Q. S. Httseynov I e. d., prof. A. M. Məhərrəmov I e. d., prof. H. B. Rfistə]nbəyov I e. n., dos. A. H. Tağıyev Mammədova Ş. S. Beynalxalq kommersiya işi. Dərs



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə36/113
tarix29.08.2018
ölçüsü2,25 Mb.
#65285
1   ...   32   33   34   35   36   37   38   39   ...   113

(ton, kq, m^, m, dənə, barel, sahə, faiz s.), miqdarın müəyyən edilməsi 
qaydası, həmçinin çəki ölçü sistemləri göstərilir. Göndərişin miqdan ya 
qəti  müəyyən  edilmiş  məbləğdə,  ya  da  müə>yən  hədd  çərçivəsində 
göstərilə  bilər:  əmtəənin  miqdarı  ilə  bağlı:  brutto-  çəki,  netto-çəki, 
nettoya görə brutto çəki (tara-qabın çəkisi əmtəənin çəkisinin 1-2%-dən 
çox  olmamalıdır  və  əmtəənin  çəkisi  qablaş-  dırmanm  çəkisi  nəzərə 
alınmadan qeyd olunur, taranın qiyməti belə çəkidə olan əmtəənin vahid 
çəkisinin qiymətindən artıq ola bilməz). Daha sonra, bu bölmədə alıcı və 
ya  satıcının  opsionu,  yəni  verilən  kontraktın  şərtində  və  qiyməti  üzrə 
müəyyən edilmiş müddətdə satıcının (alıcınm) əlavə miqdarda əmtəənin 
satış  (alış)  hüququ  göstərilir.  Yuxanda  qeyd  edildiyi  kimi,  bu  bölmədə 
tara  və  ya  qablaşdırmanın  əmtəənin  miqdarına  aid  edilib-  edilməməsi 
razılaşdınlır. Bundan asılı olaraq nəzərə almır: 
-
 
brutto  çəki  (gross  Weigth)  -  daxili  və  xarici  qablaşdırma  və 
qablaşdırma materialları daxil olmaqla; 
-
 
leqal-netto  çəki  (leqal  net  Weigth),  yəni  hər  cür  qablaşdınna 
olmadan əmtəənin çəkisi
-
 
nettoya  görə  brutto  çəki  -  taranın  çəkisi  əmtəənin  dəyərinə 
bərabərləşdirilir  (məsələn;  taranın  çəkisi  əmtəənin  çəkisinin  1  -2%-ni 
təşkil edərsə və ya taranın qiyməti əmtəə vahidinin çəkisinin qiymətindən 
az fərqlənərsə (məsələn; polietilen paketlər və s.). 
4.
 
Keyfiyyət. Alqı-satqı kontraktında keyfiyyət şərtləri. 
Kontraktda əmtəənin keyfiyyətinin təyini əmtəənin istifadəyə yararlı 
olmasını  müəyyən  edən  keyfiyyət  xarakteristikalarının  müəyyən 
edilməsilə  bağlıdır.  Əmtəənin  xarakterindən  asılı  olaraq  dünya 
təcrübəsində keyfiyyətin müəyyən edilməsinin aşağıdakı 11 üsulu vardır; 
1)
 
Standart äzrə - bu üsul əmtəənin müəyyən standarta dəqiq uyğun 
gələn keyfiyyət üzrə göndərilməsini nəzərdə tutur. Kontraktda 
121 


standartın nömrəsi və tarixi, həmçinin onu verən təşkilatın adı göstərilir. 
Standart-əmtəənin 
keyfiyyət 
xarakteristikasının 
göstərildiyi 
sənəddir.  Standartlar  üzrə  beynəlxalq  ticarətdə  mübadilə  edilən  əksər 
malların keyfiyyəti müəyyən olunur (əsasən maşın və avadanlıqlar, taxıl, 
pambıq və s.). 
2)
 
Texniki  şərtlər  üzrə  -  keyfiyyətin  müəyyən  edilməsi.  Bu  üsul 
əmtəəyə standart olmayanda və ya xüsusi istehsal və istismar qaydaları 
tələb edilən əmtəələrə tətbiq edilir (fərdi sifariş üzrə hazırlanan əmtəələr: 
gəmi, aviasiya texnikası, mürəkkəb aparatlar, kompleks avadanlıqlar və 
s.). 
3)
 
MüqavUəyə  əlavə  edilmiş  əmtəəni  hazırlayanın  spesifikasiyası 
üzrə  -  bu  sənəd  konkret  əmtəəni  xarakterizə  edən  vacib  texniki 
parametrləri göstərən sənəddir (və ya əmtəəni hazırlayanın standartı da 
adlanır). 
4)
 
Nümunə  üzrə  -  bu  üsulda  tərəflərin  etalon  kimi  qəbul  etdikləri 
əmtəəyə  uyğun  keyfiyyət  göstəriciləri  müəyyən  edilir  (Bu  üsul  kütləvi 
istehlak əmtəələri, seriyalı buraxılan maşın və avadanlıqlar üçün tətbiq 
edilir). 
5)
 
Qabaqcadan  baxış  üzrə  -  bu  üsul  kontraktda  “baxılmışdır  - 
bəyənilmişdir”  (inspected  -  approved)  sözlərilə  işarə  olur.  Bu  üsul  ilə 
əmtəələr, adətən, hərrac və anbarlarda satılır. Satıcı  bu halda əmtəənin 
keyfiyyəti  üçün  məsuliyyət  daşımır,  yalnız  gizli  defektlərə  cavabdeh 
olur. 
6)
 
Təsvir üzrə - bu üsul hər hansı fərdi keyfiyyəti olan əmtəə üçün 
tətbiq edilir (məsələn: meyvələr üçün). 
7)
 
Əmtəənin tərkibində olan ayrh-ayrı maddələrin məzmununa görə 
(minimum  zərərli  və  maksimum  xeyirli  elementlərə  görə),  əsasən 
metallara tətbiq edilir. 
8)
 
Hazır məhsulun çıxışına görə - hazır məhsulun miqdarının 
122 


müə>
7
ən edilməsində böyük rol oynayan xammalın və ya ayrı məhsulun 
miqdar göstəricisidir (məsələn; şəkərin tərkibində çuğundurun miqdarı nə 
qədərdir), adətən, belə göstəricillər faiz və ya mütləq ölçüdə göstərilir. 
9)
 
Haqlı orta keyfiyyət göstəricisi üzrə (əsasən, buğda göndərişi ilə 
bağlı hesablanır). İngiliscə FAQ - fair average quality adlanır. Bu üsulun 
mahiyyəti  ondan  ibarətdir  ki,  müəyyən  regionda  yerləşdirilən  və 
müəyyən vaxtda yığılan buğdanın orta keyfiyyəti əsas götürülür. 
10)
 
Natural çəki üzrə - bu üsul da, əsasən, taxıl üçün tətbiq edilir. 1 
hektolitr  (həcm)  buğdanın  kiloqram  ilə  ifadə  olunmuş  çəkisidir.  O 
buğdanın fiziki xassələrini əks etdirir (forma, xüsusi çəki, nəmlik və s.). 
Bu üsul həmçinin buğdadan alınan un və s. haqda təsəvvür yaradır. 
11)
 
Tel-kel üsulu - bu əmtəənin olduğu kimi göndərilməsini göstərir 
(Fransızca; tel querl, telle quelle) - əsasən buğda, pambıq, alma və sitrus 
meyvələrinə  və  s.  tətbiq  edilir.  Bu  üsulda  satıcı  gələcəkdə  yığılan 
məhsulun keyfiyyətinə çox cavabdeh deyil. 
5.
 
Beynəlxalq  kontraktların  qiymət  şərtləri  bazis  qiymətləri,  ölçü 
vahidləri, qiymət valyutası, ödəniş valyutası, qiymətlərin qeyd edilməsi 
üsulları, qiymətlərin səviyyəsi və s.-nin müəyyən edilməsinə əsaslanır. 
Beynəlxalq  alqı-satqı  kontraktlarında  aşağıdakı  növ  qiymətlərdən 
istifadə olunur: 
1)
 
Bazis qiymətləri - əmtəənin qiymətinə, nəqliyyat, icarə, anbar və 
əmtəənin  daşınması  ilə  bağlı  digər  xərclərin  daxil  olunduğunu 
müəyyənləşdirir.  Bu  qiymətlər,  adətən,  əmtəənin  yola  salındığı 
məntəqəni  göstərməklə,  İNCOTERMS  2000-nin  uyğun  terminlərinin 
(FAS, FOB, SİF və s.) qəbulu ilə təyin olunur. 
2)
 
Qiymət valyutası - kontraktda müəyyən edilən qiymət 
123 


Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə