Q. S. Httseynov I e. d., prof. A. M. Məhərrəmov I e. d., prof. H. B. Rfistə]nbəyov I e. n., dos. A. H. Tağıyev Mammədova Ş. S. Beynalxalq kommersiya işi. Dərs



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə40/113
tarix29.08.2018
ölçüsü2,25 Mb.
#65285
1   ...   36   37   38   39   40   41   42   43   ...   113

işarələr); 
-
 
“netto” (xalis) və “brutto çəki” (qablaşdırma ilə birlikdə); 
-
 
Kontraktın, qaimənin və verilən yerin nömrəsi. 
Bu işarələr “yük markalanması” adlamr. Daşınma vaxtı lazım olan 
işarələri:  vaqonların  nömrəsi,  gəminin  adı  və  s.  yükü  göndərən  deyil, 
yükü  daşınmaya  qəbul  edən  nəqliyyat  təşkilatlan  tərəfindən  verilir  və 
onlar  “nəqliyyat  markalanması”  adlanır.  Nəhayət,  yükün  saxlanması, 
boşaldılması  -  doldurulması  zamanı  əmtəə  -  yük  ilə  necə  davranmağı 
göstərən işarələr isə “xüsusi markalanma” adlanır. 
9.
 
Əmtəənin  yola  salmması  qaydası.  Alıcının  əmtəəni  vaxtında 
qəbul edilməsi qayğısına qalması üçün ona əmtəənin faktiki yola salınma 
vaxtını  bilmək  lazımdır.  Bununla  əlaqədar  olaraq  kontraktlarda  adətən 
satıcının  əmtəəni  yola  salması  barədə  alıcını  xəbərdar  etməsi  nəzərdə 
tutulur  və  bu  öhdəliyin  yerinə  yetirilməsi  qaydası  müəyyən  olunur. 
Satıcının  əmtəəni  yola salmaq barədə xəbərdarlığı  kontraktın şərtlərinə 
cavab verən sənədlərin alıcıya təqdim edilməsilə bağlıdır. 
10.
 
Təhvil-təslim  şərtləri.  Əmtəənin  təhvil  verilməsi  dedikdə 
alqı-satqı kontraktının şərtinə uyğun olaraq onun satıcının mülkiyyətinə 
verilməsi  başa  düşülür.  Nəticədə,  alıcı  əmtəəyə  tam  nəzarəti  həyata 
keçirmək  imkam  əldə  edir.  Əmtəənin  alıcıya  verilməsilə  bağlı  olan 
göndəriş  kontraktın  şərtlərinə  uyğun  olaraq  həyata  keçirilir.  Təslim 
dedikdə,  əmtəənin  müqavilədə  göstərildiyi  keyfiyyət,  miqdar  və  s. 
xarakteristikalarına uyğunluğunun yoxlanması başa düşülür. 
Kontraktda  adətən,  təhvil-təslimin  qaydaları:  təhvil-təslimin  növü, 
faktiki  yeri,  müddəti,  keyfiyyət  üzrə  əmtəənin  qəbul  edilməsi  üsulları, 
faktiki göndərilən əmtəənin miqdar və keyfiyyətinin müəyyən edilməsi 
metodlan,  təhvil-təslimin  kim  tərəfindən  həyata  keçirilməsi  və  s. 
müəyyən olunur. 
134 


Təhvil-təslim  növünə  görə:  ilkin  təhvil-təslim  -  əmtəənin 
müqavilənin  şərtinə  uyğunluğunun  yoxlanması  məqsədilə,  əmtəəyə 
satıcının  müəssisəsində  baxış  və  son  təhvil-təslim  -  təyin  edilmiş 
müddətdə  və  yerində  faktiki  mal  göndərmənin  müəyyən  edilməsi 
məqsədilə  həyata  keçirilir.  Beynəlxalq  təcrübədə  göndərilən  əmtəənin 
faktiki  keyfiyyət  və  miqdarının  yoxlanması  iki  metodla:  seçmə  və 
göndərilən  əmtəənin  bütövlükdə  yoxlanması  ilə  həyata  keçirilir. 
“Təhvil-təslim”  şərti,  qeyd  edildiyi  kimi,  göndərilən  əmtəənin 
müqavilədə  şərtləndirilmiş  keyfiyyətə  uyğunsuzluğu  zamanı  tərəflərin 
hüquq  və  öhdəliklərini  də  müəyyən  edir.  Əgər  alıcı  tələb  edilən 
keyfiyyətdən aşağı əmtəəni  qəbul  edirsə, razılaşmaya əsasən onu aşağı 
qiymətə alır. Beynəlxalq təcrübədə bu güzəşt “refaksiya” adlanır. Əgər 
əmtəə tələb edilən keyfiyyətdən yüksək olarsa, onda buna görə alıcının 
ödədiyi əlavə ödəniş ^^bonifikasiya” adlanır. Həm refaksiya və həm də 
bonjifikasiyanm həcmi kontraktda və ya arbitrajda müəyyən olunur. 
11.
 
Reklamasiyalar  -  göndərilən  əmtəənin  keyfiyyət  və  miqdarının 
kontraktda  göstərilən  şərtlərə  qeyri-uyğunluğu  aşkar  edildikdə  alıcının 
satıcıya təqdim etdiyi iradların məcmusunu nəzərdə tutur. 
12.
 
Zəmanət şərtləri. Maşın və avadanlıqlara aid kontraktlarda, 
adətən,  satıcının  əmtəənin  keyfiyyətinin  müəyyən  zəmanət  müddətində 
saxlanması  məsuliyyətini  öz  üzərinə  götürməsini  əks  etdirən  şərtlər  də 
mövcud  olur.  Bu  zəmanət  şərtlərində  aşağıdakılar  müəyyən  olunur:
 
satıcı tərəfindən təqdim olunan zəmanətlərin 
həcmi,  zəmanət  müddəti,  əmtəənin  kontraktm  şərtində  göstərilən 
keyfiyyətə  uyğunsuzluğu  zamam  satıcının  məsuliyyəti  və  s.  Təqdim 
olunan  zəmanətlərin  həcmi  kontraktın  texniki  şərtlərindən  və  əmtəənin 
xarakterindən və s. asılı olur. 
13.
 
Müqavilənin yerinə yetirilməsini təmin edən şərtlər
135 


cərimələr və sığortalanma. Müqavilənin yerinə yetirilməsini təmin edən 
şərtlər  pozulduqda  müxtəlif  cərimələr:  əmtəənin  göndərilməsinin 
gecikdirilməsi, tərəflərin öz hüquqlarının digər üçüncü bir dəfə verilməsi, 
müqavilənin  şərtlərinin  dəyişdirilməsi  və  ya  onun  ləğvi  və  s.  ilə  bağlı 
digər öhdəliklərin yerinə yetirilməsinə görə cərimələr tətbiq olunur. Qeyd 
edildiyi  kimi,  ixracatçı  malm  göndərilməsində  gecikmələrə  yol  verərsə, 
idxalçının bu hadisədən ziyan çəkməməsi üçün gecikdirilən müddətdən 
asılı olaraq müqavilədə cərimə nəzərdə tutulur ki, bu da, adətən, vaxtında 
çatdırılmayan  malın  dəyərinin  8-10%-dən  həcmindən  çox  olmur. 
Bununla yanaşı, ödənişin gecikdirilməsinə görə də cərimə nəzərdə tutula 
bilər. 
Sığortalanma.  Kontraktın  bu  bəndində  sığorta  predmeti,  risk 
siyahısı, sığortaçı və həmçinin sığortanm xeyrinə həyata keçirildiyi tərəf 
müəyyən  olunur.  Demək  olar  ki,  bütün  növ  beynəlxalq  kommersiya 
müqavilələrində,  adətən,  mallar  daşınma  zamanı  zədələnmə  və  yaxud 
itkilərdən sığorta ounurlar. 
14.
 
Əvvəlcədən  nəzərdə  tutulmayan  öhdəliklər  barədə  şərtlər 
(‘^fors-major”  halları).  Demək  olar  ki,  bütün  alqı-satqı  kontraktları 
özlərində  müqavilənin  icrasını,  onun  yerinə  yetirilməsi  müddətini 
dəyişdirməyə və yaxud da tərəfləri kontraktda qeyd edilən öhdəliklərdən 
qismən və ya tam azad etməyə səbəb olan maneələr, nəzərdə tutulmayan 
faktorlar,  hadisələr,  ümumi  halda  desək,  “fors-  major”  halannı  da  əks 
etdirir.  Hər  iki  tərəfin  maraqları  çərçivəsində  hansı  vəziyyətlərin 
fors-major hallanna aid olması qabaqcadan razılaşdırılmalıdır. Dəf edilə 
bilməyən qüvvələrin qarşısının alınması müddəti kontraktda razılaşdınlan 
müddəti  ötərsə,  onda  hər  bir  tərəf  sonradan  öz  öhdəliklərinin  yerinə 
yetirilməsindən  imtina  hüququna  malik  olur  və  bu  halda  heç  bir  tərəf 
mümkün itkilərin ödənilməsini qarşı tərəfə irad edə bilməz. 
15.
 
Arbitraj. Kontraktın bu bölməsində tərəflər arasında 
136 


Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə