Qadin indd



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə91/158
tarix11.06.2018
ölçüsü3,32 Mb.
#48073
1   ...   87   88   89   90   91   92   93   94   ...   158

İkinci fəsil. Müsəlman qadının sosial həyatda iştirakı...

295


dığınız  zaman  və  gecə  namazından  sonra.  (Bu  vaxtlar  insan  

paltarını  çıxarda  bilər,  zövcəsi  ilə  bir  yerdə  uzanıb  ixtilaf  edə  

bilər  və  i.  a.)  bu  üç  vaxt  sizin  üçün  xəlvət  vaxtdır  (paltarsız  ola  

bilərsiniz).  Qalan  vaxtlarda  bir-birinizin  yanına  (icazəsiz)  girib-

çıxmaqda  sizə  də,  onlara  da  heç  bir  günah  yoxdur.  Allah  ayələri  

sizə  belə  izah  edir.  Allah  (hər  şeyi)  biləndir,  hikmət  sahibidir!

Sizdən  olan  uşaqlar  da  həddi-buluğa  çatanda  (yanınıza  da-

xil  olmaq  istədikləri  zaman)  özlərindən  əvvəlkilər  kimi  izin  

istəsinlər.  Allah  Öz  ayələrini  sizə  belə  izah  edir.  Allah  (hər  

şeyi)  biləndir,  hikmət  sahibidir!”  (ən-Nur,  58-59);

“Çünki  göylərdə  və  yerdə  olan  bütün  məxluqatdan  bir  eləsi  

yoxdur  ki,  (qiyamət  günü)  Rəhmanın  hüzuruna  bir  qul  kimi  

gəlməsin.

And  olsun  ki,  (Allah)  onları  (bütün  yaratdıqlarını)  hesabla-

mış  və  təkrar-təkrar  saymışdır.

Onların  hamısı  qiyamət  günü  Onun  hüzuruna  gələcək”  

(Məryəm,  93-95).

Rəvayət  olunur  ki,  Həzrəti  Aişə  



(Allah  ondan  razı  qalsın!)

  demişdir:  

“Kim  bu  qızlara  (qayğı  göstərib,  tərbiyə  verməklə)  sahib  çı-

xarsa,  onlara  yaxşılıq  edərsə,  onlar  onunla  cəhənnəm  arasında  

əngəl  olarlar”

1

.



Şübhə  yoxdur  ki,  qız  uşaqlarını  tərbiyə  etmək  onlara  yaxşılıq  

etməyin  ən  bariz  formasıdır.  

Əbu  Bürdə  atasına  istinadən  rəvayət  edir  ki,  Peyğəmbər  

(Ona  

Allahın  xeyir-duası  və  salamı  olsun!)  

deyib:  


1

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.




İkinci kitab.  Müsəlman qadının sosial həyatda iştirakı̇ 

296


“Bir  insanın  cariyədən  qızı  olarsa  və  o,  ona  təhsil,  özü  də  

yaxşı  təhsil,  tərbiyə,  özü  də  gözəl  tərbiyə  verərsə  və  onu  azad  

edib  evləndirərsə,  iki  savab  qazanar”

1

.  



Əgər  bir  müsəlmandan  cariyəsinin  qızına  yaxşı  təhsil  və  

gözəl  tərbiyə  vermək  tələb  olunursa,  onda  onun  azad  qadından  

olan  qızları  buna  daha  layiqdirlər.  

Rəvayət  olunur  ki,  Rübəyye  bint  Müəvviz  



(Allah  ondan  razı  qalsın!)

  

demişdir:



“Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

Aşura  səhəri  ət-

rafdakı  Ənsar  kəndlərinə  xəbər  göndərdi  ki:  “Kim  oruc  tutma-

yıbsa,  günü  tamamlasın.  Oruc  tutan  isə  orucuna  davam  etsin.”  

Bundan  sonra  biz  və  uşaqlarımız  bu  orucu  tuturduq.  Biz  onlara  

yundan  oyuncaq  düzəldirdik.  Onlardan  biri  yemək  istəyib  ağ-

ladıqda  bu  oyuncağı  ift ara  qədər  ona  verir,  (başını  qatırdıq)”

2

.  



İkinci amil. Bakirliyi qorumaq 

üçün erkən evləndirmə

Abdullah  ibn  Məsud  



(Allah  ondan  razı  qalsın!)

  rəvayət  edir  ki,  Pey-

ğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

demişdir:  

“Ey  gənclər!  Kimin  evlənməyə  (maddi  cəhətdən)  imkanı  çatır-

sa,  evlənsin.  Çünki  evlilik  gözü  (harama  baxmaqdan)  çəkindirir,  

bakirliyi  (isməti)  qoruyur.  (Evlənməyə)  gücü  yetməyən  isə  

oruc  tutsun.  Şübhəsiz,  oruc  onun  şəhvətini  yatırar”

3

.

Əbdülmütt əlib  ibn  Rəbiə  ibn  əl-Haris  demişdir:



1

 Hədisi  İmam  Buxari  rəvayət  etmişdir.  

2

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.  



3

 Hədisi  İmam  Buxari  və  İmam  Müslim  rəvayət  etmişlər.




İkinci fəsil. Müsəlman qadının sosial həyatda iştirakı...

297


“(Bir  dəfə)  Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

Məh-


miyəyə

1

  dedi:  Bu  oğlanı  (Fəzl  ibn  Abbası)  qızınla  evləndir...”  



(Məhmiyə)  onu  evləndirdi.  (Sonra  Peyğəmbər)  Nofəl  ibn  

əl-Harisə  dedi:  “Bu  oğlanı  evləndir.”  O  da  onu  evləndirdi.  

Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

Məhmiyəyə  dedi:  

“Onların  başlıq  pullarını  xümsdən  filan  qədər  ödə”

2

.  



Rəvayət  olunur  ki,  Fatimə  bint  Qeys  

(Allah  ondan  razı  qalsın!)

  

demişdir:  



“Peyğəmbər  

(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

mənə  dedi:  “Üsa-

mə  ilə  evlən.”  Mən  də  onunla  evləndim.  Allah  onunla  mənə  

xeyir  bəxş  etdi  və  mən  məsud  oldum”

3

.

Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

Üsaməni  Fatimə  

bint  Qeyslə  evləndirdiyi  vaxt  onun  on  altı  yaşı  vardı.  

Yuxarıdakı  hədislərdə  oğlanların  erkən  evləndirilməsindən  

danışılır.  Qızların  da  erkən  evləndirilməsi  barədə  hədislər  var-

dır.  Məsələn,  Peyğəmbər  



(Ona  Allahın  xeyir-duası  və  salamı  olsun!)  

demiş-


dir:

“Üsamə  cariyə  olsaydı,  onu  bəzəyər  və  evləndirərdim”

4

.

Hafiz  ibn  Həcər  demişdir:



“Bakirlik  iff ətlilik  deməkdir,  evlilik  deməkdir,  islam  deməkdir,  

azadlıq  deməkdir.  Çünki  bütün  bunlar  mükəlləf

5

  şəxsi  əxlaqsız  



hərəkətlərdən  qoruyur”

6

.



1

 Qənimətlərin  beşdə  birini  –  xümsü  toplayan  şəxs  idi.  

2

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.



3

 Hədisi  İmam  Müslim  rəvayət  etmişdir.

4

 İbn  Sə`d  rəvayət  etmişdir.  Bax:  Səhih  ə-came  əs-səğir,  hədis  №  1350.



5

 Yaş,  dərrakə...  baxımından  dini  öhdəlikləri  icra  şərtlərinə  cavab  verən  

şəxs  –  tərcüməçinin  qeydi.  

6

 İbn  Həcər  əl-Əsqəlani.  Fəth  əl-Bari,  XV  cild,  səh.  127.




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə