Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə93/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   89   90   91   92   93   94   95   96   ...   158

İkinci fəsil. Müsəlman qadının sosial həyatda iştirakı...

301


KİŞİ VƏ QADINLAR ÜÇÜN 

MÜŞTƏRƏK ƏXLAQ QAYDALARI

Görüş yerinin ciddiliyi

Allah  Təala  buyurur:

“(Ey  qadınlar!  Danışdığınız  zaman)  yaxşı  danışın!”  (əl-

Əhzab,  32).

Ayədə  bildirilir  ki,  kişilərlə  qadınların  söhbəti  bəyənilməyən  

üslubdan,  nalayiq  məzmundan  uzaq  olmalıdır.  Bu  səbəbdən  biz  

yuxarıda  “görüşün  ciddiliyi”  sözündən  istifadə  etmişik.  Kişi  və  

qadınlar  arasında  ciddiyyət  yaxşı  hərəkətdir.  Əylənmə  tərzində  

danışıq  isə  yaman  davranışdır.  Amma  müfəssəlliyin,  xatircəm  

söhbətləşmənin  olduğu  mükalimə  ciddiyyətə  zidd  deyildir.  

Buna  aşağıdakı  hədis  dəlildir:

Əbu  Bürdə  rəvayət  edir  ki,  Əbu  Musa  əl-Əş`əri  



(Allah  ondan  

razı  qalsın!)

  deyib:


“...Əsma  bint  Ümeys  Peyğəmbərin  

(Ona  Allahın  xeyir-duası  və  salamı  

olsun!)  

zövcəsi  Həfsəyə  baş  çəkdi.  O,  Nəcaşinin  yanına  hicrət  

edənlərdən  idi.  Əsma  Həfsənin  yanında  olarkən  Ömər  gəldi.  

Əsmanı  görüb  soruşdu:  “Bu  kimdir?”  Həfsə  dedi:  “Əsma  bint  

Ümeysdir.”  Ömər  təkrar  soruşdu:  “Həbəşidirmi?  Dənizlə  gə-

lən  qadındırmı?”  Əsma  dedi:  “Bəli!”  Ömər  Əsmaya  dedi:  

“Hicrət  etməklə  sizi  geridə  qoyduq!  Biz  Peyğəmbərə  

(Ona  

Allahın  xeyir-duası  və  salamı  olsun!)  

sizdən  daha  layiqik!”

1

.



1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  




İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

302


Həmçinin  mehribanlıq  və  səmimiyyət  ciddi  söhbətə  xələl  

gətirmir.  

Rəvayət  edilir  ki,  Məsruq  demişdir:

“(Bir  dəfə)  Aişənin  



(Allah  ondan  razı  qalsın!)

  yanına  getmişdik.  Ya-

nında  Həssan  ibn  Sabit  var  idi.  Həssan  qadınlardan  bəhs  edən  

şerdən  Aişəyə  bir  beyt  söylədi:

İff ətlidir, ağıllıdır  və  şübhədə  itt iham  olunmaz,

Qafil  qadınların  ətlərini  yeməyərək

1

  sabaha  çıxar.



Bu  zaman  Aişə  ona  dedi:  “Amma  sən  bu  cür  deyilsən

2

.  



(Məsruq  deyir:)  “(Bu  vaxt)  ona  dedim:  “Nə  üçün  Həssanın  

sənin  yanına  gəlməyinə  icazə  verirsən?  Halbuki  Allah  Təala  

buyurub:  “Onlardan  günahın  böyüyünü  öz  üstünə  götürəni  

isə  (qiyamət  günü)  çox  böyük  (şiddətli)  bir  əzab  gözləyir!”

3

  

Aişə  mənə  dedi:  “Hansı  əzab  korluqdan  daha  şiddətlidir?  O  



(Həssan  –  öz  şerləri  ilə),  Peyğəmbəri  

(Ona  Allahın  xeyir-duası  və  salamı  

olsun!)  

müdafiə  edirdi”

4

.

1



 Yəni,  barəsində  olmazın  şayiələri  yaymış  qadınların  qeybətini  etməz  –  

tərcüməçinin  qeydi.

2

 Yəni,  sən  qeybət  etdin,  mənə  böhtan  atanlara  ortaq  oldun.  



3

 “ən-Nur”  surəsi,  11-ci  ayə.  

4

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  




İkinci fəsil. Müsəlman qadının sosial həyatda iştirakı...

303


Baxışları çevirmə

Allah  Təala  buyurur:

“(Ya Rəsulum!)  Mömin  kişilərə  de  ki,  gözlərini  haram  edil-

miş  şeylərdən  çevirsinlər  (naməhrəmə  baxmasınlar),  ayıb  yerlə-

rini  (zinadan)  qorusunlar  (və  ya  örtülü  saxlasınlar).  Bu  onlar  

üçün  (ədəb-ərkan,  təmizlik  baxımından)  daha  yaxşıdır.  Şübhəsiz  

ki,  Allah  onların  nə  etdiklərindən  xəbərdardır!

Mömin  qadınlara  de  ki,  gözlərini  haram  buyurulmuş  şeylər-

dən  çevirsinlər  (naməhrəmə  baxmasınlar),  ayıb  yerlərini  (zina-

dan)  qorusunlar...”  (ən-Nur,  30-31).

Gözləri  çevirmək  fitnə-fəsad  çıxmasın  deyə  nəzərləri  aşağı  

dikmək,  yan  qaçırmaq  deməkdir.

Qazi  İyaz  demişdir:

“Övrət  (ayıb  yeri,  naməhrəm  üzvlər)  və  oxşar  məsələlərdə  

baxışları  hər  bir  halda  yan  qaçırmaq  lazımdır”

1

.



“İbn  Əbdülbərr  demişdir:

“Üz  və  əllərə  pis  niyyət  olmadan  baxmaq  caizdir.  Şəhvətlə  

baxmağa  gəlincə,  qadına  paltarı  üstündən  şəhvətlə  baxmaq  ha-

ramdır,  o  ki  qaldı  açıq  üz  olsun!”

2

İbn  əd-Dəqiq  əl-İd  demişdir:



“Ayədəki  “min”  ön  qoşması  “təb`iz”  (bəzi)  ifadə  edir.  Şübhə  

yox  ki,  fitnə-fəsad  yaranmaq  ehtimalı  varsa,  bir  qadına  baxmaq  

haramdır.  Deməli,  bu  vəziyyətdə  –  fitnə-fəsad  zamanı  baxışları  

çevirmək  lazımdır.  Ayəni  bu  vəziyyətlə  əlaqələndirmək  olar.  

1

 ət-Tac  vəl-iklil  li-müxtəsər  Xəlil,  I  cild,  səh.  499.



2

 ət-Təmhid,  VI  cild,  səh.  364-365.




İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

304


Elə  isə  ayə  hər  bir  vəziyyətdə  baxışları  çevirmənin  zəruriliyinə  

dəlalət  etmir”

1

.  


“Fəth  əl-Bari”  kitabında  “Xəs`əmli  cariyə”  hədisinin  izahında  

deyilir:


“Fəzl  ona  baxmağa  başladı,  gözəlliyi  xoşuna  gəlmişdi...  Pey-

ğəmbər  


(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

arxaya  çevrilib  əli  ilə  

Fəzlin  çənəsindən  tutdu,  üzünü  yana  çevirdi,  qadına  baxmağına  

mane  oldu”

2

.

İbn  Bətt al  yazır:



“Hədisdə  fitnə-fəsad  ehtimalı  üzündən  nəzərləri  çevirmək  

əmr  edilir.  Bu  da  zəruri  edir  ki,  fitnə-fəsadın  yaranmayacağına  

əmin  olunduğunda  baxmaq  qadağan  deyildir.  Allahın  “Mömin  

kişilərə  de  ki,  gözlərini  haram  edilmiş  şeylərdən  çevirsinlər  

(naməhrəmə  baxmasınlar)”  kəlamı  buna  dəlildir.  Çünki  burada  

söhbət  üzdən  qeyri  yerlərə  baxmamağın  vacibliyindən  danışılır.  

Allah  Təala  buyurur:  “(Allah)  gözlərin  xəyanəti  və  qəlblərin  

gizlətdiyini  bilir”  (Ğafir,  19)

3

.  


Hafiz  ibn  Həcər  demişdir:

“Əbu  Hatim  “gözlərin  xəyanətini  bilir”  ayəsinin  izahında  İbn  

Abbasa  istinadla  yazmışdır:  “Bu,  yanından  keçən  gözəl  qadına  

baxan,  həmin  gözəl  qadının  olduğu  evə  girən,  qadın  da  bundan  

xəbər  tutduqda  gözlərini  ondan  (qadından)  çevirən  şəxsdir.  

Mücahid  və  Qətadə  də  buna  oxşarını  demişlər.  Onlara  görə,  bu  

hal  göz  xəyanətinin  növlərindən  biridir”

4

.



1

 Ehkam  əl-əhkam  fi   şərh  ümdə  əl-əhkam,  II  cild,  səh.  209.

2

 Fəth  əl-Bari,  XIII  cild,  səh.  245.  



3

 ət-Təmhid,  VI  cild,  səh.  364-365.

4

 Fəth  əl-Bari,  XIII  cild,  səh.  244.




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə