Beynəlxalq kommersiya təcrübəsində daha çox köçürmə
vekselindən və ya trattadan (vekselin digər növü sadə veksel adlanır)
geniş istifadə olunur.
Tratta - qanuni şəkildə tərtib ounmuş sənəddir və ödənilməsi
zəruridir. Ümumiyyətlə veksel dedikdə borclunun onun üzərində
göstərilmiş məbləği orada qeyd olunmuş vaxta qədər ödəmək haqqında
Öhdəliyi başa düşülür. Veksel bir veksel sahibindən digərinə ötürülə
bilər. Bu zaman onun arxa hissəsində qeydiyyat aparılır. Borclu və bütün
digər veksel sahibləri vekselin üzərindəki məbləğin ödənilməsinə görə
son veksel sahibi qarşısında məsuliyyət daşıyırlar.
Beynəlxaq hesablaşmalarda daha çox köçürmə veksellərindən
(tratta) istifadə olunur. Yuxarıda qeyd edildiyi kimi tratta - vekseldə
göstərilən pul məbləğinin göstərilən müddətdə üçüncü şəxsə (remitentə),
ya da təqdim edənə ödənilməsi haqqında kreditorun (trassantın) borcluya
(trassata) şərtsiz əmrini ifadə edən, qanuni formada tərtib edilmiş
sənəddir. Vekselin ödənilməsi üçün məsuliyyəti aksept edən: yəni idxalçı
və ya bank daşıyır. Vekseldən istifadə etməklə aparılan hesablamalarda
ixracatçı tratta mal sənədlərini öz bankında inkassoya qoyur. Bu
bank ilə
o, idxalçıdan valyutanı alır, idxalçı həmin sənədlərin yanız o zaman
mülkiyyətçisi olur ki, trattam ödəmiş, yaxud aksept etmiş olsun. İxrac
kreditlə satılarkən vekselin ödəmə müddəti tərəflərin razılığı ilə müəyyən
olunur.
4.
Açıq hesab üzrə hesabaşma (open account) - sonradan ödəmə
qaydası ilə idxalçının ixracatçıya müntəzəm pul köçürməsi deməkdir.
Açıq hesab üzrə hesablaşmalarda əvvəlcə mal göndərilir, sonra isə ödəmə
aparılır. Mallar müəyyən partiyalar halında idxalçıya əvvəlcədən
göndərilir. Hər partiya göndərildikdən sonra, və ya məsələn, hər ayın
sonunda əmtəə fakturalan göndərilərək, idxalçının ödənişi onların
əsasında həyata keçirilir. Ödəniş çek ilə də həyata keçirilə bilər. Bu
hesablaşma forması ixracatçı idxalçının
131
Avans ixracatçı üçün ən etibarlı üsul hesab olunur. Çox vaxt ilk dəfə
mal alan və tanış olmayan müştərilərə tətbiq olunur. Bəzən isə bu üsuldan
ölkədə iqtisadi və siyasi böhran olduqda, valyuta nəzarəti sərtləşdikdə
istifadə olunur. Çünki, bəzən malları ixraca hazırlamaq və təsadüfi işlər
üçün də ixracatçı idxalçıdan malın dəyərinin müəyyən hissəsini
qabaqcadan ödəməyi tələb edə bilər. Əvvəlcədən ödəmənin bir faydası da
ixracatçıya satış riski üzrə inam yaratmasıdır. Belə ki, avans ödənişi
idxalçıya sifariş olunmuş maldan imtinaya imkan vermir. Bununla yanaşı
qeyd etmək lazımdır ki, avans ödənişi beynəlxaq təcrübədə geniş
yayılmamışdır, çünki idxalçılar avans ödəməklə bağlı bütün riski öz
üzərinə götürmək istəmirlər.
7.
Qablaşdırma • bu, əmtəənin nəqli zamanı onun konkret
xüsusiyyətindən asılı olaraq həyata keçirilir. Adətən, qablaşdırmanın iki
növünü:
xarici qablaşdırma - taxta qutu, kağız qutu, çəllək, konteynerlər
və s. və
daxili qablaşdırmanı - əmtəədən ayrı olmayan (birlikdə hesab
edilən) qablaşdırmanı fərqləndirirlər. Əgər qablaşdırma alıcının
mülkiyyətinə keçərsə, o, onun dəyərini satıcıya ödəyir. Qablaşdırmanın
ödəniş üsulları tərəflər vasitəsilə kontraktda müəyyən edilir: yəni,
qablaşdırmanın qiymətinin əmtəənin qiymətinə əlavə edilməsi və ya
qablaşdırmanın qiymətinin əmtəənin qiymətindən faizlə hesablanması
dəqiqləşdirilməlidir.
8.
Əmtəənin markalanması şərtləri - Markalanma dedikdə yükün
daşınması və alıcıya təhvil veriməsi üçün qablaşdırmada, birkalarda və ya
yüklənən əmtəənin özündə lazım olan yazı, təsvir və şərti işarələr başa
düşülür. Markalanmanın əmtəələrin yenidən yüklənməsi, müxtəlif
ünvanlara çatdırılması zamanı qeyrİ- müəyyənlikləri aradan qaldırmaq və
s. istiqamətdə böyük rolu vardır. Markalanma özündə aşağıdakıları əks
etdirməlidir:
- yükü yola salanın və alanın adı (və ya onlan
əvəz edən
133