Q. S. Httseynov I e. d., prof. A. M. Məhərrəmov I e. d., prof. H. B. Rfistə]nbəyov I e. n., dos. A. H. Tağıyev Mammədova Ş. S. Beynalxalq kommersiya işi. Dərs



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə55/113
tarix29.08.2018
ölçüsü2,25 Mb.
#65285
1   ...   51   52   53   54   55   56   57   58   ...   113

əməliyyatında real əmtəəyə olan qiymətlərin dəyişməsindən yarana bilən 
mümkün itkilərdən sığortalanmaq üçün alıcı analoji fyuçers kontraktmı 
satır,  satıcı  isə  eyni  zamanda  analoji  fyuçers  kontraktmı  alır.  Hecləmə 
zamanı  opsionlardan  geniş  istifadə  olunur.  Opsion  -  real  əmtəə  və  ya 
müəyyən edilmiş qiymət üzrə müəyyən müddətdə olan fyuçers kontraktı 
adlanan  müəyyən  dəyəri  almaq  (alış  opsionu)  və  ya  satmaq  (satış 
opsionu) hüququdur. Opsion forvard və ya fyuçers kontraktı kimi təqdim 
olunur.  Bu  növ  kontraktlar,  əgər  tərəflərdən  biri  arzu  edərsə,  onların 
müddəti  çatana  qədər  dayandırıla  bilər.  Öhdəliyin  dayandıniması 
üstünlüyü  alıcıya  məxsusdur.  Əgər  opsionu  olan  tələb  edərsə,  opsionu 
satan fyuçers kontraktını satmağa məcburdur. Opsionlar ilə satış qiyməti 
və ya əmtəənin alış qiyməti, fyuçers kontraktı sığortalanır. 
Fyuçers  kontraktları  bağlanarkən  həm  alıcıdan,  həm  də  satıcıdan 
brokerə  “maıjin”  adlanan  pul  məbləği  köçürmək  tələb  olunur.  Bu 
məbləğin  ölçüsü,  adətən,  sahə  assosiasiyası  tərəfindən  hər  bit  fyuçers 
sövdələşməsi  üçün  müəyyən  minimal  məbləğdə  təyin  olunur.  Bu, 
kontrakt  üzrə öhdəliyi  olan hər bir tərəf üçün zəmanət  rolunu oynayır. 
Broker də öz növbəsində belə bir “maqini” birjanın hesablama palatasına 
köçürür. 
6.2. Əmtəə birjalarının təşkilatı strukturu 
və birja əməliyyatlannm həyata keçirilməsi mexanizmi 
Biıjanm  təşkil  olunmasına  görə  iki  növ  əmtəə  birjasını 
fərqləndirirlər: geniş hfiquqlu və xüsusi hüquqlu əmtəə birjaları. Geniş 
hüquqlu xarakterə malik birjalar dövlətin müşahidəsi altında olur və biqa 
haqqında  qanunlara  əsasən  fəaliyyət  göstərir.  İstənilən  sahibkar  belə 
birjalarm  üzvi  ola  bilər.  Bunun  üçün  o,  biqa  yerləşən  rayonda  ticarət 
reyestrində qeydiyyatda olmalı və müəyyən 
184 


dövriyyəyə malik olmalıdır. 
Belə birjalar Fransada, Belçikada və Hollandiyada geniş yayılmışdır. 
Geniş  hüquqlu  birjalarda  əməliyyatlar  aparmaq  üçün  birjanın  üzvü 
olmayanlar dä iştirak edə bilər. 
Xüsusi  hüquq  xarakterinə  malik  birjalara  taxıl,  pambıq,  kauçuk, 
rəngli metallar üzrə ixtisaslaşan ingilis və amerika birjaları aiddir. Burada 
ancaq  birja  korporasiyasına  daxil  olan  məhdud  sayda  iştirakçılar 
əməliyyat apara bilər. Birja korporasiyalan, adətən, nəşr olunan hesabata 
malik və məhdud sayda üzvləri olan səhmdar cəmiyyətlərdir. 
Əmtəə birjalan iki əsas funksiyam yerinə yetirir: 
-
 
qiymətlərin müəyyən edilməsi
-
 
qiymət riskinin köçürülməsi. 
Bundan  başqa,  birjalar  bir  neçə  əlavə  funksiyanı  da  yerinə  yetirir: 
qiymətlərin  kotirovkası  (birja  yığmcağmda  müəyyən  edilən  qiymətin 
qeyd  edilməsi  və  nəşri),  birja  əmtəələri  üzrə  standartların  müəyyən 
edilməsi, nümunəvi kontraktların işlənməsi, arbitraj, ləğv etmə kassaları 
və ya hesablama palatası vasitəsilə birja üzvləri arasında hesablaşmalar, 
informasiya fəaliyyəti və öz müştərilərinə sair xidmətlər. 
Birja əməliyyatlarının iştirakçıları aşağıdakılar ola bilər: 
-
 
sövdələşməni  öz  hesabına  və  öz  adından  həyata  keçirən  ticarət 
firmaları; 
-
 
müəssisələrinin  məhsullarını  reallaşdıran  sənaye  firmaları 
həmçinin plantasiya firmaları və elevator sahibkarlan
-
 
birjada  alınan  məhsul  istehlakçısı  kimi  çıxış  edən  emaledici 
firmalar; 
-
 
öz adlarmdan və öz müştərilərinin hesabına sövdələşmə bağlayan 
və ticarət vasitəçiləri kimi geniş çıxış edən broker və ya maklerlər. 
185 


Birja  əməliyyatlarının  həyata  keçirilmə  mexanizmi  aşağıdakı 
kimidir: 
1.
 
Müştəri (alıcı və ya satıcı) birja üzvü olan və birjada sövdələşmə 
bağlamaq hüququ olan biıja brokerlərinə və ya broker firmalarına broker 
xidmətlərilə bağlı müraciət edir və müəyyən şərtlərlə müəyyən miqdar 
əmtəəni  almaq  və  ya  satmaqla  bağlı  birja  sövdələşməsini  həyata 
keçirmək  tapşırığını  verir.  Bu  tapşırıq  və  ya  sifariş  özündə  üç  əsas 
göstəricini birləşdirir: əmtəənin miqdarı, göndərilmə müddəti və qiymət. 
Qiymətlə  bağlı  qeyd  etmək  lazımdır  ki,  bir  çox  sövdələşmələrdə 
əməliyyatın  yerinə  yetirilməsi  üçün  qiymət  limiti  təyin  olunur,  digər 
hallarda  isə  verilən  anda  bazarda  ən  əlverişli  qiymətlərlə  (və  ya 
qiymətlərin  düşməsi  və  ya  qalxması  ilə,  yaxud  da  az  xərclərlə) 
sövdələşməni həyata keçirmək tələb olunur. Bununla bağlı “bazar üzrə 
əmr’’ (bazar qiymətərilə kontraktın bağlanması) və limitləşdirilmiş əmr 
(qiymətin  müəyyən  həddə  çatması  şərtilə)  üzrə  kontraktları 
fərqləndirirlər. 
2.
 
Müştərinin birja brokerinə tapşırığı razılaşma ilə rəsmiləşdirilir. 
Bu  razılaşmaya  uyğun  olaraq  broker  sövdələşmə  şərtlərinin  yerinə 
yetirilməsi  öhdəliyini  götürür,  müştəri  isə  bunun  əvəzində  brokerə 
müəyyən  mükafat  (adətən  sövdələşmə  məbləğinin  10-15%  həcmində) 
verir.  Qiymətlərin  qalxması  zamanı  broker  müştəridən  əlavə  təminat 
tələb  edə  bilər.  Bütün  sövdələşmələr  yazılı  formada  rəsmiləşdirilir. 
Kontraktın  tez  rəsmiləşdirilməsi  biıja  əməliyyat-  lannda  xüsusi 
əhəmiyyət kəsb edir. Bunun üçün çox vaxt kontraktın standartlaşdınimış 
formalarından geniş istifadə olunur. 
3.
 
Broker  agenti  təcili  rabitə  vasitələrilə  müştərinin  tapşırığını 
birjanın əməliyyat zalında olan broker köməkçisinə, o da rinq brokerinə 
ötürür.  Daha  doğrusu,  sövdələşmənin  bağlanmasından  sonra,  biıja 
əməkdaşları sövdələşmənin qiyməti, miqdarı və müddəti haqqmda biıja 
lövhəsində qeyd edirlər. Bu məlumatlar birjanın 
186 


Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə