avadanlığın hazırlıq dərəcəsinə görə həyata keçirilir. Avans ödəniş çox
vaxt sifarişin yerinə yetirilməsinə qədər ödənilir. Avans əmtəə
formasında, sifariş olunan avadanlığın hazırlanması üçün lazım olan
komplektləşdirici məmulatlar və ya xammalın göndərilməsi kimi də
həyata keçirilə bilər. Avans pul formasında sifarişin ümumi dəyərinin
10-15%-i həcmində müəyyən edilə bilər. Kompleks avadanlıqların
göndərilməsi daha çox məqsədli kreditləşmə əsasında yerinə yetirilir.
Belə növ kontraktlar üçün eyni zamanda bir neçə hesablaşma formasının
(inkasso, akkreditiv və s.) seçilməsi də xarakterikdir. Maşın və
avadanlıqlar üçün olan kontraktların təhvil-təslim şərtlərinin əsas
xüsusiyyəti odur ki, təhvil-qəbul avadanlığı hazırlayan zavodda həyata
keçirilir, ona görə də kontraktda təhvi-təslimin mərhələləri, müddəti,
qəbul üzrə mütəxəssis öhdəlikləri və s. ətraflı qeyd olunur. Belə
kontraktlarda satıcı, adətən, müəyyən edilmiş müddətdə keyfiyyətə görə
məsuliyyəti öz üzərinə götürür və bu öhdəl üc kontraktın “zəmanət”
şərtində əksini tapır. Bu şərt müəyyən edilən müddətdə avadanlıqların
hesabat göstəricilərinin əldə edilməsini (satıcı tərəfindən) nəzərdə tutur
və bundan sonra kontraktın dəyərinin 5-10%-i həcmində olan zəmanət
dəyəri ödənilir.
2.
Xammal və yarımfabrikatlar üçün bağliEinan uzunmüddətli
kontraktların xüsusiyyətləri.
Müasir dövrdə iri həcmli uzunmüddətli
kontraktlar geniş yayılmışdır. Belə kontraktların əsas obyektlərinə: təbii
qaz, daş kömür, dəmir filizi, neft və s. müxtəlif xammallar aiddir.
Uzunmüddətli ticarət kontraktlanmn özünəməxsus üstünlükləri vardır:
-
emal sənayesinin məhsıtllarından fərqli olaraq mənəvi cəhətdən
köhnəlmirlər;
-
onların keyfiyyəti dəyişməz qalır ki, bu da təkcə satıcının deyil,
həm də alıcının maraqlarına
cavab verir;
-
uzun müddətdə istehsalçının stabil xammal tələbatını ödədiyi
140
üçün, perspektiv istehsal inkişafım
təmin ecjjir;
- qiymətlərin, tələb və təklifin nisbətən dayanıqlı, uzunmüddətli
səviyyəsi mövcud olur, nəticədə stabil müqavilə münasibətləri yaranır
(dünya qaz bazarlarmda kontraktın orta müddəti 20 il təşkil edir).
Uzunmüddətli kontraktlarda qiymətlər ya razılaşmanın bütün
fəaliyyət dövrü üçün birdəfəlik, ya da bir il, yarım il müddətinə və
sonradan müntəzəm olaraq baxılması şərtilə müəyyən olunur. Xammal
məhsullarının uzunmüddətli kontraktlarında qiymətlərin müəyyən
edilməsi zamanı qeyd edilmiş və az dəyişən qiymətlər əvəzinə, daha çox
cari və məhdud-dəyişən qiymətlərdən istifadə olunur. Belə kontraktlarda
çox vaxt orta birja kotirovka qiymətlərindən də istifadə olunur. Bununla
bağlı qeyd etmək lazımdır ki, xammal və yanmfabrikatlara uzunmüddətli
kontraktlarda orta qiymətlərdən istifadəyə üstünlük verilir.
Orta qiymətlər - verilən bazarda lider kompaniyaların kifayət qədər
etibarlı məlumat qiymətləri, digər topdansatış bazar qiymətləri və əsasən
də dünya əmtəə birjalannın kotirovkası üzrə az və ya daha böyük
müddət
ərzində formalaşan qiymətlərdir.
4.5.
Alqı-satqı kontraktlarının icrası, əmtəələrin yüklənməsinə hazırlıq
və qoyulan
tələblər
Beynəlxalq alqı-satqı kontraktlarının icrası tərəflərin öz üzərinə
götürdükləri öhdəliklərin; kontraktın predmeti olan əmtəənin satıcı
tərəfindən əmtəənin alıcısına göndərilməsi və alıcının isə müəyyən
edilmiş qiymətdə ödənişin həyata keçirilməsi, yəni yerinə yetirilməsilə
bağlıdır. Bunun üçün daha doğrusu, satıcının
öz
öhdəliyini yerinə
yetirməsi üçün o, vaxtında əmtəəni yüklənməyə hazırlamalı və əmtəənin
yüklənməsi üçün, həmçinin alıcı
tərəfindən
141
ödənişin həyata keçirilməsi üçün lazım olan sənədləri rəsmiləşdirməlidir.
Maşın və avadanlıqların göndərilməsi zamanı isə kontraktın
icrasına onların texniki xidmətinin təşkili də aiddir.
Əmtəənin yüklənməsinə hazırlıq satıcının: nəqliyyat, iqlim
xüsusiyyətləri və əmtəənin göndərildiyi ölkənin gömrük rejiminin
xüsusiyyətlərinin nəzərə alınması şərtilə, əmtəənin qablaşdırılması və
markalanmasma qoyulan müəyyən tələblərin yerinə yetirilməsini
nəzərdə tutur. Bu tələblər ayrı-ayrı ölkələr, nəqliyyat
növləri və müxtəlif
növ əmtəələr üçün özünə məxsus xüsusiyyətləri olmaqla, müxtəlifdir.
Əmtəənin göndərilməsi prosesində düzgün və səmərəli qablaşdırma
tələblərinin yerinə yetirilməsi yükün istehsalçıdan alıcıya nəqlində vacib
mərhələlərdən biridir. Bununla əlaqədar əmtəənin əsas xüsusiyyətləri,
fiziki vəzi}^əti, çəkisi, ətraf mühitlə münasibəti və s. nəzərə alınmalıdır.
Beləliklə, əmtəələrin yüklənməsinə hazırlıq zamanı qablaşdırma
tələbləri aşağıdakılardır:
-qablaşdırmanın növü və görünüşü əmtəənin xüsusiyyətinə uyğun
olmalıdır;
-qablaşdırma əmtənin təyinat ölkəsinin mövcud qanunvericiliyinə,
gömrük rejiminə və iqlim şəraitinə uyğun olmalıdır. Əgər tələb olunarsa,
qablaşdırma reklam məqsədini də yerinə yetirməlidir.
Əmtəənin nəqli ilə bağlı qablaşdırmaya qoyulan tələblər
zamanı aşağıdakılar nəzərə alınmalıdır:
-
nəqlin dövrü,
məsafəsi və üsulu;
-
əmtəənin yolda yenidən yüklənməsi imkanı;
-
nəql zamanı
temperatur rejimi və nəmlik;
-
ilin dövrləri (hava şəraiti);
142