Q. S. Httseynov I e. d., prof. A. M. Məhərrəmov I e. d., prof. H. B. Rfistə]nbəyov I e. n., dos. A. H. Tağıyev Mammədova Ş. S. Beynalxalq kommersiya işi. Dərs



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə53/113
tarix29.08.2018
ölçüsü2,25 Mb.
#65285
1   ...   49   50   51   52   53   54   55   56   ...   113

orta  hesabla  15-20%-i  düşür.  Onları  aşağıdakı  qruplarda  birləşdirmək 
olar: 
l.Kənd təsərrüfatı və meşə əmtəə və məhsulları: 
-
 
buğda, qarğıdalı və digər dənli bitkilər
-
 
soya, soya yağı, pambıq toxumu və s.; 
“ şəkər, kofe, kakao, bitki yağları; 
-
 
yumurta, bibər, kartof, qatılaşdırılmış apelsin şirəsi, araxis; 
-
 
meşə materialı, faner və s. 
-
 
natural kauçuk. 
2.Sənaye xammalları və yarımfabrikatları: 
-
 
yanacaq,  məhsulları:  xam  neft,  dizel  yanacağı,  mazut,  benzin, 
qaz-propan; 
-sənaye və qiymətli metallar: mis, alüminium, sink, nikel, qurğuşun
qızıl, gümüş, platin, palladium və s. 
Bütün bu əmtəələr biıjalarda material və ya fiziki əmtəələr (phsical, 
visible)  adlanır.  Müasir  birja  ticarətində  bu  əmtəələrlə  yanaşı, 
qeyri-əmtəə dəyərliləri (invisible) də meydana gəlmişdir. Onlar iki qrupa 
ayrıla bilər: 
-
 
valyuta və valyuta fyüçersləri və indeksləri; 
-
 
maliyyə  alətləri  -  əmtəə  fyuçerşləri,  bank  faiz  dərəcələri, 
səhmlərin fond indeksləri (aktivlərin idarə olunması alətləri də adlanır), 
həmçinin  fraxtlaşdırma  və  dövlət  qiymətli  kağızları  üçün  olan 
kontraktlar. 
Hal-hazırda  fyuçers  əmtəə  birjaları  böyük  maliyyə  institutlanna 
çevrilmişlər. Onlar qiymətli  kağızlar və faiz dərəcələri  bazarları ilə sıx 
əməkdaşlıq edirlər. 
Beynəlxalq  birja  ticarəti  ABŞ,  İngiltərə  və  Yaponiyanın  iri  biıja 
mərkəzlərində  cəmlənmişdir.  Bu  ölkələrdə  dünyanın  ən  mühüm 
beynəlxalq  əmtəə  birjaları  fəaliyyət  göstərir.  Bu  birjalar  bağlanan 
sövdələşmələr üzrə əmtəələrin çeşidlərindən asılı olaraq universal 
177 


(ümumi təyinatlı) və xüsusi birjalara aynhr. 
Eyni  zamanda  müxtəlif  növlü  əmtəələrin  ticarətinin  həyata 
keçirildiyi  universal  birjalara  misal  olaraq  ABŞ-da  -  “Çikaqo  Bord  of 
Treyd”, “Çikaqo Merk - entayi Eksçeync”, Yaponiyada - “Tokio birjası”, 
Sidney, Syanqan (Honkonq) biıjalanm və s. göstənnək olar. 
Xüsusi  birjalar  əsasən  əmtə  qrupları  üzrə  ixtisaslaşırlar.  Geniş 
profilli  əmtəə  birjalarından:  “Nyu-York  əmtəə  birjası”,  “London  metal 
biqası”,  “Nyu-York  kakao  birjası”,  “Paris  əmtəə  biıjası”nı  və  s.  misal 
göstərmək  olar.  Dar  çərçivədə  ixtisaslaşmış  birjalardan:  “London  yun 
birjası”, Yaponiyanm şəkər, kauçuk, tekstil xammalı birjalarını, ABŞ-ın 
buğda birjası “Kanzas-Siti Bord of Treyd” və s, göstərmək olar. 
Birjalarm  dünya  ticarətində  fəaliyyət  sferalarına  görə  iki  qrupa: 
beynəlxalq və milli birjalara ayırırlar. Beynəlxalq birjalar konkret dünya 
əmtəə  bazarlarma  xidmət  edir,  onların  birja  əməliyyatlarında  müxtəlif 
ölkələrin işgüzar dairələri iştirak edir. 
Milli  birjalar  -  bir  ölkə  çərçivəsində  fəaliyyət  göstərən  və  daxili 
bazara istiqamətlənən birjalardır. 
Birja  sövdələşmələrinin  növləri  -  birjalarda  əsasən  iki  növ 
sövdələşmələr: real əmtəələrə olan sövdələşmələr və fyüçers (müddətli) 
sövdələşmələri bağlanılır (şəkil 6.1). 
Real əmtəə sövdələşməsi (valyuta transactions, actual transactions) 
zamanı real  əmtəə, birja anbarında satıcıdan alıcıya təhvil-təslim  edilir 
(satılır).  Bu  sövdələşmə  o  deməkdir  ki,  birjada  əmtəə  satan  satıcı  real 
formada  mövcud  olan  əmtəəyə  malik  olmalı  və  onu  kontraktda 
şərtləşdirilmiş müddətdə göndərməlidir. 
Real  əmtəə  sövdələşməsi  mal  göndərmənin  müddətindən  asılı 
olaraq: 
-
 
yubanmadan mal göndərmə
-
 
gələcəkdə mal göndərmə sövdələşmələrinə ayrılırlar. 
178 


 
Şəkil 6.1. Birja sövdələşmələrinin növləri və məqsədləri 
179 


Yubanmadan mal göndərmə sövdələşməsi, adətən, nəğd əmtəə 
(keş və ya spot-cash, spot) sövdələşməsi adlanır. Bu növ sövdələşmədə 
yubanmadan  göndərmə  anlayışına  uyğun  olaraq  əmtəə,  sövdələşmənin 
bağlandığı gündən 15 gÜn müddətində (birja qaydalarından asılı olaraq) 
alıcıya təhvil verilməlidir. Belə sövdələşmələr spot kontaktları əsasında 
həyata  keçirilir.  Beləliklə,  birjada  nəğd  şəkildə  satılan  əmtəə  biıjanm 
anbarında olmalı və sövdələşmənin bağlanmasından sonra, yubanmadan 
alıcıya  təhvil  verilməlidir.  Əmtəə  biija  anbarına  daxil  olan  zaman  bu 
əmtəənin gətirilməsinə cavabdeh olan ekspeditor firması satıcıya anbar 
və  ya  saxlanılma  şəhadətnaməsi  (varrant)  verir.  Varrant  əmtəə 
müşayətedici sənəd adlandınimaqla birjada sövdələşmənin başa çatması 
və uyğun olaraq hesablamaların həyata keçirilməsi üçün əsas sənəd hesab 
edilir. Satıcı onu öz bankmda saxlayır və əmtəənin göndərilmə müddəti 
yetişəndə  onu  (əmtəənin  anbarda  saxlanması  və  onun  sığorta  dəyərini 
ödəməklə)  alıcıya  təhvil  verməlidir.  Alıcı  isə  varrantı  alaraq,  əvəzində 
ödəniş çekini satıcıya təqdim edir. 
Gələcəkdə  əmtəə  göndərmə  sövdələşməsi  isə  müddətli 
sövdələşmə  və  ya  forvard  sövdələşməsi  (forward  transactions, 
forwards,  shipment).  Bu  sövdələşmələr  real  əmtəənin  kontraktda  onun 
bağlandığı  andakı  qiymətilə  və  kontraktda  şərtəndirilmiş  müddətdə 
göndərilməsini nəzərdə tutur. Bu müddətin davamlılığı birja tərəfindən 
müəyyən  olunur  (məsəən:  London  metal  birjasında  bu  müddət  üç  ay, 
gümüş üçün isə yeddi ay ola bilər). 
Belə  sövdələşmələrə  həmçinin  yolda  olan  əmtəələr  və  sonradan 
göndərilmə  yolu  ilə  (10,  20,  30,  60  gündən  sonra)  alınan  əmtəələr  də 
daxildir.  Bu  cür  sövdələşmər  forvard  kontraktı  (forward  contacts) 
əsasında  həyata  keçirilir.  O,  əmtəənin  gələcəkdə  razılaşdırılmış 
müddətdə və keyfiyyətdə müəyyən yerdə və müəyyən miqdarda göndə- 
180 


Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə