Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 5,12 Mb.
Pdf görüntüsü
səhifə18/199
tarix14.06.2018
ölçüsü5,12 Mb.
#48972
1   ...   14   15   16   17   18   19   20   21   ...   199

[39] 

 

Əbu  Hüreyrədən  Həmmam  bin  Münəbbih  rəvayət  edir:  “Əbu  Hüreyrənin  belə 



dediyini  eşitdim:  HəzrətPeyğəmbərin(s)  əshabı  içində  Abdullah  bin  Amr  müstəsna 

məndən  daha  çox  hədis  bilən  kimsə  yoxdur.  O,  hədisləri  yazırdı,  mən  isə 

yazmazdım.”

156


 

Abdullah  bin  Amrın  “əs-Səhifətüs-sədiqa”sı  onun  ailəsində  qalmış  və  uzun 

zaman  mühafizə  edilmişdir.  Səhifələr  içərisində  ən  məhşurlardan  olan  “Səhifətüs-

sədiqa”da İbn Əsirin verdiyi məlumata görə min hədis vardır.

157

 

“Səhifətüs-sədiqa”  günümüzə  yalnız  Əhməd  bin  Hənbəlin  “Müsnəd”  adlı 



əsərinin  vasitəsilə  gəlib  çatmışdır.  Belə  ki,  Əhməd  bin  Hənbəl  “Müsnəd”inin 

“Abdullah bin Amr bin As” bölümündə bir araya  gətirdiyi  “Səhifətüs-sədiqa” hədis 

tarixində böyük önəm daşıyır.

158


 

 

8). Ənəs bin Malik 

Ənəs bin Malik həzrət Peyğəmbərin (s) Mədinəyə hicrət etdiyi əsnada kiçik bir 

uşaq idi. O, hələ kiçik yaşlarından yazıb-oxumağı öyrənmişdi. 

Tarixi  məlumatlara  görə  Ənəs  bin  Malik  həzrət  Peyğəmbərin(s)  yanında  on  ilə 

yaxın  bir  müddətdə  qalmış  və  Həzrətin  (s)  vəfatından  sonra  onun  evini  tərk 

etmişdir.

159

 əd-Dariminin  rəvayətinə  görə  Ənəs  bin  Malik  həyatının  sonlarına  yaxın 



uşaqlarına daima bu tövsiyələri etmişdir: “Ey uşaqlarım! Bu elmi (hədisi) yazın.”

160


 

Qaynaqların  verdikləri  məlumatlara  görə  Ənəs  bin  Malik  yalnız  həzrət 

Peyğəmbərdən  (s)  eşitdiyi  hədisləri  yazmaqla  kifayətlənməmiş,  eyni  zamanda 

yazdıqlarını  gözdən  keçirmiş  və  zəruri  gördüyü  təshihləri  etməsi  üçün  həzrət 

Peyğəmbərə (s)ərz etmişdir.

161


 

 

9). Əbu Hüreyrənin Həmmam bin Münəbbih yolu ilə gələn səhifəsi 

Əbu  HüreyrəPeyğəmbərin  (s)  səhabələrindən  olub  hicrətin  yeddinci  ilində 

(m.628)  İslamı  qəbul  etmişdir.  O,  Yəməndə  doğulmuş  və  ömrünün  otuz  ilini  orada 

keçirmişdir.  Buxarinin  verdiyi  məlumata  görə  Əbu  HüreyrəPeyğəmbərin  (s) 

xidmətində  iki  ildən  bir  az  artıq  olmuşdur.  O,  İslamı  hamıdan  gec  qəbul  etməsinə 

baxmayaraq, hamıdan çox hədis nəql etmişdir. 

Əbu  Hüreyrə oxuma-yazmanı bilən səhabələrdən olmuş, hətta farsca və həbəşcə 

də  bildiyi  rəvayətedilmişdir.

162

 Əbu  Hüreyrə  də  digər  səhabələr  kimi  Peyğəmbərdən 



(s) eşitdiyi hədisləri yazmışdır. 

Əbu  Hüreyrənin  tələbələrindən  biri  Həmmam  bin  Münəbbih  olmuşdur.  O  da 

Əbu Hüreyrə ilə həmyerli idi. O, təhsil üçün Mədinəyə gəlmiş, Əbu Hüreyrə də ona 

                                                 

156

Həmmam bin Münəbbihin səhifəsi, səh. 33 



157

İbn Əsir, Üsdül-qabə, c. III, səh. 123  

158

bax: İbn Salah, Hədis elmləri və Hədis istilahları, səh. 22, M. Həmdullah, Həmmam bin Münəbbihin səhifəsi, səh. 33 



Əhməd bin Hənbəl, Müsnəd, c. II, və s. mənbələr 

159


Ali Yardım, Hədis I-II, səh. 26 

160


Darimi, Sünəni-Darimi, c. I, səh. 125 

161


bax: Həmmam bin Münəbbihin səhifəsi, səh. 35 

162


 həmin mənbə, səh. 46 


[40] 

 

Peyğəmbərin  (s)  140  hədisini  seçib  vermişdir.



163

 Bu  hədislər  daha  çox  əxlaqla 

əlaqədar  olub,  Əbu  Hüreyrə  bunlardan  kiçik  bir  risalə  təşkil  etmiş  və  tələbəsinə 

yazdırmışdır.  Bu  hadisənin  tarixi  dəqiq  deyildir,  amma  Əbu  Hüreyrənin  ölümündən 

əvvəl  olması  şübhəsizdir.  Daha  sonrakı  bəzi  qaynaqlar  bu  risaləyə  “əs-Səhifətüs-

səhihə”  adı  verildiyini  göstərir.  Həmmam  bu  səhifəni  çox  qoruyub  saxladığı  üçün 

sonralar o səhifəyə “Səhifətu-Həmmam” deyilmişdir.

164


 

Məlumdur  ki,  Həmmam  bin  Münəbbih  hicri    40-cı  ildə  doğulmuş,  ustadı  Əbu 

Hüreyrə isə hicri 58-ci ildə vəfat etmişdir. Bu səhifə Həmmamın şeyxinin məclisinə 

davam  edərək  eşıtdiyi  hədislərin  məcmusu  olduğu  üçün,  mütləq  Əbu 

Hüyerəninvəfatından öncə, yəni hicri I əsrin ortalarında tədvin edilmiş olmalıdır.

165


 

Tarixi  məlumatlara  əsasən  demək  olar  ki,  “Səhifətüs-səhihə”ni  Həmmam  bin 

Münəbbih  zaman  keçdikcə  onu  öz  tələblərinə  oxumuş,  onun  gələcək  nəsillərə 

yetişməşi  üçün  bütün  gücündən  istifadə  etmişdir.  Həmmamın  da  tələbələri  bu 

səhifəyə  nə  bir  hədis  əlavə  etmiş,  nə  də  ondan  bir  hədis  belə  çıxarmamışlar.  Bu 

səhifəni  ciddi  mühafizə  edib,  onun  gələcək  nəsillərə  ötürülməsində  canfəşanlıq 

edənlərdən  də  biri  Mömər  ibn  Raşid  olmuşdur.  O,  nəinki,  adı  çəkilən  səhifəni 

mühafizə etmiş, həm də “Cami” adlı bir əsər də də meydana gətirmişdir. 

Həmmam  bin  Münəbinin  səhifəsini  məşhur  alim  Prof.  Dr.  Məhəmməd 

Həmdullah  1953-cü  ildə  Berlin  və  Dəməşqdə  bir-birinin  eyni  olan  nüsxələri  əldə 

etmişdir.

166


“Səhifətüs-səhihə”də olan hədisləri Əhməd bin Hənbəl “Müsnəd” əsərində 

olduğu kimi qələmə almışdır. 

Həmçinin bu səhifədə olan bəzi hədislər “Səhihi-Buxari”də də mövcuddur.  

 

10). Abdullah bin Abbas 

Peyğəmbərin  (s)  ən  yaxın  səhabələrindən  biri  və  Həzrətin  (s)  hədislərini  yazıb 

bir  araya  toplayanlardan  ən  məşhuru  Abdullah  bin  Abbasdır.  O,  elm  məclislərinə 

yanında gəzdiyi lövhələrlə daxil olar və Peyğəmbərin (s) hədislərini yazmaqla məşğul 

olarmış.

167


 

Məşhur  tarixçilərdən  olan  Musa  ibn  Üqbə  belə  bir  xəbər  verir:  “Qüreyb  bin 

Müslim bizə İbn Abbasın  yazılarından bir dəvə yükü kitab gətirib əmanət etmişdir. 

Onun  oğlu  Əli  bir  kitab  istədiyi  zaman  Qüreybə  bu  kitabı  (səhifəni)  mənə  göndər” 

deyə yazır, Qüreyb da onun istədiyi kitabın üzünü köçürərək iki nüsxədən birini ona 

göndərdi.”

168

 

Abdullah bin Abbasın tələbəsi Səid bin Cübeyr (öl.95) onun özünə imla etdirdiyi 



hədisləri yazardı. İbn Abbasın səhifələrinin olması şübhəsizdir. Onun səhifələri uzun 

zaman  əldən-ələ  dolaşmış,  müsəlmanlarda  bu  səhifələrdən  rəvayətedib  ondan 

faydalanmışlar.  Təfsir  və  hədis  kitablarında  İbn  Abbasın  nəql  etdiyi  hədislər  və 

                                                 

163

həmin mənbə, səh. 49 



164

həmin mənbə, səh. 49 

165

Sübhi əs-Saleh, Hədis elmləri və Hədis istilahları, səh. 25 



166

həmin mənbə, səh. 26 

167

İbn Səd, ət-Təbəqatül-kübra, İbn Abbas bölümü 



168

 həmin mənbə, İbn Abbas bölümü 




Yüklə 5,12 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə