Q. S. Httseynov I e. d., prof. A. M. Məhərrəmov I e. d., prof. H. B. Rfistə]nbəyov I e. n., dos. A. H. Tağıyev Mammədova Ş. S. Beynalxalq kommersiya işi. Dərs



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə48/113
tarix29.08.2018
ölçüsü2,25 Mb.
#65285
1   ...   44   45   46   47   48   49   50   51   ...   113

hesabına  istehsalda  yerləşdirilməsi  daxildir.  Belə  əməliyyatlarda 
distribyutor  beynəlxalq  distribyutor  razılaşmaları  əsasında  fəlaiyyət 
göstərir. 
Beynəlxalq distribyutorların fərqləndirici xüsusiyyətləri 
aşağıdakılardır: 
-
 
əmtəənin əldə edilməsi və öz hesabına və öz adından onun 
yenidən satılması; 
-
 
istehsalçı ilə sıx və etibarlı əlaqə, onun üçün müəyyən edilmiş 
ərazidə əmtəənin satışının təşkili (razılaşdırılmış müqavilə əsasında); 
-
 
müəyyən edilmiş - razılaşdırılmış müddətdə istehsalçı ilə 
münasibətlərin saxlanması; 
-
 
öhdəliklər üzrə məhdud azadlıq distribyutoru rəqabətdən saxlayır; 
-
 
əmtəənin istehsalçının əmtəə nişanı - markası adı ilə satışının 
həyata keçirilməsi və s. 
 
Şəkil S. 1. Yenidən satış-təkrar satış üzrə ticarət vasitəçi 
əməliyyatlarının ümumi struktur sxemi 
160
 


Agent əməliyyatları (AƏ). Agent əməliyyatları ticarətdə prinsipial 
(etibar edən) adlanan bir tərəfin tapşırığı  əsasında ondan asılı olmayan 
agent  (ticarət,  kommersiya  agenti)  adlanan  digər  bir  tərəfin 
razılaşdırılmış  ərazidə  prinsipialın  adından  və  onun  hesabına  əmtəənin 
satışı və ya alışı ilə bağlı faktiki və hüquqi fəaliyyətin həyata keçirilməsi 
əməliyyatlarıdır. 
Agent əməliyyatı, adətən, agent razılaşması adlanan (uzun və ya bir 
qədər az müddətə) çox illik razılaşma əsasında həyata keçirilir. Agentin 
sərbəstliyi  onun  prinsipialla  əmək  münasibətlərində  olmaması  və 
müəyyən mükafatla öz fəaliyyətini sərbəst həyata keçirilməsilə bağlıdır. 
O, əksər hallarda hüquqi şəxs kimi ticarət reyestrində qeydiyyatdan keçir. 
O,  agent  razılaşmasında  göstərilən  öhdəliklər  çərçivəsində  fəaliyyət 
göstərmsinə  baxmayaraq,  prinsipialın  birbaşa  nəzarətində  olmur. 
Agentin prinsipialın hesabına və onun adından fəaliyyət göstərməsi onu 
digər müqavilə üzrə olan ticarətçilərdən - sövdələşməni öz adından və öz 
hesabına  həyata  keçirən  distribyu-  tordan  və  həmçinin  üçüncü  şəxs 
qarşısında çıxış edən, ancaq sövdələşməni komitentin (istehsalçının və ya 
onun  nümayəndəsinin)  hesabma  yerinə  yetirən  komissionerdən 
fərqləndirir. Agent, yalnız alqı-satqı sövdələşməsini başa çatdırır, ancaq 
kontraktın digər tərəfi kimi çıxış etmir və əmtəəni öz hesabma almır. O, 
yalnız  agent  razılaşmasında  qeyd  olunan  məsuliyyət  çərçivəsində 
prinsipialın  nümayəndəsi  kimi  çıxış  edir.  Agent  razılaşmasının  xüsusi 
hüquqi əsası vardır və onu digər razılaşmalarla qarışdırmaq olmaz (şəkil 
5.2). 
 
Şəkil 5.2. Agent əməliyyatlarının fimumi struktur sxemi 
161 


Agent  əməliyyatlarının  hüquqi  tənzimlənməsi  müxtəlif  ölkələrdə 
fərqlidir.  Bu  xüsusiyyətlər  hər  bir  ölkənin  vətəndaş  və  ticarət 
kodekslərində  və  ya  qanunlarında  ətraflı  əks  etdirilir,  və  onlann 
beynəlxalq  kommersiya  fəaliyyətində  nəzərə  alınması  çox  vacibdir. 
Müxtəlif ölkələrdə agentlərin müəyyən edilməsində əsaslı fərqlər olmasa 
da,  ancaq  onlardan  hər  biri  öz  xüsusi  terminologiyasından  istifadə 
etməklə belə əməliyyatların tərəflərini nüxtəlif cür adlandırırlar. İngiltərə 
və  bir  sıra  ölkələrdə  agent  razılaşmalannda  tərəflər  agent  və  prinsipial 
(agent,  prinsipial),  Almaniyada  nümayəndə  (ticarət  nümayəndəsi)  və 
sahibkar (vertreter, handelsvertreter, untememer), Fransada - nümayəndə 
(agent)  və  etibar  (représentant,  commentant  en  mandat),  Avstriya, 
Belçika,  Finlandiya  və  Yaponiyada  -  ticarət  nümayəndəsi  və  sahibkar. 
Skandinaviya ölkələrində - agent və sahibkar, Argentina və Braziliyada - 
etibar edən və etibar edilən adlandırılır. 
Komision  (və  ya  komissiya)  əməliyyatları  (KƏ).  Komision 
əməliyyatları  -  komissioner  adlanan  vasitəçi  tərəfin  komitent  adlanan 
digər  tərəfin  (istehsalçı-ixracatçı)  tapşırığı  əsasında  öz  adından  və  öz 
hesabına  həyata  keçirdiyi  əməliyyatlardır.  Komitent  və  komissioner 
arasındakı qarşılıqlı münasibətlər komissiya müqaviləsi əsasında həyata 
keçirilir  və  onun  hüquqi  tənzimlənməsi  hər  bir  ölkənin  xüsusi 
qanunvericiliyinə uyğun olmalıdır. 
Komission  müqaviləsinə  uyğun  olaraq  komissioner  komitentin 
əmtəəsini  almır,  yalnız  komitentin  hesabma  əmtəələrin  alqı-satqısını 
həyata keçirir. Bu isə o deməkdir ki, əmtəə son alıcının ixtiyarına verilənə 
qədər komitent onun qanuni mülkiyyətçisi olaraq qalır. 
Beləliklə,  komision  əməliyyatlarında  komissionerin  sərəncamında 
olan əmtəənin mülkiyyətçisi hüquqi komitentin üzərində qalır ki, bu da 
əlavə  məsuliyyət  müqaviləsi  olmasa,  risk  problemlərini  komitentin 
üzərinə qoyur. Buna baxmayaraq, əmtəənin itməsi və ya 
162 


xarab olması və s. komissionerin günahı üzündən baş verirsə, məsuliyyəti 
o  daşıyır.  Komissioner  alıcı  ilə  müqaviləni  komitentin  tapşırığı  ilə  öz 
adından  bağlayır  və  verilən  əmtəəyə  görə  ödənişi  özü  alır.  Beləliklə, 
komitentin  nöqteyi-nəzərincə  komissioner  vasitəçi  rolunu  oynayır. 
Ancaq  o,  üçüncü  şəxs  (alıcı)  üçün,  alqı-satqı  kontraktının  kontragenti 
kimi çıxış edir, (şəkil 5.3.) 
 
Şəkii 5.3. Komissiya və konsiqnasiya əməliyyatlannın 
ümumi struktur sxemi 
Komissiya  müqaviləsində  əmtəənin  qiymətinin  müəyyən  edilməsi 
qaydası  göstərilir.  Komissioner  öz  vasitəçilik  fəaliyyətinə  görə, 
müqavilədə  göstərilən  qaydada  sövdələşmə  məbləğinin  müəyyən  faizi 
(orta  hesabla  10%-ə  qədər)  və  ya  komitentin  təyin  etdiyi  qiymətlə 
əmtəənin  komissionerin  reallaşdırdığı  qiymət  arasındakı  fərqə  görə 
mükafat  əldə  edir.  Komissioner,  adətən,  komitent  qarşısında  üçüncü 
şəxsə  (alıcı)  alqı-satqı  müqaviləsinə  görə  cavabdeh  deyil.  Ancaq 
komissioner  istənilən  itkilərə  görə  komitentə  zəmanət  verərsə,  onda 
komitent  əlavə  mükafatlandırma  yolu  ilə  alıcının  ödəniş  qabiliyyəti 
olmadığı  hallarda  komissionerə  vəsait  ödəyə  bilər.  Bu  şərt  komissiya 
müqavilələrində delkredere (delcredere) şərti adlanır. 
Bir  ölkənin  idxalçısmın  (alıcının)  digər  ölkənin  komissionerinə 
verdiyi müəj^ən əmtəə partiyasının alışı ilə bağlı birdəfəlik 
163 


Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə