qocalığın üzüqara xasiyyətini - özünü saxlaya bilməyib batırdığı şalvarlarını o
birilərdən
gizləməkdən ötrü, otağının qapısını kilidləyib təklikdə nahar eləməli
olurdular. Axırı da bununla qurtarırdı ki, qocalardan qartıyıb lap əldən düşənlərinin
sonuncu babat köynəyini əyinlərinə geyindirib, orden-medallarını döşünə
yapışdırıb, bir vaxtlar qoyub qaçdığı ölkəsinin bayrağına büküb, üstündə milli
himnini oxuyur və bədbəxtləri bir-bir əbədilik dünyasına – qayaların altındakı
sualtı saraya yola salırıq və yer üzündə bu zavallıdan, artırmada tək-tənha yellənən
boş çimərlik stulundan savayı heç nə qalmır. «Biz də o stula əyləşib rəhmətliyin
olan-qalan pal-paltarıyla əylənirik, mənim generalım, siz bu dünyanın işinə baxın,
o boyda şan-şöhrət, axırda da bu cür ucuz ölüm.»
Ötən dekabrda, bu sığınacaq hələ təzə-təzə açılanda o, həmin bu artırmaya çıxıb
birdən-birə Qəraib sahillərinin şəhərlərini - boyunbağı kimi sırayla düzülən Antil
adalarını gördü. Bu mənzərə həqiqətdən çox yuxuya oxşayırdı. Amma bu, yuxu
deyildi, çünki yanında dayanan kimsə barmağını dənizə uzada-uzada,
inadkar bir
həvəslə bu mənzərəni ona göstərməkdən yorulmurdu. «Ora baxın, mənim
generalım, Martinika oradır.» Və o, Martinikanı - bu əsrarəngiz, sönmüş vulkanı,
ordakı vərəm sanatoriyasını, kilsə sütunları arasında qubernator arvadlarına iri
qardeniya kolları satan gipür köynəkli nəhəng zənciləri gördü. «Paramaribo isə,
mənim generalım, ordadır». Onda o, Paramaribonun, cəhənnəmə oxşar bazarını -
dənizin dibindən borularla sürünüb sahil kafesinin stollarına dırmaşan xərçəngləri,
horra kimi məd yağışın altında dayana-dayana hind maskaları və imbir kökləri
satan gombul zənci qarıların ağızlarında bərq vuran brilyant dişləri, Tanaquarene
çimərliklərində günün altına yayxanan, qızılı inəklərə bənzər qadınları gördü.
«Xalis qızıldı, mənim generalım!» İkicə reala skripkanın olan-qalan simində çala-
çala ölümün özünü qovan quayyolu kor sehrbazı, Trinikdadenin qızmar
günortasını, dal-dalı gedən avtomobilləri, fil sümüyündən yonulmuş tumgöz
mandarin1 fiqurları və təbii ipəkdən köynəklər satılan piştaxtaların qarşısında
səkiyə çöməlib bayıra çıxan yaşıl paltarlı hinduları gördü. O,
eləcə də Haiti
dəhşətlərini – bu şəhərin küçələrində sümsünən göyərmiş, qotur itləri, səhər tezdən
səkilərdən yığılıb öküz arabalarında harasa daşıınan me
1 Mandarin – Çin imperatorları sülalələrindən birinin adı.
yitləri, zanbaq işarəsiylə Hollandiyanın yenə buralara qayıtdığından xəbər verən
benzin anbarlarını, qarlı qışa hesablanmış dəyirmansayağı evlərin şiş qüllələrini,
şəhərin mərkəzi küçələriylə bir mehmanxanadan o birinə üzən əcayib okean
gəmisini, Kartaxenanın daşdan hörülmüş tövlələrini, dəmir buxovla əhatəyə
alınmış limanını, eyvanları, vitse-kral yeməyindən ötrü burnunun ucu göynəyə-
göynəyə qəm-qüssə içində əsnəyən yorğun parad atlarını gördü… «Təzək
iyi gəlir,
mənim generalım! Möcüzədir! Dünya sərhədsizdir!» Dünya doğrudan sərhədsiz
idi, həm də məkrli idi. Çünki bu dekabr, general, dağın başındakı sığınacağa,
oranın bədbəxt sakinləri ilə - ona dünyanın pis üzünü, bədbəxt tərəfini xatırladan
bu mənfur qocalarla söhbət eləməkdən ötrü yox, həmin o sehrli anı - dekabrın
soyuq günəşi şəffaflaşan məqam, dənizin mavi sinəsinə salınmış əlvan
boyunbağını xatırladan Antil tacını, Barbadosdan Verakrusacan uzanan Qəraib
29
şəhərlərinin mənzərəsini görmək üçün gəlirdi. O mənzərə yerində idi, indi bu
adalar, ay işığının altında sahildə uyuyan timsahlara
bənzəyirdi və hər şey yenə
həmin o oktyabr cüməsinin ala-toranını xatırladırdı. Onda, yadına gəlir, səhər
tezdən yataq otağından çıxanda bir də baxıb gördü ki, prezident sarayının bütün
əhlinin başında qırmızı papaqlar var. Sonra gördü ki, otaqları süpürən, quş
qəfəslərinin suyunu dəyişən arvadların da, ferma sağıcılarının da başında həmin bu
qırmızı papaqdan var. Qarovulçular da, həmişə pilləkənlər boyu oturan ifliclər də,
cüzamlılar da bu papaqlardaydılar. Bazar günü şənliyində də, hamı başında bu
qırmızı papaq, qızılgül kolları arasında gəzişirdi. O gecə general, dünyanın bu düz
vaxtında nə baş verdiyini
heç cür anlaya bilmirdi, bütün şəhər camaatının qırmızı
papaqlarda, hərənin əlində də bir dəstə şaq-şaqlı oyuncaqla gəzməyinin mənasını
başa düşə bilmirdi. Uzun üzüntülərdən sonra axır ki, o gün nə baş verdiyini ona
izah eləyən bir adam tapıldı. «Bura hardansa xaricilər gəlib, mənim generalım,
onlar ispan dilində danışır*, amma bu, bizim danışdığımız ispan dili deyil, çünki
onlar dənizə «nə?» yox, «kim?» deyirlər, bizim tutuquşulara «papaqayo», qayığa
«almadiya», dustaqxanaya isə «asaqay» deyirlər. Biz qayıqlarda dənizə çıxıb
onların gəmiləri ətrafında fırlananda, onlar dor ağacına qalxıb bir-biriylə qışqıra-
qışqıra, bizim biçimli bədənimizdən, gözəl üzümüzdən danışıb, saçlarımızı
tərifləyirdilər, saçımızı at saçına bənzədirdilər. Görəndə ki, dərimiz gündən yanıb
soyulmasın deyə, bədənimizi rəngləmişik, tutuquşu kimi quqquldaşdılar ki, biz nə
onlar kimi ağıq, nə də generallar kimi qarayıq,
bir Allah bilir nə rəngdəyik,
dərimizi də tünd qəhvəyi rənglə rəngləmişik, sonra da gülüşdülər, biz də başa
düşmədik bunlar nəyə gülür, axı, biz tamam lüt idik, mənim generalım,
anadangəlmə. Əslinə qalsa, gülməli olan, onların özləri idi, o cəhənnəm istisində
şahzadə kimi altdan geyinib, üstdən qıfıllanmışdılar, «bürkü»
sözünü də holland
qaçaqmalçıları kimi deyirdilər, saçları da arvad saçına oxşayırdı. Aralarında bircə
qadın belə yox idi, hamısı kişi idi, onlar bizə qışqırırdılar ki, niyə biz adam dilində,
xristian dilində heç nə başa düşmürük, hərçənd özləri də adam dilində heç nə
qanmırdılar. Sonra onlar «almadiya» dedikləri qayıqlarda yanımıza üzdülər və
bizim, ucu sabala balığının sümüyündən düzəldilən avarlarımıza baxıb
təəccübləndilər. Onlar sabalaya «dişli balıq» deyirlər. Sonra da nəyimiz vardısa,
hamısını qırmızı papaqlara və şıq-şıq şıqqıldayan oyuncaqlara dəyişdilər. Biz bu
oyuncaqları boyun-boğazımıza taxıb xarici qonaqları bir xeyli güldürdük. Qalan
şeylərimizi isə dəmir çax-çaxlara, nimçələrə, güzgülərə, cürbəcür xarici cıncıq-
mıcığa dəyişdilər, mənim generalım
və görəndə ki, bunlardan bizə heç bir ziyan
gəlməz, yavaş-yavaş, onlar da hiss eləmədən, sahilə yan aldıq. Burda da aləm
qarışdı, nə qarışdı. Bir hay-həşir qopdu, bir bazar açıldı ki, gəl görəsən! Kimin
əlinə nə keçdisə, eləmə tənbəllik, budu ha, sürütləyib gətirdi. Tutuquşu gətirən
kim, şokalad, quş yumurtası daşıyan kim… Daşıhadaşı… Onlar da hər şeyi
məmnuniyyətlə götürüb, əvəzində camaata öz zir-zibillərini soxuşdururdular, hələ
arada biri, öz məxmər cübbəsini bizim birimizlə dəyişmək
istədi ki, aparıb
Avropada nümayiş elətdirsin. Təsəvvür eyləyirsiniz, mənim generalım?»
General, çaşqınlıq və həyəcan içində duruxub qalmışdı, nə edəcəyini bilmirdi, bu
qəribə işə onun qarışmağı lazım idimi?.. Bu işlərin ondan bir asılacağı var idimi?
Beləcə, çaşqınlıq və həyəcan içində o, prezident sarayına - öz yataq otağına
30