Q. S. Httseynov I e. d., prof. A. M. Məhərrəmov I e. d., prof. H. B. Rfistə]nbəyov I e. n., dos. A. H. Tağıyev Mammədova Ş. S. Beynalxalq kommersiya işi. Dərs



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə52/113
tarix29.08.2018
ölçüsü2,25 Mb.
#65285
1   ...   48   49   50   51   52   53   54   55   ...   113

Xarici  alış  agenti  (buying  agent)  -  öz  prinsipialı  üçün  xaricdə 
əmtəələrin alışı üzrə əməliyyatları həyata keçirir. Onlarm xidmətindən, 
adətən,  xaricdə  öz  xüsusi  filialları  və  nümayəndəsi  olmayan  idxalçı 
firmalar istifadə edİr. 
4.
 
Broker  firmaları  (brokers).  Broker  firmaları  kontragentləri 
əlaqələndirmək  və  vasitəçilik  funksiyasını  yerinə  yetirir.  Bir  çox 
ölkələrin qanunvericiliyinə əsasən onlar alıcı və ya satıcı kimi çıxış edə 
bilməzlər. Broker  firmaları vasitəsilə sövdələşməyə  girən tərəflər üçün 
idxala görə məlum  üstünlüklər  yaranır.  Broker  firmaları əmtəəni  yaxşı 
tanıyırlar,  onlarda  xüsusi  mütəxəssis  qabiliyyəti  olur,  bazarı  müəyyən 
edə bilirlər və s. Belə firmalar İngiltərədə geniş yayılmışdır. 
5.
 
Faktorlar  (factors)  -  vasitəçi  olaraq,  ixracatçının  adından  geniş 
vasitəçilik  öhdəliklərini  həyata  keçirirlər.  Onlar  təkcə  öz  prinsipialının 
məhsulunu ixrac etmir, həm də ixrac əməliyyatını maliyyələşdirir, ixrac 
kreditlərini  sıgortalayır,  xarici  agentlərin  seçilməsini  və  s.  həyata 
keçirirlər. 
Ticarət-vasitəçi həlqələrində keyfiyyətli irəliləyişin əsas xarakterik 
xüsusiyyəti  bu  fəaliyyət  sferası  istiqamətlərinin  və  əhatə  dairəsinin 
genişləndirilməsidir.  Onlann  fəaliyyətinin  diversifikasiyası  aşağıdakı 
istiqamətlərdə həyata keçirilir. 
-
 
ayrı-ayrı əmtəələr üzrə (nomenklatura üzrə); 
-
 
fəaliyyət növləri üzrə (topdansatış, pərakəndə, göndəriş); 
-
 
yerinə yetirilən əməliyyat üzrə (ixrac, idxal); 
-
 
təqdim  edilən  xidmətlər  üzrə  (hissələrin  təchizatı,  texniki 
avadanlığın ticarəti, xidmətlərin ticarəti); 
-razılaşmamn  xarakteri  və  vəzifələrinə  görə  (distrib
3
oıtorlar, 
stokistlər). 
Ticarət  vasitəçilik  fəaliyyətinin  əsas  xüsusiyyətlərindən  biri  iri 
pərakəndə firmaların fəaliyyət sferasına görə beynəlxalq əmtəə 
174 


dövriyyəsində  böyük  rol  oynayan  strukturlara  çevrilməsi  təşkil  edir. 
Ticarət  vasitəçi  firmaların  müasir  şəraitdə  vacib  xüsusiyyətləri 
aşağıdakılardır: 
1.
 
Agent  firmaların  iri  sənaye  inhisarlanna  bağlılığı.  Bu  inhisarlar 
agent  firmaların  fəaliyyətini  satış  bazarlarının  bölünməsi  yolu  ilə 
uzlaşdırırlar. 
2.
 
Bütün  növ  ticarət  vasitəçilərinin  maşın  və  avadanlıq 
istehsalçılarına bağlılığı. 
Ticarət-vasitəçi  kompaniyaları  onların  fəaliyyətini  maliyyələşdirən 
xüsusi  və  dövlət  bankları  ilə  sıx  əlaqəyə  malikdirlər.  Onlar  firmalara 
müxtəlif xidmətlər göstərir: 
-
 
xaricdə istehsal müəssisələrinin yaradılmasına kömək; 
-
 
bütün  növ  obyektlərin  tikintisinə  xarici  sifarişlərin  yerinə 
yetirilməsi zamanı baş podratçı kimi çıxış edirlər; 
-
 
xarici  xammal  mənbələrini  aşkarlayır  və  onlarm  işlənməsində 
köməklik göstərirlər. 
Müasir 
mərhələdə 
bu 
istiqamətdə 
mövcud 
xarakterik 
xüsusiyyətlərdən  biri  də  iri  sənaye  kompaniyalarm  xırda  və  orta 
ticarət-vasitəm i firmalarını fi^cayzing əsasında (yəni istehsalçının ticarət 
markasının  qorunması-saxlanması  yolu  ilə  əmtəə  və  xidmətlərin 
reallaşdırılması  üçün  xüsusi  hüquqların  verilməsi  haqqmda  uzun 
müddətli müqavilələr) özünə tabe etdirməsi təşkil edir. Bundan başqa, iri 
ticarət  inhisarçıları  tərəfindən  İEOÖ-də  kiçik  və  orta  firmaların  - 
ixracçıların  və  istehsalçıların  tabeçiliyinə  keçirmələri  də  mühüm 
xüsusiyyət kimi meydana çıxmışdır. Müasir dövrdə istehsal firmalarının 
iri  ticarət  kompaniyaları  tərəfindən  zəbt  edilərək  sənaye-satış 
komplekslərinin yaradılması da xarakterikdir. 
Hal-hazırda hər bir ticarət firmasınm özünün istehsal müəssisəsi və 
pərakəndə satış dövriyyəsi vardır. Ticarət firmaları öz fəaliyyətini müasir 
şəraitdə daha çox istehlakçıiann tələbatlarına uyğunlaşdırırlar. 
175 


VI
 
FƏSİL. BEYNƏLXALQ ƏMTƏƏ BİRJALARI, 
HƏRRACLAR, TORQLAR VƏ BEYNƏLXALQ KOMMERSİYA 
FƏALİYYƏTİNDƏ REKLAM, SƏRGİ, YARMARKA İŞLƏRİ 
6.1. Beynəlxalq əmtəə birjaları və birja sövdələşmələri 
Beynəlxalq  əmtəə  birjaları  (fransızca-bourse,  almanca-borse) 
qarşılıqlı  əvəz  olunan,  keyfiyyətcə  bircinsli  və  yaxın  əlamətlərə  malik 
olan  kütləvi  xammal  və  ərzaq  məhsullarının  müəyyən  şərtlər  əsasında 
alqı-satqı  sövdələşmələrinin  həyata  keçirildiyi  stabil  fəaliyyət  göstərən 
xüsusi  bazar  növüdür.  Adətən,  biıja  funksiyasını  yerləşdiyi  dövlətin 
nəzarəti altında, hüquqi  şəxs statusuna malik  olan ticarət  təşkilatlanmn 
birliyi  yerinə  yetirir.  Əmtəə  biıjalannda  sövdələşmə  predmeti  kimi 
müəyyən standart keyfiyyətə malik müxtəlif növ əmtəələr (məsələn: neft, 
pambıq, ipək, taxıl, şəkər, yağ, kofe, çay, kakao və s.) çıxış edir. 
Birjalarda  əmtəələr  (adətən,  onlar  birjalarda  mövcud  olmur) 
müəyyən edilmiş standart və normalar üzrə, baxış və təqdim edilmədən 
satılır və alınır. Sövdələşmənin bağlanması mal göndərmənin vaxtını və 
keyfiyyətini qəti göstərən nümunəvi birja kontraktlan əsasında baş verir. 
Birjalarda müəyyən əmtəə partiyası deyil, birja tərəfindən təyin edilən və 
müəyyən növ, əmtəəni göstərən birja kontraktı alımr və ya satılır. Daha 
doğrusu,  satıcı  alıcıya  birjada  əmtəəni  deyil,  əmtəəyə  mülkiyyət 
hüququnu  təsdiq  edən  sənədi  satır.  Birja  anbarlarında  əmtəənin  alıcıya 
vürilməsini  təsdiq  edən  belə  sənəd  -  anbar  şəhadətnaməsi  (varrant) 
adlanır. Bu sənəd əsasmda alıcı əmtəəni birja anbarlarından ala bilir. 
Hal-hazirda birja ticarətinin satış obyektləri kimi təxminən 70 adda 
əmtəə çıxış edir. Onların payına beynəlxalq əmtəə ticarətinin 
176 


Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə