Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə102/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   98   99   100   101   102   103   104   105   ...   158

İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

330


ərkanına  riayət  etməyə  çağırmaq  lazımdır.  Könüllərdən  yalnız  

Allah  xəbərdardır.  

Bununla  yanaşı,  səhvə  yol  vermiş  müsəlmanlara  xəbərdarlıq  

edilir  ki,  özlərini  tərbiyə  etsinlər,  itt ihama  səbəb  olacaq  vəziy-

yətlərdən  kənar  dursunlar.  



Üçüncü fəsil

PEYĞƏMBƏRLƏRİN DÖVRÜNDƏ 

QADINLARIN SOSİAL HƏYATDA 

İŞTİRAKI VƏ KİŞİLƏRLƏ ÜNSİYYƏTİ

Peyğəmbərlərin zamanında qadınların 

kişilərlə ünsiyyəti

Bu  mövzuya  toxunmaq  bildirmək  istəyirik  ki,  qadınların  

sosial  həyatda  iştirakı  və  kişilərlə  ünsiyyəti  təkcə  peyğəmbəri-

mizin  


(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

deyil,  həm  də  əvvəlki  

peyğəmbərlərin  (Onlara  salam  olsun!)  zamanında  mövcud  ol-

muşdur.  Qadın  və  kişilərin  sosial  həyatda  zəruri  hallarda  –  

ixtiyari  deyil  –  iştirakından  bəhs  edən  bəzi  dini  mətnlərdən  

danışacağıq.  Həmçinin  qeyri-müsəlman  qadınlarla  ünsiyyət  hal-

larının  olduğunu  göstərən  az  sayda  dini  mətn  vardır.  Bu  dini  

mətnlər  müsəlman  cəmiyyətinin  vəziyyətini,  ünsiyyət  formala-

rını  bizə  izah  edir.  

NUH PEYĞƏMBƏR 

(Ona salam olsun!)

Allah  Təala  buyurur:

“Nəhayət,  (onları  məhv  etmək  barəsində)  əmrimiz  gəldiyi  və  

təndir  qaynadığı  (təndirdən  və  ya  yer  üzündən,  yaxud  gəminin  




İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

332


qazanından  su  qaynayıb  daşdığı)  zaman  (Nuha)  dedik:  “Hər  

heyvandan  biri  erkək,  biri  dişi  olmaqla  bir  cüt,  həmçinin  əley-

hinə  (ölümünə)  əvvəlcədən  hökm  verilmiş  şəxslər  istisna  ol-

maqla,  qalan  ailə  üzvlərini  və  iman  gətirənləri  gəmiyə  min-

dir!”  Əslində  onunla  birlikdə  (tayfasından)  çox  az  adam  iman  

gətirmişdi”  (Hud,  40).

“Cəlaleyn”  təfsirində  deyilir:  “...əleyhinə  əvvəlcədən  hökm  

verilmiş  şəxslər...”  dedikdə  barələrində  ölüm  hökmü  verilmiş  

şəxslər:  Nuhun  arvadı  və  oğlu  Kənan  nəzərdə  tutulur.  Digər  üç  

arvadından  olan  Sam,  Ham  və  Yafəs  bura  aid  deyillər.  

“...onunla  birlikdə  (tayfasından)  çox  az  adam  iman  gətirmiş-

di”  ayəsi  haqda  deyilib:  “Onlar  altı  kişi  və  həyat  yoldaşları  idi.  

Gəmidə  isə  yarısı  kişi,  yarısı  da  qadın  olan  cəmi  səksən  nəfər  

vardı”.


İBRAHİM PEYĞƏMBƏR 

(Ona salam olsun!)

Müsibət və çətin anlarda qadınlarla 

kişilərin birgəliyi

Əbu  Hüreyrə  



(Allah  ondan  razı  qalsın!)  

rəvayət  edir  ki,  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

deyib:  


“İbrahim  həyatı  boyu  təkcə  üç  dəfə  yalan  danışmışdı.  Bun-

lardan  ikisi  Qüdrətli  və  əzəmətli  Allah  üçün  idi.  (Birinci  dəfə)  

o  demişdi:  “Mən  xəstəyəm!”

1

  (İkinci  dəfə  isə)  demişdir:  “Xeyr,  



1

 “əs-Saff at”  surəsi,  89-cu  ayə.




Üçüncü fəsil. Peyğəmbərlərin dövründə qadınların sosial həyatda...

333


bunu  onların  bu  böyüyü  etmişdir”

1

.  (Üçüncü  dəfə  hadisə  



belə  olmuşdur:)  “Bir  gün  İbrahim  (zövcəsi)  Sara  ilə  qəddar  

hökmdarlardan  birinin  məmləkətinə  gəlmişdi.  Hökmdara  xəbər  

verdilər  ki,  şəhərə  bir  nəfər  gəlib,  yanında  da  çox  gözəl  bir  

qadın  var.  Hökmdar  (qadının  kim  olduğunu  öyrənmək  üçün)  

onun  yanına  adam  göndərdi.  O  adam  gəlib  İbrahimdən:  “Bu  

kimdir?”  –  deyə  soruşdu.  İbrahim:  “Bacımdır”,  –  deyə  ca-

vab  verdi.  Sonra  (Saranın  yanına)  gəlib  dedi:  “Ey  Sara!  Yer  

üzündə  səndən  və  məndən  başqa  mömin  olan  kimsə  yoxdur.  

Bu  (hökmdar)  məndən  (sənin  barəndə)  soruşdu.  Mən  də  ona  

xəbər  verdim  ki,  sən  mənim  bacımsan.  Odur  ki  məni  yalan-

çı  çıxartma”.  Çox  keçmədən  hökmdar  Saranın  dalınca  adam  

göndərdi.  Sara  hökmdarın  yanına  gəldikdə  o,  qadına  yaxınlaşıb  

ona  toxunmaq  istədi,  lakin  qıc  olub  qaldı.  Onda  o,  yalvarıb  

dedi:  “Mənim  üçün  Allaha  dua  etsən,  sənə  pislik  etmərəm.”  

Sara  Allaha  dua  etdi  və  onun  əlləri  açıldı.  Hökmdar  ikinci  

dəfə  ona  toxunmaq  istədikdə  halı  əvvəlkindən  betər  oldu.  O,  

yenə  yalvarıb  dedi:  “Mənim  üçün  Allaha  dua  etsən,  sənə  pislik  

etmərəm.”  Sara  Allaha  dua  etdi  və  onun  əlləri  açıldı.  Hökmdar  

bəzi  gözətçilərini  çağırıb  dedi:  “Siz  mənim  yanıma  insan  deyil,  

şeytan  gətirmişsiniz.”  Bundan  sonra  hökmdar  (Saranı  buraxdı,  

üstəlik)  ona  xidmətçi  Hacəri  hədiyyə  etdi.  Sara  İbrahimin  ya-

nına  gəldikdə  o,  namaz  qılırdı.  Buna  görə  də  əli  ilə  işarə  etdi  

ki,  “Nə  oldu?”  Sara  dedi:  “(Gördünmü,)  Allah  bir  kafirin  və  

ya  günahkarın  hiyləsini  onun  öz  başında  çatlatdı,  mənə  də  

xidmətçi  olaraq  Hacəri  bəxş  etdi”.

1

 “əl-Ənbiya”  surəsi,  63-cü  ayə.  




İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

334


Əbu  Hüreyrə  

(Allah  ondan  razı  qalsın!)  

demişdir:  “O,  sizin  ananız-

dır,  ey  səmavi  suyun  oğulları!”

1

Gündəlik münasibətlərdə

Allah  Təala  buyurur:

“Ey  Rəbbimiz!  Mən  əhli-əyalımdan  bəzisini  (İsmaili  və  anası  

Hacəri)  Sənin  Beytülhəramının  (Kəbənin)  yaxınlığında,  əkin  

bitməz  bir  vadidə  (dərədə)  sakin  etdim.  Ey  Rəbbimiz!  Onlar  

(vaxtlı-vaxtında,  lazımınca)  namaz  qılsınlar  deyə  belə  etdim.  

Elə  et  ki,  insanların  bir  qisminin  qəlbləri  onlara  (Kəbənin  

ziyarətinə,  əhli-əyalıma  mərhəmət  göstərməyə)  meyl  etsin.  Onla-

ra  (bu  yerin  ağaclarının)  meyvələrindən  ruzi  ver  ki,  (nemətinə)  

şükür  edə  bilsinlər!”  (İbrahim,  37).

İbn  Abbas  



(Allah  ondan  razı  qalsın!)

  rəvayət  edir  ki,  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

deyib:  


“Qurşaq  (toqqa,  kəmər)  bağlayan  ilk  qadın  İsmayılın  anası-

dır.  Qurşaq  bağlamışdı  ki,  hamiləliyini  Sara  bilməsin.  İbrahim  

zövcəsi  və  südəmər  oğlu  İbrahimlə  Kə`bəyə  –  Zəmzəmdən  

yuxarıdakı  Məscidin  yanındakı  ağacın  yanına  gəlmişdi.  Həmin  

vaxtlar  Məkkədə  heç  kəs  yox  idi.  Su  da  tapılmırdı.  İbrahim  

onları  orada  tərk  etdi,  yanlarına  içərisində  xurma  olan  kisə,  su  

olan  qab  qoydu.  Sonra  İbrahim  üzünü  çevirib  getdi.  İsmayılın  

anası  onu  təqib  edib  dedi:  “Ey  İbrahim,  bizi  heç  kim  və  heç  

nəyin  olmadığı  bu  vadidə  qoyub  haraya  gedirsən?”  Bir  neçə  

dəfə  səslənsə  də,  İbrahim  fikir  vermədi.  (Bunu  görən)  Hacər  

səsləndi:  “Bunu  sənə  Allahmı  əmr  edib?”  İbrahim:  “Bəli”,  –  

1

 Hədisi  İmam  Buxarı  və  İmam  Müslim  rəvayət  etmişlər.  




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə