Q. S. Httseynov I e. d., prof. A. M. Məhərrəmov I e. d., prof. H. B. Rfistə]nbəyov I e. n., dos. A. H. Tağıyev Mammədova Ş. S. Beynalxalq kommersiya işi. Dərs



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə49/113
tarix29.08.2018
ölçüsü2,25 Mb.
#65285
1   ...   45   46   47   48   49   50   51   52   ...   113

komissiya  tapşırıqları  indentlər  adlanır.  Bu  sifarişi  komissioner  öz 
ölkəsinin istehsalçısına çatdınr. İdentlər iki cür olur: 
Qapah identlər - identin konkret olaraq və dəqiq istehsalçısının adı 
göstərilməklə  və  eyni  zamanda  sifariş  edilən  əmtəə  partiyasının  növü, 
rəngi və ya hər hansı nümunəsi qeyd edilməklə bağlı sifariş - tapşırıqlam 
yerinə yetirilməsi zamanı tətbiq olunur. Açıq identlər isə - komissionerin 
özünün  istehsalçısını  seçim  etməsi  və  sifariş  edilən  əmtəə  partiyası 
haqqında dəqiq tələb və məlumatların olmadığı hallarda tətbiq edilir. 
Komission  əməliyyatlarının  müxtəlif  növlərindən  biri  konsiqna- 
siya  əməliyyatları  adlanır.  Bu  əməliyyatlar  bir  tərəfin  -  konsiqnantm 
tapşırığı  əsasında  digər  tərəfin  -  konsiqnatorun  öz  adından  və 
konsiqnantm  hesabına  əmtəənin  konsiqnatorun  olduğu  ölkənin 
anbarından  (konsiqnant  əmtəəni  anbara  özü  göndərir)  reallaşdırdığı 
əməliyyatlardır.  Satışın  konsiqnasiya  forması  bazarın  zəif  öyrənilməsi, 
ya da yerli alıcıya az məlum olan əmtəənin satışı zamanı istifadə olunur. 
Bu formada həmçinin kütləvi istehsal məmulatları reallaşdırılır. Çünki bu 
zaman  ixracatçınm  belə  əmtəələrin  tez  və  dayamqlı  satışına  inamı  çox 
olmur.  Konsiqnasiya  əməliyyatlarında  anbarda  yerləşən  əmtəələr 
konsiqnantm-prinsipialm 
mülkiyyəti 
hesab 
edilir. 
Əmtəələrin 
reallaşdırıldığı ölkədə verilən əmtəə anbararmın olması və oradan onlann 
satışı  yeni  bazarlann  öyrənilməsini  asanlaşdım.  Çünki  bu  halda  xarici 
alıcılar  onlan  maraqlandıran  əmtəələr  barəsində  məlumatlan  nəinki 
qiyabi  olaraq,  kataloqlardan,  prospektlərdən  və  s.-dən  əldə  edirlər,  ən 
başlıcası  isə  əmtəəyə  birbaşa  baxış  və  yaxud  da  onun  yoxlanması 
imkanını əldə edirlər. 
Broker  əməliyyatları  (BƏ).  Broker  əməliyyatları  -  alıcı  ilə  satıcı 
arasında  (həmçinin  sığortaçı  ilə  sığortalanan,  gəmi  sahibi  və 
fraxtlayıcı-daşıyıcı  arasmda)  kontaktın-əlaqənin  broker  vasitəçisi 
(ingiliscə - broker, almanca - makler, franszca- courtier adlanır) ilə 
164 


qurulmasını əhatə edir. Konkret fəaliyyətdən və kimi təqdim etməsindən 
asılı  olmayaraq  broker  dar  hüquqi  mənada  faktiki  fəaliyyəti  həyata 
keçirən  vasitəçidir.  Agentdən  fərqli  olaraq,  broker  müqavilə 
münasibətlərində  tərəf  kimi  çıxış  etmir,  heç  bir  tərəfin  nümayəndəsi 
deyil,  yalnız  müştəri  razılaşmasına  əsasən  müştərilə  ilə  razılaşma 
bazasında fəaliyyət göstərir. Brokerlər ticarət birjalarında və hərraclarda 
yalnız  əlaqələndirici  rolunda  çıxış  edirlər.  Müştəri  brokerə  əmtəənin 
keyfiyyəti,  miqdarı,  qiyməti  barəsində  ayrı-ayrı  sövdələşmə  barəsində 
xüsusi  tapşırıq  (əmrin  yerinə  yetirilməsi)  verir.  Ona  həmçinin  bu 
sövdələşmənin  yerinə  yetirilməsinə  nəzarət  etmək  də  tapşırıla  bilər. 
Broker  öz  fəaliyyətinə  görə  mükafat  (ticarət  adətlərinə  görə  bu 
İngiltərədə brokerij (brokerag, Fransada - kurtaj -courtage, Almaniyada 
-provizion - provisionc adlanır) alır. 
Bu mükafatın məbləği əmtəə əməliyyatlarında 0,25%-dən 2-3%- ə 
qədər  ola  bilər.  Brokerin  sövdələşmədə  bir  tərəün  maraqlarını  təqdim 
etməyə və digər tərəfdən komissiya və ya mükafat almağa hüququ yoxdur 
(əgər  xüsusi  halda  bunun  üçün  müştərinin  razılığı  olsa).  Brokerlər, 
adətən,  bir-iki  əmtəə  növünün  alqı-satqısı  üzrə  əməliyyatlarda 
ixtisaslaşırlar. Belə əmtəələr birja və hərrac əmtəələri olur. 
53. Ticarət vasitəçiləri ilə bağlanan müqavilələrin 
əsas kommersiya şərtləri 
Beynəlxalq  kommersiya  təcrübəsində  ticarət  vasitələrilə  bağlanan 
müqavilələr  içərisində  distribyutor  və  agent  sövdələşmələri  geniş 
yayılmışdır. Bu sövdələşmələrin sadələşdirilməsi və standartlaşdırılması 
üçün  Beynəlxalq  Ticarət  Palatası  tərəfindən  (BTP  -  International 
chamber of Commersce - ICC) aşağıdakı sənədlər 
165 


hazırlanmışdır: 
-1983-cü  ildə  -  kommerisya  agent  kontraktlannm  tərtib  edilməsi 
üzrə rəhbər sənəd
-1991-ci  ildə  -  Beynəlxalq  Ticarət  Palatasının  nümunəvi 
kommersiya agent kontraktı; 
-1988-ci  ildə  -  Beynəlxalq  distribyutor  sövdələşməsinin  tərtib 
edilməsi üzrə rəhbər sənəd; 
-1993-cü  ildə  -  Beynəlxalq  Ticarət  Palatasının  nümunəvi 
distribyutor kontraktı. 
Belə  nümunəvi  razılaşmalar  (distribyutor  və  agent)  yalnız 
beynəlxalq  razılaşmalarda  və  beynəlxalq  kommersiya  əməliyyatlarında 
həyata keçirilir. 
Distribyutor sövdələşmələri. 
Distribyutor  sövdələşməsinin  şərtlərinin  əsas  bəndləri 
aşağıdakılardır: 
1.Sövdələşmənin adı və ya başlığı - distribyutor razılaşması və ya 
kontraktı, ya da beynəlxalq distribyutor kontraktı, satışın təqdim edilməsi 
hüququ haqqında müqavilə və s. adlanır. 
2.
 
Sövdələşmənin  tərəfləri  •  Beynəlxalq  Ticarət  Palatasının 
nümunəvi  kontraktlarında  tərəflər  adətən  mal  göndərən  (suppiier)  və 
distribyutor  (distribyutor)  adlandırılır.  Bu  bölmədə  malgöndərənin  və 
distribyutorun (öz admdan və öz hesabına əmtəəni üçüncü şəxsə satması 
mütləq qeyd olunur) öhdəlikləri göstərilir. 
3.
 
Əmtəənin  müəyyən  edilməsi  -  distribyutora  verilən  əmtəənin 
satış hüququnun müəyyən edilməsi əlavədə göstərilir. 
4.
 
Ərazinin (distribyutorun əmtəənin reallaşdırdığı) müəy< yən 
edUməsi. 
O,  müqavilə  ərazisi  adlamr. Distribyutor müqavilədə qeyd  edilən 
ərazidən kənarda əmtəəni reallaşdıra bilməz. 
5.
 
Satışa olan hüququn xarakteri. Bu hüquqlar sadə (satıcının 
166 


Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə