11
etsələr daha yaxşı fəaliyyət göstərə bilərlər. Bu sualda diqqəti cəlb edən bir məsələ də
odur ki, məhz Bakı ərazisində apanlan sorğuda repsodentlər qadın təşkilatlarına öz
iradlarını bildirirlər. Xüsusilə onu da qeyd edək ki,
təşkilatlarına öz iradlarını bildirirlər. Xüsusilə onu da qeyd edək ki, «Qadın və
hüquq» Konfransında öz şəxsi ad və soyadı ilə anketi cavablandıranlar arasında hətta
qadın təşkilatlarının fəal üzvləri, rəhbərləri də vardır. Bu isə, keçirilən sorğunun vacib və
ciddi
olduğunu bir daha təsdiqləyir. Bu sualın cavabları ərazilər
üzrə göstərilmişdir
(Cədvəl 5).
Cədvəl 5
Ərazi Bəli Xeyr Cavab
verməkdə
çətinlik
çəkirəm
Diqər
fikirlər
Cavab
verməyənlər
Bakı
18,5 53,5 20
6
2
Zaqatala rayonu
26
53
16
1 4
Masallı rayonu
39,1
41,9
12,5 -
6,5
Ağsu-Göyçay
zonası
16,5 44,5 21 2 16
«Qadın və
Hüqüq»Konfransı
16,6 40,4 16,6 26,1 0,3
Cavablar faizlə verilmişdir.
Qeyd edək ki, qadın təşkilatlarının fəaliyyətinin genişləndirilməsi üçün ilkin
şərtlərdən biri də onun maddi bazaya malik olmasıdır. Əks halda, fəaliyyət üçün şərait
çətinləşir. Sorğu anketlərinə əsasən, alman nəticələrdə yenə ən yüksək göstəricı
ziyalılar arasında qeydə alınmışdır: "xeyr - 53,5%, "bəli" - 18,5%. Rayonlarda da, demək
olar ki, cavablar təxminən bu rəqəmlərlə üst-üstə düşür. Yeri gəlmişkən onu da qeyd
edək ki, Masallı rayonu ərazisində keçirdiyimiz sorğuda isə cavablar demək olar ki,
eyniyyət təşkil edir. Əgər, qadın təşkilatlarının fəaliyyətindən repsodentlərin 39,1%-i
razıdırsa, 41,9%-i narazıdır. Cənub bölgəsində keçirilən konfransda da qadınların
aktivliyi açıq hisı olunurdu. Ümumiyyətlə, onlar problemlərə obyektiv yanaşmağ bacarır,
təşkilatlanmaya xüsusi meyl göstərirlər. Belə ki keçirdiyimiz "Qadınlar əmin-amanlıq
uğrunda" Konfransında rayon ərazisində olan müxtəlif təşkilatların nümayəndələri iştirak
edirdi. (Bu haqda anket sorğularında məlumatlar vardır). Paytaxtda "Qadın və hüquq"
Konfransında isə, vəziyyət bunun əksini göstərdi. Yeni repsodentlərin 16,6%-i razılığını,
40,4%-i narazılığını, 16,6%-i isə cavab verməyə çətinlik çəkdiyini bildirdi. Bir daha qeyd
etmək lazım bilirik ki, şəhər qadınlarının təşkilatlanmaq üçün imkanlar daha çoxdur, bu
mənada ki, bütün qadın təşkilatlarının mərkəz Bakıda yerləşir. Belə olan halda, yəqin ki,
yerlerdə də yerli qadın təşkilatları yaratmaq zəruri olacaqdır.
"Qadın probleminin həllinə nail olmaq üçün sizcə hansı tədbirlər həyata
keçirilməlidir?" sualı da böyük marağa səbəb oldu. Buna müxtəlif cavablar alınmışdır.
Məqsədimiz problemin həlli üçün ictimaiyyətin hansı təklifləri verəcəyini öyrənmək idi.
Cavabları uyğunluq dərəcəsinə görə qruplaşdırsaq, 53-ü müstəqil cavab alınar.
1. Problemin dövlət səviyyəsində həllinin vacibliyi;
2. Ourultay və konfransın keçirilməsi;
3. Mənəvi hazırlığın artırılması;
4. Qanunvericilik və idarəetmə orqanlarında qadınların fəaliyyətinin
genişləndirilməsi;
5. Qanunların həyatakeçmə mexanizmlərinin yaradılması;
6. Qadın məsləhətxanalarının yaradılması;
12
7. Ailə münaqişələrinin çoxsaylı həlli sahəsində işlərin görülməsi;
8. Qadına xüsusi hörmət göstərilməsi;
9. Kadrların seçilməsi istiqamətində iş aparılması;
10. İcra mexanizminin gücləndirilməsi;
11. İş yerlərinin açılması - qadınlara şərait yaradılması;
12. Rəhbər vəzifələrdə və prioritet təşkil edən sahələrdə qadınların kəmiyyət və
keyfiyyət göstəriciləri nəzərə alınmaqla təmsil olunmaları;
13. Simpoziumların tez-tez keçirilməsi, çıxarılan qərarların dövlətə təqdim
olunması;
14. Qadının öz qadınlığını, gücünü, qüdrətini hiss etməsi;
15. Psixoloji stereotiplərin dərinləşdirilməsi (ailə, cəmiyyət) qanunlara təminat
verən demokratik və güclü dövlətin mövcudluğu, qadınların hüquqları barədə
məlumatlandırılması, fəallıqlarının artırılması;
16. Qadınlann iş vaxtının azaldılması;
17. Kişilərin mənlik şüuruna təsir edilməsi;
18. Yerli təşkilatlarla qadın təşkilatlarının əlaqəsinin yaradılması;
19. Xüsusi konsepsiyaların hazırlanması;
20. Ali təhsil ocaqlarında tibbi məntəqə yaradılmasına nail olmaqla pulsuz
müalicənin təşkil edilməsi;
21. Bu sahəyə aid yeni qəzet və jurnalların nəşr olunması;
22. Televiziyada xüsusi verilişlərin təşkil edilməsi;
23. Sosioloji sorğuların aparılması və əlaqədar mövzuların genişləndirilməsi;
24. Əmək haqqını artırmaqla maddi rifah halının yüksəldilməsi;
25. Yeni qanunların hazırlanması;
26. Qadın və kişi hüquqlarına diqqət yetirilməsi;
27. Dövlət tərəfindən qadın təşkilatlarına səlahiyyətlərin verilməsi;
28. Maarifləndirmə tədbirlərinin keçirilməsi;
29. Yerlərdə yerli qadın təşkilatlarının yaradılması;
30. Qadınların rəhbər vəzifələrə çəkilməsi;
31. İctimai sahələrdə qadınların fəaliyyətinə dəstək verilməsi;
32. Ailədə qadın hüquqları haqqında praktik tədbirlərin keçirilməsi;
33. Evdar, işsiz, tənha, əlil və xəstə qadınların problemlərinin həll edilməsi;
34. Qadın hüquqları ilə əlaqədar kişilərlə iş aparılması;
35. Qadınların siyasi fəaliyyətə cəlb olunması;
36. Hüquqi və sosial sahədə islahatların keçirilməsi;
37. Qadının siyasətdən uzaqlaşdırılmasının qarşısının alınması;
38. Qadına xüsusi imtiyazların və üstünlüklərin verilməsi;
39. Qadınların dörd saatlıq iş günü təmin olunması;
40. "Nə üçün cəmiyyəti kişilər idarə etməlidir? məsələsinin araşdırılması;
41. Təhsil və mədəniyyət sahəsində qadınların yüksək vəzifələrə çəkilməsi;
42. Dövlətdən asılı olmayan müstəqil qadın təşkilatlarının yaradılması;
43. Qadın problemi ilə məşğul olan təşkilatların qadın problemindən çox siyasətlə
məşğul olması;
44. Evdar qadınlara xüsusi diqqət yetirilməsi və onların işə cəlb olunması;
45. Çoxuşaqlı analara xüsusi müavinətlərin verilməsi;
46. Qadın təşkilatlarının formallıqdan əl çəkməsi;
47. Qadın təşkilatlarının sözdə deyil, əməldə fəaliyyət göstərməsi;
48. Şüurlarda dəyişikliyə nail olmaq üçün xüsusi proqramların yaradılması;
49. Qadın Problemləri üzrə Dövlət Komitəsinin 3 ayda bir dəfə bütün
təbəqələrdən olan qadınlarla görüş keçirməsi;
50. Dünyəvi dəyərlərə və milli ənənələrə söykənən demokratik təşkilatların
yaradılması;
j
51. Rüşvətxorluğun aradan götürülməsi;