Q. S. Httseynov I e. d., prof. A. M. Məhərrəmov I e. d., prof. H. B. Rfistə]nbəyov I e. n., dos. A. H. Tağıyev Mammədova Ş. S. Beynalxalq kommersiya işi. Dərs



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə47/113
tarix29.08.2018
ölçüsü2,25 Mb.
#65285
1   ...   43   44   45   46   47   48   49   50   ...   113

təmin etməklə, əldə edə biləcəkləri müxtəlif^mükafat formaları ilo. 
Qeyd etmək lazımdır ki, hal-hazırda beynəlxalq kommersiya- ticarət 
dövriyyəsinin  yarıdan  çoxu  ticarət-vasitəçi  firmaların  payına  düşür  və 
onlar daha çox inkişaf etmiş ölkələrdə geniş yayılmışdır. 
Müasir dövrdə ticarət-vasitəçi firmaların fəaliyyət dairələrindən biri 
də  onların  iri  tikinti-sənaye  layihələrinin  həyata  keçirilməsi  məqsədilə 
beynəlxalq  konsorsiumların  işində  iştirak  etmək  təşkil  edir.  Bu  halda 
onlar,  əsasən,  konsorsium  iştirakçıları  arasında  alqı-  satqı 
əməliyyatlarının  reallaşdırılması  ilə  bağlı  xidmətləri  həyata  keçirirlər. 
Bundan  başqa  ticarət-vasitəçi  firmalar  öz  fəaliyyət  sahələrini 
genişləndirərək,  xaricdə  törəmə  müəssisələrini  yaratmaqla  istehsal 
sferalarına  da  daxil  olurlar.  Onlar,  bir  qayda  olaraq,  özlərinin  xüsusi 
maddi-material  texniki  bazalarına,  anbarlarına,  nümayiş  zallarına, 
pərakəndə  satış  mərkəzlərinə  və  s.  malik  olurlar.  Beləliklə, 
ticarət-vasitəçi  firmaların  kompleks  fəaliyyət  xidmətlərinə  və 
ümumilikdə ticarət-vasitəçi əməliyyatlara aşağıdakılar aiddir: 
-
 
satışın  təşkili  üzrə  əməliyyatlar,  kontragentlərin  axtarışı,  satıcı 
adından  sövdələşmənin  bağlanması,  alıcının  ödəniş  zəmanətinin  təmin 
edilməsi, bazarın tədqiqi, reklam kampaniyasının keçirilməsi; 
-
 
nəqliyyat-ekspeditor xidmətləri, yüklərin nəqli və sığortalanması 
üzrə əməliyyatlar
-
 
ticarət əməliyyatlarının maliyyələşdirilməsi
-
 
texniki xidmət və eyni zamanda satışdan sonrakı texniki xidmət
-
 
bazarlar haqqında informasiyanın toplanması, emalı və təqdimi; 
-
 
öz hesabına alqı-satqı xidmətləri; 
-
 
istehsal və emal xidmətləri və s. 
Vasitəçi-ticarət  fırmalarınm fəaliyyətindən istifadə xarici  firmalara 
böyük üstünlüklər verir ki, bu da onların beynəlxaq 
157 


ticarətdə böyük rolunun olduğunu bir daha təsdiqləyir: 
-
 
belə ki, ixracatçı firma idxalçı ölkənin ərazisində satış sferasının 
təşkilinə  əhəmiyyətli  vəsait  qoymur,  çünki,  vasitəçi  firmalar  bu 
ərazilərdə böyük maddi-texniki bazaya malik olurlar; 
-
 
ixracatçı əmtəənin reallaşdırılması ilə bağlı bir çox işlərdən azad 
olur (daşınma, qablaşdırma, çeşidləmə, yerli bazara uyğunlaşma və s.); 
-
 
sövdələşmələrin  maliyyələşdirilməsi  üçün  vasitəçi  firmaların 
kapitalından  və  onların  bank,  sığorta,  ekspeditor  təşkilatları  ilə  olan 
dayanıqlı əlaqələrindən istifadə və s. 
Ticarət-vasitəçi  firmaların  xidmətlərindən  istifadə  bu  və  ya  digər 
üstünlüklərin  əldə  edilməsinə  şərait  yaratsa  da,  ixracatçılar  üçün  onlar 
müəyyən  problemlər  yaradır  (ixracatçının  satış  bazarları  ilə  birbaşa 
əlaqəsinin qeyri-mümkünlüyü, onun tamamilə vasitəçi fırmanm vicdanlı 
fəaiyyətindən asılılığı və s.). 
5.2. Ticarət-vasitəçi əməliyyatlarının növləri 
İstehsalçı-ixracatçı  və  ticarət-vasitəçi  arasındakı  qarşılıqlı 
münasibətlərin  xarakter  və  xüsusiyyətlərindən,  həmçinin  ticarət 
vasitəçisinin  konkret  olaraq  yerinə  yetirdiyi  funksiyalardan asılı  olaraq 
ticarət-vasitəçi əməliyyatları əsasən aşağıdakı dörd növə ayırmaq olar: 
1.
 
Yemdən satış və ya təkrar satış üzrə əməliyyatlar; 
2.
 
Komission (və ya komissiya) əməliyyatlan; 
3.
 
Agent əməliyyatları; 
4.
 
Broker əməliyyatları. 
1.  Yenidən  satış  üzrə  əməliyyatlar.  Belə  əməliyyatları  ticarət 
vasitəçiləri öz adından və öz hesabma həyata keçirir. Bu isə o deməkdir 
ki, ticarət vasitəçiləri həm ixracatçı-satıcı ilə, həm də 
158 


idxalçı-alıcı iə sərbəst tərəf kimi müqavijə münasibətlərinə daxil olurlar. 
Bundan başqa belə əməliyyatlarda, vasitəçilər əmtəənin ödənişini həyata 
keçirdikdən sonra onlar bu əmtəənin mülkiyyətçisinə çevrilirlər. 
Yenidən satış üzrə ticarət-vasitəçi əməliyyatlar iki növdə olur: 
1)
 
Ticarət-vasitəçisi  bcracatçıdan  əmtəəni  alqı-satqı  müqaviləsi 
əsasında alır və ona qarşı alıcı kimi çıxış edir. Bu zaman ticarət vasitəçisi 
əmtəənin xüsusi mülkiyyətçisi kimi çıxış edir və onu istədiyi bazarda və 
lazım bildiyi qiymətdə reallaşdırır (belə vasitəçilər ümumi halda operator, 
di ler, prinsipial, Almaniyada - handler, İngiltərə və ABŞ-da isə merchant 
adlandırılırlar).  Bu  növdə  bcracatçı  ilə  vasitəçi  arasındakı  münasibət 
alqı-satqı müqaviləsi üzrə tərəflərin öhdəlikləri yerinə yetirildikdən sonra 
kəsilir. 
2)
 
İkinci  növ  ticarət  vasitəçi  əməliyyatlarında  ixracatçı  müqavilə 
əsasında  ticarət  vasitəçisinə  əmtəənin  müəyyən  ərazidə  razılaşdırılmış 
müddətə satmaq hüququ verir. Belə vasitəçilər müqavilə üzrə tucarətçUər 
adlanır  (Fransada  -  kommersant  və  ya  konsessioner,  Belçika  və 
Yunanıstanda  konsessioner,  ABŞ  və  İngiltərədə  -  distribyutor,  satışa 
hüququ  olan  şəxs,  qranti,  ixracatçı  isə  qrantor,  çox  haldaisə  istehsalçı- 
manifacturer, mal göndərən - suppiier və s. adlanır). 
Beynəlxalq  kommersiya  təcrübəsində  isə  belə  vasitəçilər  ümumi 
şəkidə dustribyutor, ixracatçı isə mal göndərən adlanır. 
İkinci  növ  təkrar  satış  əməliyyatlannda  vasitəçi  ilə  ixracatçı 
arasındakı  satış  hüququnun  təqdim  edilməsi  haqqmda  olan  alqı-satqı 
müqaviləsində təqdim edilən əmtəənin miqdarı və xüsusiyyəti, qiyməti, 
göndərilmə  şərti,  ödəniş,  üsulu  və  forması,  ödəniş  müddəti  və  s. 
razılaşdırılır (şəkil 5.1.). 
İstehsalçı  ölkənin  ərazisində  yerləşən  distribyutorun  öhdəliyinə 
xarici kontragentdən sifarişin alınması və onun öz adından, öz 
159 


Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə