Q. S. Httseynov I e. d., prof. A. M. Məhərrəmov I e. d., prof. H. B. Rfistə]nbəyov I e. n., dos. A. H. Tağıyev Mammədova Ş. S. Beynalxalq kommersiya işi. Dərs



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə37/113
tarix29.08.2018
ölçüsü2,25 Mb.
#65285
1   ...   33   34   35   36   37   38   39   40   ...   113

ixracatçının,  idxalçının  və  ya  üçüncü  ölkənin  valyutasında  ifadə  oluna 
bilər. 
Qiymətlərin  qeyd  olunması  üsulları.  Qiymətlər  kontraktda  onun 
bağlandığı  anda,  kontraktm  qüvvədə  olduğu  dövr  ərzində  və  ya  onun 
icrası  vaxtında qeyd  edilə bilər.  Qiymətlərin qeyd olunması  üsulundan 
asılı olaraq onların müxtəlif dörd növünü fərqləndirirlər: 
1)
 
Qəti müəyyən edilmiş və  ya qəti təsbit edilmiş qiymətlər  - sərt 
qiymətlər (firm fixed) - kontraktın imzalandığı andan müəyyən olunur və 
onun qüvvədə olduğu müddətdə dəyişmir. 
2)
 
Sonradan  müəyyən  edilmiş  qiymətlər  -  qiymətər  ya  kontraktm 
yerinə yetirilməsi zamanı, ya da malgöndərənin tapşırığı üzrə kontraktın 
icrasına qədər istənilən vaxt müəyyən edilə bilər. 
3)
 
Dəyişkən  və  ya  mütəhərrik  qiymətlər  (flexible  prices)  - 
kontraktın  bağlandığı  an  müəyyən  olunur,  ancaq  həmin  əmtəəni 
göndərən  zaman  bazar  qiymətləri  dəyişərsə,  onda  qiymətlər  bu 
kontraktda  dəyişdirilə  bilər.  Başqa  sözlə,  kontraktda  baza  qiymət 
müəyyən  olunur  və  2-5%  həddində  dəyişdirilə  bilər  (bu  hədd  bazar 
qiymətinin kontrakt qiymətindən minimum yayınmasıdır ki, bu aralıqda 
kontraktın qiymətinə yenidən baxılmır). 
4)
 
Sürüşkən  qiymətlər  (siyding,  scale  prices)  -  kontraktın  icrası 
zamanı  qeyd  olunur  və  bu  dövrdə  müqavilə  qiymətinə  istehsal 
xərclərindən  asılı  olaraq  yenidən  baxıla  bilər.  Adətən,  bu  qiymətlər 
uzunmüddətli hazırlanma dövrü olan maşın və avadanlıqlar üçün istifadə 
olunur. 
Kontragentlər  kontraktda  qiymətləri  müəyyən  edərkən,  əsasən,  2 
növ  qiymətərə:  nəşr  edilən  və  hesablanan  qiymətlərə  əsaslanırlar.  Bu 
baxımdan qiymətlər səviyyəsinə görə iki növdə olurlar: 
l)Nəşr edilən qiymətlər - xüsusi və firma informasiya mənbələrində 
verilən qiymətlərdir və onlar adətən dünya qiymətləri süəviyyəsini əks 
etririr. Bu cür qiymətlərə: məlumat, birja kotirovka 
124 


qiymətləri, son standart məhsula müəj^yən edilən preyskurant qiymətləri, 
faktiki  sövdələşmə  qiymətləri,  ümumi  statistik  məlumatlarda  olan 
qiymətlər, xüsusilə də iri firmaların təklif etdiyi qiymətlər aiddir. 
2)  Hesablanan  qiymətlər  -  fərdi  sifarişlər  əsasında  hazırlanan 
mürəkkəb  sənaye  və  digər  qeyri-standart  avadanlıqlar  üçün 
malgöndərənin  müəyyən  etdiyi  qiymətlərdir.  Bundan  başqa,  əvvəlki 
sövdələşməyə  əsaslanan  qiymətlərdən  -  nisbətən  qiymətlərin  sabit 
olduğu  anlarda,  hər  şeydən  əvvəl,  sənaye  xammallarına,  maşın  və 
avadanlıqlara tətbiq olunan qiymətlərdən də istifadə olunur. 
6.
 
Aqi-satqı kontraktlarmda ödəniş şərtlən. Belə şərtlər müəyyən 
edilərkən  ödəniş  valyutası,  ödəniş  müddəti,  ödəniş  və  hesablaşma 
formalan, valyuta risklərinin azaldılması və ya aradan qaldırılması və s. 
aydınlaşdırılır.  Ümumiyyətlə,  ödəniş  tərəflər  arasında  qarşılıqlı 
hesablaşmaların son mərhələsidir. Ödəniş şərtləri beynəlxalq kontraktda 
ən mühüm və mürəkkəb tərkib hissələrindəndir. 
Ödəniş  valyutası  -  kontraktın  bağlanması  zamanı  ödənişin  hansı 
vayutada:  ixracatçının,  idxalçının  və  ya  da  üçüncü  bir  ölkənin 
valyutasında  olmasının  müəyyənləşdirilməsilə  bağlıdır.  Əmtəənin 
ödənişinin konkret olaraq həyata keçirildiyi (əgər ödəniş valyutası qiymət 
valyutasından fərqlənərsə məzənnəyə yenidən baxılır və ya bu da olmasa, 
ödənişin reallaşdırıldığı gündə mövcud məzənnə üzrə) valyuta ödəniş və 
ya  hesablaşma  valyutası  adlanır.  Bəzi  hallarda  kontraktda  ödəniş 
valyutasının seçim hüququ idxalçıya həvalə olunur. Qeyd edildiyi kimi, 
ödəniş valyutası qiymətin müəyyən edildiyi valyuta ilə (qiymət valyutası) 
üst-üstə  düşə  də,  düşməyə  də  bilər.  Bu  halda  kontraktda  qiymət 
valyutasının  ödəniş  valyutasına  çevrildiyi  məzənnə  göstərilir.  Adətən, 
qiymət  valyutasının  ödəniş  valyutasına  çevrilməsi  ödənişin  həyata 
keçirildiyi ölkədə mövcud 
125 


məzənnə  ilə  həyata  keçirilir.  Valyuta  məzənnəsinin  seçilməsi  zamanı 
eyni  zamanda  valyutanın  çevrilən  və  yaxud  dönərli  olması  da  nəzərə 
alınır. 
Beynəlxalq  kommersiya  əməliyyatlan  zamanı  tərəflərin  ehtiyat 
etdiyi  problemlərdən  biri  də  valyuta  riskləri  problemidir.  Valyuta  riski 
dedikdə  xarici  ticarət  və  digər  əməliyyatlarda  xarici  valyutanın 
məzənnəsinin  milli  pul  vahidinə  nisbətən  dəyişməsilə  bağlı  valyuta 
itkiləri  təhlükəsi  nəzərdə  tutulur.  Belə  ki,  valyuta  bazarı  nöqteyi- 
nəzərdən  tərəflərin  maraqğı  üst-üstə  düşmür,  yəni  ixracatçı  çalışır  ki, 
qiyməti daha sabit valyuta ilə müəyyən etsin, idxalçı isə, bunun əksinə 
olaraq dəyərsizləşən valyutalara üstünlük verir. Kontraktın imzalandığı 
və  həmin  kontrakt  üzrə  ödənişlərin  həyata  keçirildiyi  zaman  ərzində 
kontraktda  nəzərdə  tutulmuş  valyutanın  məzənnəsi  milli  pul  vahidinə 
nisbətən aşağı düşdüyü halda, ixracatçı ziyan çəkir. İdxalçınm məzənnə 
itkiləri,  kontraktın  valyuta  məzənnəsinin  artması  ilə  bağlıdır.  Bu 
səbəblərdən vaİ
3
mta risklərindən qorunmaq məqsədilə, tərəflərin razılığı 
İlə müqavilədə xüsusi şərtlər qeyd olunur. 
ödəniş müddəti - adətən, tərəflərin razılığı ilə kontraktda, ya ölkənin 
ticarət adətlərindən asılı olaraq konkret dövrdə, ya da müəyyən şərtlərin 
daxil olması üzrə müəyyənləşir. 
Ödənişin üsulları - əmtəənin faktiki göndərilməsinə əsaslanır. Belə 
ki, ödənişin üç üsulu mövcuddur: 
a)
 
nəğd ödəniş 
b)
 
avans ödənişi (əvvəlcədən ödəniş), bu da öz növbəsində iki cür 
olur: pul və əmtəə formasında (məsələn; verilən əmtəənin istehsalı üçün 
lazım olan xammal, materiallar və s.) 
c)
 
kredit ödənişi. Kreditlər də iki cür olur: kommersiya (illik 6- 8% 
olmaqla, 5 illik firmalar arası kredit) və bank krediti (daha uzun müddətə 
və faiz dərəcəsi ölkənin iqtisadi konyunkturasından asılı 
126 


Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə