Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə88/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   84   85   86   87   88   89   90   91   ...   158

Birinci fəsil. Peyğəmbərin zamanında müsəlman qadınların...

285


Keçmiş  əsrlərdə  bəzi  alimlərimiz  qadınların  sosial  fəaliy-

yətinin  caiz  olduğunu  təsdiqləməklə  yanaşı,  onların  kişilərdən  

təcrid  edilməsi  fikrinə  üstünlük  vermişlər.  Bununla  da  onlar  

Peyğəmbərin  yoluna  əks  getmişlər.  Peyğəmbərin  



(Ona  Allahın  xe-

yir-duası  və  salamı  olsun!)  

etdiyi  başqalarının  etdiyindən  daha  xoş-

dur.  Xüsusi  vəziyyətlər  istisna  olmaqla  Peyğəmbəri  nümunə  

götürmək  tərifəlayiq  hərəkətdir.  “Ən  yaxşı  yol  Məhəmmədin  

yoludur!”  –  deyən  də  Həzrəti  Peyğəmbərin  özüdür.  Amma  

fiqh  üsulu  alimləri  Peyğəmbərin  əməllərinə  münasibətdə  fərqli  

mövqelərdən  çıxış  etmişlər.  

İmam  Şövkani  demişdir:

“Əgər  bunda  (Peyğəmbərin  əməllərində  Allaha)  yaxınlaşmaq  

məqsədi  məlum  deyilsə,  (üləma  bu  məsələdə)  fikir  ayrılığına  

düşmüşdür.  Bizə  görə,  (həmin  fərqli  görüşlər)  bunlardır:

Birinci  görüş...  “Peyğəmbəri  nümunə  götürmək  vacibdir.  

“Nümunə  götürmək  o  deməkdir  ki,  başqasının  etdiyini  for-

ma  və  necəlik  baxımından  eynilə  edirik.  Hətt a  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

bir  şeyi  könüllü  etmişsə  və  biz  

də  həmin  şeyi  vacib  bilib  ediriksə,  –  bu,  hələ  Peyğəmbəri  

nümunə  götürməyimiz  demək  deyildir.  Peyğəmbərin  etdiyi  şey  

bizim  üçün  o  halda  vacib  sayılır  ki,  onun  vacibliyinə  dair  əlavə  

dəlillər  mövcuddur.  Vaciblik  dəlili  olmadan  biz  Peyğəmbərin  

etdiklərini  təkrarlayarıqsa,  bu,  onu  nümunə  götürmək  qaydası  

ilə  ziddiyyət  təşkil  edir”.



İkinci  görüş.  Peyğəmbəri  nümunə  götürmək  məndubdur

1

.  



“Deyirəm:  “Bu  doğru  görüşdür.  Çünki  iş  görən  şəxs  Peyğəm-

1

 Məndub  –  edilməsini  Allahın  və  ya  peyğəmbərinin  qəti  şəkildə  tələb  



etmədiyi  şeydir.  Edənə  savab  yazılar,  etməyənə  də  cəza  düşməz  –  tər-


İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı

286


bərdir  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)

.  Peyğəmbərin  etdiyi  şey-

lərdə  Allaha  yaxınlaşmaq  məqsədi  tam  aydınlığı  ilə  bilinməsə  

də,  etdiklərinin  “məndub”  olmağı  üçün  Allaha  yaxınlaşmaq  

məqsədi  şərtdir.  Allaha  yaxınlaşmaq  üçün  edilən  əməllərin  ən  

az  dərəcəsi  “məndubluq”dur.  Bu  əməllərin  daha  çox  dərəcədə  

“məndub”  olduğuna  dair  dəlil  yoxdursa,  ən  azından,  onların  

“məndub”  olduğunu  təsdiqləmək  vacibdir.  Habelə  bu  halda  

onların  “mübah”

1

  olduğunu  demək  “caiz”



2

  deyildir.  Çünki  bir  

şeyin  mübahlığı  o  deməkdir  ki,  şəriət  hökmündən  qabaq  onu  

həm  etmək,  həm  də  etməmək  seçimi  mövcud  olmuşdur.  Çünki  

mübahlıq  üzərində  təkid  etmək  –  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-

duası  və  salamı  olsun!)  

etdiklərinə  etinasız  yanaşmaqdır.  Belə  yanaşma  

“təfrit”  (etinasızlıq,  laqeydlik)  deməkdir.  Eləcə  də  onun  bütün  

etdiklərinin  vacib  saymaq  ifratdır.  Həqiqət  isə  ifratla  “təfrit”in  

arasıdır”.

Üçüncü  görüş.  Peyğəmbəri  nümunə  götürmək  “mübah”dır.  

Bu  görüşü  əd-Dəbusi  özünün  “ət-Təqvim”  kitabında  Əbubəkr  

ər-Razidən  nəql  edərək  demişdir:  “Bu  görüş  səhihdir”.  Cüveyni  

“əl-Bürhan”  kitabında  bu  görüşü  seçmişdir.  Hənbəlilər  də  bu  

görüşə  üstünlük  vermişlər.  Bu  fikri  yuxarıda  qeyd  etdiklərimizlə  

inkar  etmək  mümkündür.  



Dördüncü  görüş.  Dəlil  tapılmadıqca  “ayaq  saxlamaq”  la-

zımdır.  “Bu,  ona  görədir  ki,  (Peyğəmbərin  Allaha  yaxınlaş-

maq  məqsədilə  edib-etmədiyi  məlum  olmayan  əməllərində)  

cüməçinin  qeydi.  

1

 Mübah  –  edilib-edilməməyi  öhdəçi  şəxsin  ixtiyarına  buraxılan  şeydir.  



Haramlılığı  barədə  heç  bir  dəlilin  olmadığı  şeylər  də  mübahdır  –  tərcü-

məçinin  qeydi.

2

 Din  baxımından  icazəli.




Birinci fəsil. Peyğəmbərin zamanında müsəlman qadınların...

287


vaciblik,  məndubluq  və  mübahlıq,  hətt a  müstəsnalıq  ehtimalı  

olduğundan  “ayaq  saxlamaq”,  heç  bir  hökm  bildirməmək  la-

zımdır.  (Amma)  biz  bu  cür  əməllərdə  mübahlığın  olmadığı-

nı  yuxarıda  dediklərimizlə  bildirdik.  Müstəsna  (ancaq  özünə  

xas  şəkildə)  davranmağı  da  qəbul  etmirik,  çünki  onun  bütün  

əməllərində  şəriətqoyma  vardır.  Amma  buna  dəlalət  edən  ayrı-

ca  dəlillər  varsa,  bu  –  başqa  məsələ.  Deməli,  bu  vəziyyətlərdə  

“ayaq  saxlamağ”a  ehtiyac  yoxdur”

1

.

İmam  Şövkani  Peyğəmbərin  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

Allaha  yaxınlaşmaq  məqsədilə  edib-etmədiyi  məlum  olmayan  

əməllərinə  riayətin  “məndub”  sayılmağını  aşağıdakı  ayə  ilə  əsas-

landırmışdır:

“Sizin  üçün  Allahın  rəsulunda  gözəl  nümunə  vardır”.  

Şövkani  yazırdı:  

“Əgər  Allaha  yaxınlaşmaq  məqsədilə  edib-etmədiyi  məlum  

olmayan  əməllərdə  Peyğəmbəri  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

nümunə  götürmək  vacib  olsaydı,  (Allah  Təala  ayədə)  “ləkum”  

əvəzinə  “aleykum”  buyurardı.  “Ləkum”  deməsi  vacibliyə  dəlalət  

etmir.  (Ayədəki)  “nümunə  vardır”  sözü  “bir  işi  etməyi  onu  

etməməkdən  üstün  tutmaq”  deməkdir.  Elə  isə  söhbət  mübah-

lıqdan  getmir”

2

.

Deməli,  qadınların  sosial  həyatda  iştirakı  və  kişilərlə  ünsiyyəti  



Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

sünnəsidir.  Amma  

sual  yaranır:  “Görəsən,  bu  sünnə  qətilik,  yoxsa  zənn  ifadə  edir?”  

Fikrimizcə,  bu  məsələ  haqda  bizə  çatmış  dini  mətnlər  (hədislər  

1

 əş-Şövkani.  İrşad  əl-fəhul,  səh.  37-38.



2

 Yenə  orada.  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə