Q. S. Httseynov I e. d., prof. A. M. Məhərrəmov I e. d., prof. H. B. Rfistə]nbəyov I e. n., dos. A. H. Tağıyev Mammədova Ş. S. Beynalxalq kommersiya işi. Dərs



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə58/113
tarix29.08.2018
ölçüsü2,25 Mb.
#65285
1   ...   54   55   56   57   58   59   60   61   ...   113

sərbəst  məsləhət  firmalarının  milli  assosiasyalarını  özündə  birləşdirir. 
Hal-hazırda onun tətrkibinə 73-dən çox ölkənin assosiasiyası, 3000-dən 
artıq firma daxildir ki, burada da 1 milyarddan artıq insan məşğul olur. 
Milli assosiasiyalar öz üzvlərinin maraqlarım qorumaqla, peşəkarlıq 
əlamətləri  üzrə  məsləhətçiləri  birləşdirmək  yolu  ilə,  öz  ölkələrində 
“sərbəst” mühəndis-məsləhətçi fəaliyyətini dəstəkləyirlər. FİDİC-in əsas 
vəzifələrinə aiddir: 
-
 
peşəkar  təşkilatların  olmadığı  ölkələrdə  onlann  yaradılmasına 
kömək etmək; 
-
 
federasiya Üzvlərinin peşəkar maraqlarını qorumaq və saxlamaq, 
əməkdaşlığın  inkişafma  və  onlar  arasında  informasiya  mübadiləsinə 
kömək, peşəkar etika və əxlaq kodeksini işləmək
-
 
digər maraqlı təşkilatlarla əməkdaşlığa şərait yaratmaq və s. 
Müasir dövrdə daha böyük mühəndis-məsləhət firmaları ya 
EFCA-nın, ya da FlDtC-m tərkibinə daxil olan sahə milli assosasiyalann 
üzvləridirlər. 
Xarici  ticarət  əməliyyatları  üzrə  statistika  göstərir  ki,  bütövlükdə 
ölkələr  mühəndis-məsləhət  xidmətlərinin  mübadiləsində  iştirak  edilər. 
Bundan  başqa,  müəyyən  olunmuşdur  ki,  belə  mübadilənin  əsas 
iştirakçıları  sahələrdə  ticarət  əməliyyatları  üzrə  müsbət  saldoya  malik 
olurlar. Beləliklə, inamla qeyd etmək olar ki, dünyanın bütün regionları 
injinirinq  xidmətlərinin  beynəlxalq  mübadiləsinə  cəlb  olunmuşlar.  Bu 
mübadilənin  ən  aktiv  iştirakçıları  Avropa,  Asiya  və  Şimali  Amerika 
Ölkələri sayılır. Bununla bərabər bütün bu ölkələr ticarətin həcminə görə 
ABŞ-dan  geri  qalırlar.  Bundan  başqa  ABŞ  digər  ölkələrdən  daha  bir 
xüsusiyyətlə,  yəni  bu  ölkə  tikinti  və  injinirinq  xidmətləri  üzrə  ixraca 
nisbətən daha çox idxal etməsilə də fərqlənir. Eyni zamanda bu xidmətlər 
sahəsində dünyada formalaşan bir özünəməxsus ənənəni də qeyd etmək 
lazımdır. Belə ki, injinirinq 
255 


çilərin  İsveç  Assosiasiyası,  1912-ci  ildə  Fransada  -  Fransanın 
Mühəndis-məsləhətçilərin 
Palatası, 
İngiltərədə 
də 
Mühəndis-məsləhətçilərin  Assosiasiyası  və  s.  yaranmağa  başlanmışdır. 
Daha  sonra,  1913-cü  ildə  Mühəndis-məsləhətçilərin  Beynəlxalq 
Federasiyası yaradıldı. 
Mühəndis-məsləhətçilərin  sahə  birliklərinin  yaranma  prosesi 
iqtisadi cəhətdən İEO-də injinirinqin əhəmiyyətinin artması ilə əlaqədar 
ikinci  dünya  müharibəsindən  sonra  yenidən  aktivləşməyə  başladı. 
1971-ci ildə “Ümumi bazar” çərçivəsində Mühəndis- məsləhət firmaların 
Regional  Avropa  Komitəsi  (European  Federation  of  Engineering 
Consultansy Associations - EFCA) təsis edildi. EFCA-nın üzvləri xüsusi, 
sərbəst  (dövlət,  yarımdövlət  və  s.),  həmçinin  podratçı-kontraktlar 
kateqoriyasına  aid  olmayan  mühəndis-məsləhətçi  firmalar  ola  bilər. 
Hal-hazırda  EFCA-ya  Avropa  ölkələrinin  16  sahə  assosiasiyası,  o 
cümlədən  Almaniya,  Böyük  Britaniya,  Fransa,  İtaliya,  Belçika, 
Hollandiya,  Rusiya  və  s.  ölkələr  daxildir.  Onların  müəssisələrində 
(təxminən 1000 kompaniya) 1 milyona yaxın işçi çalışır. Onların gəlirləri 
təxminən 100 milyard avro, xidmət edilən obyektlərin investisiya dəyəri 
60 milyard ABŞ dolları təşkil edir. EFCA aşağıda qeyd edilənləri həyata 
keçirir: 
-
 
peşəkar kodeksin hazırlanması; 
-
 
müxtəlif qərbi avropa dillərində injinirinq üzrə kontraktlarda tətbiq 
olunan terminlər lüğətinin hazırlanması; 
-
 
Avropa  inkişaf  fonduna  (Brüssel)  bu  fond  tərəfindən 
maliyyələşdirilən layihələrin yerinə yetirilməsinə məsləhətçilərlə birlikdə 
kontrakt  və  razılaşmaların  şərtləri  üzrə  EFCA-nm  mövqeyinin  təqdim 
edilməsi və s. 
Mühəndis-məsləhətçilərin  Beynəlxalq  Federasiyası  (International 
Federation of Consulting Engineers - FİDİC). Xüsusi 
254 


IX
 
FƏSİL. MÜHƏNDİS-TEXNİKİ-BEYNƏLXALQ 
İNJİNİRİNQ XİDMƏTLƏRİNİN MÜBADİLƏSİ 
9.1.
 
Mühəndis-texniki xidmətbrin beynəlxalq mübadiləsinin 
yaranması və inkişaf ənənələri 
Müasir  dövrdə  elmi-texniki  nailiyyətlərin  sürətlə  inkişafı,  bu 
irəliləyişlərin  bilavasitə  mühəndis-texniki  xidmətlərlə  (MTX)  əlaqədar 
olması,  qeyd  edilən  sahə  üzrə  beynəlxalq  ticarət  əməliy-  yatlarmm  da 
intensiv surətdə genişlənməsinə təkan vermişdir. MTX daha çox ümumi 
bir  ad  altında  -  injinirinq  xidmətləri  kimi  həyata  keçirilir.  Beynəlxalq 
injinirinq xidmətləri kommersiya əsasında reallaşdırıldığı üçün MTX-in 
mübadiləsi  beynəlxalq  kommersiya  əməliyyatlarının  sərbəst  növünə 
çevrilmişdir.  Bu  da  öz  növbəsində  özünəməxsusluğu  ilə  seçilən 
beynəlxalq injinirinq xidmətləri bazarının yaranmasına təkan vermişdir. 
İnjinirinq ilk dəfə olaraq təxminən iki əsr bundan əvvəl İngiltərədə 
mülki  tikinti  sahəsində  yaranmış və müxtəlif tikinti işlərinin (körpülər, 
yollar,  aeorodromlar,  limanlar  və  s.)  həyata  keçirildiyi  sahələrdə 
mühəndis-məsləhət  xidmətlərilə  məhdudlaşdırılmışdır.  Daha  sonra 
mühəndis-məsləhət  xidmətləri  sənaye  sahəsində  təqdim  edilməyə 
başlamışdır.  İnjinirinqin  formalaşmağa  başlaması  keçən  əsrin  birinci 
onilliyində baş vermişdir. 
Bu  dövrdə  inkişaf  edən  ölkələrdə  peşəkar  mühəndis-məsləhət 
firmalarının  sayı  sürətlə  artmış,  onların  fəaliyyətinin  həcmi  fasiləsiz 
yüksələrək,  mühəndis-məsləhətçilərin  ilk  sahə  assosiasiya  və  bilikləri 
yaranmışdır.  Belə  ki,  1903-cü  ildə  belə  təşkilatlar  Almaniyada  - 
Mühəndis-məsləhətçilərin  Assosiasiyası,  1901-ci  ildə  Belçikada  - 
Mühəndis-məsləhətçilərin  Palatası,  1910-cu  ildə  ABŞ-da  Mühəndis- 
məsləhətçilərin Amerika İnstitutu və İsveçdə - Mühəndis-məsləhət- 
253 


Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə