və heç
kimə məhəl qoymadan, yenicə açlmış sübhün səssizliyində pardxlanan
qızılgüllərin xəfif xışıltısını dinləyə-dinləyə xiyaban boyu yeridi, yeriyə-yeriyə hiss
eləyirdi ki, dəniz tərəfdən əsən külə onda xoruzvari bir istək oyadır.
«Bununla belə, indi biz neyləməliyik, general?» - «Fikir verməyin,
lənət şeytana,
axı bir sözü nə qədər təkrar eləmək olar?»
Həmişə günün bu vədəsində elədiyi kimi, fermaya - inəklərin sağımına nəzarət
eləməyə yollandı və hər səhər olduğu kimi, içinə altı süd çəlləyi yığılmış, qatırlı
araba Konde kazarmalarına yan aldı, südü gətirib gələn arabaçı, prezidentin
sözlərini qiyamçılara çatdıraraq, dedi ki, prezident adəti üzrə öz fermasından
əsgərlər üçün süd göndərib. - «Tapşırıb ki, südü sizə çatdırım,
cənab general,
baxmayaraq ki, siz, sizləri yedizdirən əli dişləyirsiniz!» Arabaçı bunu elə ürək
açıqlığıyla söylədi ki, general Bonivento Barbosa, südü qəbul etməyi əmr etdi,
ancaq şərt qoydu ki, süddən, birinci arabaçı dadmalıdı ki, hamı, südə zəhər
qatılmadığına əmin olsun. Nəhayət, dəmir darvazalar açıldı və min beş yüz
qiyamçı, eyvanlardan, arabanın Konde kazarmalarının qənbər döşənmiş məşq
meydançasına necə daxil olduğuna və meydançanın ortasında dayandığına tamaşa
eləməyə başladı. Onlar, general Barbosanın denşikinin, südün dadına
baxmaq üçün
əlində bardaq və çömçə necə arabaya dırmaşdığını, necə birinci çəlləyin ağzını
açdığını və həmin dəqiqə necə gözqamaşdıran, qulaqbatıran partlayışın
zərbəsindən havaya uçduğunu gördülər və daha heç nə görmədilər… və Axirət
gününəcən də görə bilməyəcəklər: çünki zavallılar, altı çəllək barıtın müdhiş
partlayışıyla havaya sovrulan sarı binanın içindəcə, püskürən vulkanın ağzına
düşən tək, bircə anın içində yanıb kömürə döndülər… gör nə idi ki, bu partlayışdan
sonra uzun illər həmin yerdə bircə çiçək belə bitmədi! Barıt, Konde
kazarmalarından əlavə, yaxınlıqda yerləşən daha dörd binanı da uçurmuş və
şəhərin ucqarlarınadək bütün evlərdəki qab-qacağı sındırmışdı; partlayışın
dalğasından yüngülcə diksinən prezident: «Vəssalam!» - deyib köks dolusu nəfəs
almışdı; sursata qənaət məqsədilə iki cərgəyə düzdürülüb güllələnmiş on səkkiz
zabitin meyitini zibil furqonlarında liman qalasından çıxaranda isə prezident:
«Vəssalam… - deyib köks dolusu nəfəs almışdı, general Rodriqo de Aqilar isə
onun qarşısında mil dayanaraq: «Bütün siyasi canilər yaxalanıb, dustaqxanalarda
yer çatışmır, mənim generalım!»
- deyə hesabat verəndə, prezident köks dolusu
nəfəs alıb yenə: «Vəssəlam!» - demişdi. Bu qələbənin şəninə çalınan kilsə
zənglərinin nikbin harayını, bayram atəşfəşanlığının səs-küyünü, onu vəsf edən,
sülh və əmin-amanlığın növbəti yüz ilinin gəlişindən xəbər verən himnlərin
təntənəli melodiyalarını eşidəndə də: «Vəssalam!» - deyib köks dolusu nəfəs
almışdı. «Vəssalam, lənət şeytana… - demişdi – bununla da bütün həngamə sona
yetdi!» Bu hadisədən sonra onun. öz gücünə inamı o qədər artmışdı ki, öz şəxsi
təhlükəsizliyinə də səhlənkarlıqla yanaşmağa başlamış, bu sahədə bütün hissiyatı
elə korşalmışdı ki, günlərin bir günü sübh tezdən inək sağımından sonra saraya
qayıdarkən, qızılgül kolunun arxasından çıxıb ona sarı cuman cüzamlı xəstəni belə
dərhal sezə bilməmişdi. Cüzamlı, yalnız onun yolunu kəsəndən sonra, titrək
barmağı, qara poladı payız çiskinində parıldayan tapançanın
tətiyini basmağa cəhd
edəndə, yalnız o an ayılmışdı… sinəsini irəli vermb, əllərini geniş açaraq: «Ürəkli
ol, qurumsaq, ürəkli ol!» ¬ - deyə bağırmışdı. Həm də bir vaxtlar görücü-falçının
79
yozduğu kimi, saf bulaq suyunda əks olunduğu kimi yox, tamam başqa cür
öldüyünə heyrətlənərək: «Kişisənsə, vur!» - deyərək, çığırmışdı. Cüzamlı da özünü
itirib duruxmuşdu, tərəddüd içində qalmışdı, gözləri sönmüş, alt dodağı iradəsiz
zəifliklə sallanmışdı… bir qədər sonra isə gürz ağırlığında yumruğun zərbəsindən
döşəməyə sərilmişdi və orda ağnaya-ağnaya çənəsindən dəhşətli təpik zərbələri
almışdı,
sui-qəsdə məruz qalan isə, başı üzərində sönük-sönük işaran yalqız ulduz
görmüşdü və qışqırtımına qaçıb gələn mühafizəçilərin ayaq səslərini yuxudaymış
kimi, hardansa uzaqdan eşitmişdi. «Nolub, mənim generalım?!» Bu vaxt beş güllə
açıldı, beş göyümtül parıltı bağı işıqlandırdı – cüzamlı xəstə, prezident
qvardiyasının - onun cəlladlarının əlinə diri keçməmək üçün daraqdakı patronların
beşini də qarnına boşaltmışdı. O, qan içində qıvrılan cüzamlı xəstənin meyiti
üzərindən adlayıb, əl-ayağa düşmüş saray sakinlərinin hay-həşirini gur səsiylə
batıraraq, əmr elədi ki, cüzamlı xəstənin meyitini şaqqalasınlar, ətini qaxac
eləsinlər, başını duzlayıb hamıya ibrət olsun deyə, de Armas meydanında tamşaya
qoysunlar, əmr etdi ki, sağ ayağını Santa-Mariya-del-Altar sərhədinə, sol ayağını
qərb sərhədinə – şor çıxarılan səhraya göndərsinlər, əmr etdi ki, bir qolunu aran
sakinlərinə,
o biri qolunu, meşə sakinlərinə nümayiş etdirsinlər, quyruq yağında
qızardılmış tikələrini yeddi iqlimdə, bu iyrənc əyyaşxananın bütün vilayətlərində
xalqa nümayiş etdirsinlər, qoy hamı bilsin ki, öz atasına əl qaldıran şəxsi hansı
aqibət gözləyir. Bu əmri verib, hələ də qəzəbdən göyərmiş vücuduyla qızılgül
kolluğuna girdi ki, keşikçilərin, cüzamlı xəstələri, böcək, kəpənək kimi,
süngülərinə keçirib kolluqdan çıxardıqlarına tamaşa eləsin. - «Açın üzünüzü,
quldurlar!» Sarayın pillələriylə qalxa-qalxa, iflic olmuş xəstələri təpikləyib oyadır,
onlarıdan, onları bu dünyaya kimin gətirdiyini, analarını kimin mayalandırdığını
soruşurdu. «Bic köpəkuşağı, barı bilirsiniz bunu kim eləyib?!» O, dəhlizlərlə gedə-
gedə: «Çəkilin yoldan, lənət şeytana, hakimiyyət gəlir!» - deyə qışqırırdı. Qorxuya
düşmüş məmurların, onu «Ölməz» adlandıran soyuqqanlı yaltaqların əhatəsində,
özündən sonra arxasınca odlu vulkan axınını bənzər qızmar fısıltısını qoya-qoya
getdi və dövlət şurasının iclas salonunda ani şimşək sayrışmasıyla görünüb, öz
yataq otağında gözdən itdi, otağın qapısını üç qıfıl, üç cəftə, üç zəncirlə bağlayıb,
bulaşmış şalvarını barmaqlarının ucuyla, iyrənə-iyrənə soyunub atdı. Və elə həmin
andan başlayaraq, yenə rahatlığını itirdi… bir dəqiqə belə olsun, sakitləşə bilmədi,
məiyyətindən kimlərin, yaxud kimin, cüzamlı xəstənin əlinə tapança
verdiyini
havanın iyindən bilməyə çalışaraq, hey öz-özündən: onun məxfi düşməni kim ola?
– deyə soruşdu. Hiss edirdi ki, bu düşmən hardasa, lap yaxınlıqda, onun lap
yanındadı… kimdisə, o qədər yaxın adamdı ki, onun, öz balqabaqlarını harda
gizlətdiyini də bilir, kimdisə, gözləri bütün qapıların deşiyindən onu izləyir,
kimdisə, qulaqları bütün divarları dinşəyir və bu adamı, günün istənilən vaxtı
sarayda, sarayın istənilən otağında görmək mümkündür. «Mənim öz portretlərim
kimi, lənət şeytana!» Düşmən hər yerdəydi, onun varlığı, yanvar küləklərinin
əsimində də, bürkülü gecələrin jasmin ətrində də duyulurdu,
bu adam onun
yuxusuzluğunun özəyində, həmin o vahimənin canındaydı, zülmət qaranlığın içiylə
gözəgörünməz, qorxunc kabus ayaqlarıyla sarayın ən gizli künc-bucaqlarını gəzib
dolaşır, beləcə, dolaşa-dolaşa, günlərin bir günü, axşam, domino oyunu zamanı ətə-
qana doldu: havada bir anlıq asıla qalan qoşa beş daşıyla oyunu başa çatdıran əl,
80