Q. S. Httseynov I e. d., prof. A. M. Məhərrəmov I e. d., prof. H. B. Rfistə]nbəyov I e. n., dos. A. H. Tağıyev Mammədova Ş. S. Beynalxalq kommersiya işi. Dərs



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə45/113
tarix29.08.2018
ölçüsü2,25 Mb.
#65285
1   ...   41   42   43   44   45   46   47   48   ...   113

qanşıq sığorta polisi formasında olur. 
Reys  sığorta  polisi  -  sığorta  təşkilatı  ilə  sığortalanan  və  ya  onun 
əmtəənin  yükləndiyi  limanda  ekspeditorun  arasında  bağlanır,  özündə: 
sığortalanm  adını,  sığorta  şərtlərini,  sığortanın  ölçüsünü,  sığorta 
mükafatının məbləği haqqmda məlumatları əks etdirir. 
Baş  sığorta  polisi  -  uzunmüddətli  sığorta  müqaviləsidir,  burada 
sığortanın müddəti, sığortaçımn məsuliyyətinin həcmi və sərhədi, sığorta 
mükafatının məbləği və s. şərtlər göstərilir. 
Qarışıq  polis  həm  müəyyən  reys  üzrə,  həm  də  müəyyən  müddətə 
sığorta müqaviləsidir. 
Sığorta  sertifikatı  -  sığortanın  həyata  keçirildiyini  və  sığorta 
polisinin verildiyini təsdiq edən sənəddir. 
Sığorta elanı (bordero)  - sığortalananm  öz sığorta edən təşkilatına 
ayrı-ayrı yük yola salınmaları haqqında verdiyi məlumatlardır. 
Sığortaçının  ödəniş  hesabı  -  sığorta  məbləğinin  köçürülməsi 
üçündür. 
Konvernot  -  sığortaçının  sığortalanana  onun  göstərişlərinin  yerinə 
yetirilməsi haqqında xəbərdarlıq sənədidir. 
S.Nəqliyyat  sənədləri  (NS)  --  yük  daşıyan  tərəflərdən  yükün 
daşınmaya  qəbul  edilməsini  təsdiq  edən  sənədlərdir.  Dəniş 
daşınmalarında  belə  nəqliyyat  sənədləri:  konosament,  dəniz  qaiməsi, 
şturman  qeydləri,  dəmiryolu  daşınmalarmda  -  dəmiryolu  qaiməsi,  yol 
cədvəli, avia daşmmalarda - avio yük qaiməsi, avtomobil daşmmalarda - 
avto yol daşınmaları qaiməsi, daxili daşmmalarda - universal yÜk sənədi, 
qarışıq daşınma sənədi, kombinə edilmiş daşınma sənədləri adlanır. 
Yük  daşmmanı  təmin  edən  sənədlərə  aiddir;  yükün  alınması 
haqqmda  yazılış,  zəmanət  məktubu,  yükün  nəqli  haqqında  eskpeditor 
şəhadətnaməsi, yük fraxtmın təsdiqi, yola salınma haqqmda ərizə- tələb, 
fraxt hesabı, yükün gəlib çatması haqqında xəbərdarlıq, yükün 
150 


daşınmasına  maneələr  haqqında  xəbərdarlıq,  mal  göndərmə  haqqında 
xəbərdarlıq, yük manifesti, konteyner manifesti və s. 
Dəniz daşınmalarında vacib nəqliyyat sənədi konosament adlanır. 
Konosament  -  gəmi  sahibi  tərəfindən  verilən  və  yükün  dəniz 
daşınması üçün qəbulunu təsdiq edən sənəddir. O nəqliyyat müşaiyətedici 
sənəd və yükün daşınması müqaviləsidir. Burada: gəmi və onun sahibinin 
adı,  gəminin  yük  götürmə  gücü,  yükün  yüklənməsi  və  boşaldılması 
limanları,  fraxtın  məbləği  (harada  həyata  keçiriləcək  ödəniş),  verilən 
konosamentin nümunələrinin miqdarı və s. göstərilir. 
Şturman  yazılışı  -  gəmi  sahibinin  əmtəənin  daşınmaya  qəbulunu 
təsdiq edən sənəddir. 
Dəniz qaiməsi - yükün dəniz ilə daşınmasım və yüklənmə - boşaltma 
üçün qəbulunu təsdiq edən sənəddir. 
Digər  nəqliyyat  növlərilə  daşınan  nəqliyyat  sənədlərinə  əsasən 
uyğun nəqliyyat növünün qaimələri aiddir. 
ö.Nəqliyyat ekspeditor sənədləri - İxracatçı tətəBndən müxtəlif növ 
əməliyyatların yerinə yetirilməsini: ekspeditor, yükün emalı, anbarlarda 
saxlanma, yükün daşınmasının təşkili, yükün yenidən yüklənməsi, yolda 
saxlanılma  və  yenidən  qablaşdırma,  yerli  nəqliyyat  növlərinin  təqdim 
edilməsi,  markalarıma  və  qablaşdırma  vəziyyətinin  yoxlanması,  lazımi 
liman,  gömrük,  sığorta,  anbar  və  s.  sənədlərinin  rəsmiləşdirilməsini 
təsdiq edən sənədlərdir. 
Ekspeditora  müəyyən  növ  əməliyyatların  yerinə  yetirilməsinə 
tapşırıq xüsusi sənədlərlə: yüklənmə, nəqliyyat tapşırıqları və nəqliyyat 
qaydaları ilə müşaiyət olunur. 
Nəqliyyat 
ekspeditor 
sənədlərinə 
həmçinin, 
ekspeditorun 
fəaliyyətilə bağlı müxtəlıif növ sənədlər daxildir. 
T.Gömrük sənədlərinə - əmtəənin gömrük sərhədindən keçiril- 
I S I  


məsini  rəsmiləşdirmək  üçün  tələb  edilən  sənədlərdir.  Onlara  aiddir: 
gömrük  bəyannaməsi,  ixrac,  idxal  və  valyuta  lisenziyaları,  əmtəənin 
mənşəyi  haqqında  şəhadətnamə,  konsul  fakturası,  tranzit  sənədləri, 
veterinar, sanitar və zəmanət şəhadətnaməsi və s. aiddir. 
Gömrük  bəyannaməsi  yük  sərəncamçısınm  idxal  və  ya  ixrac 
əməliyyatları  zamanı  sərhəddə  gömrük  orqanlarına  təqdim  etdiyi 
sənəddir. O özündə əsasən yük sənədinin nömrəsi, əmtəənin tarif adları 
və ya gömrük tarifinin uyğun bəndinə istinad, əmtəə partiyasının qiyməti 
və  dəyəri  və  s.  məlumatları  əks  etdirir.  Tarif  bəyannaməsinə,  adətən, 
digər sənədlər də: hesab, keyfiyyət haqqında sertifikat və s. əlavə edilir. 
Əmtəədən rüsum tutulması ilə əlaqədar olaraq gömrük bəyannaməsi bir 
neçə formaya malik ola bilər. 
İxrac-idxal  lisenziyası  -  ölkədə  konkret  əmtəələrin  aparılması  və 
gətirilməsi  üzərində  nəzarətin  mövcud  olduğu  halda  xüsusi  dövlət 
orqanları tərəfindən verilən sənəddir. Bu lisenziya, adətən, iki hissədən: 
onu almaq haqqında xahiş edənin ərizəsi və lisenziyanın özü. Lisenziya 
müəyyən müddətə verilir. Lisenziyada: idxal və ya ixrac ölkəsinin adı, 
FOB qiyməti, əmtəənin yüklənməsinə hazırlıq və ya onun gəlib çatması 
vaxtı göstərilir. 
Valyuta nəzarəti bəyannaməsi (ixrac və idxal zamanı)-uyğun olaraq 
satıcı - ixracatçı və alıcı-idxalçı tərəfindən doldurulur və onun köməyilə 
kompetent orqan ticarət sövdələşməsi nəticəsində ölkəyə köçürülən (və 
ya ölkədən köçürülən) xarici valyutaya ödəniş şərtinə və mövcud valyuta 
nəzarətinə uyğun nəzarət edə bilir. 
Valyuta lisenziyası və onun alınması üçün ərizə - səlahiyyətli orqan 
tərəfindən  alıcı-idxalçı  tərəfindən  müəyyən  məbləğin  xarici  valyutada 
ixracatçı-satıcıya ödənişi həyata keçirmək üçün verilən sənəddir. 
Gömrük sənədləri içərisində gömrük bəyannaməsindən başqa, əlavə 
dəyər vergisi üçün vergi bəyannaməsi, kommersiya nəqliyyat 
152 


Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə