İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı̇
308
Allah həm kişilərə, həm də qadınlara əmr edir ki, gözlərini
(haramdan) çevirsinlər. Çünki baxmaq şəhvət yaradır. Ümu-
mi hallarda əllə görüşməmək daha düzgündür. Axı toxunmaq
baxmaqdan daha çox şəhvət yaradır. Mövzunu daha yaxşı başa
düşmək üçün bəzi dini mətnlərə nəzər salaq.
Şəhvətlə toxunmağı haram edən
dini mətnlər
İbn Məsud
(Allah ondan razı qalsın!)
demişdir:
“(Bir dəfə) bir şəxs Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı
olsun!)
yanına gəlib dedi ki, bir qadını öpüb (ya da ona əli ilə
toxunub). Əməlinin kəff arəsini öyrənmək istəyirdi. Böyük və
Güclü Allah vəhy endirdi: “(Ya Rəsulum!) Namazı gündüzün
iki başında (günortadan əvvəl və sonra, yəni səhər, günorta və
gün batan çağı və ya günün iki başında, yəni səhər-axşam) və
gecənin (gündüzə yaxın) bəzi saatlarında (axşam və gecə vaxtı)
qıl. Həqiqətən, (beş vaxt namaz kimi) yaxşı əməllər pis işləri
(kiçik günahları) yuyub aparar. Bu, (Allahın mükafatını və
cəzasını) yada salanlara öyüd-nəsihətdir (xatırlatmadır)” (Hud,
114)
1
.
İbn Abbas demişdir: “Əbu Hüreyrənin rəvayət etdiyi hə-
disdə deyilənlər qədər kiçik günahlara oxşayan (günahlar)
görməmişəm. Əbu Hüreyrə rəvayət edir ki, Peyğəmbər
(Ona
Allahın xeyir-duası və salamı olsun!)
demişdir: “Doğrudan da, Allah adəm
oğluna zinadan pay yazmışdır. O, şübhəsiz, bunu edəcəkdir.
Gözün zinası – baxmaq, dilin zinası – (şər, biədəb) danışmaq
1
Hədisi İmam Müslim rəvayət etmişdir.
İkinci fəsil. Müsəlman qadının sosial həyatda iştirakı...
309
(İmam Müslimin mətnində “Əlin zinası zorakılıqdır” əlavəsi
vardır), nəfsin zinası istəyib şəhvət hiss etməkdir. Övrət yeri
isə bunu ya gerçəkləşdirir, ya da gerçəkləşdirmir”
1
.
Mə`qil ibn Yəsar rəvayət etmişdir ki, Peyğəmbər
(Ona Allahın
xeyir-duası və salamı olsun!)
deyib:
“Birinizin başına iri dəmir iynənin batmağı ona halal olma-
yan qadına toxunmasından yaxşıdır”
2
.
İlk iki və üçüncü hədisdə “ləms”, ikinci hədisdə isə “bətş”
sözü işlədilib. Bu sözlər “həzz almaq məqsədilə əllə toxunmaq”,
yəni “şəhvətlə toxunmaq” deməkdir. Üçüncü hədis göstərir ki,
halal olmayan qadına toxunmaq, deməli, ondan həzz almaq
olmaz.
Peyğəmbərin bey`ət zamanı qadınların
əlini tutmamağı haqda dini mətnlər
Həzrəti Aişə
(Allah ondan razı qalsın!)
rəvayət edir ki, Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
ona üz tutmuş mömin qadınları
bu ayə ilə sınayırmış: “Ya Peyğəmbər! Mömin qadınlar Allaha
heç bir şərik qoşmayacaqları, oğurluq və zina etməyəcəkləri,
övladlarını öldürməyəcəkləri (qız uşaqlarını diri-diri torpağa
gömməyəcəklərini), özgə kişilərdən olan uşaqlarını yalandan
ərlərinə isnad etməyəcəkləri və heç bir yaxşı (bəyənilən) işdə
sənin əleyhinə çıxmayacaqları barədə sənə beyət etmək üçün
yanına gəldikləri zaman onların beyətini qəbul et və Allah-
dan onların bağışlanmasını dilə. Həqiqətən, Allah bağışlayandır,
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
2
Hədisi Təbərani rəvayət etmişdir.
İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı̇
310
rəhm edəndir!”
1
. Mömin qadınlardan kim bu şərtləri qəbul
etsəydi, Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
ona deyirdi:
“Bey`ətini şifahi qəbul etdim.” (Həzrəti Aişə) deyir: “Allaha
and olsun ki, bey`ət zamanı onun əlinin qadın əlinə toxundu-
ğunu görməmişəm”
2
.
Ümeyyə bint Rəqiqə demişdir:
“İslamı qəbul etmək üçün bir dəstə qadınla Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
yanına bey`ətə getmişdik. Qadın-
lar dedilər: “Ey Allahın rəsulu! Allaha şərik qoşmayacağımıza,
oğurluq və zina etməyəcəyimizə, uşaqlarımızı öldürməyəcəyi-
mizə, kiməsə böhtan atmayacağımıza, yaxşı işlərdə sənə asi
olmayacağımıza dair bey`ət edəkmi?” Peyğəmbər
(Ona Allahın
xeyir-duası və salamı olsun!)
dedi: “Bacardığınız, gücünüzün çatdığı
şeylərdə (bey`ət edin!)” Dedilər: “Allah və rəsulu bizə bizdən
daha mərhəmətlidir. Ey Allahın rəsulu, gəl sənə bey`ət edi-
rik!” Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
dedi: “Şübhəsiz.
Amma mən qadınlarla əl verib görüşmürəm”.
Ehtiyac yaranıb, itnə təhlükəsi olmadıqda
qadınlarla əl verib görüşməyi “mübah”
hesab edən dini mətnlər
Ənəs ibn Malik rəvayət edir ki, Ümmi-Süleym Peyğəmbərə
dəridən yataq salır, o da onun evində günortaüstü yatırdı.
1
“əl-Mumtəhinə” surəsi, 12-ci ayə.
2
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
Dostları ilə paylaş: |