Q. S. Httseynov I e. d., prof. A. M. Məhərrəmov I e. d., prof. H. B. Rfistə]nbəyov I e. n., dos. A. H. Tağıyev Mammədova Ş. S. Beynalxalq kommersiya işi. Dərs



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə39/113
tarix29.08.2018
ölçüsü2,25 Mb.
#65285
1   ...   35   36   37   38   39   40   41   42   ...   113

Beynəlxalq  kommersiya  təcrübəsində  daha  çox  köçürmə 
vekselindən  və  ya  trattadan  (vekselin  digər  növü  sadə  veksel  adlanır) 
geniş istifadə olunur. 
Tratta  -  qanuni  şəkildə  tərtib  ounmuş  sənəddir  və  ödənilməsi 
zəruridir.  Ümumiyyətlə  veksel  dedikdə  borclunun  onun  üzərində 
göstərilmiş məbləği orada qeyd olunmuş vaxta qədər ödəmək haqqında 
Öhdəliyi  başa  düşülür.  Veksel  bir  veksel  sahibindən  digərinə  ötürülə 
bilər. Bu zaman onun arxa hissəsində qeydiyyat aparılır. Borclu və bütün 
digər  veksel  sahibləri  vekselin  üzərindəki  məbləğin  ödənilməsinə  görə 
son veksel sahibi qarşısında məsuliyyət daşıyırlar. 
Beynəlxaq  hesablaşmalarda  daha  çox  köçürmə  veksellərindən 
(tratta)  istifadə  olunur.  Yuxarıda  qeyd  edildiyi  kimi  tratta  -  vekseldə 
göstərilən pul məbləğinin göstərilən müddətdə üçüncü şəxsə (remitentə), 
ya da təqdim edənə ödənilməsi haqqında kreditorun (trassantın) borcluya 
(trassata)  şərtsiz  əmrini  ifadə  edən,  qanuni  formada  tərtib  edilmiş 
sənəddir. Vekselin ödənilməsi üçün məsuliyyəti aksept edən: yəni idxalçı 
və ya bank daşıyır. Vekseldən istifadə etməklə aparılan hesablamalarda 
ixracatçı tratta mal sənədlərini öz bankında inkassoya qoyur. Bu bank ilə 
o,  idxalçıdan  valyutanı  alır,  idxalçı  həmin  sənədlərin  yanız  o  zaman 
mülkiyyətçisi  olur  ki,  trattam  ödəmiş,  yaxud  aksept  etmiş  olsun.  İxrac 
kreditlə satılarkən vekselin ödəmə müddəti tərəflərin razılığı ilə müəyyən 
olunur. 
4.
 
Açıq  hesab  üzrə  hesabaşma  (open  account)  -  sonradan  ödəmə 
qaydası  ilə  idxalçının  ixracatçıya  müntəzəm  pul  köçürməsi  deməkdir. 
Açıq hesab üzrə hesablaşmalarda əvvəlcə mal göndərilir, sonra isə ödəmə 
aparılır.  Mallar  müəyyən  partiyalar  halında  idxalçıya  əvvəlcədən 
göndərilir.  Hər  partiya  göndərildikdən  sonra,  və  ya  məsələn,  hər  ayın 
sonunda  əmtəə  fakturalan  göndərilərək,  idxalçının  ödənişi  onların 
əsasında  həyata  keçirilir.  Ödəniş  çek  ilə  də  həyata  keçirilə  bilər.  Bu 
hesablaşma forması ixracatçı idxalçının 
131 


düzgünlüyünə və kredit etibarlığına  əsaslandığı,  alıcı  və satıcının uzun 
müddət bir-birilə işgüzar əlaqədə olduğu və bir-birinə inandığı hallarda 
həyata keçirilir. Bu, vaxt tələb etməyən mütəhərrik bir ödəmə üsuludur. 
Müntəzəm iş görən firmalar arasında hər dəfə akkreditiv açdırmaq kimi 
bahalı və uzun vaxt tələb edən əməliyyatlar apanimasına ehtiyac qalmır. 
Riskli  bir  hesablaşma  forması  olmasına  baxmayaraq,  açıq  hesab 
əməliyyatlan beynəlxalq kommersiya təcrübəsində geniş yayılmışdır. 
5.
 
Hesablaşmanın bank köçürməsi formasında bir bank digər banka - 
benifisiara  müəyyən  məbləğ  ödəmək  haqqında  tapşırıq  verir.  Bu 
hesablaşmada  iştirakçılara:  borclu,  tapşırığı  alan  bank,  tapşırığı  yerinə 
yetirən  bank  və  köçürməni  alan  aiddir.  Bank  köçürmələri  müəyyən 
məbləğin  ixracatçıya  ödənilməsi  haqqında  bir  bankm  başqa  bir  banka 
tapşırığıdır.  Beynəlxalq  hesablaşmalarda  banklar  çox  vaxt  köçürmələri 
öz  müştərilərinin  tapşırığı  əsasında  icra  edirlər.  Bu  əməliyyatlarda 
köçürməni verən borclu, tapşırığı alan bank, köçürmə məbləğini köçürmə 
alanın  hesabına  daxil  edən  bank  və  köçürməni  alan  iştirak  edir.  Bank 
köçürməsi  şəklində  inkasso  ödəmələri,  son  hesab  ödəmələri,  avans 
ödəmələri  həyata  keçirilir.  Bundan  başqa,  köçürmə  vasitəsilə  yenidən 
hesablaşma və digər əməliyyatlar həyata keçirilir. Bank köçürmələri poçt 
və yaxud teleqrafla, SWIFT sistemi ilə icra edilir. 
6.
 
Avans  üsulu  ilə  hesablaşma.  Hesablaşmanın  avans  üsulunda 
idxalçı malın dəyərini ödədikdən sonra ixracatçı malı göndərir. Ödəniş, 
adətən, ixracatçının hesabına telefon, teleks, faks və ya adi bank tapşırığı 
ilə həyata keçirilir. Avans iki formada ola bilər: 
a)
 
pul - formasında müqavilənin ümumi dəyərinin hər hansı bir faiz 
nisbətində göstərilir. 
b)
 
əmtəə  -  idxalçı  sifariş  etdiyi  malın  istehsalı  üçün  ixracatçıya 
lazım olan xammal, yaxud material göndərir. 
132 


Avans ixracatçı üçün ən etibarlı üsul hesab olunur. Çox vaxt ilk dəfə 
mal alan və tanış olmayan müştərilərə tətbiq olunur. Bəzən isə bu üsuldan 
ölkədə  iqtisadi  və  siyasi  böhran  olduqda,  valyuta  nəzarəti  sərtləşdikdə 
istifadə olunur. Çünki, bəzən malları ixraca hazırlamaq və təsadüfi işlər 
üçün  də  ixracatçı  idxalçıdan  malın  dəyərinin  müəyyən  hissəsini 
qabaqcadan ödəməyi tələb edə bilər. Əvvəlcədən ödəmənin bir faydası da 
ixracatçıya  satış  riski  üzrə  inam  yaratmasıdır.  Belə  ki,  avans  ödənişi 
idxalçıya sifariş olunmuş maldan imtinaya imkan vermir. Bununla yanaşı 
qeyd  etmək  lazımdır  ki,  avans  ödənişi  beynəlxaq  təcrübədə  geniş 
yayılmamışdır,  çünki  idxalçılar  avans  ödəməklə  bağlı  bütün  riski  öz 
üzərinə götürmək istəmirlər. 
7.
 
Qablaşdırma  •  bu,  əmtəənin  nəqli  zamanı  onun  konkret 
xüsusiyyətindən asılı olaraq həyata keçirilir. Adətən, qablaşdırmanın iki 
növünü: xarici qablaşdırma - taxta qutu, kağız qutu, çəllək, konteynerlər 
və s. və daxili qablaşdırmanı - əmtəədən ayrı olmayan (birlikdə hesab 
edilən)  qablaşdırmanı  fərqləndirirlər.  Əgər  qablaşdırma  alıcının 
mülkiyyətinə keçərsə, o, onun dəyərini satıcıya ödəyir. Qablaşdırmanın 
ödəniş  üsulları  tərəflər  vasitəsilə  kontraktda  müəyyən  edilir:  yəni, 
qablaşdırmanın  qiymətinin  əmtəənin  qiymətinə  əlavə  edilməsi  və  ya 
qablaşdırmanın  qiymətinin  əmtəənin  qiymətindən  faizlə  hesablanması 
dəqiqləşdirilməlidir. 
8.
 
Əmtəənin markalanması şərtləri - Markalanma dedikdə yükün 
daşınması və alıcıya təhvil veriməsi üçün qablaşdırmada, birkalarda və ya 
yüklənən əmtəənin özündə lazım olan yazı, təsvir və şərti işarələr başa 
düşülür.  Markalanmanın  əmtəələrin  yenidən  yüklənməsi,  müxtəlif 
ünvanlara çatdırılması zamanı qeyrİ- müəyyənlikləri aradan qaldırmaq və 
s.  istiqamətdə böyük rolu vardır. Markalanma özündə aşağıdakıları əks 
etdirməlidir: 
- yükü yola salanın və alanın adı (və ya onlan əvəz edən 
133 


Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə