Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə94/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   90   91   92   93   94   95   96   97   ...   158

İkinci fəsil. Müsəlman qadının sosial həyatda iştirakı...

305


Kirmani  demişdir:

“Gözlərin  xəyanətini  bilir”  o  deməkdir  ki,  Allah  halal  olma-

yana  oğrun-oğrun  baxmadan  xəbərdardır”

1

.



Əbu  Səid  əl-Xudri  

(Allah  ondan  razı  qalsın!)

  rəvayət  edir  ki,  bir  

dəfə  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

yanındakılara  

səsləndi:  “Yollarda  oturmaqdan  çəkinin!”  Dedilər:  “Ey  Allahın  

rəsulu,  biz  zərurətdən  oturub  söhbət  edirik.”  Peyğəmbər  dedi:  

“Madam  ki  oturmaq  istəyirsiniz,  onda  yolun  haqqını  verin.”  

Sual  etdilər:  “Nədir  bu  haqq,  ey  Allahın  rəsulu?”  Buyurdu:  

“Gözünüzü  haramdan  qoruyun,  (yoldan  keçənlərə  söhbətinizlə,  

hərəkətlərinizlə...)  əziyyət  etməyin,  salamı  alın,  xeyrə  çağırıb  

pis  işlərdən  çəkindirin”

2

.  



Rəvayət  olunur  ki,  Cərir  ibn  Abdullah  

(Allah  ondan  razı  qalsın!)

  

demişdir:



“Peyğəmbərdən  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

yad  qadınlara  

anidən,  həm  də  biqəsd  baxmaq  haqqında  soruşdum.  Əmr  etdi  

ki,  nəzərlərimi  çevirim  (yəni,  baxmayım)”

3

.  


İbn  Abbas  

(Allah  ondan  razı  qalsın!)

  demişdir:

“Əbu  Hüreyrənin  Peyğəmbərə  istinadən  kiçik  günahlar  ba-

rədə  dediyi  sözlərdən  daha  gözəlini  eşitməmişəm.  Belə  ki  Pey-

ğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

demişdir:  “Doğrudan   

da,  Allah  adəm  oğluna  zinadan  pay  yazıb.  Gözün  zinası  –  bax-

maq,  dilin  zinası  –  (haram)  danışmaq,  nəfsin  zinası  istəyib 

1

 Yenə  orada,  səh.  2.



2

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  

3

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  




İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

306


şəhvət duymaqdır.  Övrət  yeri  isə  bunu  ya  gerçəkləşdirər,  ya  da  

gerçəkləşdirməz”

1

.  


Hədisdən  məlum  olur  ki,  şəhvətlə  baxmaq  qadağandır.  Bu  

səbəbdən  deyilib:  “Nəfsin  zinası  istəyib  şəhvət  duymaqdır”.  Bu  

o  deməkdir  ki,  şəhvətsiz  baxmaqda  bir  günah  yoxdur.  

Rəvayət  olunur  ki,  İbn  Abbas  



(Allah  ondan  razı  qalsın!)

  demişdir:

“(Bir  dəfə)  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

qur-


bankəsmə  günü  Fəzl  ibn  Abbası  miniyinin  təkinə  mindirmişdi.  

Fəzl  yaraşıqlı  birisi  idi.  Peyğəmbər  dayanıb  insanların  suallarını  

cavablandırırdı.  Bu  əsnada  Xəs`əm  qəbiləsindən  yaraşıqlı  bir  

qadın  gəlib,  Peyğəmbərdən  bir  məsələ  haqqında  soruşdu.  Fəzl  

ona  baxmağa  başladı,  gözəlliyi  xoşuna  gəlmişdi.  Peyğəmbər  

geri  çevrildi,  Fəzl  hələ  də  ona  (qadına  –  mütərcim)  baxır-

dı.  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

əli  ilə  Fəzlin  

çənəsindən  tutdu,  üzünü  yana  çevirdi,  qadına  baxmağına  mane  

oldu”


2

.  


Hafiz  ibn  Həcər  yazmışdır:

“İbn  Bətt al

3

  demişdir:  “Hədisdə  fitnə-fəsad  ehtimalı  üzün-



dən  nəzərləri  çevirmək  əmr  edilir.  Bu  da  zəruri  edir  ki,  fitnə-

fəsadın  yaranmayacağına  əmin  olunduğunda  baxmaq  qadağan  

deyildir...  Bunun  dəlili  odur  ki,  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  

salamı  olsun!)  

Fəzlin  üzünü  qadına  hey  baxdığı  üçün  çevirmişdir.  

Çünki  bunun  ona  (Fəzlə)  fitnə-fəsad  yaradacağından  ehtiya-

1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.



2

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  

3

 İmam  Buxarinin  “Səhih”  kitabına  şərh  yazmış  alimlərdən  biri.  




İkinci fəsil. Müsəlman qadının sosial həyatda iştirakı...

307


lanırdı. Bu  vəziyyət  insan  oğlunun  təbiətini  –  qadınlara  meyl  

salıb  onlara  valeh  qalmağın  doğurduğu  zəifl iyi  ifadə  edir”

1

.

Rəvayət  olunur  ki,  Həzrəti  Aişə  



(Allah  ondan  razı  qalsın!)

  demişdir:

“Bayram  günü  idi.  Zəncilər  (həbəşlər)  nizə-qalxan  oyunu  

oynayırdılar.  (Dəqiq  xatırlamıram)  ya  mən  istədim,  ya  da  o  

(Peyğəmbər)  soruşdu:  “Baxmaq  istəyirsənmi?”  “Bəli”,  –  dedim.  

Məni  arxasında  saxladı...”

2

.

Hədisin  digər  versiyasında  deyilir:  “Məni  əbası  ilə  örtdü”.



Hafiz  ibn  Həcər  demişdir:

“Məni  əbası  ilə  örtdü”  sözü  göstərir  ki,  əhvalat  hicab  əmr  

edildikdən  sonra  baş  verib.  Habelə  bu  hədis  qadınların  kişilərə  

baxmağının  “caiz”  olduğuna  dəlalət  edir”

3

.

Xülasə,  görüşmək  bəzən  qadınların  kişiləri,  kişilərin  də  qa-



dınları  görməyini  labüd  edir.  Əgər  tərəfl ər  baxışlarını  çevirə  

bilirlərsə,  bir-birinə  diqqətlə  (şəhvətlə)  baxmırlarsa,  onların  bir-

birini  görməsində  qəbahət  yoxdur.  

Ümumi vəziyyətlərdə əllə 

görüşməkdən çəkinmək

Allah  Təala  buyurur:

“(Ya  Rəsulum!)  Mömin  kişilərə  de  ki,  gözlərini  haram  edil-

miş  şeylərdən  çevirsinlər  (naməhrəmə  baxmasınlar)...

Mömin  qadınlara  de  ki,  gözlərini  haram  buyurulmuş  şeylər-

dən  çevirsinlər  (naməhrəmə  baxmasınlar)...”  (ən-Nur,  30-31).

1

 Fəth  əl-Bari,  XIII  cild,  səh.  245.  



2

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.

3

 Fəth  əl-Bari,  II  cild,  səh.  96.  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə