Q. S. Httseynov I e. d., prof. A. M. Məhərrəmov I e. d., prof. H. B. Rfistə]nbəyov I e. n., dos. A. H. Tağıyev Mammədova Ş. S. Beynalxalq kommersiya işi. Dərs



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə46/113
tarix29.08.2018
ölçüsü2,25 Mb.
#65285
1   ...   42   43   44   45   46   47   48   49   ...   113

vasitələrilə daşınan yüklə bağlı yük bəyannaməsi, daxili tələbat üçün olan 
əmtəələr  haqqında  bəyannamə,  əmtəələrin  yubanmadan  gömrükdən 
çıxarılması haqqında bəyannamə, təhlükəli yüklər haqqında bəyannamə, 
əmtəənin  mənşəyi  haqqında  sertifikat  (şəhadətnamə  -  ixracatçının 
ölkəsində  səlahiyyətli  orqan  tərəfindən  verilir)  və  əmtəənin  mənşəyi 
haqqında  bəyannamə,  əmtəələrin  tranzit  daşınmaları  üçün  gömrük 
bəyannaməsi, beynəlxalq gömrük bəyannaməsi və s. mövcuddur. Digər 
müxtəlif gömrük sənədləri də mövcuddur (məsələn: əmtəənin keyfiyyəti 
haqqında  şəhadətnamə,  baxış  haqqmda  şəhadətnamə,  idxal  və  ixracın 
statistik sənədləri, veterinär, sanitar, zəmanət sertifikatları və s.). 
4.7.
 
Kontraktların icrası istiqamətində beynəlxalq ticarətin 
sadələşdirilməsi məsələləri 
Beynəlxalq  yük  dövriyyələri  həcminin  artması  ilə  əlaqədar  olaraq, 
müasir  dünya  ticarət  təcrübəsi  beynəlxalq  ticarət  əməliyyatlarının 
sadələşdirilməsini,  standartlaşdırılmasmı  zəruri  edir.  Bununla  əlaqədar 
1960-cı  ildə  Avropa  İqtisadi  Komissiyası  tərəfindən  xarici  ticarət 
sənədlərinin  standartlaşdırılması  və  unifıkasiyası  üzrə  İşçi  qrupu 
yaradılmışdır.  Qrupun  tərkibinə  20-dən  çox  ölkə,  bir  sıra  keçmiş  SSRİ 
ölkələri  daxildir.  İşçi  qrupu  AİK-in  (Avropa  İqtisadi  Komissiyasının) 
ilkin  blanklarmın  sxemlərini  (standart  sənədlərin  işlənməsi  üçün) 
hazırladı.  Bu  sxemlər  əsasında  aşağıdakı  sənədlərin  standart  formaları 
hazırlandı,  yüklənmə  spesifikasiyası,  komplektləşdirici  cədvəl, 
qablaşdırma  vərəqi,  keyfiyyət  haqqında  sertifikat,  hesab,  əmtəənin 
mənşəyi haqqında sertifikat, əmtəənin yüklənməsi tapşırığı, konosament, 
avia  qaimə,  sığorta  ərizəsi,  sığorta  polisi  və  s.  Avropa  İqtisadi 
Komissiyası  çərçivəsində  həmçinin  beynəlxalq  ticarətdə  məlumatların 
avtomat- 
153 


laşdırılmış emalı və kodlaşdırma üzrə ekspertlər qrupu da yaradıldı. 
Avropa  İqtisadi  Komissiyası  ilə  BMT-nin  İnkişaf  və  Ticarət  üzrə 
Təşkilatı (UNCTAD) bu sahədə sıx əlaqələr yaratmağa başladı. 
BMT-nin Avropa İqtisadi Komissiyası tərəfindən aşağıdakı təşkilati 
strukturlar yaradıldı: 
-
 
xarici ticarətin inkişafı üzrə komitə
-
 
beynəlxalq ticarət qaydalarının sadələşdirilməsi üzrə işçi qrupu; 
UNCTAD tərəfindən isə aşağıdakılar yaradıldı: 
-
 
ticarət və inkişaf üzrə şura
-
 
ticarətin sadələşdirilməsi üzrə xüsusi proqram. 
Beynəlxalq ticarət qaydalarının sadələşdirilməsi üzrə işçi qrupunun 
vəzifələrinə aşağıdakılar aiddir: 
-
 
İşçi  qrupu  tərəfindən  məlumatların  ötürülməsi  və  emalının 
avtomatlaşdırılmış və  ya elektron sistemin  səmərəli istifadəsi  və xarici 
ticarət  qaydalarının  sadələşdirilməsi  yolu  ilə  beynəlxalq  ticarət  və 
nəqliyyatın həyata keçirilməsi asanlaşdırılmışdır; 
-
 
Beynəlxalq  planda  beynəlxalq  ticarətin  həyata  keçirilməsinin, 
yüklərin  daşınması,  onİ
2
irın  xərclərinin  aszaldılması,  sadələşdirilməsi 
məqsədilə qaydaların işlənməsi həyata keçirilmişdir; 
-
 
Ticarət  rəsmiləşdirilməsi  üzrə  informasiyalan  toplamaq  və 
yazmaq; 
-
 
Problemlərin həllinin ümumi qaydalarını işləyib hazırlamaq və s. 
İşçi  qrupun  proqramma  beynəlxalq  ticarətin  sadələşdirilməsi  üzrə 
çoxlu  sayda  layihələr  daxil  edilmişdir.  Onlar  aşağıdakı  kimi 
təsnifləşdirilmişdir: 
1.
 
Müasir ticarət təcrübəsi və qaydaları; 
2.
 
Beynəlxalq ticarətin sadələşdirilməsi qaydaları; 
3.
 
Ticarətdə məlumatların ötürülməsi metodlarının 
154 


sadələşdirilməsi və uyğunlaşdırılması; v 
4.
 
BMT-nin AİK-in tövsiyələrinin tətbiqinə təsir etmək
BMT-nin AİK tərəfindən aşağıdakı tövsiyələri hazırlanmışdır: 
1.
 
AİK -in xarici ticarət sənədləri üçün formulyar-nümunəsi; 
2.
 
Xarici ticarət sənədlərində kodların yerləşdirilməsi; 
3.
 
Ölkə adları üçün kodlar və s. 
Qeyd etmək lazımdır ki, beynəlxalq tələblər bütün təşkilat və ölkələr 
üçün məcburi qaydalar hesab olunur. 
155 


V
 
FƏSİL. TİCARƏT VASİTƏÇİLƏRİ TƏRƏFİNDƏN 
HƏYATA KEÇİRİLƏN BEYNƏLXALQ KOMMERSİYA 
ƏMƏLİYYATLARININ NÖVLƏRİ VƏ TƏŞKİLİ 
5.1. Beynəlxalq ticarət-vasitəçi əməliyyatlarının məzmunu 
Ticarət-vasitəçi əməliyyatları (TVƏ) dedikdə, əmtəə istehsalçısı və 
ya ixracatçısının tapşırığı ilə ondan asılı olmayan sərbəst ticarət vasitəçi 
tərəfindən  onlar  arasında  bağlanan  razılaşma  və  ya  ayrıca  tapşırıq 
əsasında  əmtəələrin  alqı-satqısı  ilə  bağlı  yerinə  yetirilən  əməliyyatlar 
başa  düşülür.  Ticarət  vasitəçiliyi  iqtisadi  mənada  geniş  anlayışdır.  O, 
böyük  xidmətlər  dairəsini:  xarici  kontragentlərin  axtarılıb-tapılması, 
sövdələşmənin hazırlanması və bağlanması, tərəflərin kreditləşdirilməsi 
və  alıcının  əmtəənin  dəyərinin  ödənilməsinə  dair  zəmanətin  təqdimi, 
nəqliyyat-ekspeditor  əməliyyatmın  həyata  keçirilməsi  və  əmtəənin 
nəqlinin sığortalanması, gömrük rəsmiləşdirilməsinin yerinə yetirilməsi, 
xarici  bazarda  əmtəənin  reklamının  və  irəlilədilməsinin  digər 
tədbirlərinin  həyata  keçirilməsi,  terxniki  xidmətin  reallaşdırılması  və 
başqa növ əməliyyatların aparılmasını əhatə edir. Bütün bu əməliyyatlan 
xüsusi ticarət -vasitəçi firmalar həyata keçirir. 
Ticarət-vasitəçi  firmalara  əmtəənin  istehsalçı  və  istehlakçısından 
həm hüquqi və həm də təsərrüfat münasibətləri ilə asılı olmayan firmalar 
aiddir. Belə firmalar tam nüstəqil olmaqla, ticarət-vasitəçilik fəaliyyətini 
həyata  keçirmək  üçün  zəruri  olan  bütün  iqtisadi  göstəricilərə  malik 
olurlar. Onlann əsas məqsədi əsasən iki yolla mənfəətin əldə edilməsidir: 
-
 
birincisi:  ixracatçıdan  satın  aldığı  əmtəənin  qiymətilə  həmin 
əmtəənin idxalçıya satacağı qiymət arasındakı fərqlə; 
-
 
ikincisi: əmtəənin (və ya xidmətlərin) xarici bazarlara çıxışını 
156 


Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə