Q. S. Httseynov I e. d., prof. A. M. Məhərrəmov I e. d., prof. H. B. Rfistə]nbəyov I e. n., dos. A. H. Tağıyev Mammədova Ş. S. Beynalxalq kommersiya işi. Dərs



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə56/113
tarix29.08.2018
ölçüsü2,25 Mb.
#65285
1   ...   52   53   54   55   56   57   58   59   ...   113

teleqraf aparatları sistemilə təkcə zalda dan birja Ü
2
:vlərinə deyil, birja 
ilə əlaqədar olan uzaq məntəqələrə də ötürülür. Bütün bu əməliyyatlar bir 
neçə saniyə ərzində baş verir. 
4.
 
Broker tələb edilən sövdələşməni başa çatdırır, qiyməti, əmtəənin 
miqdarını,  sövdələşmə  vaxtını,  broker-kontragentin  familyasım  qeyd 
edir. 
5.
 
Ticarətin başa çatmasından sonra yazılı kontrakt rəsmiləşdirilir ki, 
bu  da  sövdələşmənin  ödənilməsindən  və  broker  mükafatının 
verilməsindən  sonra  müştəriyə  verilir.  Əgər  müştəri  alınan  əmtəəni 
yenidən  satmaq  istəyirsə,  o  broker  firmasına  təzədən  tapşırıq  verir  və 
bütün əməliyyatlar təkrar olunur. 
6.3. Beynəlxalq hərraclar, onların təşkili və beynəlxalq hərrac 
ticarətinin təşkilati formaları 
Hərrac (latınca - açıq satış deməkdir) əmtəəyə qabaqcadan baxmaq 
hüququ  ilə  əvvəlcədən  müəyyən  edilmiş  yerdə  və  vaxtda  keçirilən, 
ayrı-ayrı əmtəə növlərinin ümumi açıq satışının bir üsulu və ya növüdür. 
Hərraclarda,  adətən,  fərqli,  özünəməxsus  xüsusiyyətləri  olan  əmtəələr 
tək-tək, nümunə kimi və ya partiyalarla (lotlarla) reallaşdırılır. Hərracda 
əmtəə ən yüksək qiymət təklif edən alıcıya satılır. Hərraclann əsas şərtini 
əmtəəyə əvvəlcədən baxışın keçirilməsi təşkil edir. 
Hərracın  keçirildiyi  torq  -  ticarət  prosesində  auksionist-hərracçı 
(hərracı  keçirən  şəxs)  hərracda  iştirak  edən  potensial  alıcılara 
(auksionerlərə)  satılan  əmtəə  onun  başlanğıc-start  qiyməti  haqqında 
məlumat  verir.  Sonra  növbə  ilə  auksionerlər  almağa  hazır  olduqları 
əmtəənin qiymətlərini artan templə elan edirlər. Torq ən yüksək qiymət 
təklif  edilənə  qədər  davam  edir.  Bu  “ingilis  hərracı”  adlanır.  Daha 
doğrusu, əmtəələrin satışı zamanı hərraclar (və ya auksionlar) 
187 


“birbaşa  hərraclar”  (ingilis  variantı:  artma  hərracı),  əmtəələrin  alışı 
zamanı isə “əks hərraclar” (holland variantı: azalma hərracı) formatına 
malik olur. “Holland hərracı” anlayışı zamanı kontrakt bağlamaq hüququ 
kontrakta daha aşağı qiymət təklif edən və buna nail olan şəxsin qələbə 
çaldığı torqa (satışa) aiddir. Yəni, holland hərracı zamanı satış ən yüksək 
qiymətdən başlayaraq, bu qiymətin  azaldılması  ilə davam  edir və satış 
elan edilən qiymətin alıcısı tapılana qədər davam edir. 
Beynəlxalq əmtəə hərracları, (ingiliscə - auction, fransızca - vente 
aux  enchures,  almanca  -  auktion)  -  xüsusi  təşkil  edilmiş  və  müəyyən 
yerlərdə dövri olaraq fəaliyyət göstərən bazarlardır ki, burada açıq satış 
yolu  ilə  əvvəlcədən  şərtləşdirilmiş  vaxtda  və  yerdə,  alıcı  tərəfindən 
əmtəəyə  qabaqcadan  baxışın  keçirilməsi  və  ona  daha  yüksək  qiymət 
təklif  edən  alıcıya  əmtəənin  mülkiyyət  hüququnun  verilməsi  həyata 
keçirilir.  Beynəlxalq  hərraclarm  da  əsas  şərti  əmtəəyə  qabaqcadan 
baxışın  keçirilməsidir.  Məhz  bu  şərt  sonradan  hərrac  satışı  zamanı 
əmtəənin keyfiyyətilə bağlı hər hansı bir iradlara imkan vermir. 
Hərrac  satışımn  predmetini,  bir  qayda  olaraq,  eyni  səviyyəli 
keyfiyyət  göstəriciləri  olmayan  əmtəələr  təşkil  edir.  Bu  baxımdan 
beynəlxalq  əmtəə  hərraclarının  əsas  predmetini:  xəzlər  (xammal  və  ya 
emal  edilmiş  şəkildə),  yuyulmamış  yunlar,  çay,  tütün,  tərəvəz,  meyvə, 
balıq (canlı və ya donmuş), tropik meşə məhsulları, at, almaz və s. təşkil 
edir.  Bəzi  məhsullar,  məsələn  xam  dəri  həm  biıja  və  həm  də  hərrac 
ticarətinin predmeti kimi çıxış edə bilər. 
Beləliklə,  hərraclarda  satış  müxtəlif  üsullarla,  məsələn:  inplus  və 
inınmus  torqları  vasitəsilə  açıq  satış  formasında  həyata  keçirilir. 
Hərracda iştirak etmək üçün, adətən, alıcı tərəfindən müəyyən əmanətin 
ödənilməsi  tələb  olunur,  qalan  məbləğ  əmtəənin  alınması  zamanı 
ödənilir. Satılan əmtəə açıq satışın başa çatmasından dərhal 
188 


sonra alıcı tərəfindən alınmalıdır. Dünya tya-ə hər bir hərrac əmtəəsi üçün 
artıq xüsusi beynəlxalq  hərrac mərkəzləri  formalaşmışdır ki.  burada da 
həmin əmtəə növlərinin əsas hissəsi beynəlxalq səviyyədə reallaşdırılır. 
Beləliklə, 
əsas 
ixtisaslaşmış 
beynəlxalq 
hərrac 
mərkəzləri 
aşağıdakılardır: 
Norka  və  xəz  xammalları  -  Sankt-Peterburq,  Nyu-York,  Monreal, 
London, Kopenhagen, Oslo, Stokholm, Skandinaviya ölkələri və s. 
Yuyulmamış yun (Dünya bazarları üzrə bu xammalın 75-80%-i bu 
hərraclarda reallaşdırılır) - London, Liverpul, Keptaun, Melbum, Sidney, 
Bellinqton (Yeni Zelandiya) və s. 
Xalça yunu və keçi  yunu - Liverpul (əsasən Hindistan və Pakistan 
xalça yununu satır). 
Çay - Kəlküttə və Koçina (Hindistan çayının 70%-i burada satılır). 
London  (Hindistan  çayının  30%-i  bu  hərracda  satılır>,  Kolombo 
(Şri-lanka  çayının  70%-i),  Hamburq,  Antverpene,  Hayrobi  və  Malavi 
(Afrika), Sinqapur və s. 
Tütün - Nyu-York, Amsterdam, Bremen, Lusaka (Zambiya), Limba 
(Malavi) və s. 
Güllər - Amsterdam. 
Tərəvəz və meyvələr - Antverpen, Amsterdam və s. 
Babq - ABŞ, Qərbi Avropa ölkələrinin dəniz limanları (İslandiya və 
Norveçdən başqa) və s. 
At - Dovil (Fransa), London, Moskva və s. 
Müxtəlif əmtəələr üzrə, onların xarakterindən asılı olaraq hərraclann 
keçirilməsi  mexanizminin  özünəməxsus  xüsusiyyətləri  vardır.  Buna 
baxmayaraq,  ümumi  halda  bütün  növ  hərraclann  keçirilmə  qaydası 
oxşardır.  Onların  keçirilməsində  dörd  mərhələni  fərqləndirirlər  (şəkil 
6.2.) 
189 


Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə