Q. S. Httseynov I e. d., prof. A. M. Məhərrəmov I e. d., prof. H. B. Rfistə]nbəyov I e. n., dos. A. H. Tağıyev Mammədova Ş. S. Beynalxalq kommersiya işi. Dərs



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə32/113
tarix29.08.2018
ölçüsü2,25 Mb.
#65285
1   ...   28   29   30   31   32   33   34   35   ...   113

kontraktları  qismən  yazılı  və  qismən  şifahLformada  da  bağlana  bilər. 
Şifahi forma kontraktın bağlanması haqqında tərəflərin şifahi razılığının, 
danışıqlarının  mövcud  olmasına  əsaslanır.  Yazılı  forma  isə  tərəflərin 
istəklərinin əks olunduğu, hər iki kontragent tərəfindən imzalanan vahid 
sənədin mövcudluğu ilə əlaqədardır. 
Vyana 
konvensiyası  beynəlxalq  kommersiya  kontraktmın 
bağlanmasının istənilən formasını, o cümlədən şifahi formasını nəzərdə 
tutur.  Ancaq  bir  çox  ölkələrin  milli  qanunvericiliyi  beynəlxalq 
kommersiya  kontraktının  bağlanmasının  yazılı  formasının  mütləq 
olmasını tələb edir. Belə ki, həm kontraktın Özünün, həm ofertanın, həm 
də akseptin və istənilən digər istəklərin ifadə olunmasının yazılı formada 
olması mütləq tələb olunur. 
Kontraktın  bağlanması  forması  ilə  əlaqədar,  sövdələşmənin 
formasının  aşağıdakı  istiqamətlərdə  təzahür  edən  hüquqi  əhəmiyyətini 
qeyd etmək lazımdır: 
a.
 
kontraktın forması kontragentlərin istəklərini qeyd edərək onları 
əks etdirir; 
b.
 
hər hansı başqa bir hüquqi münasibətin meydana gəlməsi zamanı 
bu forma müqavilənin bağlanmasının təsdiqini bildirir. 
c.
 
kontraktın forması sövdələşmənin həqiqiliyinin əsas şərtlərindən 
biri kimi çıxış edir. 
Kontrakt bütün növ danışıqların, razılşamaların hüquqi formasıdır. 
Kontraktın  yazılı  forması  onun  bir  çox  vacib  bəndlərini  (qiymət, 
göndərilmə şərtləri və s.) özündə əks etdirir. Çünki, onların bir və ya bir 
neçəsinin kontraktda qeyd edilən şərtlərdən kənarlaşması sövdələşmənin 
pozulmasına  gətirib  çıxarır.  Bütün  qeyd  olunanlar  kontraktın 
bağlanmasının yazılı formasında öz əksini taparaq hüquqi bazaya malik 
olur. 
Qeyd  etmək  lazımdır  ki,  kontraktın  bağlanmasmın  yazılı  formada 
olması onun layihəsinin tərəflərdən biri tərəfindən tərtib 
107 


olunmasına və digər kontragent tərəfindən isə ətraflı öyrənilməsinə şərait 
yaradır. Bu halda danışıqlar zamanı tərəflərin faktiki razılaşmaları nəzərə 
alınır.  Əlbəttə  kontraktın  layihəsilə  bağlı  tərəflərin  hər  hansı  birinin 
razılığı  olmasa,  onlarm  sonra  da  ümumi  fikrə  gəlmə  prosesləri  davam 
etdirilir və nəhayət, kontraktın son və razılaşdırılmış variantı hazırlanır. 
Kontrakt üzrə tərəflərin hüquq və öhdəlikləri kontraktın bağlandığı, 
təsdiq  edildiyi  andan  meydana  çıxır  və  qüvvəyə  minir.  Ancaq  bu  an 
ölkələrin  qanunvericiliyindən  asılı  olaraq  müxtəlif  olur.  İştirakçı 
tərəflərin kontraktı imzalaması zamanı onun qüvvəyə minməsi razılaşan 
tərəflərin  kontraktı  imzaladığı  andan  (əgər  sənəddə  onun  qüvvəyə 
minməsinin  başqa  bir  müddəti  göstərilməyibsə)  başlayır.  Beləliklə, 
kontraktın bağlanması tarixi elə onun imzalanması tarixi adlanır. 
Yazışmalar  zamanı  iştirak  etməyən  tərəflər  arasında  kontraktın 
bağlanması  anı  bir  çox  dünya  ölkələrində  aşağıdakı  kimi  müəyyən 
olunur: İngiltərə, ABŞ, Yaponiya, İsveçrədə yazılı akseptin göndərildiyi 
an kontrakt bağlanmış hesab edilir; ancaq, Fransada, Almaniyada, İtaliya 
və Avstriyada kontraktın bağlanması anı kimi ofe- rentin aksepti aldığı 
vaxt - dövr qəbul edilir. Bu prinsiplər həm də sifarişlərin verilməsinə də 
aiddir. 
Beynəlxalq kommersiya təcrübəsində sövdələşmələr şifahi formada 
çox  vaxt  telefonla,  birja  və  hərraclarda  bağlanılır.  Ancaq  buna 
baxmayaraq şifahi razılıq sonradan mütləq kontraktın yazılı forması ilə 
təsdiq  olunur.  Bu  halda  tərəflərin  öhdəlikləri  kontarktın  imzalandığı 
andan meydana çıxır. 
Beynəlxalq  ticarət  müqavilələri  çox  vaxt  dövlət  orqanlanmn 
razılığından,  ixrac  və  ya  idxal  lisenziyasının  alınmasından,  xarici 
subyektin  xeyrinə  valyuta  əməliyyatının  apaniması  üçün  icazənin  əldə 
edilməsindən və s. asılı olaraq kontarktın qüvvəyə minməsini 
108 


əlks etdirən bəndləri də özündə əks etdirjr. Əgər müqavilə bağ- lanıbsa və 
onun icrası  üçün dövlət  orqanları  tərəfindən razılıq  tələb edilirsə, onda 
belə müqaviləyə ləngidilmə (yubadılma) şərtilə bağlanan müqavilə kimi 
baxmaq olar. Ancaq bağlanmış kontraktlar sonsuz olaraq şərtli xarakterə 
malik  ola bilməz. Çünki, bu şərtlərin  yerinə  yetirilməsini uzun müddət 
gözləmək tərəflərin maraq və istəklərilə üst-üstə düşə bilməz.  Bununla 
bağlı  olaraq,  kontraktda  çox  vaxt  tərəflərdən  hansı  və  hansı  müddətə 
lazım olan icazəni, məsələn ixrac lisenziyasını əldə edə bilməsinin qeyd 
edilməsi  tələb  olunur.  İcazənin  alınması  üzrə  öhdəliyi  olan  tərəf  öz 
öhdəliyini vaxtında almağa səy göstərməli və bu haqda belə razılığı əldə 
edib və ya etməməsi barədə ikinci tərəfi məlumatlandırmalıdır. Verilən 
icazənin  ləğv  edilməsi  və  ya  müqavilənin  icrası  üçün  uyğun  dövlət 
orqanının  qadağası  (məsələn,  müəyyən  əmtəənin  ixrac  və  idxalına 
qadağa) elan (nəşr) olunarsa, bu müqavilənin həqiqiliyinə təsir etmir, bu 
halda  öhdəliyi  olan  tərəfi  onun  yerinə  yetirilməsi  üçün  olan 
məsuliyyətdən azad edir. 
109 


IV FƏSİL. BEYNƏLXALQ ALQI-SATQI 
KONTRAKTLARININ NÖVLƏRİ, ŞƏRTLƏRİ, İCRASININ 
TƏŞKİLİ VƏ KOMMERSİYA SÖVDƏLƏŞMƏSİNDƏ 
XARİCİ TİCARƏT SƏNƏDLƏRİ 
4.1. Beynəlxalq kommersiya fəaliyyətində nümunəvi 
kontraktların yeri və onların məzmunu 
Beynəlxalq  kommersiya  təcrübəsində  nümunəvi  kontraktlardan 
(NK)  geniş  istifadə  olunur.  Nümunəvi  kontrakt  -  yazılı  şəkildə  şərh 
olunmuş,  ticarət  təcrübəsi  və  qaydalannı  nəzərə  almaqla  əvvəlcədən 
tərtib olunmuş, konkret  sövdələşmənin  tələblərinə uyğun  razılaşdıqdan 
sonra  tərəflərin  qəbul  etdikləri  nümunəvi  müqavilə  və  ya  bir  sıra 
standartlaşdırılmış (eyni  şəklə gətirilmiş) şərtlər toplusudur. NK yalnız 
müəyyən əmtəələrə və müəyyən ticarət növlərinə tətbiq edilə bilər. NK 
aşağıdakı formalarda ola bilər: 
1.
 
İştirakçıların  müqavilə  kimi  istifadə  etdikləri  sənəd  ola  bilər,  o 
halda ki, onlar razılaşma tələb edən bəndləri (məsələn, tərəflərin adları, 
miqdar, keyfiyyət, qiymət, müddət, göndərilmə yeri) doldursunlar və onu 
təsdiq etsinlər 
2.
 
Təcrübədə  NK-nı,  adətən,  alqı>satqının  ümumi  şərtləri  də 
adlandırırlar. Alqı-satqmın ümumi şərtləri - bir qayda olaraq, müqavilə 
iştirakçılarının  öz  kontraktlarına  daxil  və  ya  istinad  edə  bildikləri  mal 
göndərmənin  bazis  şərtlərindən  asılı  olaraq  və  ticarət  təcrübəsi  nəzərə 
alınmaqla işlənmiş müqavilənin  bəndlərinin (maddələrinin) siyahısıdır. 
Ancaq təcrübədə isə daha çox iki hissədən ibarət olam NK formalarına 
rast gəlmək olar: a) razılaşdırılan NK forması və b) hər bir konkret halda 
dəyişməz qalan ümumi şərtləri əhatə edən NK forması. NK-lar, bir qayda 
olaraq, nəşriyyat üsulu ilə blanklarda tərtib olunur, belə ki, 1-ci vərəqdə 
sövdələşmənin fərdi 
110 


Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə