Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə100/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   96   97   98   99   100   101   102   103   ...   158

İkinci fəsil. Müsəlman qadının sosial həyatda iştirakı...

323


“Peyğəmbərlə  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

Mərreyi-Zə-

həranda

1

  düşərgə  salmışdıq.  Çadırımdan  çıxdığımda  bir  dəstə  



qadını  söhbət  edən  gördüm.  Qadınlar  xoşuma  gəlmişdi.  Ça-

dırıma  geri  qayıtdım  və  (kisəmdən)  ən  gözəl  libasımı  çıxarıb  

geyindim.  Sonra  gedib  qadınlarla  yanaşı  əyləşdim.  (Bu  zaman)  

Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

çölə  çıxaraq  səsləndi:  

“Ey  Əbu  Abdullah!”  Peyğəmbəri  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

gördükdə  özümü  itirdim  və  nə  deyəcəyimi  bilmədim.  (Sonra  

özümü  toplayıb)  dedim:  “Ey  Allahın  rəsulu,  dəvəm  qaçmışdı,  

mən  də  onu  bağlamaq  istəyirdim.”  Peyğəmbər  



(Ona  Allahın  xeyir-

duası  və  salamı  olsun!)  

getməyə  başladı,  mən  də  arxasınca  getdim.  

Əbasını  mənə  verdi  və  ərak

2

  ağacının  altında  dayandı.  Elə  indi  



də  belinin  ağlığı  gözlərimdən  getmir...  Dəstəmaz  alıb,  mənə  sarı  

gəldi.  Saqqalından  sinəsinə  su  axırdı.  Dedi:  “Ey  Əbu  Abdullah!  

Dəvənin  qaçmağı  necə  oldu?”  Sonra  yola  düşdük.  Mənimlə  ya-

naşı  getmir,  amma  tez-tez  deyirdi:  “Sənə  salam  olsun,  ey  Əbu  

Abdullah!  O  dəvənin  qaçmağı  necə  oldu?”  Mədinəyə  tələsdim.  

Məsciddən  və  Peyğəmbərlə  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

bir  


yerdə  oturmaqdan  kənar  durdum.  Xeyli  vaxt  keçdikdən  sonra  

məscidin  boş  saatında  oraya  getməyə  və  namaz  qılmağa  başla-

dım.  (Bir  dəfə  məsciddə  ikən)  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  

salamı  olsun!)  

otaqların  birindən  çıxdı  və  (məsciddə)  iki  qısa  rükət  

namaz  qıldı.  Mən  isə  onun  getməsi  və  mən  tək  qoyması  ümidi  

ilə  namazımı  uzatdım.  Peyğəmbər  dedi:  “İstədiyin  qədər  uzat,  

ey  Əbu  Abdullah.  Sən  qurtaranadək  yerimdən  qalxan  deyiləm.”  

Öz-özümə  dedim:  “And  olsun  ki,  Peyğəmbərdən  



(Ona  Allahın  xeyir-

1

 Məkkədən  kənarda  yer  adı.



2

 Xoş  qoxulu  ağac.




İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

324


duası  və  salamı  olsun!)  

üzr  diləyəcək,  könlünü  xoş  tutacağam

1

.”  Nama-



zımı  bitirdiyimdə  dedi:  “Sənə  salam  olsun,  ey  Əbu  Abdullah!  

Dəvənin  qaçmağı  necə  oldu?”  Dedim:  “Səni  haqla  göndərənə  

and  içirəm  ki,  müsəlman  olduğumdan  bu  yana  dəvəm  heç  qaç-

mayıb.”  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)

:  “Allah  sənə  

rəhm  etsin!”  –  dedi  və  dediklərini  üç  dəfə  təkrar  etdi.  Bundan  

sonra  baş  verənlərə  bir  daha  qayıtmadı”

2

.

Kişi  və  qadınlar  üçün  müştərək  əxlaq  qaydaları  bundan  iba-



rətdir.  Ayrıca  əxlaq  qaydası  da  vardır  ki,  Peyğəmbər  xanımları  

ilə  kişilərin  görüşünə  aiddir.  Belə  ki  kişilər  Peyğəmbərin  



(Ona  Al-

lahın  xeyir-duası  və  salamı  olsun!)  

xanımları  ilə  örtük  (pərdə)  arxasından  

danışmalı  idilər.  Uca  Allah  buyurur:  

“Ey  iman  gətirənlər!  ...Onlardan  (Peyğəmbərin  zövcələrin-

dən)  bir  şey  soruşduqda,  pərdə  arxasından  soruşun  (evlərinə  

daxil  olmayın).  Bu  həm  sizin,  həm  də  onların  ürəklərinə  daha  

çox  təmizlik  bəxş  edər”  (əl-Əhzab,  53).

Pərdə  arxasından  danışmaq  ancaq  Peyğəmbər  xanımlarına  

aiddir.  Biz  bu  məsələyə  əsaslı  şəkildə  ayrıca  fəsildə  toxunmuşuq  

(bax:  III  kitab,  II  fəsil).

1

 Yəni,  bundan  sonra  barəmdə  pis  şey  fi kirləşməyəcək  –  tərcüməçinin  



qeydi.  

2

 Hədisi  Təbərani  rəvayət  etmişdir.  




İkinci fəsil. Müsəlman qadının sosial həyatda iştirakı...

325


QADINLAR ÜÇÜN ƏXLAQ QAYDALARI

Ciddi geyim

Allah  Təala  buyurur:  

“Mömin  qadınlara  de  ki,  öz-özlüyündə  görünən  (əl,  üz)  

istisna  olmaqla,  zinətlərini  (zinət  yerləri  olan  boyun,  boğaz,  

qol,  ayaq  və  s.  naməhrəmə)  göstərməsinlər;  baş  örtüklərini  ya-

xalarının  üstünə  çəksinlər  (boyunları  və  sinələri  görünməsin)”  

(ən-Nur,  31);  

“Ya  Peyğəmbər!  Zövcələrinə,  qızlarına  və  möminlərin  öv-

rətlərinə  de  ki,  (evdən  çıxdıqda  bədənlərini  başdan-ayağa  giz-

lədən)  örtüklərini  örtsünlər...”  (əl-Əhzab,  59);

“İlkin  Cahiliyyət  dövründəki  kimi  açıq-saçıq  olmayın.  (Bər-

bəzəyinizi  taxaraq  evdən  çıxıb  özünüzü,  gözəlliyinizi  yad  kişilərə  

göstərməyin!)”  (əl-Əhzab,  33).

Əbu  Hüreyrə  



(Allah  ondan  razı  qalsın!)

  rəvayət  edir  ki,  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

demişdir:  

“Cəhənnəmə  düşəcək  iki  zümrə  vardır:  ...onlardan  birinci-

si  yanlarında  qamçı  gəzdirib  insanları  döyənlərdir,  ikincisi  isə  

geyinsələr  də,  lüt-üryan  qalan  qadınlardır”

1

.



Rəvayət  olunur  ki,  (bir  dəfə)  Ümmi-Ətiyyə  

(Allah  ondan  razı  qal-

sın!)

  soruşmuşdu:  “Bizdən  biri  (bayram  namazlarına)  cilbabsız

2

  

1



 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.  

2

 Bədəni  başdan-ayağadək  örtən  geyim




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə