Q. S. Httseynov I e. d., prof. A. M. Məhərrəmov I e. d., prof. H. B. Rfistə]nbəyov I e. n., dos. A. H. Tağıyev Mammədova Ş. S. Beynalxalq kommersiya işi. Dərs



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə50/113
tarix29.08.2018
ölçüsü2,25 Mb.
#65285
1   ...   46   47   48   49   50   51   52   53   ...   113

özü  və  ya  hər  hansı  vasitəçilə  müqavilə  əsasında  satış),  xüsusi  (yalnız 
distribyutor müqavilə ərazisində müəyyən əmtəəni  özü satır) və xüsusi 
məhdud  (verilən  ərazidə  həm  mal  göndərənin  satış  hüququ  saxlanılır, 
həm də distribyutorun satış hüququ göstərilir) formada ola bilər. 
6.
 
Əmtəənin  reallaşdırılması  ilə  bağlı  distribyutorun  öhdəlikləri 
(malgöndərənin  maraqlan,  satıcının  məhsulları  ilə  rəqabət  edən  digər 
məhsulların  satılması  haqqında  razılaşma,  satışın  təşkili  və  texniki 
xidmət, reklamın həyata keçirilməsi, minimal dövriyyə, subdistribyutor, 
və ya agentin təyin edilməsi, əmtəə nişanlan və markaların istifadəsi və 
s.) 
7.
 
Qiymət  şərtləri  və  mükafatlandırma  üsulları  (preyskurant  və  ya 
ixrac  qiymətləri,  nəzərdə  tutula  bilən  reallaşdırma  qiymətləri). 
Distribyutorun  mükafatlandırılması  xidmətin  həcmindən,  əmtəənin 
növündən, rəqabət mübarizəsindən və s. asılı olaraq 2%-45%«ə qədər ola 
bilər. Hesablama qiymətlərinin satış qiymətlərindən yayınması 50%-dən 
100%-ə qədər ola bilər. 
8.
 
Əmtəənin  anbardan  satısı  (  konsiqnasiya  anbarı  haqqında 
razılaşma) -bu zaman distribyutor əmtəəni anbardan sərbəst şəkildə özu 
istədiyi qiymətə satır. 
9.
 
Malgöndərənin hüquq və öhdəlikləri (keyfiyyət ödənişi, zəmanət, 
distribyutorun fəaliyyətinə nəzarət və s.). 
10.
 
Müqavilənin müddəti və pozulması (dəqiq vaxt göstərilir: 1-3 ilə 
qədər) 
11.
 
Arbitraj, banşma hüquqü müəyyən olunur. (Beynəlxalq Ticarət 
Palatasının qaydalarına uyğun olaraq). 
Agent  razılaşmaları  və  ya  sövdələşmələri.  Agent  razılaşmaları 
şərtləri aşağıdakılardır: 
1.
 
Sövdələşmənin  adı  (agent  sövdələşməsi,  agent  kontraktı, 
kommersiya agent kontraktı, ticarət nümayəndəliyi haqqında 
167 


müqavilə və s,) 
2.
 
Sövdələşmənin tərəfləri - prinsipial (agent sövdələşməni onun 
admdan və onun hesabına həyata keçirir) və ticarət  agenti  adlanır. Bu 
bölmədə 
onlar 
arasmda 
qarşılıqlı 
münasibətlərin 
xarakteri 
müəyyənləşdirilir. 
3.
 
Əmtəənin  müəyyən  edilməsi  (əlavədə  göstərilir:  əmtəənin 
növləri və s.) 
4.
 
Ərazinin  müəyyən  edilməsi  (əgər bu ərazi müəyyən edilməsə, 
agent özü onu seçmək hüququna malikdir). 
5.
 
Agentə  təqdim  edilən  hüquqların  xarakteri  (sadə  -  birbaşa 
satış, xüsusi, monopol - bilavasitə satış, ərazidən kənar satış və s.) 
6.
 
Agentin hüquq və Öhdəlikləri (satışın təşkili, digər - rəqabətli 
əmtəə  haqqında  reklamın  yerləşdirilməsi,  satışdan  sonra  xidmət, 
reklamların  təşkili,  minimal  dövriyyə,  agentin  maliyyə  məsuliyyəti, 
delkreder  şərti,  informasiya  və  hesabat,  prinsipialın  əmtəə  nişanı  və 
markasınm qorunması haqqında və s.). 
7.
 
Agentin  komissiya  mükafatı  - satışla bağlı xərclər çıxılmaqla, 
əmtəənin faktiki alış qiymətindən möəyən faizlə hesablanır, beynəlxalq 
kommersiya  təcrübəsində  ən  geniş  yayılmış  komissiya  mükafatı 
əmtəənin dəyərinin 2%-10%-ni təşkil edir. 
8.
 
Prinsipialm hüquq və öhdəlikləri (prinsipialın sifarişdən imtina 
etməsi,  bütün  yazılı  sənədlərin  təqdimi,  qiymətləri  dəyişmə  hüququ  və 
s.). 
9.
 
Sövdələşmənin müddəti və onun ləğv edilməsi qaydaları 
(adətən müqqavilənin müddəti 1-5 ilə qədər davam edə bilər) 
10.
 
Arbitraj və tətbiq edilən hüquqlar. 
Konsiqnasiva müqaviləsi. Konsiqnasiya müqaviləsinin tərəfləri 
adlanır:  konsiqnant  -  xaricdəki  anbardan  əmtəənin  satışına  və 
sövdələşməyə  tapşırıq  verən  şəxs  və  ya  firma  və  konsiqnator  -  öz 
adından və konsiqnantm hesabına anbardan əmtəənin satışı üzrə 
168 


konsiqnantın tapşırığım qəbul edən və yerinə yetirən şəxs və \ a firma. 
1.
 
Əmtəənin  müəyyən  edilməsi  (konsiqnasiyaya  təqdim  edilən 
əmtəənin nomenklaturası və adı, maksimum miqdarı və s.) 
2.
 
Ərazinin  müəyyən  edilməsi  (konsiqnasiya  əmtəəsinin  satıldığı 
ərazinin müəyyən edilməsi, bu ərazidən kənarda əmtəənin satılmaması və 
s.). 
3.
 
Konsiqnasiya  müddəti  -  konsiqnasiyaya  təqdim  edilən  əmtəənin 
satışmın  həyata  keçirildiyi  müddət,  adətən,  6-24  ay  olur.  Konsiqnasiya 
müqaviləsinin  müddəti  konsiqnasiya  müddətindən  çox  olur.  Maşın  və 
avadanlıqlara konsiqnasiya müddəti 12 aya qədər uzadıla bilər. 
4.
 
Konsiqnasiyaya təqdim edilən əmtəənin mülkiyyət hüququ 
- bu hüquq əmtəəni 3-cü şəxsə satan ana qədər konsiqnantda qalır. Bu an 
çox vaxt əmtəənin dəyərinin tam ödənildiyi vaxt ola bilər. 
5.
 
Qiymət  şərtləri  -  konsiqnator  əmtəəni  müqavilədə  göstərilən 
qiymətə satmağa borcludur. O, əmtəəni göstərilən minimal həddən aşağı 
sata bilməz. Bundan aşağı satmaq üçün əlavə olaraq, konsiq- nantın yazılı 
razılığı olmalıdır. 
6.
 
Konsiqnatora ödənilən mükafatın verilməsi qaydaları - ya 
satılan əmtəənin dəyərinin müəyyən faizi kimi və ya konsiqnantın təyin 
etdiyi  qiymətlə  konsiqnatorun  sövdələşməni  həyata  keçirdiyi  qiymət 
arasındakı fərqə görə mükafat verilə bilər. Adətən, konsiqnator mükafatı 
yalnız satılan əmtəələrin dəyəri konsiqnantın hesabına keçiriləndən sonra 
alır. 
7.
 
Ödənişin  şərtləri  (ödənişin  hansı  valyuta  olması,  müddəti  və  s. 
dəqiqləşdirilir). 
8.
 
Konsiqnatorun  öhdəlikləri  (anbarın  hazırlanması,  əmtəənin 
keyfiyyətinin  saxlanması,  əlavə  xərclər  yaranarsa  onların  ödənilməsi, 
əmtəələrin sığortalanması, konsiqnanta ödənişi həyata keçirən 
169 


Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə