Q. S. Httseynov I e. d., prof. A. M. Məhərrəmov I e. d., prof. H. B. Rfistə]nbəyov I e. n., dos. A. H. Tağıyev Mammədova Ş. S. Beynalxalq kommersiya işi. Dərs



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə35/113
tarix29.08.2018
ölçüsü2,25 Mb.
#65285
1   ...   31   32   33   34   35   36   37   38   ...   113

müqaviləsi; 
-  bu  konvensiyanın  tətbiq  olunmadığı  beynəlxalq  alqı-satqı 
müqaviləsi. 
Sonuncuya  nəinki  Vyana  Konvensiyasına  qoşulmayan  ölkələrdə 
yerləşən  kommersiya  müəssisələrinin  kontragentləri  arasındakı 
sövdələşmələr, həmçinin məsələn: xarici ticarətdə geniş yayılmış elektrik 
enerjisinin, qiymətli kağızların, dəniz və hava gəmilərinin və s. alqı-satqı 
müqavilələri də aid edilir. 
3.
 
Əmtəənin daşınması xarakterindən asılı olaraq müqavilələrin 
aşağıdakı növləri vardır: 
a)
 
əmtəənin  ixracatçısının  müəyyən  yerdə  malı  təhvil  verməyə 
borclu  olmadığı,  ancaq  onu  alıcıya  çatdırmaq  üçün  ilkin  sərbəst 
daşıyıcıya  təhvil  verməsini  nəzərdə  tutan  əmtəələrin  alqı-satqı 
müqavilələri  (Vyana  Konvensiyası  67  maddə,  FCA,  CİP,  CPT, 
INCOTERMS - 2000); 
b)
 
sonradan  alıcıya  ötürülməsi  üçün  müəyyən  yerdə  satıcının 
əmtəəni  sərbəst  daşıyıcıya  təhvil  verməsini  nəzərdə  tutan  əmtəələrin 
alqı-satqı müqavilələri (Vyana Konvensiyası, 67 maddə, CİF, CFR, FAS, 
FOB, INCOTERMS 2000). 
4.
 
Göndərişin  xarakterindən  asılı  olaraq  müqavilələrin 
aşağıdakı növlərini də fərqləndirirlər: 
a)  birdəfəlik  göndəriş  kontraktı  (və  ya  birdəfəlik  razılaşma, 
birdəfəlik  sövdələşmə).  Bu  kontrakt  bir  tərəfin  digər  tərəfə  onların 
arasındakı  razılaşdırılmış  əmtəələrin  miqdarının  kontraktda  müəyyən 
edilmiş  tarixə  göndərilməsini  nəzərdə  tutur.  Tərəflərin  öz  üzərinə 
götürdükləri  öhdəliklərin  yerinə  yetirilməsindən  sonra  onlar  arasındakı 
hüquqi münasibətlər kəsilir
Birdəfəlik razılaşma iki növdə olur: qısamüddətli göndəriş (xammal 
əmtəələri)  və  uzunmüddətli  göndəriş  (kompleks  avadanlıqlar,  gəmi  və 
s.); 
118 


b)  dövri  göndariş  kontraktı.  Bu  kontraktlar  müəyyən  edilmiş 
müddət ərzində razılaşdırılmış əmtəələrin miqdarının müntəzəm > dövri 
olaraq  göndərilməsini  nəzərdə  tutur.  Bu  müddət  qısa  (adətən,  1  il)  və 
uzun  (orta  hesabla  5-10  il)  bəzən  də  15-20  il  ola  bilər.  Qısamüddətli 
kontraktlar  qısamüddətli  və  ya  illik  kontraktlar,  U
2
nın  dövrü  nəzərdə 
tutan kontraktlar isə uzunmüddətli kontraktlar adlanır. 
4.3.
 
Beynəlxalq alqı-satqı kontraktlarının məzmunu və 
onu müəyyən edən şərtlər 
Beynəlxalq  alqı-satqınm  xarici  ticarət  kontraktı  xarici  ticarət 
sövdələşməsini  rəsmiləşdirən  əsas  kommersiya  sənədi  kimi  təqdim 
olunur.  Bu  sənəd  kontragentlərin  yazılı  müqavilə  öhdəliyi  olmaqla, 
satıcının-ixracatçının  müəyyən  əmlakı  alıcının  -  idxalçının  xüsusi 
mülkiyyətinə  keçməsilə  müşayiət  olunan  göndərişi  və  eyni  zamanda 
alıcının  -  idxalçının  bu  əmlakı  qəbul  etməsi  və  ona  görə  müəyyən  pul 
məbləğini ödəməsini nəzərdə tutur. Kontrakt ümumiyyətlə istənilən növ 
danışıqların və yaxud razılaşmalann hüquqi forması və ya hüquqi bazası 
adlanır. 
Qısaca desək: beynəlxalq kommersiya təcrübəsində maddi- material 
formada  olan  əmtəələrin  alqı-satqı  müqaviləsi  alqı-satqı  kontraktı 
adlamr. O, əmtəənin göndərilməsini nəzərdə tutan kommersiya sənədidir. 
Sənədin adından göründüyü kimi, əmtəəni biri alır, digər tərəf isə satır. 
Alqı-satqı  kontraktlarının  əsas  şərti:  əmtəəyə  olan  mülkiyyət 
hüququnun bir tərəfdən (satıcıdan) digər tərəfə (alıcıya) verilməsidir. Bu 
xüsusiyyət  belə  müqavilələri  digər  müqavilələrdən:  icarə,  lisenziya, 
sığorta və s. fərqləndirir. 
Ən sadə alqı-satqı kontraktları əvvəlki bölmədə qeyd edildiyi kimi 
özündə  aşağıdakı  ümumi  şərtləri  birləşdirir;  göndərişin  həcmi  və 
predmeti (əmtəənin adı və ya həcmi) əmtəənin keyfıyyətnin 
119 


müəyyən edilməsi üsulları, mal göndərmənin müddəti və yeri, göndərişin 
bazis  şərtləri,  göndərişin  ümumi  qiyməti,  ödəniş  şərtləri,  əmtəənin 
təhvil-təslim  qaydalan,  zəmanət  və  cərimələr,  arbitraj  və  forsmajor 
haqqında şərtlər, nəqliyyat  şərtləri, tərəflərin hüquqi  ünvanlan,  alıcı  və 
satıcımn imzaları. 
Kontraktlarda  həmçinin  aşağıdakı  suallar  üzrə  alıcı-satıcı  üçün 
fimumi olan öhdəliklər də göstərilir. 
1.
 
Bir  lərəfın  öhdəliyi  pozması  nəticəsində  yaranan  İtkilərin 
ödənilməsi zərurəti və qaydalan
2.
 
ödənişin  razılaşdınlan  müddəti  keçəndən  sonra  əlavə  ödəniş 
faizlərinin alınması hüququ; 
3.
 
Məsuliyyətdən azad olma prinsipləri
4.
 
Müqavilələrin pozulması nəticələri
5.
 
Müqavilənin icra edilməsinin dayandırılması hüququ; 
6.
 
Bir  tərəfə  aid  olan  əmtəənin  qorunması  və  saxlanılması 
öhdəlikləri. 
Beynəlxalq  alqı-satqı  kontraktının  məzmununun  bəndləri  və  ona 
qoyulan şərtlər: 
1.
 
Kontraktm  giriş  hissəsi  (preambula)  aşağıdakı  məzmunu  əhatə 
edir,  kontraktın  adı  və  nömrəsi,  onun  bağlandığı  yer  və  tarix, 
sövdələşməni bağlayan tərəflərin adı və onlarm mənsub olduğu ölkənin 
adı. 
2.
 
Kontraktın  predmeti  (subjekt  of  contact).  Kontraktın  bu 
hissəsində  əmtəənin  adı,  onun  xarakteristikası,  çeşidləri  göstərilir. 
Avadanlıqlar göndərilərkən onların xarakteristikaları kimi: məhsuldarlıq, 
güc,  yanacaq  və  ya  eneqi  sərfi  və  s.  göstərilir.  Əmtəələrin 
xarakteristikalarma isə onun növləri, dərəcələri, markalan modelləri və s. 
aid edilir. 
3.
 
Miqdar:  Alqı-satqı  kontraktmda  miqdar  şərtləri.  Kontraktda 
əmtəənin miqdarını müəyyən edərkən miqdarın ölçü vahidi 
120 


Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə