Q. S. Httseynov I e. d., prof. A. M. Məhərrəmov I e. d., prof. H. B. Rfistə]nbəyov I e. n., dos. A. H. Tağıyev Mammədova Ş. S. Beynalxalq kommersiya işi. Dərs



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə34/113
tarix29.08.2018
ölçüsü2,25 Mb.
#65285
1   ...   30   31   32   33   34   35   36   37   ...   113

Alqı-satqı  kontraktının  ümumi  şərtləri  əsasən  iki  hissəyə  bölünür: 
əsas (zəruri) və qeyri-əsas. 
Kontraktın  əsas  şərtləri  (condition)  -  onun  hüquqi  qüvvəsini 
müəyyən  edən  şərtlərdir  (beynəlxalq  hüquq  nöqteyi-nəzərdən  bu  şərt 
müqavilənin predmetinə aiddir). 
Kontraktın  qeyri  -  əsas  şərtləri  (warranty)  -  kontrakta  daxil 
edilmədiyi  halda  onların  kontraktın  həqiqiliyinə  xələl  gətirməyən 
şərtlərdir. Başqa sözlə, tərəflərin qeyri-əsas şərtlərinin pozulması (əməl 
edilməməsi) digər tərəf üçün kontraktın pozulmasına əsas vermir. Buna 
baxmayaraq,  onun  pozulan  öhdəliyin  yerinə  yetirilməsini  və  ya  dəyən 
ziyanın ödənilməsini tələb etməyə tam hüququ vardır. Qeyd edilən şərtlər 
şəkil 4.1-də göstərilmişdir. 
Bundan  başqa,  kontraktın  şərtləri  onların  universallığı  nöqtey- 
nəzərdən  fərdi  və  universal  kimi  də  təsnifləşdirilir.  Belə  ki,  fərdi 
şərtlərə  yalnız  konkret  bir  müqaviləyə  aid  olan  şərtlər:  preambulada 
göstərilən  tərəflərin  adları,  kontraktm  predmeti,  əmtəənin  miqdarı, 
keyfiyyəti, göndərrmə müddəti, tərəflərin hüquqi ünvanları və imzaları 
aiddir. 
Universal  şərtlərə  -  əmtəənin  təhvil-təslim,  baza,  ödəniş, 
qablaşdırma və markalanma, zəmanət, cərimə və sanksiyalar, fors- major 
öhdəlikləri, arbitraj şərtləri daxildir. 
Alqı-satqı 
kontraktının 
növləri. 
Beynəlxalq 
alqı-satqı 
kontraktlannın təsnifləşdirilməsinin əsasını təşkil edən prinsiplərdən asılı 
olaraq belə kontraktların aşağıdakı növlərini fərqləndirirlər: 
1.
 
Göndərişin xarakterindən və kontragentlərindən asüı olaraq 
aşağıdakı növ kontraktlan fərqləndirirlər: 
a)
 
birdəfəlik  mal  göndərmə  kontraktı  -  belə  kontraktm  yerinə 
yetirilməsindən sonra tərəflər arasındakı hüquqi münasibətlər kəsilir
b)
 
dövri - mfintəzəm mal göndərmə kontraktı - onlar 
114 


 


vasitəsilə  əmtəələr  müəyyən  edilmiş  müddətdə  müntəzəm  olaraq 
satıcıdan alıcıya göndərilir. 
Hər iki kontrakt növü həm qısa, həm də uzun müddətli icra vaxtına 
malik  ola  bilər,  əsas  fərq  sövdələşmənin  tərəfdaşlanmn  qarşılıqlı 
münasibətlərinin xüsusiyyətlərilə bağlıdır. 
1.
 
Birdəfəlik və dövri-mfintəzəm mal göndərmə kontrakt- larmı 
göndərişin xarakterindən asdı olaraq aşağıdakı kimi fərqləndirirlər: 
a)
 
birdəfəlik  göndərmə  kontraktları  çox  vaxt  birdəfəlik 
razılaşma  və  ya  birdəfəlik  sövdələşmə  də  adlandırılır.  O,  kontraktda 
göstərilmiş  müəyyən  tarixə  bir  tərəfin  digər  tərəfə  aralarındakı 
razılaşamaya əsasən müəyyən edilmiş miqdarda əmtəənin göndərilməsini 
nəzərdə  tutur.  Tərəflər  öz  üzərinə  götürdükləri  öhdəlikləri  yerinə 
yetirdikdən  sonra,  onlar  arasındakı  hüquqi  münasibətlər  kəsilir.  Belə 
sövdələşmə üzrə mal göndərmə müəyyən edilmiş müddətdə bir və ya bir 
neçə dəfə həyata keçirilə bilər. Birdəfəlik razılaşma (və ya sövdələşmə) 
iki  növdə;  qısamüddətli  göndəriş  (xammal  əmttələrinə)  və 
uzunmüddətli  göndəriş  3-5  il,  komplektləşdirilmiş  və  mürəkkəb 
avadanlıq, gəmi formasında ola bilər. 
b)
 
dövri-müntəzəm  mal  göndərmə  kontraktı.  Kontraktda 
razılaşdırılmış  miqdarda  əmtəənin  müəyyən  edilmiş  müddət  ərzində 
dövrü olaraq müntəzəm göndərilməsini nəzərdə tutur. Bu dövr qısa (bir 
il)  və  uzun  (5-10  il,  bəzən  15-20  il)  ola  bilər.  Birinci  növ  kontraktlar 
qısamüddətli,  ikincilər  isə  uzunmüddətli  kontraktlar  adlanır  (onlar 
əsasən sənaye xammalları və yanmfabrikatlar üçün yerinə yetirilir). 
2.
 
Əmtəənin  ödəniş  formalarından  asılı  olaraq  kontraktlar 
aşağıdakı növlərə aynlır: 
a)  pul  formasında  ödənişli  kontraktlar  -  bu,  tərəflərin  birgə 
razılaşdırdığı müəyyən valyutanın tətbiq edilməsilə kontraktda 
116 


şərtləndirilmiş  ödəniş  üsulu  və  hesablaşma  formasında  olan 
hesablaşmaları (kontrakt) nəzərdə tutur. 
b)
 
əmtəə  formasında  ödənişli  kontraktlar  -  bu  kontraktlar  isə  eyni 
zamanda  bir  və  ya  bir  neçə  əmtəənin  satışını  digər  əmtəənin  alışı  ilə 
bağlayır  və  hesablaşmalar  xarici  valyutada  apanimır.  Belə  kontraktlara 
əmtəə mübadiləsi və kompensasiya razılaşmalarını aid edirlər. 
Əmtəə  mübadiləsi  və  ya  barter  razılaşdıniması  razılaşdırılmış 
miqdarda bir əmtəənin digərinə dəyişdirilməsini nəzərdə tutur. 
Kompensasiya  sövdələşmələrində  isə  eyni  dəyərli  əmtəələrin 
mübadiləsi nəzərdə tutulur. 
c)
 
qarışıq formada olan ödənişli kontraktlar. 
Müasir  dövrdə  bu  növ  kontraktlar  daha  çox  yayılmışdır.  Belə 
razılaşmalar, adətən, müəssisənin məqsədli kredit şərtində tikintisi (başqa 
sözlə,  “açar  altında”  olan  obyektlər)  ilə  əlaqədar  bağlanılır.  Bu  halda 
xərclərin bir hissəsi pul formasında və bir hissəsi isə əmtəə formasında 
ödənilir. Belə kontraktlar aşağıdakı müxtəlif adlara malik ola bilər: 
-
 
“məhsulun bölünməsi haqqında” kontrakt; 
-
 
“sənaye kompensiyası haqqında” kontrakt; 
-
 
“kompensasiya əsasında sövdələşmə”; 
-
 
“idxalın inkişafı” sövdələşməsi. 
Belə kontraktlarda faktiki olaraq eyni bir məbləğə (kreditlər üzrə 
faizlər nəzərə alınmadan) üç uzunmüddətli sövdələşmə əlaqələndirilir: 
müəssisələrin  tikintisi  üzrə  xidmət  və  texniki  vəsaitlərin  alqı-satqısı 
kontraktı;  uzunmüddətli  kredit  haqqmda  razılaşma;  xammal 
göndərilməsi üzrə uzunmüddətli kontrakt. 
Qeyd  etmək  lazımdır  ki,  praktiki  nöqteyi-nəz.ərdən  yalnız 
aşağıdakı müqavilələri fərqləndirmək məqsədli olardı: 
-
 
Vyana konvensiyası ilə tənzimlənən beynəlxalq alqı-satqı 
117 


Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə