Q. S. Httseynov I e. d., prof. A. M. Məhərrəmov I e. d., prof. H. B. Rfistə]nbəyov I e. n., dos. A. H. Tağıyev Mammədova Ş. S. Beynalxalq kommersiya işi. Dərs



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə43/113
tarix29.08.2018
ölçüsü2,25 Mb.
#65285
1   ...   39   40   41   42   43   44   45   46   ...   113

-
 
nəqlin ödəniş üsulları; 

-
 
əmtəənin nəqlində onun digər yüklərlə uyğunluğu və s. 
Yüklərin müxtəlif nəqliyyat növlərilə daşınması ilə əlaqədar bu 
daşınmalarda da qablaşdırmaya xüsusi tələb qoyulur: 
-
 
Yüklərin  dəniz  daşmması  zamanı  yükün  yükə  təzyiqi,  həmçinin 
gəminin yırğalanması zamanı yan təzyiqi, yük qapaqlarının ölçüsü, yad 
iylərin  və  çirkləndirici  maddələrin  daxil  olması  imkanı  və  s.  nəzərə 
alınmalıdır. 
-
 
Əmtəələrin dəmiryolu ilə nəqli zamanı dəmiıyolu stan- siyalannda 
manevr  və  tormozlanma  zamanı  itələnmələr,  körpülərin,  tunellərin 
ölçüsü,  yük  yerlərinin  xarici  forması,  dəmiryolu  ilə  açıq  daşınmada 
nəmliyə dözümlülük və s. nəzərə alınmalıdır. 
-
 
Aviadaşınmalar  zamanı  qabların  maksimum  yüngül  olması 
(daşınma  xərci  aviareyslərdə  baha  olduğu  üçün),  odadavamlı,  kip 
örtülmüş  taralarm  olması  və  s.  tələblər  qarşıya  qoyulur.  Qeyd  etmək 
lazımdır ki, aviadaşınmalarda itələnmələrin güclü olmaması səbəbindən 
qablaşdırmanm  dözümlü  olmasına  digər  nəqiyyat  növlərindən  fərqli 
olaraq böyük tələblər qoyulmur. 
-
 
Avtomobil  daşınmaları  zamanı  isə  qablaşdırma  əmtəənin 
növündən  asılı  olmaqla;  avtomaşının  yük  götürmə  qabiliyyəti,  yolun 
vəziyyəti və s. tələblər nəzərdə tutulmalıdır. 
İqlim şəraiti ilə bağlı qablaşdırmalara qoyulan tələblərdən, xüsusilə, 
tropik  ölkələr  üçün  (nəmlik  90%  və  havamn  temperaturu  30-40®S 
olduğuna  görə)  kip  taralar,  qutular  və  metal  konteynerlərin  olmasını 
göstərmək olar. 
Gömrük  rejimi  ilə  bağlı  qablaşdırmaya  qoyulan  tələblərə:  gömrük 
tarifinə  uyğun  maksimum  qablaşdırma,  (brutto  çəkiyə  görə  gömrük 
rüsumları), tara tariflərində (çəllək, qutu, torlu qab, baraban - bu növlərə 
gömrük  tarifləri  güzəştləri  tətbiq  olunur)  olmayan  qablaşdırmaya  daha 
çox gömrük rüsumu alındığı üçün, daha çox bu 
143 


növ 
taralardan istifadə, taralar qiymətli materiallardan hazırlanırsa, onda 
əlavə gömrük rüsumu alındığının nəzərə alınması və s. aiddir. 
Bütün  bunlarla  yanaşı  qeyd  etmək  lazımdır  ki,  hər  bir  ölkənin 
müəyyən  qablaşdırmalara  uyğun  qanunvericiliyi  olduğu  üçün,  uyğun 
tələblərin  də  qablaşdırma  zamanı  nəzərə  alınması  vacibdir.  Yüklərin 
nəqli zamanı onlarm markalanmasına xüsusi tələblər qoyulur. 
Əvvəlki bölmələrdə qeyd edildiyi kimi, markalanma - qablaş- 
dırmada, birkalarda və ya yüklənən əmtəənin özündə təsvir olunan lazımi 
yazılış, şərti işarədir. Bunlar yükün alıcıya daşınması, çatdınl- ması və 
təhvili üçün lazımdır. Kontraktların icrası zamanı marka- lanmaya 
qoyulan tələblərin bir daha qeyd edilməsi məqsədlidir. Beləliklə
markalanma - özündə aşağıdakıları birləşdirməlidir: -)öikü alan üçün 
lazım olan işarə, yükü göndərən və alanların adları (və ya onları əvəz 
edən şərti işarələr), netto və brutto çəki, kontraktın, qaimənin, verilən 
yerin nömrəsi - bunlar əmtəə markalanması adlanır. 
-yükü  daşıyan  nəqliyyat  təşkilatı  üçün  lazım  olan  məlumatlar; 
ölkənin  yükün  yola  salınma  və  təyinat  məntəqəsinin  adı,  yenidən 
yüklənmə marşrutları - bunlar yük markalanması adlanır. 
-daşınma  zamanı  lazım  olan  işarələr:  vaqonlann  nömrəsi,  gəminin 
adı  və  s.  işarələr  -  bunlar  nəqliyyat  markalanmaları  adlanır  - 
başqalanndan fərqli olaraq yükü yola salan deyil, yükü daşınmaya qəbul 
edən nəqliyyat təşkilatlan tərəfindən yerinə yetirilir. 
-əmtəənin yolda saxanılması, onun yüklənməsi, boşaldılması işləri, 
əmtəənin  daşınması  zamanı  onunla  necə  rəftar  edilməsini  göstərən 
işarələr - bunlar xüsusi markalanma adlanır. 
Markalanma  həmçinin  əmtəənin  istehsal  olunduğu  ölkənin 
göstərişlərini  özündə  əks  etdirməli,  yazılann  ölçüsü  və  onların 
aparılmasına görə gömrük tələblərinə uyğun olmalıdır. 
144 


4.6.
 
Beynəlxalq kommersiya sövdələşməsinin yerinə yetirilməsini 
rəsmiləşdirən xarici ticarət sənədləri 
Xarici  ticarət  sövdələşməsinin,  daha  doğrusu  əmtəənin  satıcı 
tərəfindən  göndərilməsi,  onun  nəqli,  sığortalanması,  anbarlarda 
saxlanması, gömrükdən keçirilməsinin icrasını və s. təsdiq edən sənədlər 
xarici tucarət sənədləri (XTS) adlanır. Yerinə yetirilən vəzifələrdən asılı 
olaraq,  xarici  ticarət  sənədlərini  şəkil  4.4-də  göstərildiyi  kimi  səkkiz 
qrupa  ayırmaq  olar.  Yola  salınma  məntəqəsindən  təyinat  yerinə  qədər 
yüklə birlikdə olan sənədlər əmtəə möşaiyətedici sənədlər adlanır. Bura 
kommersiya, nəqliyyat və gömrük qrupu sənədləri daxildir. Əmtəələrin 
yüklənməsi  ilə  bağlı  tərtib  olunan  sənədlər  (adətən,  onlar  kontraktda 
sayılır)  yüklənmə  sənədləri  adlanır.  Sənədlər  xüsusi  blanklarda  yerinə 
yetirilir  və  bütün  sənədlər  üçün  ümumi  olan  müəyyən  rekvizitlərə: 
ixracatçı və ya yük göndərənin və idxalçının (yük alanın) adı, ünvanları, 
telefonları, faks, sənədin adı, tarixi, kontraktın adı və ya sifarişin nömrəsi, 
imzalanma tarixi, qaimənin nömrəsi, əmtəənin adı, təsviri, onun miq- dan, 
çəkisi, qablaşdırmanın növü və markalanma və s. malikdirlər. 
l.İxrac əmtəəsinin istehsalçınm təminatı üzrə XTS- aşağıda- lulardır: 
a)
 
Alış  üçün tapşırıq  - sifariş  edilən və  ya satış üçün təklif edilən 
əmtəənin  hazırlanması  və  ya  istehsalı  üçün  lazım  olan  material  və 
məmulatların alışı üçün müəssisəyə verilən sənəddir. 
b)
 
Hazırlanma üzrə təlimatlar sifariş edilən və  ya satış üçün təklif 
edilən əmtəənin hazırlanması üçün müəssisəyə verilən sənəddir. 
c)
 
Anbardan  çıxarılma  qaiməsi  -  müştəri  tərəfindən  sifariş  edilən 
əmtəənin  anbardan  buraxılması  üçün  müəssisəyə  verilən  göstəriş 
sənədidir. 
145 


Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə