıniması üzrə geniş fəaliyyət sferasıdır. Xarici iqtisadi və ya xarici ticarət 
əməliyyatı tərəflər arasında bağlanan sövdələşmə əsasında aparılır və bu 
sövdələşmə  beynəlxalq  kommersiya  fəaliyyətinin  hüquqi  əsası  hesab 
edilir. 
Ümumiyyətlə,  istənilən  birbaşa  xarici  ticarət  və  ya  beynəlxalq 
kommersiya əməli>
7
atlarının təşkili və həyata keçirilməsi texnikası bir 
neçə əsas mərhələyə ayrılır (şəkil 3.1): 
 
Şəkil 3.1. Beynəlxalq kommersiya əməliyyatlarının həyata keçirilməsi 
Hər  bir  mərhələ  isə  özlüyündə  bir  neçə  ardıcıl  mərhələnin  yerinə 
yetirilməsini zəruri  edir. Birinci mərhələni həyata keçirərkən aşağıdakı 
alt mərhələləri ayrıca olaraq nəzərdən keçirmək lazımdır: 
-
 
ixrac sövdələşməsinin hazırlanması qaydaları; 
-
 
idxal sövdələşmələrinin hazırlanması qaydaları. 
İxrac-idxal  sövdələşmələrinin  keçirilməsinin  beynəlxalq  təcrübəsi 
sövdələşmənin  yerinə  yetirilməsi  üçün  lazım  olan  sənədlərin  rəs- 
miləşdirlməsi, emalı, göndərilməsi və s. ilə bağlı konkret məsələlərin həll 
olunduğu  və  müəyyən  qaydaların  həyata  keçirildiyi  ayrı-ayn 
mərhələlərdən ibarət olan beynəlxalq kommersiya fəaliyyətinin müəyyən 
növlərinin reallaşdırılmasım təklif edir. 
Beynəlxalq komersiya və ya alqı-satqı kontraktlannm bağlan 
87 


masının  hazırlıq  mərhələsi  özündə  aşağıdakıların  həyata  keçirilməsini 
birləşdirir. 
1.
 
Bazann kompleks təhlili: 
-
 
bazann konyunkturasının öyrənilməsi
-
 
bazann  iqtisadi  və  təşkilati,  ticarət-siyasi,  nəqliyyat,  gömrük, 
valyuta, vergi və digər hüquqi şərtlərinin öyrənilməsi; 
-
 
rəqabət aparan firmaların fəaliyyətinin qiymətləndirilməsi
-
 
əmtəələrin,  işlərin,  xidmətlərin  xarici  ticarət  qiymətlərinin 
hesablanması; 
-
 
sövdələşmənin nəzərdə tutulan iqtisadi səmərəliliyinin təhlili; 
-
 
xarici bazara çıxış formasınm seçilməsi. 
2.
 
Reklam kampaniyasının keçirilməsi. 
3.
 
Potensial  kontragent  -  xarici  tərəfdaşın  axtarışı,  onun  ilə 
kontraktın - əlaqənin qurulması, tərəfdaşların öyrənilməsi və seçilməsi. 
Potensial  tərəfdaşın  axtanşı,  seçilməsi  və  onun  haqqında 
informasiyanın yığılması aşağıdakı mənbələrdən istifadə etməklə həyata 
keçirilir: 
a)
 
nəşr edilmiş reklamlar, radio və televizor ilə aparılan reklamlar, 
reklam prospektləri, bukletlər; 
b)
 
xüsusi  baza  məlumatları,  baza  verilənləri,  firmaların  məlumat 
kitabları, firmaların illik hesabatları; 
c)
 
xarici tərəfdaşın seçilməsi üçün informasiyanın təqdim edilməsi 
üzrə ixtisaslaşan təşkilatlar
d)
 
beynəlxalq məlumatlar (kitablar) 
Beynəlxalq 
məlumatlar 
öz 
növbəsində 
aşağıdakı 
kimi 
təsnifləşdirilir: 
-
 
əmtəə-firma 
məlumatları 
(Kelly’s). 
Bu 
məlumatlarda 
informasiyalar  bir  qayda  olaraq  dörd  dildə  (ingilis,  alman,  fransız  və 
ispan) verilir. Uyğun olaraq hər bir dilin rubrikası özünə məxsus rəngə 
malikdir. 
88 


-
 
ümumfırma məlumatları (Poor’s, ABC, Owen’s). Bu məlumatlar 
firmalar haqqında daha ətraflı informasiyanı özündə əks etdirir. 
-
 
səhmdar cəmiyyətlər üzrə məlumatlar (Moody’s); 
-
 
sahə məlumatları (Oil & Petroleum); 
-direktor  və  ya  şəxsi  əlaqələr  haqqında  direktor  məlumatları  (The 
director of directors); 
-
 
coğrafi məlumatlar (Who’s who). 
Bəzi  hallarda  kommersiya  subyekti  haqqında  məlumatların 
yığılması  ilə  xüsusi  kredit  məlumat  firmaları  da  məşğul  olur.  Onlar 
kommersiya  subyektinin  diskreditasiyası  üçün  bu  informasiyam 
paylamamaq,  yaymamaq  şərtilə  konfıdensial  informasiyanı  yığaraq, 
təqdim edirlər. 
Kontragenin  seçilməsi  zamanı  aşağıdakı  vacib  faktorları  nəzərə 
almaq lazımdır: 
1.
 
tri firmalar tərəfindən bazarm inhisaıiaşdınlması dərəcəsi. 
2.
 
Bazara daxil olma imkanları. 
3.
 
Bu və ya digər firma ilə ticarət münasibətlərinin davamlılığı. 
4.
 
Firmanın fəaliyyət xarakteri. 
Deməli,  həm  ixracatçının,  həm  də  idxalçınm  ilkin  mərhələdə  ən 
zəruri  vəzifəsi  kontragentin  axtarılması  və  seçilməsidir.  Belə  ki, 
kontragentin  düzgün  və  etibarlı  seçilməsi  çox  vacib  və  mürəkkəb 
məsələdir.  Bu,  sövdələşmənin  xarakterindən,  predmetindən,  kontraktın 
bağlandığı və yerinə yetirildiyi ölkədən, bazarm tutumundan və s. asılıdır. 
Beləliklə,  sövdələşmənin  bağlanmasına  hazırlıq  mərhələsində  təklif 
olunan  kontragentin  seçilməsi  və  onunla  əlaqə  yaradılması  həyata 
keçirilir. 
Yuxarıda  qeyd  edilənlər  çərçivəsində  xarici  iqtisadi  əməliyyat 
özündə aşağıdakı sənədlərin rəsmiləşdirilməsini birləşdirir: 
-
 
firmanın informasiya xəritəsi; 
-
 
xüsusi firma dosyesi; 
89 


Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə