Q. S. Httseynov I e. d., prof. A. M. Məhərrəmov I e. d., prof. H. B. Rfistə]nbəyov I e. n., dos. A. H. Tağıyev Mammədova Ş. S. Beynalxalq kommersiya işi. Dərs



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə54/113
tarix29.08.2018
ölçüsü2,25 Mb.
#65285
1   ...   50   51   52   53   54   55   56   57   ...   113

rilməsini nəzərdə tutan ikitərəfli razılaşmadır. Əgər forvard kontraktı üç 
aydan  sonra  real  əmtəənin  göndərilməsini  nəzərdə  tutursa,  əmtəənin 
göndərilməsi anında qiymətlər artdığı halda alıcı udur, satıcı isə uduzur. 
Ya  da  əksinə,  qiymətlər  aşağı  düşərsə,  satıcı  udur,  alıcı  isə  uduzur. 
Forvard kontraktı üzrə itkilər və uduşlar (qiymətlərin artıb və azaldılması 
ilə bağlı) kontraktın müddəti qurtarandan sonra, qarşılıqlı hesablaşmalar 
yolu ilə tərəflər vasitəsilə reallaşdırılır. 
Fyuçers  (və  ya  müddətli)  (terminal  transactions,  flıture  trans- 
actions)  sövdələşmələrdə  real  əmtəə  sövdələşməsindən  fərqli  olaraq, 
tərəflər  kontraktda  müəyyən  olunmuş  müddətdə  real  əmtəəni  qəbul 
etmək  və  ya  göndərmək  öhdəliyini  nəzərdə  tutmurlar,  yalnız  əmtəəyə 
olan  hüququn  (kağız  sövdələşməsi)  alqı-satqısını  təklif  edirlər.  Belə 
sövdələşmələrin  nəticəsi  real  əmtəənin  göndərilməsi  deyil,  kontraktın 
onun bağlandığı gündə olan dəyəri ilə kontraktın yerinə  yetirildiyi  gün 
arasındakı fərqin-dəyərin ödənilməsi və yaxud alınmasıdır. Əlbəttə, belə 
kontraktların dəyəri əmtəənin qiymətinin dəyişməsilə dəyişir. 
Müddətli 
kontraktların 
yerinə 
yetirilməsini 
maksimum 
sürətləndirmək  və  hesablaşmalan  sadələşdirmək  üçün  onun  birjalar 
tərəfindən  işlənən  standartlaşdırılmış  formalarından  istifadə  olunur. 
Burada  bütün  şərtlər  (əmtəənin  növü,  keyfiyyəti,  keyfiyyətdən 
yayınmaya  görə  əlavə  Ödəniş,  ödəniş  forması,  kontraktm  pozulmasma 
görə  cərimələr,  arbitraj  forması  və  s.)  razılaşdmiır.  Hər  bir  forvard 
kontraktı  kontrakt  vahidi  olan  müəyyən  miqdar  əmtəələrə  bağlanır 
(məsələn,  şəkər  üzrə  -  50  ton,  kofe  -  5  ton,  buğda  -  25  ton).  Faktiki 
çəkinin kontrakt çəkidən kənarkaşması 3%-dən çox olmamalıdır. 
Fyuçers  sövdələşməsi  əmtəələrin  miqdarı  üçün  deyil,  müəyyən 
sayda kontraktın bağlanmasını nəzədə tutur. Əmtəənin miqdarı bağlanan 
kontraktların  sayı  ilə  müəyyən  olunur.  Fyuçers  sövdələşməsi,  yalnız 
bazis növü adlanan bir standart əmtəə növü üçün bağlanılır. 
181 


Bütün  fyuçers  kontraktları  məcburi  qaydada  birjanın  hesablama 
palatasında  yubanmadan  qeyd  olunmalıdır.  Bundan  sonra  tərəflər 
bir-birinə  münasibətə  girmirlər,  yanız  hesablama  palatası  ilə  işlərini 
reallaşdırırlar.  Tərəflər  istənilən  anda  ofset  sövdələşməsi  ilə  (satıcı 
brokerə  fyuçers  kontraktmın  alınmasına,  alıcı  isə  həmin  kontraktın 
satılmasına, yənİ əks sövdələşməyə əmr verir) fyuçers kontraktını ləğv 
edə bilərlər. Bu zaman fyuçers kontraktının bağlandığı və ləğv edildiyi 
andakı fərq hesablama palatasına ödənilir. 
Birja  sövdələşməsini  həyata  keçirərkən  onun  iştirakçılarının  əsas 
məqsədi  aşağıdakılardır:  real  əmtəənin  alınması  və  satılması,  alver 
məqsədli  sövdələşməsini  həyata  keçirilməsi  və  hecləmənin  -  mümkün 
qiymət dəyişikliklərindən sığortalanmanın reallaşdırılması. 
1.
 
Real əmtəənin alınması və satılması. Bu sövdələşmənin məqsədi 
aşağıdakılardır: 
-
 
istehsalçı üçün: öz əmtəəsini reallaşdırmaq; 
-
 
istehlakçı  üçün:  özünü  lazım  olan  əmtəələrlə,  xüsusilə  sonradan 
emal məqsədilə xammallarla təmin etmək; 
-
 
ticarətçilər  üçün:  son  istehlakçıya  yenidən  satış  yolu  əmtəənin 
satılması. 
Real əmtəə sövdələşməsi həm nəğd əmtəəyə görə, həm də müddətli 
göndərmə ilə bağlana bilər. 
2.
 
Alver  sövdələşməsi  və  ya  alver  məqsədli  əməliyyatlar  isə  birja 
kontraktının  onun  bağlandığı  andakı  qiyməti  ilə  tərəflərin  biri  üçün 
qiymətlərin dəyişməsinin əlverişli olduğu zaman onun yerinə yetirildiyi 
andakı  qiymətinin  fərqi  nəticəsində  birja  kontraktının  alqı-  satqısında 
meydana  çıxan  mənfəətin  alınması  məqsədilə  biıjada  həyata  keçirilir. 
Alver  sövdələşməsinin  sadə  üsulu  qiymətlərin  qalxması  və  ya  aşağı 
düşməsi ilə bağlıdır. Belə ki, biija kontraktları sonradan onun daha baha 
qiymətə satılması məqsədilə alınır və yaxud sonradan qiymətlərin aşağı 
düşməsi ilə satılır. Belə əməliyyatlar həm 
182 


real əmtəə ilə, həm də fyuçers kontraktları ilə həyata keçirilir. 
Real  əmtəə  ilə  alver  sövdələşməsi  -  spot  və  forvard  sövdələşməsi 
üzrə  qiymətlərin  fərqi  nəticəsində  həyata  keçirilir.  Biıjada  ''kontanqo” 
(contango)  və  “bekvardeyşn”  (backuardation)  vəziyyətilə  xarakterizə 
olunan qiymətin nisbətlərinin - münasibətlərinin iki variantı mümkündür: 
Kontanqo  vəziyyətində  mövcud  -  real  (sopt)  əmtəənin  qiyməti 
müddətli (forvard) qiymətindən aşağı olur. Bu halda real əmtəə alınır və 
forvard kontraktı satılır. Bekvardeyşn vəziyyətində isə, əksinə real (spot) 
əmtəənin  qiyməti  müddətindən (forvard)  yüksəkdir. Bu hal  ehtiyatlann 
ixtisar  edilməsi  və  əmtəə  çatışmazlığı  zamanı  xarakterikdir.  Bu  halda 
alver  əməliyyatım  reallaşdıran  real-mövcud  əmtəəni  yubanmadan 
göndərmə ilə satır və forvard kontraktını alır. 
Fyuçers  kontraktları  ilə  alver  əməliyyatları  biija  kontraktlarının 
alqı-satqısından mənfəət əldə edilməsi məqsədilə həyata keçirilir. Bunun 
mahiyyəti  odur  ki,  biija  kontraktları  onları  sonradan  -  yenidən  baha 
satmaq məqsədilə alınır və sonradan daha aşağı qiymətlə almaqla satılır. 
Kim qiymətlərin sonrakı artımına ümid edirsə, o kontraktları alır, kim isə 
qiymətlərin düşməsini nəzərdə tutursa, onda o, kontraktları satır. 
Fyuçers  sövdələşmələri,  adətən,  real  əmtəəyə  sövdələşmə 
bağlanarkən bazar qiymətlərinin dəyişməsi hallannda mümkün itkilərdən 
sığortalanmaq  üçün,  yəni  hecləmə  üçün  istifadə  olunur.  Hecləmə 
əməliyyatında sığortalanmanın prinsipi ondan ibarətdir ki, sövdələşmədə 
əgər  bir  tərəf  satıcı  kimi  real  əmtəəni  itirirsə,  onda  o  alıcı  kimi  həmin 
miqdarda fyuçersi udur və əksinə hecləməni həyata keçirəni, hər şeydən 
əvvəl,  real  əmtəə  ilə  fyuçers  qiymətləri  arasındakı  fərq  maraqlandınr. 
Baza qiymətlərinin dəyişməsi nəticəsində yaranan gəlir və ziyanın ölçüsü 
həmişə bazar qiymətlərinin dəyişməsindən yaranan gəlir və ziyandan az 
olur. Beləliklə, hecləmə 
183 


Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə