Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə87/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   83   84   85   86   87   88   89   90   ...   158

İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı

282


  Hafiz  ibn  Həcər  demişdir:

“(İmam  Malikin)  “Müvətt a”sında  deyilir  ki,  biri  cavan,  digər  

yaşlı  iki  nəfər  onunla  evlənmək  istəmişdi.  O  isə  cavan  olanına  

meyl  etmişdi”

1

.  


Bir  sözlə,  evlənmək  istəyən  və  imkanı  çatan  müsəlmanın  

gözəl  olub-olmadığını  bilmək  üçün  bir  qadına  baxmağında,  on-

dan  əməlisaleh  zövcə  çıxıb-çıxmayacağını  elə  onun  özü  vasitəsi  

ilə  öyrənməyində  bir  qəbahət  yoxdur;  əgər  qadının  timsalında  

axtardığını  taparsa,  ona  evlənmək  təklifi  edə  bilər.  Amma  bu  

vəziyyət  nişanlı  kimsələrin  vəziyyətindən  fərqlidir.  Nişanlı  o  

kəsdir  ki,  qabaqcadan  əldə  etdiyi  məlumatlar  əsasında,  ya  da  

üçüncü  tərəfin  təklifi  ilə  bir  qadınla  evlənmək  qərarına  gəlib.  

Nəzərdə  tutduğumuz  vəziyyət  “axtaran”lar  üçün  səciyyəvidir.  

“Axtaran”  şəxs  qəlbi  rahat  olsun  deyə  qızların  həm  əxlaqını,  

ailəsini  araşdırıb-öyrənə,  həm  də  onların  üzünə  baxa  bilər.  

Amma  o,  bunu  evlənmək  niyyəti  ilə  etməli,  müsəlmanların  

toxunulmaz  qaydalarını  pozmamalıdır.  

Kişilərlə  qadınların  görüşməsi  bəzən  evlənməyi  təxirə  salan-

ları  hərəkətə  keçirir,  onların  tezliklə  ailə  qurmalarını  təmin  edir.  

Çünki  göz  ağıl  və  qəlbin  razı  qaldığı  kimsəni  görür,  xoşlan-

ma  hissi  doğurur.  Bu,  məsələnin  bir  tərəfidir.  Digər  tərəfdən,  

görüşmə  halları  bəzən  evlənmək  istəyənlərə  əngəl  törədən  yan-

lış  adətləri  aradan  qaldırır.  Məsələn,  Xartum  universitetində  

gənc  oğlan  və  qızlar  arasında  bu  məqsədlə  görüşmə  halları  

baş  verdikdə  gənc  nikahların  sayında  xeyli  artım  baş  vermişdi.  

Həmçinin  Misir  universitetlərində  oxuyan  islam  camaatlarına  

üzv  oğlan  və  qızların  bir-biri  ilə  evlənmələri  halları  artmışdı.  

1

 İbn  Həcər  əl-Əsqəlani.  Fəth  əl-Bari,  XI  cild,  səh.  398.




Birinci fəsil. Peyğəmbərin zamanında müsəlman qadınların...

283


Bu,  bir  tərəfdən,  ailə  qurmaq  istəyindən,  digər  tərəfdən  isə  

universitetlərdə  təşkil  olunan  islam  fəaliyyəti  çərçivəsində  onlar  

arasında  baş  tutan  məhdud  görüşmə  hallarından  irəli  gəlirdi.  

Şəriətin  qoyduğu  ədəb-ərkan  çərçivəsində  baş  tutan  görüşmə  

halları  çox  vaxt  səmərə  verir,  tərəfl ər  evlənirlər.  Amma  bu  qay-

dalar  pozulduqda  zina  və  digər  hallar  baş  verir  ki,  biz  də  bun-

dan  Allaha  sığınırıq.  

Ədəb-ərkan çərçivəsində istirahət 

(əylənmək) və mərasimlərdə iştirak

Mömin  qadınların  kişilərdən  ayrı  istirahət  etmələri  (əylən-

mələri),  islama  görə,  əxlaq  normasıdır.  Bu  zaman  qadınlar  

özlərinə  xas  şəkildə  geyinir,  bəzənir,  söhbət  edirlər.  Amma  elə  

istirahət  formaları  da  vardır  ki,  kişilərlə  qadınların  bir  yerdə  

olmaqları  mümkündür.  Məsələn,  bayramı  qeyd  etmək  üçün  

kişilərin,  qadınların  (hətt a  qız  və  aybaşı  olanların),  uşaqların  

birlikdə  təkbir  gətirərək  namazgaha  (bayram  namazı  qılınan  

yerə)  getmələri  bura  daxildir.  Həmçinin  qadınlar  kişilərin  öz  

qəhrəmanlıqlarını  nümayiş  etdirdikləri  oyunlara  tamaşa  edə  

bilərlər.  Bu  cür  oyunlarda  müəyyən  mahnıların  səsləndirilməsi  

də  mümkündür.  Həzrəti  Aişənin  həbəşlərin  oyununa  tamaşa  

etməsi  faktı  buna  dəlildir.  Buna  səbəb  kişilərin  vəziyyətinin  

qadınlarınkından  fərqli  olmağıdır.  İbn  Qüdamə  əl-Hənbəli  

Həzrəti  Aişənin  həbəşlərə  tamaşa  etməsini  dəlil  göstərdikdən  

sonra  yazmışdı:

“Qadınlar  kişilərin  övrət  sayılmayan  yerlərinə  baxa  bilərlər”

1

.  



1

 İbn  Qüdamə.  əl-Müğni,  VII  cild,  səh.  27.




İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı

284


İbn  Rüşd  demişdir:

“Kişilərin  qadınlara  baxmağı  qadınların  kişiləri  baxmağından  

daha  pisdir”

1

.



Kişi  və  qadınlar  üçün  müştərək  istirahət  (əyləncə)  formala-

rından  biri  də  qız  və  oğlan  uşaqlarının  oynadıqları  oyunlardır.  



Nəticə

Sosial  həyatda  müsəlman  qadının  iştirakı  və  kişilərlə  ünsiy-

yət  moyivləri  haqda  danışdıq,  Quran  və  hədislərdən  dəlillər  

göstərdik.  Amma  belə  bir  sual  yaranır:  “Görəsən,  bu  iştira-

kı  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

sünnəsi  hesab  

etmək  mümkündürmü?”  Cavabımız  budur  ki,  həm  bu  fəsildə  

dəlil  göstərdiyimiz,  həm  də  növbəti  fəsillərdə  göstərəcəyimiz  

dini  mətnlər  bunun  Peyğəmbərin  sünnəsi  olduğunu  qəti  şə-

kildə  isbatlayır.  Özü  də  bu,  adi  icazə  deyildir,  əksinə,  davam  

etdirilməsi  vacib  ənənədir.  

Həm  Peyğəmbərin  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)

,  həm  də  

səhabələrinin  zamanında  qadınların  sosial  həyatda  iştirakı,  ki-

şilərlə  ünsiyyət  qurmaları  bir  qayda  halını  almışdı.  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

bütün  ümumi  və  xüsusi  sahələrdə  

bu  qaydanı  əməli  surətdə  tətbiq  etmişdir.  Hətt a  belə  demək  

mümkündür  ki,  bu  hal  onun  zamanında  müsəlman  cəmiyyətinin  

səciyyəvi  cəhəti  olmuşdur.  Onu  da  deyək  ki,  qadınların  sosi-

al  həyatda  iştirakı  təkcə  Həzrəti  Məhəmmədin  deyil,  bütün  

peyğəmbərlərin  sünnəsi  hesab  olunur.  Bu  haqda  üçüncü  fəsildə  

danışılacaqdır.  

1

 İbn  Rüşd.  əl-Bidayə  vən-nihayə,  I  cild,  səh.  166.




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə