Q. S. Httseynov I e. d., prof. A. M. Məhərrəmov I e. d., prof. H. B. Rfistə]nbəyov I e. n., dos. A. H. Tağıyev Mammədova Ş. S. Beynalxalq kommersiya işi. Dərs



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə29/113
tarix29.08.2018
ölçüsü2,25 Mb.
#65285
1   ...   25   26   27   28   29   30   31   32   ...   113

-
 
potensial və ya məlum satıcıya sifarişin göndərilməsi
-
 
idxalçmı  maraqlandıran  əmtəələr  haqda  istehsalçıya  sorğunun 
göndərilməsi; 
-
 
firmaların  iştirakının  təmin  edilməsi  üçün  onların  dəvət 
olunduqları torqlarm elan edilməsi
-potensial  ixracatçıya  onun  reklam  və  informasiyasına  və  ya 
təklifinə cavab olaraq kommersiya məktubunun göndərilməsi. 
-
 
ixracatçınm  təklifinin  qəbulu  haqqında  sözsüz  akseptin  ona 
göndərilməsi. 
Birbaşa  idxal  sövdələşməsinin  hazırlanmasının  ən  geniş  yayılmış 
forması  idxalçmı  maraqlandıran  əmtəə  barəsində  istehsalçıda  sifarişin 
yerləşdirilməsidir. 
Sifariş  alıcının  sifariş  olunan  əmtəənin  hazırlanması,  həmçinin 
xarici  ticarət  sövdələşməsi  üçün  lazım  olan  bütün  şərtlərinin  ətraflı 
göstərdiyi  kommersiya  sənədidir.  Təcrübədə  sifariş,  adətən,  stabil 
kontragentə verilir. Sifarişdə il, sifarişin predmeti, bir əmtəənin qiyməti, 
əmtəə partiyasının ümumi qiyməti, göndərilmə vaxtı, ödəniş şərtləri, alıcı 
və  saıcımn  imzaları  göstərilir.  Sifarişə  əmtəələrin  konkret 
xarakteristikaları  göstərilən  siyahı  da  (spesifikasiya)  əlavə  edilə  bilər. 
Sifariş  əsasında  mürəkkəb  və  unikal  avadanlıqlar,  təyyarələr,  gəmilər 
göndərilir.  Bu  zaman  idxalçı  -  alıcı  avans  formasında  malların  qismən 
maliyyələşdirilməsini həyata keçirir. 
İdxalçı-alıcı  satıcınm  elanına  və  ya  digər  reklam  növünə  onun 
ofertasma  sorğu  və  ya  ofertaya  daxil  edilməsi  təklif  olunan  dəqiq- 
ləşdirici  sualların  olduğu  kommersiya  məktubunu,  həmçinin  əmtəənin 
alınma tarixini göndərməklə, reaksiya və yaxud cavab verə bilər. Əgər, 
hətta  idxalçı  ixracatçının  məhsulunun  qiymətilə  tanış-  dırsa,  onda  bu 
halda  da  o,  ixracatçının  qiymətdə  güzəşt  etməsi  barəsində  ona  razılıq 
sorğusu göndərə bilər. 
98 


İnkişaf  etməkdə  olan  ölkələrdən  olan  alıcılar  idxal  kontraktlarını, 
xüsusilə maşın və avadanlığa olan kontraktları hazırlayarkən torqlar- dan 
geniş istifadə edirlər. 
Beləliklə,  idxal  sövdələşməsinin  hazırlanması  üzrə  sənədlər  və 
onların qısa xarakteristikaları aşağıdakılardır (şəkil 3.3): 
1.
 
Sorğu  -  təklifin  alınması  məqsədilə  gələcək  mal  göndərənə 
ünvanlanan  və  mal  göndərilməsi  ilə  bağlı  olan,  həmçinin  malların  bir 
neçə arzu olunan şərtləri göstərilən və bu malları almaq arzusunda olan 
tərəfin verdiyi sənəddir. 
2.
 
Nəzərdə  tutulan  istək-fikir  haqqında  məktub  -  bu  sənədin 
köməyilə  alıcı  prinsipcə  təklifin  qəbul  edilməsi  haqqında  satıcını 
məlumatlandırır  və  kontraktın  bağlanması  ilə  bağlı  danışıqlara 
başlanmasına hazır olduğunu bildirir. 
3.
 
Sifariş - bu sənəd ilə alıcı satıcı ilə konkret sövdələşməyə girir. 
Burada konkret şərtlər verilməklə, razılaşdırılmış əmtəələr göstərilir. Bu 
sənədə aşağıdakılar əlavə edilir: 
-
 
sifariş  olunan  əmtəənin  mal  göndərilməsi  ilə  bağlı  şərtlər 
ekspeditor  üçün  nəzərdə  tutulan  qaydaların  göstərildiyi  yola  salınma 
qaydası haqqında sənəd; 
-
 
nəqliyyat, ekspeditorun adı, ünvanı, telefonu, daşıyıcının adı və s. 
ilə bağlı olan qablaşdırma üzrə sənəd; 
4.
 
Tender  sənədləri  -  torqlarda  gözlənilən  təklifin  məzmununa 
münasibətdə  sifarişçinin  tələblərini  müəyyən  edir.  O  özündə 
aşağıdakıları birləşdirir: 
-
 
tender  şərtləri,  tenderin  proformu,  tenderin  keçirilməsi  şərtləri, 
texniki-iqtisadi sənədlər, işlərin həcmi və növləri və s. 
-
 
sifarişçinin tender şərtlərinin məzmunundan ibarət olan və tender 
iştirakçılanna  ünvanlanan  konkret  tələbləri:  əmtəənin  adı  və  miqdarı, 
onun texniki-iqtisadi xarakteristikaları, əsas kommersiya və 
99 


texniki  şərtləri,  göndərilmə  müddəti,  ödəniş  şərti,  qiymətləri,  arbitraj 
şərti, cərimə və zəmanətlər. 
5.
 
Tenderin  proformu  -  oferent  tərəfindən  doldurulan  və  təsdiq 
edilən  formulyar  -  xüsusi  sənəddir.  Bu  zaman  o,  tender  sənədlərinin 
ümumi və xüsusi şərtlərinə uyğun olaraq işlərin yerinə yetirilməsi üzrə 
bütün öhdəlikləri öz üzərinə götürür. 
3.5.
 
Beynəlxalq kommersiya kontraktlarının bağlanması və ilkin 
danışıqların aparılması 
Alqi'Satqı  kontraktlarmın  bağlanması  qaydaları.  Xarici  İqti>  sadi, 
beynəlxalq  kommersiya  əməliyyatlanmn  həyata  keçirilməsinin  ikinci 
əsas  mərhələsi  alqı-satqı  kontraktlarının  və  yaxud  xarici  iqtisadi 
sövdələşmənin (bununla bağlı uyğun sövdələşmələrin) bağlanmasıdır. Bu 
mərhələ özündə aşağıdakı qaydaları birləşdirir: 
1.
 
tikin danışıqlann aparılması. 
2.
 
Ofertanm alıcı tərəfindən akseptləşdirilməsi. 
3.
 
Kontrakt layihəsinin hazırlanması. 
4.
 
Kontraktın şərtlərinin razılaşdırılması. 
5.
 
Kontraktın imzalanması. 
6.
 
Yüklərin daşınması, ekspedisiyası və sığortalanması üzrə lazımi 
müqavilələrin bağlanması. 
Xarici  iqtisadi,  o  cümlədən  beynəlxalq  kommersiya  əməliyyat- 
larmm həyata keçirilməsi texnikası ikinci mərhələdə aşağıdakı sənədlərin 
rəsmiləşdirilməsini zəruri edir. 
-
 
kontragentlərlə yazışma; 
-
 
kontrakt. 
Qeyd  edilənlərdən  göründüyü  kimi,  alqı-satqı  kontraktlarmm 
bağlanması ilkin ticarət danışıqlarmın aparılmasından başlayır. 
100 


Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə