Q. S. Httseynov I e. d., prof. A. M. Məhərrəmov I e. d., prof. H. B. Rfistə]nbəyov I e. n., dos. A. H. Tağıyev Mammədova Ş. S. Beynalxalq kommersiya işi. Dərs



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə61/113
tarix29.08.2018
ölçüsü2,25 Mb.
#65285
1   ...   57   58   59   60   61   62   63   64   ...   113

8.4.
 
Texnoloji ödəniş balansının tətbiqi məsələləri və 
ticarətin texnoloji tutumu 
Qeyd  etmək  lazımdır  ki,  texnologiyalara  görə  ödənişlərin  yalnız 
müəyyən  hissəsini  ölkənin  ödəniş-tədiyyə  balansı  statistikası  vasitəsilə 
təyin  etmək  olar.  Belə  ki,  əgər  texnologiya  “xalis  şəkildə”  ötürülürsə, 
onda  belə  texnologiyalara  görə  ödənişlər  balansının  cari  əməliyyatlar 
çərçivəsində  xidmətlər  bölməsinə  aid  olan  “royalti  və  lisenziya 
ödənişləri” sətrində qeyd olunur. Yalnız sənayecə inkişaf etmiş  ölkələr 
texnoloji ödənişlər statistikasını nəşr edirlər və buna görə də dünya üzrə 
belə  texnologiya  ödənişlərin  həcmini  bütövlükdə  qiymətləndirmək 
qeyri-mümkündür. 
Bununla  əlaqədar,  dünya  səviyyəsində  -  beynəbcalq  təşkilatlar 
çərçivəsində  “texnoloji  ödəniş  balansının”  tətbiqinin  imkanı  məsələləri 
öyrənilir.  Çünki,  belə  bir  imkanın  olması,  yaxud  texnoloji  ödəniş 
balansının  mövcudluğu  yüksək  texnologiyalar  tələb  edən  məhsulların 
ticarəti,  beynəlxalq  investisiyalar,  patentlərin  xüsusi  satışı  və 
lisenziyaların  təqdimi,  həmçinin  təmənnasız  əsasda  texnologiyaların 
verilməsilə  bağlı  ölkələrarası  yüksək  texnologiya  axmlannı  izləməyə 
şərait yarada bilər. 
Əgər  texnologiyaların  beynəlxalq  səviyyədə  ötürülməsinə  geniş 
mənada baxılarsa və bu, özündə texnoloji tutumlu məhsullarm ticarətini 
birləşdirərsə,  onda  onun  ölçüsünün  dəyərləndinİməsinə  yanaşma  bİr 
qədər  başqadır.  Belə  ki,  yüksək  texnologiyalı  əmtəə  və  ya  məhsulların 
ticarət 
vasitəsilə 
ötürülən 
texnologiyalarmm 
həcminin 
qiymətləndirilməsi  üçün  UNCTAD  tərəfindən  işlənilmiş  ticarətin 
texnoloji tutumunun təsnifləşdiricisi tətbiq olunur. 
Ticarətin  texnoloji  tutumu  (TTT)  (ingiliscə:  R&D  İntensity  of 
trade) - istehsalın həcmində və a)o-ıca götürülmüş sahənin əmtəələrinin 
ticarətində tədqiqatlara və işləmələrə çəkilən xərclərin 
245 


üstünlüyü ondan ibarətdir ki, lisenziar qısa müddətdə kommersiya və ya 
başqa risk olmadan mükafatın bütün məbləğini əldə edir. 
Nəğd ilkin ödəniş - lisenziat tərəfindən birdəfəlik üzvlük haqqı kimi 
müəyyən  edilmiş  vaxtda  və  razılaşdırılmış  şərtlərlə  həyata  keçirilən 
lisenziya ödənişlərindən biridir. 
Lisenziatın  qiymətli  kağızlarınm  verilməsinin  ödəniş  forma-  smda 
lisenziar lisenziya mükafatı kimi lisenziatın səhmlərinin 5%- dən 20%-ə 
qədərini əldə edir. 
3.  Lisenziatm  mənfəətində  iştirak  -  lisenziyaya  görə 
mükafatlandırmanın bir növü olmaqla, verilən lisenziyanın istifadəsindən 
əldə  edilən  mənfəətin  20-30%  həcmində  lisenziarın  xeyrinə  ayniması 
deməkdir.  Çox  hallarda  isə  lisenziarın  payı  kifayət  qədər  böyük 
intervallarda - lisenziatın mənfəətinin 10%-dən 50%-ə qədər dəyişə bilər 
və bu məbləğ bir çox amillərdən: verilən hüquqların həcmindən, patent 
müdafiəsinin  həqiqiliyindən  və  mövcudluğundan,  həmçinin  mənfəətin 
ölçüsündən asılıdır: 
a)
 
əgər  lisenziya  obyekti  sənaye  və  ya  kommersiya  nöqteyi- 
nəzərindən  hələ  hazır  deyilsə,  əsas  dəyərləndirmə  kimi  lisenziya 
razılaşması  üzrə  patent  hüququ  təqdim  edilirsə,  onda  lisenziarın  payı 
lisenziatın mənfəətində 20% təşkil edir. 
b)
 
əgər  lisenziya  obyekti  sənayedə  tətbiqini  tapmış  məhsul  və  ya 
texnoloji prosesi olarsa, istisna lisenziya zamanı (yəni bütün hüquqların 
verilməsi zamanı) lisenziarın payı 35-50% təşkil edə bilər. 
c)
 
Qeyri-istisna  lisenziya  zamanı  isə  (lisenziarm  lisenziyadan 
istifadə  hüququ  saxlanılmaqla  lisenziata  lisenziyadan  yalnız  istifadə 
hüququnun  verilməsi  zamanı)  lisenziarın  payı  lisenziatın  mənfəətində 
20-30% təşkil edir. 
244 


baza əsasında hesablanır. Beynəlxalq təcrübədə royaltinin ölçüsü emprik 
yolla  -  sənayenin  müxtəlif  sahələri  üçün  müəyyən  edilmiş  orta  royalti 
(başqa sözlə standart royalti - 0,5-^-14%) əsasında müəyyən olunur. 
Bütün  sənayecə  inkişaf  etmiş  ölkələrin  qanunvericiliyinə  uyğun 
olaraq  texnologiyaların  və  əmlak  hüquqlarının  beynəlxalq  mübadiləsi 
əsasında  verilməsi  intellektual  mülkiyyətin  istifadəsinə  görə  mükafat 
qismində  “ağıllı  kompensasiya”  və  ya  “ağıllı  royalti”  (belə  növ 
ödənişlərin əsaslandırılması ilə bağlı qiymətəmələgəl- mələrdə yaranan 
mübahisələrə  və  s,  itkilərə  görə)  tələb  edir.  Lisenziya  ticarətinin 
beynəlxalq təcrübəsində lisenziyanın qiyməti dedikdə lisenziyanı satanın 
xeyrinə lisenziyanı alanm ödədiyi məbləğ başa düşülür. Royalti əsasında 
lisenziya  qiymətinin  hesablanması  zamanı  lisenziyanın  hesablama 
qiyməti  və  uyğun  olaraq  intellektual  mülkiyyət  sahibinə  (Hsenziara) 
ödənişin  ölçüsü  kimi  ənənəvi  olaraq  lisenziya  üzrə  istehsal  olunan  və 
reallaşdırılan  məhsulun  dəyərindən  asılı  olaraq  müəyyən  edilmiş  faiz 
ayırmaları  təyin  edirlər.  Lisenziya  razılaşmasında  royalti  dərəcəsi 
lisenziya  məhsulunun  xalis  satış  dəyərindən,  onun  maya  dəyərindən, 
ümumi mənfəətdən faizlə müəyyən olunur və buraxılan məhsul vahidinə 
görə hesablanır. 
2.
 
Lisenziyanın  istifadə  edilməsi  əsasında  lisenziatm  əldə  edə 
biləcəyi  mümkün  mənfəət  və  iqtisadi  səmərənin  qiymətləndirilməsinə 
görə hesablanan ikinci ödəniş forması  - pauşal ödəniş adlanır. Deməli, 
pauşal ödəniş - razılaşdırılmış lisenziya mükafatı məbləğinə əsasən qəti 
qeyd  edilmiş  müəyyən  ödənişdir.  İkinci  qrup  lisenziya  ödəmələrinə 
pauşal  ödənişlərlə  yanaşı,  ilkin  nəğd  ödənişlər,  lisenziatm  qiymətli 
kağızlarının  verilməsi  formalan  da  aiddir.  Pauşal  ödəmələr  birdəfəlik, 
həm də müddətli həyata keçirilə bilər. 
Lisenziya mükafatlandırılmasının pauşal ödəniş formasmın 
243 


Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə