Q. S. Httseynov I e. d., prof. A. M. Məhərrəmov I e. d., prof. H. B. Rfistə]nbəyov I e. n., dos. A. H. Tağıyev Mammədova Ş. S. Beynalxalq kommersiya işi. Dərs



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə51/113
tarix29.08.2018
ölçüsü2,25 Mb.
#65285
1   ...   47   48   49   50   51   52   53   54   ...   113

bankın zəmanəti, reklam, hesabat və informasiyanın təqdimi və s.). 
9.  Əmtəənin  qaytarılması  qaydaları  -  əmtəə  konsiqnasiya 
müddətində satılmadıqda yaranan xərclərlə bağlıdır. Bu konsiq- natonm 
ölkəsinin qanunvericiliyilə tənzimlənir və çox vaxt FOB franko sərhəd 
şərtilə - konsiqnatorun öz ölkəsinin sərhədinə - limanına qədər xərclərin 
ödənilməsi şərtilə həyata keçirilir və s. digər şərtlər bu bölmədə ətraflı 
razılaşdırılır. 
5.4.
 
Beynəlxalq ticarət vasitəçiliyinin təşkilatı - häquqi 
forma və xüsusiyyətləri 
Ticarət-vasitəçi  əməliyyatların  həyata  keçirilməsi  xarakterindən 
asılı olaraq ticarət-vasitəçi firmalarm aşağıdakı növlərini fərqləndirirlər: 
ticarət, komission, agent, broker firmaları və faktorları (şəkil 5.4.). 
1.Ticarət firmaları - ticarət-vasitəçi əməliyyatlarını öz adından və 
öz  hesabına  həyata  keçirirlər.  Onlar  yerinə  yetirilən  əməliyyatların 
xarakterindən  asılı  olaraq:  ticarət  evləri,  ixrac,  idxal,  topdansatış, 
pərakəndə satış, distribyutor firmaları və stokistlərə 
ayrılır. 
Ticarət  evləri  (merchant  houses,  merchants,  trading  merchants) 
əmtəəni istehsalçıdan və ya öz ölkəsinin topdan satıcısından alır və onları 
xaricə satır, xaricdə əmtəəni əldə edir, onu yerli topdan və ya pərakəndə 
satıcıya yenidən satır. Onlar, adətən, yerli istehsalçı- ixracatçıya xidmət 
edir. Onlar ya geniş əmtəə nomenklaturası üzrə, ya da bir və ya əmtəə 
qrupunun satışı üzrə ixtisaslaşır. 
İxrac  firmaları  -  (export  merchants,  export  firms)  əmtəəni  öz 
hesabına daxili bazarda alır və sonra onu öz adından xaricə satır. Onlar 
ayrı-ayrı  hallarda  xarici  firmaların  komissionerləri  kimi  çıxış  edərək, 
müxtəlif komissiya tapşınqlarını yerinə yetirə bilərlər. İxrac 
170 


 


firmaları:  xüsusi  (müəyyən  bir  əmtəənin  satışı  üzrə)  universal  (geniş 
çeşidli əmtəələrin satışı üzrə) və kənd təsərrüfatı məhsulları ixrac edən 
(İEOÖ-dən) firmalar növündə ola bilər. 
İdxal firmaları (import merchants) > əmtəəni öz hesabma xaricdən 
alır  və  sonra  onu  daxili  bazarda  sənayeçilərə  topdan  və  pərakəndə 
satıcılara  yenidən  satır.  Çox  vaxt  idxal  firmalan  özlərinin  geniş  diler 
şəbəkələrinə, xırda ticarətçilərinə malik olurlar. 
Topdansatış  firmaları  (wholesaler,  Wholesale  merchants)-* 
sənayeçilər  və  pərakəndə  satıcılar  arasında  vasitəçilərdir.  Onlar  öz 
hesabına xaricdən böyük patiyalarla əmtəəni alır və daxili bazarda az-az 
satır. Topdansatış - idxalçı firmalar çox vaxt nəinki topdan satıcı rolunda, 
hətta pərakəndə satıcı kimi də çıxış edirlər. 
Pərakəndə  satış  firmaları  çox  vaxt  özləri  idxal  və  ixrac  əmtəələri 
üzrə  əməliyyatları  həyata  keçirir.  (İdxal  və  topdansatış  firmaların 
xidmətlərinə müraciət etmədən). Onlar özlərinin geniş filiallarına, törəmə 
kompaniyalarına və xaricdə alış şöbələrinə malik olurlar. 
Distribyutor  firmaları  (distribyutors)  əmtəəni  öz  adından  və  öz 
hesabma alıb-satır və adətən, idxalçının ölkəsində yerləşir. Belə firmalar 
daha  çox  ABŞ,  İngiltərə  və  s.  ölkələrdə  geniş  yayılmışdır.  Dis- 
tribyutorlar əmtəənin alış və satışı üzrə xüsusi hüquqa malik olurlar. 
Stokistlər (stockists) - idxalcmm ölkəsində yerləşən firmalardır və 
konsiqnasiya  anbarı  haqqında  xüsusi  müqavilə  əsasında  ixrac-  idxal 
əməliyyatlarını həyata keçirir. Stokistlər, bir qayda olaraq, öz anbarlarına 
malik olurlar və əmtəəni öz hesablarına alır və öz adlarından satırlar. 
2.
 
Komission firmaları - komitentin tapşırığını yerinə yetirir və öz 
adından,  ancaq  komitentin  hesabına  fəaliyyət  göstərir.  Yerinə  yetirilən 
əməliyyatların  xarakterindən  asılı  olaraq  ixrac  və  idxal  komission 
firmalarını fərqləndirirlər. 
Komission ixrac firmaları (export comission houses) - istəni- 
!72 


lən  alıcı  və  ya  satıcının  nümayəndəsi  kimi^ıxış  edə  bilər.  Satıcının 
nümayəndəsi kimi (selling merchant) ölkə daxili istehsalçı - ixracatçınm 
xarici  bazarda  satışı  üzrə  tapşırığını  yerinə  yetirir  və  ondan  komissiya 
mükafatı alır. Bu zaman firma əmtəənin vaxtında göndərilməsini, nəqlini, 
maliyyə və məsuliyyəti öz üzərinə götürür.. 
Ahcınm  nümayəndəsi  (buying  indent  house)  öz  ölkəsinin  baza- 
nndan əmtəənin alınması Üzrə xarici alıcının tapşırıqlarmı yerinə yetirir. 
Komissiya  idxal  firmaları  -  (import  commission  houses)  çıxış 
edərək,  öz  adlarından  və  öz  ölkəsinin  komitenti  hesabına  xarici 
istehsalçılarda sifarişi yerləşdirirlər. 
3.
 
Agent  firmaları.  Onlar  Öz  adından  və  prinsipialın  hesabına 
fəaliyyət göstərir. Müqavilənin şərtindən asılı olaraq agent firmaları ya öz 
adından  və  prinsipialın  hesabına  sövdələşmə  bağlayır,  ya  da  ancaq 
sövdələşmə bağlanan zaman vasitəçilik  edir. Agent  firmaları  yerləşdiyi 
əraziyə görə prinsipialın ölkəsində olan agentlərə (ixrac agenti və rezident 
agent) və xarici ölkələrdəki agentlərə (xarici-satış agentləri və xarici-alış 
agentləri) bölünür. 
İxrac  agenti  (export  agent,  manufacturers  export  agent)  -  öz 
ölkəsinin  sənaye  firmalarının  tapşırıqları  əsasında  (və  ya  aralarındakı 
müqaviləyə əsasən) fəaliyyət göstərir. 
İdxal  agenti  və  ya  rezident  agent  (resident  agent)  prinsipialm 
ölkəsində yerləşir və onun hesabına idxal əməliyyatlarını həyata keçirir. 
Xarici  satış  agenti  (sales  agent)  -  müəyyən  edilmiş  əmtəə  no- 
menklaturası  üzrə  xarici  ölkənin  müəyyən  edilmiş  ərazisində  digər  hər 
hansı bir ölkənin kompaniyası tərəfindən onun adından və onun hesabma 
satış  hüququnu  əldə  edən  firmalardır.  Belə  firmalar  geniş  xidmət 
sferasına, o cümlədən maşın və avadanlıqlara xidmətə malik olurlar. 
173 


Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə