Q. S. Httseynov I e. d., prof. A. M. Məhərrəmov I e. d., prof. H. B. Rfistə]nbəyov I e. n., dos. A. H. Tağıyev Mammədova Ş. S. Beynalxalq kommersiya işi. Dərs



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə44/113
tarix29.08.2018
ölçüsü2,25 Mb.
#65285
1   ...   40   41   42   43   44   45   46   47   ...   113

d)
 
Fakturalaşdırma cədvəli - kommersiya hesabının tərtibi UçUn 
əsas kimi istifadə edilən və satılan əmtəə haqqında məlumatı özündə əks 
etdirməklə, müəssisəyə verilən sənəddir. 
e)
 
Qablaşdırma  üzrə  təlimatlar  -  əmtəənin  necə  qablaşdırılması 
barədə göstərişləri özündə əks etdirən və müəssisəyə verilən sənəddir. 
f)
 
Əmtəənin daxili nəqli üçün qaimə - əmtəənin müəssisədə daxili 
nəqli ilə bağlı təlimatları özündə əks etdirən sənəddir. 
g)
 
Statistik və başqa daxili inzibati sənədlər - istehsal və başqa 
daxili  məlumatlar,  həmçinin  inzibati  məqsədlər  haqqında  statistik 
məlumatların yığılması məqsədilə müəssisəyə verilən sənəddir. 
h)
 
Əmtəənin yüklənməyə hazırlanması üzrə XTS-ə aiddir: 
a)
 
Fraxtlaşmaya  sifariş  -  arzu  olunan  nəqliyyat  növünün,  onun 
yola salınması vaxtı və s. göstərilməklə, mal göndərənin yük daşıyandan 
müəyyən  əmtəənin  yola  salınması  üçün  yerin  ehtiyat  edilməsi  xahişini 
göstərən sənəddir. 
b)
 
Yola  salınma  üzrə  təlimatlar  -  yükün  daşınması  ilə  bağlı 
ixracatçının tələbləri və yük haqqında ətraflı məlumatları göstərir. 
c)
 
Yüklənmə  üzrə  tapşırıqlar  (hava  daşınmaları  üzrə)  yük 
göndərənin  avia  yüklənməni  hazırlamaq  üçün  avia  agentə  verdiyi 
sənəddir. 
d)
 
Daşınma  orderi  yerli  daşınma  üçündür  -  müəssisənin  anba- 
nndan daşıyıcmın anbarına yerli daşınma təlimatlarım özündə əks etdirən 
sənəddir. 
e)
 
Yüklənməyə  hazırlıq  haqqında  xəbərdarlıq  -  malgöndərən 
tərəfindən  alıcının  sifariş  etdiyi  əmtəənin  yola  salmması  haqqında 
xəbərdarlıq edilməsi sənədidir. 
f)
 
Yola sahnma orderi  - malgöndərən tərəfindən əmtəənin alıcıya 
(yükü alana) çatdırılması üçün yük göndərənə verilən sənəddir. 
146 


 
Şəkil 4.4. Beynəlxalq kommersiya sövdələşməsini 
rəsmiləşdirən xarici ticarət sənədlərinin növləri 
147 


g)
 
Yola salınma haqqında xəbərdarlıq - satıcının və yük göndərənin 
yük alana yükün göndərilməsi barədə olan məlumatı əks etdirən sənəddir. 
h)
 
Sənədlərin  paylanması  haqqında  məlumatlar  -  XTS-ni  alanlara 
sənədlərin əsli və surətinin göndərilməsini nəzərdə tutur. 
i)
 
Mal göndərilməsinə icazə - alıcı tərəfindən satıcınm əmtəəni yola 
salmağa  hazır  olması  haqqında  məlumatından  sonra  verilən  icazə 
sənədidir. 
l.Kommersiya  sənədləri  -  əmtəənin  dəyər,  keyfiyyət  və  kəmiyyət 
xarakteristikaları haqqında məlumatları özündə əks etdirən sənədlərdir. 
Bunları  satıcı  öz  blanklarında  rəsmiləşdirir,  alıcı  isə  bunun  əvəzində 
ödənişi həyata keçirir. Əmtəənin dəyər xarakteristikaları həm hesabda və 
həm də hesab-proformada verilir. 
Çox vacib sənəd kimi kommersiya hesabım qeyd etmək lazımdır: 
-
 
kommersiya  hesabı  -  satıcının  alıcıya  göndərilən  əmtəəyə  görə 
ödəniş  haqqında  tələb  olmaqla,  əsas  hesabat  sənədidir.  Hesab  aşağıda 
qeyd  edilmiş  tələb  olunan  işləri  yerinə  yetirmək  üçün  təqdim  olunur: 
banka  alıcıdan  tələb  olunan  ödənişi  almaq  üçün,  sığorta  edənə  yükün 
sığortalanması zamanı sığorta mükafatının hesablanması üçün, idxalçının 
xarici valyutanı almaq üçün, onun ölkəsinin valyuta orqanlanna təqdim 
edilməsi üçün, vergi rüsumlarını hesablamaq məqsədilə vergi orqanları 
üçün, idxal-ixrac lisenziyasını əldə etmək məqsədilə dövlət orqanlarına 
vermək üçün və s. təqdim  olunur. Yerinə  yetirdikləri vəzifələrinə  görə 
hesabların aşağıdakı növləri vardır: 
-
 
hesab  fakt  u  ra  (invoice  account),  hesab  spesifikasiya  (invoice 
spesification),  əvvəlcədən  hesab  (preliminary),  hesab-  proform 
(proforma invoice). 
Əmtəə və ya əmtəə partiyasınm miqdar xarakteristikasını 
148 


verən  sənədlərə:  spesifikasiya,  texniki  sənədləşmə,  qablaşdırma  vərəqi 
aiddir. 
Göndərilən  əmtəənin  keyfiyyətini  göstərən  sənədlərə  keyfiyyət 
haqqında sertifikat, zəmanət öhdəliyi, sınaq protokolu, yüklənməyə icazə 
aiddir. 
3.
 
Ödəniş-bank əməliyyatları üzrə sənədlərə aiddir: 
-
 
bank köçürmələri üzrə göstərişlər
-
 
bank trattı üçün ərizə
-
 
inkasso ödənişi haqqında xəbərdarlıq; 
-
 
əmtəə akkreditivi üzrə ödəniş haqqında xəbərdarlıq; 
-
 
əmtəə akkreditivinin qəbulu üzrə xəbərdarlıq; 
-
 
əmtəə  akkreditivinin  ödənişi  üçün  sənədlərin  qəbulu  haqqında 
xəbərdarlıq; 
-
 
bank zəmanəti üzrə ərizə
-
 
bank zəmanəti; 
-
 
əmtəə akkreditivi üzrə zəmanət məktubu; 
-
 
inkasso tapşırığı; 
-
 
əmtəə akkreditivinə ərizə; 
-
 
əmtəə akkreditivi; 
-
 
əmtəə akkıeditivinin açılması haqqında xəbərdarlıq; 
-
 
əmtəə akkreditivinin köçürülməsi haqqında xəbərdarlıq; 
-
 
əmtəə akkreditivinin dəyişdirilməsi haqqında xəbərdarlıq; 
-
 
bank trattası; 
-
 
sadə və köçürmə vekselləri; 
-
 
borc öhdəliyi və s. 
4.Sığorta  sənədləri  -  sığorta  sənədləri  sığortaçı  və  sığortalanan 
tərəflər arasmdakı münasibətləri əks etdirir. Onlara aiddir
Sığorta  polisi  -*  sığortaçı  tərəfindən  verilir,  sığorta  müqaviləsini 
təsdiq  edən  və  bütün  sığorta  şərtlərini  (itkilər,  risklərlə  və  s.  bağlı 
ödənişlər) özündə əks etdirən sənəddir. O üç növdə: reys, baş və 
149 


Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə