Q. S. Httseynov I e. d., prof. A. M. Məhərrəmov I e. d., prof. H. B. Rfistə]nbəyov I e. n., dos. A. H. Tağıyev Mammədova Ş. S. Beynalxalq kommersiya işi. Dərs



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə42/113
tarix29.08.2018
ölçüsü2,25 Mb.
#65285
1   ...   38   39   40   41   42   43   44   45   ...   113

avadanlığın hazırlıq dərəcəsinə görə həyata keçirilir. Avans ödəniş çox 
vaxt  sifarişin  yerinə  yetirilməsinə  qədər  ödənilir.  Avans  əmtəə 
formasında,  sifariş  olunan  avadanlığın  hazırlanması  üçün  lazım  olan 
komplektləşdirici  məmulatlar  və  ya  xammalın  göndərilməsi  kimi  də 
həyata  keçirilə  bilər.  Avans  pul  formasında  sifarişin  ümumi  dəyərinin 
10-15%-i  həcmində  müəyyən  edilə  bilər.  Kompleks  avadanlıqların 
göndərilməsi  daha  çox  məqsədli  kreditləşmə  əsasında  yerinə  yetirilir. 
Belə növ kontraktlar üçün eyni zamanda bir neçə hesablaşma formasının 
(inkasso,  akkreditiv  və  s.)  seçilməsi  də  xarakterikdir.  Maşın  və 
avadanlıqlar  üçün  olan  kontraktların  təhvil-təslim  şərtlərinin  əsas 
xüsusiyyəti odur ki,  təhvil-qəbul  avadanlığı  hazırlayan zavodda həyata 
keçirilir,  ona  görə  də  kontraktda  təhvi-təslimin  mərhələləri,  müddəti, 
qəbul  üzrə  mütəxəssis  öhdəlikləri  və  s.  ətraflı  qeyd  olunur.  Belə 
kontraktlarda satıcı, adətən, müəyyən edilmiş müddətdə keyfiyyətə görə 
məsuliyyəti  öz  üzərinə  götürür  və  bu  öhdəl  üc  kontraktın  “zəmanət” 
şərtində  əksini  tapır.  Bu  şərt  müəyyən  edilən  müddətdə  avadanlıqların 
hesabat göstəricilərinin əldə edilməsini (satıcı tərəfindən) nəzərdə tutur 
və bundan sonra kontraktın dəyərinin 5-10%-i  həcmində olan zəmanət 
dəyəri ödənilir. 
2.
 
Xammal və yarımfabrikatlar üçün bağliEinan uzunmüddətli 
kontraktların  xüsusiyyətləri. 
Müasir  dövrdə  iri  həcmli  uzunmüddətli 
kontraktlar geniş yayılmışdır. Belə kontraktların əsas obyektlərinə: təbii 
qaz,  daş  kömür,  dəmir  filizi,  neft  və  s.  müxtəlif  xammallar  aiddir. 
Uzunmüddətli ticarət kontraktlanmn özünəməxsus üstünlükləri vardır: 
-
 
emal  sənayesinin  məhsıtllarından  fərqli  olaraq  mənəvi  cəhətdən 
köhnəlmirlər; 
-
 
onların  keyfiyyəti  dəyişməz  qalır  ki,  bu  da  təkcə  satıcının  deyil, 
həm də alıcının maraqlarına cavab verir
-
 
uzun müddətdə istehsalçının stabil xammal tələbatını ödədiyi 
140 


üçün, perspektiv istehsal inkişafım təmin ecjjir
-  qiymətlərin,  tələb  və  təklifin  nisbətən  dayanıqlı,  uzunmüddətli 
səviyyəsi  mövcud  olur,  nəticədə  stabil  müqavilə  münasibətləri  yaranır 
(dünya qaz bazarlarmda kontraktın orta müddəti 20 il təşkil edir). 
Uzunmüddətli  kontraktlarda  qiymətlər  ya  razılaşmanın  bütün 
fəaliyyət  dövrü  üçün  birdəfəlik,  ya  da  bir  il,  yarım  il  müddətinə  və 
sonradan  müntəzəm  olaraq  baxılması  şərtilə  müəyyən  olunur.  Xammal 
məhsullarının  uzunmüddətli  kontraktlarında  qiymətlərin  müəyyən 
edilməsi zamanı qeyd edilmiş və az dəyişən qiymətlər əvəzinə, daha çox 
cari və məhdud-dəyişən qiymətlərdən istifadə olunur. Belə kontraktlarda 
çox vaxt orta birja kotirovka qiymətlərindən də istifadə olunur. Bununla 
bağlı qeyd etmək lazımdır ki, xammal və yanmfabrikatlara uzunmüddətli 
kontraktlarda orta qiymətlərdən istifadəyə üstünlük verilir. 
Orta qiymətlər - verilən bazarda lider kompaniyaların kifayət qədər 
etibarlı məlumat qiymətləri, digər topdansatış bazar qiymətləri və əsasən 
də dünya əmtəə birjalannın kotirovkası üzrə az və ya daha böyük müddət 
ərzində formalaşan qiymətlərdir. 
4.5.
 
Alqı-satqı kontraktlarının icrası, əmtəələrin yüklənməsinə hazırlıq 
və qoyulan tələblər 
Beynəlxalq  alqı-satqı  kontraktlarının  icrası  tərəflərin  öz  üzərinə 
götürdükləri  öhdəliklərin;  kontraktın  predmeti  olan  əmtəənin  satıcı 
tərəfindən  əmtəənin  alıcısına  göndərilməsi  və  alıcının  isə  müəyyən 
edilmiş  qiymətdə  ödənişin  həyata  keçirilməsi,  yəni  yerinə  yetirilməsilə 
bağlıdır.  Bunun  üçün  daha  doğrusu,  satıcının 
öz 
öhdəliyini  yerinə 
yetirməsi üçün o, vaxtında əmtəəni yüklənməyə hazırlamalı və əmtəənin 
yüklənməsi üçün, həmçinin alıcı tərəfindən 
141 


ödənişin həyata keçirilməsi üçün lazım olan sənədləri rəsmiləşdirməlidir. 
Maşın  və  avadanlıqların  göndərilməsi  zamanı  isə  kontraktın 
icrasına onların texniki xidmətinin təşkili də aiddir. 
Əmtəənin  yüklənməsinə  hazırlıq  satıcının:  nəqliyyat,  iqlim 
xüsusiyyətləri  və  əmtəənin  göndərildiyi  ölkənin  gömrük  rejiminin 
xüsusiyyətlərinin  nəzərə  alınması  şərtilə,  əmtəənin  qablaşdırılması  və 
markalanmasma  qoyulan  müəyyən  tələblərin  yerinə  yetirilməsini 
nəzərdə tutur. Bu tələblər ayrı-ayrı ölkələr, nəqliyyat növləri və müxtəlif 
növ əmtəələr üçün özünə məxsus xüsusiyyətləri olmaqla, müxtəlifdir. 
Əmtəənin göndərilməsi prosesində düzgün və səmərəli qablaşdırma 
tələblərinin yerinə yetirilməsi yükün istehsalçıdan alıcıya nəqlində vacib 
mərhələlərdən  biridir.  Bununla  əlaqədar  əmtəənin  əsas  xüsusiyyətləri, 
fiziki vəzi}^əti, çəkisi, ətraf mühitlə münasibəti və s. nəzərə alınmalıdır. 
Beləliklə,  əmtəələrin  yüklənməsinə  hazırlıq  zamanı  qablaşdırma 
tələbləri aşağıdakılardır: 
-qablaşdırmanın  növü  və  görünüşü  əmtəənin  xüsusiyyətinə  uyğun 
olmalıdır; 
-qablaşdırma  əmtənin  təyinat  ölkəsinin  mövcud  qanunvericiliyinə, 
gömrük rejiminə və iqlim şəraitinə uyğun olmalıdır. Əgər tələb olunarsa, 
qablaşdırma reklam məqsədini də yerinə yetirməlidir. 
Əmtəənin nəqli ilə bağlı qablaşdırmaya qoyulan tələblər 
zamanı aşağıdakılar nəzərə alınmalıdır: 
-
 
nəqlin dövrü, məsafəsi və üsulu
-
 
əmtəənin yolda yenidən yüklənməsi imkanı; 
-
 
nəql zamanı temperatur rejimi və nəmlik
-
 
ilin dövrləri (hava şəraiti); 
142 


Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə