İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı̇
326
çıxa bilərmi?” Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
dedi:
“Qoy o, rəfiqəsinin cilbabını geyinsin”
1
.
Rəvayət olunur ki, Fatimə bint Qeys
(Allah ondan razı qalsın!)
de-
mişdir:
“Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
deyib: “Xoşuma
gəlmir ki, baş örtüyün düşsün, ya da paltarın açılıb baldırların
görünsün və xoşlamadığın yerləri insanlar görsün”
2
.
Yad kişilərlə ünsiyyətdə olan qadının geyimdə riayət edəcəyi
şərtləri beş bənddə göstərmək mümkündür:
1. Üz, əllər və ayaqlar istisna olmaqla bütün bədən örtül-
məlidir.
2. Paltarı, üz, əllər və ayaqları ifrat formada bəzəmək olmaz.
3. Geyim və bəzək-düzək müsəlman cəmiyyətində qəbul
edilmiş formada olmalıdır.
4. Qeyri-müsəlman qadınların geyim tərzindən fərqlənməlidir.
Gözəl ətir sürtməkdən çəkinmək
Abdullahın zövcəsi Zeynəb demişdir:
“Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
bizə buyurdu:
“Sizdən kimsə məscidə getmək istəsə, gözəl qoxu sürtməsin”
3
.
Əbu Musa əl-Əş`əri
(Allah ondan razı qalsın!)
rəvayət edir ki,
Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
demişdir:
“Əgər bir qadın ətirlənib, bir dəstə adamın yanından keçərsə
və onlar bu qoxunu hiss edərlərsə, həmin qadın filan və filan-
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
2
Hədisi İmam Müslim rəvayət etmişdir.
3
Hədisi İmam Müslim rəvayət etmişdir.
İkinci fəsil. Müsəlman qadının sosial həyatda iştirakı...
327
dır. (Əbu Musa deyir:) “Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı
olsun!)
bu cür qadınlar haqda sərt danışdı”
1
.
Ciddi danışıq tərzi
Allah Təala buyurur:
“...(yad kişilərə) yumşaq (əzilə-əzilə) danışmayın, yoxsa
qəlbində mərəz (şəkk, nifaq və günah mərəzi) olan tamaha
(özgə təmənnaya) düşər...” (əl-Əhzab, 32).
Ciddi rəftar
Allah Təala buyurur:
“...gizlətdikləri bəzək şeylərini (xalxallarını) göstərmək üçün
ayaqlarını (yerə və ya bir-birinə) vurmasınlar...” (ən-Nur, 31).
Əbu Hüreyrə rəvayət edir ki, Peyğəmbər
(Ona Allahın xeyir-duası
və salamı olsun!)
deyib:
“Cəhənnəmlik iki zümrə vardır: onlardan birincisi yanların-
da inək quyruğuna oxşar qamçı gəzdirib insanları döyənlərdir.
İkincisi isə geyinsələr də, lüt-üryan qalan, meyl etdirən və
meyl göstərən (başqalarını özünə cəlb edən) qadınlardır. Başla-
rı maili dəvə hörgücü kimidir
2
. Onlar cənnətə daxil olmayacaq,
qoxusunu da almayacaqlar. Halbuki cənnətin qoxusu bu qədər
və bu qədər məsafədən hiss olunur”
3
.
1
Hədisi Əbu Davud rəvayət etmişdir.
2
Yəni, saçlarını başın yuxarı hissəsinə yığıb örtünməzlər – tərcüməçinin
qeydi.
3
Hədisi İmam Müslim rəvayət etmişdir.
İkinci kitab. Müsəlman qadının sosial həyatda iştirakı̇
328
Görüş və ünsiyyətə dair bəzi əxlaq
qaydalarına riayət edilməzsə...
Haqqında danışdığımız əxlaq qaydalarına müsəlman kişi və
qadın riayət etməlidir. Əgər bu qaydalardan bəzilərinə riayət
edilməzsə, nə etmək lazımdır? Başa düşmək lazımdır ki, belə
olduğu təqdirdə fitnə-fəsad, narahatlıq yarana bilər. Müsəlman
kişi və qadın görüşməkdən qabaq bu fitnə-fəsadı nəzərə al-
malıdırlar. Belə ki müsəlman kişi bu qaydalardan birinə əməl
olunmadığı təqdirdə fayda və zərəri müqayisə etməli, seçimə
uyğun davranmalıdır; xeyir varsa, görüşməli, ünsiyyətdə olmalı,
əks halda, bundan imtina etməlidir. Bu məsələ haqda bir az
sonra təfsilatı ilə söz açılacaqdır. Müsəlman şəxs hər zaman
vəziyyəti diqqətlə qiymətləndirməlidir:
a) Görüşməkdən çəkinmək müsəlman kişi üçün çətinlik ya-
radarsa, həm müsəlman kişi, həm də qadın bu çətinliyi dəf
edəcək zərurət çərçivəsində real şəraiti qəbul etməlidirlər. Allah
Təala buyurur:
“...O (Öz dini üçün) sizi seçdi və dində sizin üçün heç bir
çətinlik yeri qoymadı...” (əl-Həcc, 78).
b) Müsəlman kişi və ya qadının eyni məkanda olmağı xeyrə
aparıb çıxararsa, şəri aradan qaldırarsa (xeyrə çağırıb pislikdən
çəkindirmək, insanlara nəyisə öyrətmək, başqalarında müsbət
davranmağa stimul yaratmaq), Allaha təvəkkül edərək, Ondan
kömək diləyərək həmin məkanda toplaşmalı, bir sıra xeyirxah
əməllər üçün əllərindən gələni əsirgəməməlidirlər. Əgər cəmiy-
İkinci fəsil. Müsəlman qadının sosial həyatda iştirakı...
329
yətdə qadın və kişilərin birlikdə aradan qaldırmalı olduqları
problemlər varsa, bu cür birgə fəaliyyət zərurətə çevrilir.
c) Əgər şəxs fitnəyə düçar olub, harama düşəcəyindən qor-
xursa, qadınlarla ünsiyyət və görüşdən imtina etməlidir. Bu,
çox vaxt görüş ədəb-ərkanını pozanların əl-qolunu bağlayır.
ç) Elə olur ki, bəzi müsəlmanlar görüş ədəb-ərkanını bilmə-
dən, məcburiyyət və zərurətdən pozurlar (yad qadınla təkbaşına
qalmaq və s.). Bu zaman biz onlar haqqında bədgümana qa-
pılmamalı, barələrində pis danışmamalı, ift iradan çəkinməliyik.
“İfk ” hadisəsi hər birimizə ibrət və dərs olmalıdır. Allah Təala
buyurur:
“O zaman ki, siz (münafiqlərin yaydığı) yalanı dilinizə gə-
tirir, bilmədiyiniz sözü ağzınıza alır və onu yüngül (asan,
insana günah gətirməyən) bir şey sanırdınız. Halbuki bu (Pey-
ğəmbərin əhli-əyalı haqqında nalayiq söz danışmaq) Allah ya-
nında çox böyük günahdır!
Məgər siz onu eşitdiyiniz zaman: “Bizə bunu (bu yalanı)
danışmaq yaraşmaz. Aman (Allah)! Bu, çox böyük bir böhtan-
dır!” – deməli deyildinizmi?” (ən-Nur, 15-16).
Həzrəti Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
demişdir:
“Hər eşitdiyini danışmaq insana günah olaraq bəsdir”
1
.
d) İft ira (qara yaxmaq) – şayiələrə əldanıb subyektiv ya-
naşma ilə başqalarını itt iham etməkdir. Qadınlarla ünsiyyət
ədəb-ərkanına natamam riayət edən bəzi müsəlmanlar da böh-
tanların qurbanı olurlar. Ümumiyyətlə, zahirlə kifayətlənmək,
səhvə yol verənlərə xətalarını başa salmaq, onları görüş ədəb-
1
Səhih əl-came əs-səğir, hədis № 4358.
Dostları ilə paylaş: |