102
qəhrəmanlıq
göstərmək düşüklük, səfehlikdir. Elə yerdə vur ki, aradan çıxa
biləsən. Bu, sənin üçün nə uşaq oyunudur, nə də macəra filmi.
– Bilirəm, Boris, narahat olma...
Ravikin «İnternasional» mehmanxanasına girməsi ilə çıxması bir oldu. Yolu
«Milan»ın yanından keçirdi. Saata baxdı. Doqquzun yarısı idi, Joan hələ evdə
olardı.
Joan özü qabağına çıxdı.
– Ravik?! – O, çox təəccübləndi. – Mənim yanıma gəlmisən?
– Hə...
– Sən ki bura gələn deyildin?! Məni bura köçürən gündən gəlməmisən...
Ravik dalğın halda gülümsədi:
– Elədir, Joan. Biz səninlə qəribə həyat sürürük.
– Hə, lap göstəbək, ya da yarasa kimiyik. Ya da bayquş... Qaranlıq qarışanda üzə
çıxırıq.
O, iri səssiz addımlarla otaqda gəzişirdi. Əynində tünd - göy rəngli xalat vardı, kişi
xalatına oxşayırdı, kəmərini də çox sıxmışdı. Həmişə «Şəhrizad»a geydiyi bayırlıq
paltarı çarpayının üstünə atılmışdı. Çox gözəl, həm də əlçatmaz bir uzaqlıqda idi...
– Getmək vaxtın deyil, Joan?
– Hələ yox, yarım saat var. Bu yarım saat ən çox sevdiyim vaxtdır. Bir azdan yenə
gedəcəyəm... Gör bir nəyim var! Qəhvə, dünyanın özü boyda vaxt..
Bu gün hətta
sən də gəlib çıxmısan! Hələ kalvadosum da var.
Şüşəni gətirdi. Ravik onu alıb, açmadan stolun üstünə qoydu. Sonra ehtiyatla onun
əllərindən tutdu:
– Joan! – dedi.
Joanın gözlərindəki qığılcım söndü, ona sığındı:
– Tez ol de, nə olub?
– Necə məgər? Nə olmalıdır ki?
– Nəsə olub. Sən belə gəlmisənsə, demək, nəsə var. Ona görə gəlmisən?
Ravik hiss etdi ki, onun əlləri əlindən sürüşür. Ancaq, əslində, Joanın nə özü, nə də
əlləri tərpənirdi. Sanki, əllərinin içində nəsə var idi, onları geri çəkirdi.
– Bu axşam gəlmə, Joan! Bu axşam.. Bəlkə, sabah da... O birisi gün də...
– Xəstəxanada qalacaqsan?
– Yox, başqa şeydir, deyə bilmərəm.
Ancaq elə şeydir ki, bizim münasibətlərə
qarışacağı yoxdur.
Joan bircə anlığa, sanki, yerində dondu, sonra:
– Yaxşı, – dedi.
– Başa düşürsən, Joan?
– Yox! Əgər sən deyirsənsə, demək, elə lazımdır.
– İncimirsən ki?
Joan onun üzünə baxdı:
– Aman Allah, Ravik! Belə şeydən ötrü səndən inciyə bilərəm?
Ravik baxışlarını qaldırdı. Birdən ona elə gəldi ki, kimsə köksündən bərk-bərk
sıxdı. Əlbəttə,
Joan bu sözləri qəsdən demədi, ancaq onu yerindən oynatmağa elə
bu da bəs idi... Gecələr onun kəsik-kəsik pıçıldadığı sözlərə əhəmiyyət
103
verməmişdi, bomboz dumanlı səhər gözünü açıb pəncərədən içəri boylananda,
hamısını unutmuşdu. Bilirdi ki, Joan yanında oturanda, ya uzananda onu
tilsimləyən cazibədarlığı ötəri hisslərdir, bircə anın nəşəsi, hökmüdür,
özgə heç nə
deyil. İndi isə ömründə ilk dəfə günəşlə gizlənqaç oynayan dümağ buludların
arasından par-par yanaraq, yaşılı, qəhvəyi rəngə çalan yer kürəsini görən təyyarəçi
kimi, hər şey gözlərində dəyişdi. Bir anın cazibədarlığında vurğunluq, nəşəsində
kövrək hisslər, pıçıltısında isə sadə bir inam gördü. Elə bilmişdi, indicə şübhə, çək-
çevir, anlaşılmazlıq başlayacaq... Bircə bunu gözləməmişdi. Xırda şeylər həmişə
tez
başa düşülür, böyüklər isə gec! Böyüklərdə melodram, aldanıb-aldatmaq
ehtimalı daha çox olur!
Otaq. Mehmanxana otağı... Bir-iki çamadan, çarpayı, işıq, pəncərənin o tərəfində
isə keçmişlə gecənin zülmət dolu boşluğu, yanında isə üz-gözündən nur çilənən,
alagözlü, çatmaqaşlı, ipəksaçlı bir qadın – həmişə günəşə tərəf boylanan oleandr
kolu kimi ona baxan kövrək bir həyat... O lap əlyetən yaxınlıqda idi, dayanıb
səssiz-səmirsiz bir harayla ona deyirdi: gəlmişəm ki, sənin olum! Buraxma məni!
Nə vaxtsa, lap
keçmişlərdə ona deməmişdimi, səni getməyə qoymaram?!
O ayağa durdu:
– Gecən xeyrə qalsın, Joan.
– Xeyrə qarşı, Ravik.
«Fuke» restoranının qabağında, yenə həmin stolun arxasında oturmuşdu. Saatlarla
beləcə oturub keçmişin zülmət kimi xatirə dünyasına baş vurdu. O zülmətdə tək
bircə işartı vardı; qisas ümidi!
Onu 1933-cü ilin avqustunda tutdular. Gestaponun axtardığı iki dostunu on dörd
gün yanında gizlədib, sonra qaçmalarına kömək etmişdi. Biri 1917-ci ildə
Flandriyada onu ölümün ağzından almışdı, kimsəsiz bir çöllükdə qan aparanda,
dolu kimi yağan pulemyot güllələrinin arasından keçirərək arxaya çatdırmışdı.
İkincisi isə çoxdan tanıdığı yəhudi yazıçı idi. Sorğu-sual başlandı: hansı tərəfə
gediblər, nə sənədləri var, onlara yolda kim kömək edəsi idi? İstintaq eləyən Haake
idi.
Birinci dəfə huşunu itirib, sonra ayılanda, tapançanı əlindən qapıb onu vurmaq,
ya da canı çıxanacan döymək istədi. Sonrasını fikirləşməyib dörd nəfər silahlı,
boylu-buxunlu adamın yanında onun üstünə cummaq mənasız şeydir... Düz üç gün
huşsuz qaldı, hərdən yavaş-yavaş ayılırdı, dəhşətli ağrıların içində qovrulurdu,
Haakenin soyuq nəzərləri, kinayəli təbəssümü gözləri önündən çəkilmirdi. Düz üç
gün eyni suallar, eyni əzab-əziyyət... və axırda elə günə düşdü ki, daha ağrı hiss
eləmədi. Sonra üçüncü günün nahar vaxtı Sibillanı gətirdilər.
Onun da heç nədən
xəbəri yox idi. Raviki ona göstərdilər ki, qorxub danışsın. O, çox zərif, qəşəng,
yüngül və qayğısız həyat keçirmiş bir qadın idi. Ravikə elə gəlirdi ki, qışqırıb
bayılacaq. Ancaq o, özünü itirmədi, cəlladlara elə sözlər dedi ki, iliklərinə işlədi.
Bu sözlərdən ölüm qoxusu gəlirdi və özü də bunu yaxşı bilirdi. Haakenin kinayəli
təbəssümü qeybə çəkildi, sorğu-sualı kəsdi. Səhəri gün Ravikə başa saldı ki,
boynuna almasa, Sibillanı qadınlar üçün həbs düşərgəsində nələr gözləyir. Ravik
cavab vermədi. Onda Haake həbs düşərgəsinə göndərilənə qədər Sibillanın başına
nələr gələcəyini söylədi. Ravik yenə susdu, çünki deyiləsi bir şey də yox idi. Sonra
Haakeni inandırmağa çalışdı ki, qadının
heç nədən xəbəri yoxdur, dedi ki, onu heç