İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı̇
314
Habelə onun bey`ət zamanı qadınlarla əl verib görüşməməyi
bu işin mütləq mənada haram edilməsi demək deyildir. Möv-
cud dəlillər də bunun ancaq Peyğəmbərə xas davranış oldu-
ğunu göstərir. Belə ki Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı
olsun!)
demişdir: “Mən qadınlarla əllə görüşmürəm”. Yəni, mən
görüşmürəm.
Hafiz əl-Heysəmi də aşağıdakı iki hədisi kitabının “Xüsusi
hallar” fəslində rəvayət edib:
1. Abdullah ibn Əmr rəvayət etmişdir: “Peyğəmbər
(Ona Allahın
xeyir-duası və salamı olsun!)
bey`ət zamanı qadınlarla əllə görüşmürdü”
1
.
2. Əsma bint Yezid rəvayət edir ki, Peyğəmbər
(Ona Allahın xeyir-
duası və salamı olsun!)
deyib: “Mən qadınlarla əl verib görüşmürəm”
2
.
Nəticə etibarı ilə Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı ol-
sun!)
qadınlarla əllə görüşməkdən imtina etmişdir. Bu, ümu-
mi vəziyyətlərdə əllə görüşmənin məkruh sayılmağı deməkdir.
Peyğəmbər bununla ümmətinə “səddi-zəriə”
3
baxımından di-
nini öyrədirdi. Bunu üsulşünas alimlər də təsdiqləyir. Onlar
bildirmişlər ki, əllə görüşməmək vaciblik ifadə etmir; əksinə,
üstünlük verilən “səddi-zəriə”ni əks etdirir.
Fikrimizcə, ümumi hallarda əllə görüşməkdən uzaq dur-
saq, fitnə-fəsadın gəlməyəcəyindən əmin olduqda isə güzəştli
davransaq, Peyğəmbəri
(Ona Allahın xeyir-duası və salamı olsun!)
düzgün
nümunə götürmüş olarıq. Bu, həm də ona görə düzgündür ki,
əllə görüşmək möminlər arasında ünsiyyət, duyğuları bölüşmə
1
Hədisi İmam Əhməd rəvayət etmişdir.
2
Hədisi İmam Əhməd rəvayət etmişdir.
3
Gələcəkdə fəsad törədə biləcək “mübah” işlərin mövcud vəziyyətdə edil-
məməsi; qabaqlayıcı tədbirlər –
tərcüməçinin qeydi.
İkinci fəsil. Müsəlman qadının sosial həyatda iştirakı...
315
vasitəsidir. Xüsusi hallarda (səfərdən gələni salamlamaq, yaxşı
işlərə təşviq etmək, müsibət anında ürək-dirək vermək) qo-
humların, yaxın dostların bir-biri ilə əllə görüşməsi də belədir.
Amma biz adi vəziyyətlərdə qadın və kişilər arasında əl verib
görüşmə adətinin yayıldığı cəmiyyətlərdə, bir tərəfdən, sıxıntı
yaranmasın deyə, digər tərəfdən də əllə görüşməni haram sa-
yan qəti dəlil olmadığından bu məsələdə mövcud situasiya ilə
ayaqlaşmaq məcburiyyətində qalırıq.
Kişi və qadınları bir-birindən ayırmaq,
basırıqdan çəkinmək
Ümmi-Sələmə
(Allah ondan razı qalsın!)
demişdir:
“Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
salam verib nama-
zını bitirdikdən sonra qadınların qalxıb getmələri üçün müəy-
yən vaxt yerindən qalxmadı”.
İbn Şihab demişdir: “Fikrimcə, – Allah düzünü bilir –
Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
ona görə oturmuş-
dur ki, qadınlar namazdan çıxan (kişilər) onlara yetişmədən
rahatca çıxıb getsinlər”
1
.
Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
“Əgər bu qapını
qadınlar üçün açıq saxlasaq...” hədisi
2
də bu mənadadır.
Bir dəfə Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
məsciddən
çıxdığı vaxt kişilərlə qadınlar yolda bir-birinə qarışmışdılar.
Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
qadınlara demişdi:
1
Hədisi İmam Buxari rəvayət etmişdir.
2
Səhih əl-came əs-səğir, hədis № 5134.
İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı̇
316
“Gec çıxın, ya da yolu ortalayıb getməyin. Yolun kənarı ilə
gedin.”
Hədisin digər versiyası belədir: “Qadınlara yolun ortası (ilə
getmək) düşmür”
1
.
Yollarda olduğu kimi ictimai məkanlarda da basırıq salmaq-
dan çəkinmək lazımdır. Amma bu, o demək deyil ki, məscid-
lərdə olduğu kimi qadınlar üçün ayrıca yerlər olmalıdır. Çün-
ki qadınlar üçün arxa cərgələrin ayrılması istər məscidlərdə,
istərsə də evdə olsun, namaza aid xüsusi haldır. Namazdan
qeyri vəziyyətlərdə ədəb-ərkandandır ki, kişi və qadınlar bir-
birindən ayrı dayansınlar, basırıqdan çəkinsinlər. Bu məqsədlə
ya ictimai yerlərdə qadınlar üçün xüsusi məkanlar seçilməli, ya
da basırıq (bədən və nəfəsin yaxınlığı) olmasın deyə müəyyən
tənzimləmə işi aparılmalıdır. İmam Sərxəsi demişdir: “Əgər
çoxlu adam varsa, qadınlar Qara daşa əl sürtməməlidirlər. Çün-
ki kişilərə toxunmaq, onlarla basırıqda olmaq qadağandır. Əgər
Qara daşın yerləşdiyi yerdə kişilər yoxdursa, qadınlar ona əl
sürtə bilərlər”
2
.
Təklikdə qalmaqdan çəkinmək
İbn Abbas
(Allah ondan razı qalsın!)
rəvayət edir ki, Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
demişdir:
“Məhrəmi olmadıqca bir kişi bir qadınla təklikdə qalmasın!”
3
Hafiz ibn Həcər demişdir:
1
Silsilə əl-əhadis əs-səhihə, hədis № 856.
2
Sərxəsi. Kitab əl-məbsut, IV cild, səh. 34.
3
Hədisi İmam Buxari rəvayət etmişdir.