Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 5,12 Mb.
Pdf görüntüsü
səhifə193/199
tarix14.06.2018
ölçüsü5,12 Mb.
#48972
1   ...   189   190   191   192   193   194   195   196   ...   199

[415] 

 

əməli  məsələlərinə,  o  cümlədən  namaz,  oruc  və  bu  kimi  digər  məsələlərə  daha  çox 



aiddir.  Müasir  türkiyəli  hədis  tədqiqatçılarından  olan  Yaşar  Kandemir  mötəbər 

mənbələrə  istinadən  yazır:  “Görünür  ki,  Allah  rizası  üçün  hədis  uydurduqlarını  və 

bunun mukafatını gözlədiklərini söyləyəcək qədər şüursuz olan bu qafil müsəlmanlar, 

xoş niyyətlə düzəltdikləri yalanın pis niyyətlə də işlənə biləcəyini və nəticə etibarilə 

bu  işin  xeyirdən  çox  şər  gətirəcəyini  düşünmürdülər.  Hətta,  etdikləri  işin  çirkin 

olduğunu,  həzrət  Peyğəmbərin  (s)  bu  hərəkətə  təşəbbüs  edəni  cəhənnəmdəki  yerini 

hazırlamaqla  təhdid  etdiyini  söyləyənlərə  bu  cavabı  verirdilər:  “Bu  təhdid,  onun 

əleyhində yalan söyləyənləri hədəf tutmaqdadır: biz isə, onun lehində yalan söyləyir 

və şəriətini qüvvətləndiririk. Haqqa müxalif bir sözümüz yoxdur.”

1486


 

 

D.



 

Şəxsi mənfəətpərəstlik 

Hədis  uydurmağın  ən  mühüm  səbəblərindən  biri  də  şəxsi  mənfəətpərəstlikdir. 

Bu qəbildən olan bəzi kimsələr öz şəxsi həyatlarında dönüş yaratmaq, yüksək vəzifə 

və  pul-para  qazanmaq  üçün,  məsumların  (ə)  adlarına  hədislər  uydurmuş  və  bu 

uydurmalar  vasitəsilə  İslam  əleyhdarları  arasında  öz  şəxsi  nüfuzlarını  qaldırmışlar. 

Bu  barədə  hədis  tədqiqatçıları  yazırlar:  “Dünyalıq  təmini  üçün  çalışan 

mənfəətpərəstlər nüfuz və idarə sahibi bir çox şəxslərin arzu və yaşayışlarına uyğun 

hədislər  düzəldərək  onlara  yaxınlaşmaq  və  bol-bol  bəxşiş  toplamaq  cəhətinə 

getmişlər.  Etdikləri  uyğunsuz  işləri,  dini  bir  dəlilə  dayandırmaq  surətiylə  xalq 

nəzərindəki  pərəstişlərini  itirmək  istəməyənlər  də  onlara  hüsnü-rəğbət 

göstərmişlər

1487


Şəxsi mənfəətpərəstlik ideyasıİslamın ilk dönəmlərində yaşamış bəzi səhabələrə 

də  şamil  edilməkdədir.  Belə  ki,  bunlar  içərisində  bəzi  kimsələr,  o  cümlədən  Əbu 

Hüreyrə, Müaviyə bin Əbi Süfyan, Amr bin As və digərləri bu sahədə daha çox irəli 

getmiş  kimsələrdir.  Bunlar  içərisindəƏməvilər  imperiyasının  banisi  Müaviyə  şəxsi 

mənfəətpərəstlik  eşqində  olan  kimsələri  daha  tez  öz  tərəfinə  çəkərək  onlara  verdiyi 

vəzifə  və  var-dövlət  hesabına  çoxlu  sayda  hədislər  düzəltdirmiş  və  onları  xilafət 

kürsüsündən bütün regionlara təbliğ etmişdir. Maraqlı burasıdır ki, Müaviyə və onun 

tərəfdarlarının  uydurub  düzəltdikləri  hədislərin  çoxu,  Əhli-beytin  (ə)  və  xüsusən  də 

həzrət  Əlinin  (ə)  əleyhinə  yönəlmişdir.  O,  bu  işdə  o  qədər  irəli  getmişdir  ki,  həya 

etmədən içki ayəsinin qadağan  olunmasını həzrət Əlinin (ə) sərxoşluğu (əuzubillah) 

ilə  əlaqədar  olması,  həzrət  Əlinin  (ə)  atasının  dünyadan  kafir  getməsi

1488

 haqqında 



hədislər  düzəltdirmişdir.  Həmçinin  hədis  uydurma  fəaliyyəti  sonrakı  xəlifələr 

dövründə də olmuş  və bu işdə Abbasi xəlifələri də az rol oynamamışlar. Mənbələrə 

görə  Abbasi  xəlifələri  tərəfindən  hədis  düzəltdirmə  işi  daha  çox  xəlifə  Mehdinin 

(775-785),  xəlifə  Harun  ər-Rəşidin  (786-809),  xəlifə  Məmunun  (813-833)  adı  ilə 

daha  çox  bağlıdır.  Onlar,  bəzi  mənfəətpərəst  və  vəzifəpərəst  insanları  Məsum 

imamların  (ə)  əleyhinə,  həmçinin  öz  hakimiyyətlərini  və  siyasi  görüşlərini  şəriətə 

                                                 

1486


 Mövzu Hədislər, səh. 58, Süyuti, Tədribür-ravi, c. I, səh. 283, Cəmaləddin əl-Qasimi, Qəvaidüd-təhdis min fünuni 

mustalahil-hədis, səh. 141, Dəməşq, 1925 

1487

 Y. Kandemir, Mövzu Hədislər, c. I, səh. 128, Zəkəriyya Ənsari, Fəthül-Baqi 



1488

 bax: Tirmizinin Sünən, Buxarinin Səhih əsərlərinə 




[416] 

 

uyğunlaşdırmaq  üçün  hədis  düzəltməyə  təşviq  etmişlər.  Mənbələr  yazır:  “Xəlifə 



Mehdinin hüzuruna  girən Qiyas bin  İbrahim  xəlifənin  göyərçin  yarışdırdığını  görüb 

Peyğəmbərədək  (s)  varan  bir  isnadla  guya  o  həzrətin  (s)  “ox,  dəvə,  at  və  quş 

yarışlarından  başqası  üçün  əvəz  almaq  halal  olmaz”  buyurduğunu  rəvayət  etmişdir. 

Mehdi  bu  rəvayətdən  məmnun  qalmış  və  Qiyas  bin  İbrahimə  on  min  dirhəm  pul 

vermişdir.”

1489


 Bu  və  digər  uydurulmuş  rəvayətlər  onu  göstərir  ki,  dünyapərəstlik 

meyli  bir  qrup  imansız  insanların  utanmadan  və  qorxmadan  Peyğəmbər  (s)  və  onun 

məsum  əhli-beytinin  (ə)  adına  yalan  danışmağa  vadar  etmişdir.  Bu  işdə  isə  onlara 

Əməvi  və  Abbasi  kimi  tarixin  qaranlıq  və  zalım  xəlifələri  yardım  etmiş  və  onların 

fəaliyyətlərinə münbit şərait yaratmışlar. Adı İslam xilafəti adlanan, lakin, İslamdan 

sui-istifadə  edən,  onun  pərdəsi  altında  gizlənib  öz  şəxsi  mənfəətlərini  düşünən 

xəlifələr  özlərinin  və  ata-babalarının  şərəfini  yüksəltmək  və  işğalçı  yürüşlərinə  dini 

don geyindirmək üçün külli miqdarda hədis uydurmuş və düzəltdirmişlər. Mənbələr 

yazır: “...Əməvilər və Abbasilər haqqında hədis uyduranların bir qismi bu işi bir ideal 

dəvət uğrunda deyil, sırf dünyapərəstlik təmini üçün etmişlər. Yəni, bu məqsədlərdir 

ki,  Əməvilər  zamanında  riyakar  mənfəətçilər,  Haşim  oğullarının  şan  və  şərəfini 

yüksəltdiklərini  hesab  edərək,  əshabdan  bəzilərinin  fəzilətlərinə  dair  bir  çox  hədis 

uydurmuşlar.”

1490


 “Edilən  bir  çox  fəthlərin  nəticəsində  maddi  imkanları  genişlənib, 

nüfuz  və  etibarları  çoxalan  Abbasilər  zamanında  isə,  mənfəətçi  uydurmaçılar 

fəaliyyət zəminini daha münasib bilmiş və fəaliyyətlərini artırmışlar.”

1491


 

Təəssüflər  olsun  ki,  bu  gün  əlimizdə  olan  bir  çox  mötəbər  və  məşhur 

mənbələrdə müxtəlif səbəblər üzündən uydurulmuş hədislər yer tutmuşdur. Xüsusilə 

də erkən orta əsrlər dövründə və məxsusən də Abbasilər dövründə yazılmış bəzi hədis 

əsərlərində çoxlu sayda movzu hədislər vardır. Bəlkə də, belə mötəbər kitablarda zəif 

hədislərin  yer  tutmasının  ilk  səbəblərindən  biri,  həmin  əsər  müəlliflərinin  siyasi 

dairələrin  və  xüsusən  də  xəlifələrin  şəxsi  təzyiqlərinin  altına  düşmələri  olmuşdur. 

Bunu həm bir çox tarixi və məntiqi faktlar da sübut etməkdədir. Bu mövzunu təhlil 

edən  dövrümüzün  məşhur  alimlərindən  olan  Cəfər  Sübhani  yazır:  “Sihah  və  Sünən 

müəllifləri  belə  açıqlayırlar  ki,  doğrudan  da  onlar  öz  hədislərini  çoxlu  sayda  doğru 

olan  hədislərdən  çıxarmışlar.  Əbu  Davud  öz  sünənində  dörd  min  səkkiz  yüz  hədis 

gətirmişdir. O deyir: Mən bunları beş yüz min hədis içərisindən seçdim. 

“Səhihi-Buxari” təmiz olaraq təkrarsız  yeddi min altımış bir hədisi  ehtiva edir. 

O, bunları altı yüz min hədisdən seçdiyini deyir. 

“Səhih-Müslim”ün təkrarsız dörd min hədisi vardır. O, bunları üç yüz min hədis 

içərisindən seçib götürmüşdür. 

Əhməd  bin  Hənbəl,  “Müsnəd”ində  otuz  min  hədis  qeyd  etmişdir.  O,  bunları 

yeddi yüz min hədisdən seçmişdir. O, bir milyon hədis əzbərləyibmiş!!! 

Əhməd  bin  əl-Fərrat  (öl.  258  h/q)  bir  milyon  beş  yüz  min  hədis  yazmışdır. 

Onlardan üz yüz minin təfsir, əhkam və digər şeylərdə gətirmişdir.”

1492

 

                                                 



1489

 Y. Kandemir, Mövzu hədislər, səh. 61, Əli əl-Qari, Şərhu nühbətil-fikər, səh. 125 

1490

 Əhməd Əmin, Fərcül-İslam, səh. 213 



1491

 geniş məlumat üçün bax: Y. Kandemir, Mövzu hədislər, səh. 62 

1492

 Üsulul-hədis və əhkamuhu, səh. 120-121, Əbdülhüseyn əl-Əmini, əl-Qədir, c. V, səh. 292-293 




Yüklə 5,12 Mb.

Dostları ilə paylaş:
1   ...   189   190   191   192   193   194   195   196   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə