İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı̇
320
Fatiməyə) aidliyi var idisə (yəni, o, həll edə bilərdisə), içəriyə
daxil ola bilməzdinmi?” Əmr deyir: “Ərlərinin icazəsi olmadan
onların yanına girmək bizə qadağan edilib”
1
.
Yuxarıda göstərdiyimiz hədis də əri evdə olmayan qadının
yanına onun icazəsi olmadan getməyi qadağan edir:
“Bu gündən sonra kimsə yanında bir-iki nəfər olmadan əri
evdə olmayan qadının yanına getməsin!”
2
Davamlı və uzun görüşlərdən çəkinmək
Buraya dostların, qohumların bir-birini tez-tez ziyarət et-
mələri və bu ziyarətlərin saatlar çəkməsi daxildir. Kişi və qa-
dınların gün boyu bir yerdə olmağını labüd edən peşə və
məşğuliyyət növləri də belə görüşlər qəbilindəndir.
Bu qaydadan bəhs edən dini mətnlərə rast gəlinməsə də,
ona riayət etmək çox vacibdir. Çünki belə görüşmələrdə bir
sıra qaydalara (baxışları çevirmə, danışıq və davranışda da-
vamlı ciddilik) əməl etmək asan olmur. Kişi və qadınlar üçün
zəruri sayılan utancaqlıq (həya) və ciddiliyi (ağırlıq) belə
mühitlərdə olduğu kimi saxlamaq çətindir. Həmçinin “səddi-
zəriə” qaydasına əsasən bu cür görüşlərdən çəkinmək müna-
sibdir. Lakin işdən asılı olaraq, fikir mübadiləsi, köməkləşmə
və bu kimi başqa faydalı məqsədlərə xidmət edən davamlı
ünsiyyət zəruridirsə, çəkinməklə yanaşı, bərk ehtiyac yaranar-
sa, görüşməkdə (ünsiyyətdə olmaqda) qəbahət yoxdur. Ciddi
1
Əlbani. Silsilə əl-əhadis əs-səhihə, hədis № 652.
2
Hədisi İmam Müslim rəvayət etmişdir.
İkinci fəsil. Müsəlman qadının sosial həyatda iştirakı...
321
iş düşüncə və hissləri (haramdan) qoruyur, davranış və sözlü
ünsiyyətdə ağırlığı təmin edir.
Şübhə yaradan vəziyyətlərdən
ehtiyat etmək
Rəvayət olunur ki, Ömər ibn əl-Xətt ab
(Allah ondan razı qalsın!)
demişdir:
“(Bir dəfə) Peyğəmbərə
(Ona Allahın xeyir-duası və salamı olsun!)
de-
dim: “Ey Allahın rəsulu, sənin yanına yaxşı kəs də, pis kəs də
gəlir. Bəlkə, Möminlərin analarına pərdə arxasına keçməyi əmr
edəsən.” Bundan sonra Allah örtük (hicab) ayəsini endirdi”
1
.
Şər insanlar üzündən Həzrəti Ömər Peyğəmbəri
(Ona Alla-
hın xeyir-duası və salamı olsun!)
zövcələrini pərdə arxasında saxlamağa
çağırmışdır. Bundan o nəticə çıxır ki, müsəlman qadın şər
kimsənin gözündən uzaq olmalıdır. Deməli, o, şübhəli görünən
hər kəsdən uzaq durmalı, onunla ünsiyyət qurmamalıdır.
“Yaxşı işlərdə sənə asi olmasınlar” ayəsi haqqında İbn Ab-
bas demişdir: “Bu, Allahın qadınlar üçün qoyduğu şərtlərdən
biridir”
2
.
Hafiz ibn Həcər demişdir:
“Bu, Allahın qadınlar üçün qoyduğu şərtlərdən biridir”...
Bu şərtin nədən ibarət olmağı barədə fikir ayrılığı vardır...
Qətadəyə istinadən Təbəri demişdir: “Onlara şərt qoyulub ki,
həddi aşmasınlar, kişilərlə danışmasınlar”.
1
Hədisi İmam Buxari rəvayət etmişdir.
2
Hədisi İmam Buxari rəvayət etmişdir.
İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı̇
322
“Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
beyət zamanı
qadınlardan əhd aldı ki, (ölülərinə) ağı deyib ağlamayacaq,
kişilərlə söhbət etməyəcəklər. Əbdürrəhman ibn Övf dedi:
“Bizə qonaqlar gəlir və biz (çox vaxt) qadınlarımızın yanında
olmuruq. (Qadınlarımız da onlarla söhbət edirlər. Bu halda nə
edək?)” Peyğəmbər dedi: “Mən onu (sənin dediyini) nəzərdə
tutmuram
1
”
2
.
Deməli, qadınların şübhəli kimsələrlə söhbət etməsi qada-
ğandır. Etibarlı kimsələrə (evə gəlib-gedən qonaqlar...) gəlincə,
bunda qəbahət yoxdur. Peyğəmbərin
(Ona Allahın xeyir-duası və sala-
mı olsun!)
aşağıdakı kəlamı da deyilənləri təsdiqləyir: “Şübhəli
şeyləri bir kənara qoy, şübhəli olmayan şeylərdən yapış”
3
.
Aşkar və gizli günahdan çəkinmək
Allah Təala buyurur:
“...Açıq və gizlin pis işlərə yaxın düşməyin...” (əl-Ənam, 151);
“Günahın aşkarından da, gizlisindən də əl çəkin! Günah qa-
zananlar etdikləri əməllərə görə cəzalandırılacaqlar!” (əl-Ənam,
120).
Aşkar günah odur ki, görüş (ünsiyyət) qaydalarına natamam
əməl edirik. “İştaha” salıb haramdan həzz almaq, daha çoxuna
tamah salmaq isə gizli günahdır. Məsələn, Xəvat ibn Cübeyr
demişdir:
1
Yəni, tanımadıqları tüfeyli kişilərlə xoşagəlməz söhbəti nəzərdə tuturam,
etibarlı kişilərlə ciddi söhbəti deyil! – tərcüməçinin qeydi.
2
İbn Həcər əl-Əsqəlani. Fəth əl-Bari, X cild, səh. 264.
3
Səhih əl-came əs-səğir, hədis № 3372.
Dostları ilə paylaş: |