Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 5,12 Mb.
Pdf görüntüsü
səhifə190/199
tarix14.06.2018
ölçüsü5,12 Mb.
#48972
1   ...   186   187   188   189   190   191   192   193   ...   199

[409] 

 

nüzula  aid  uydurmaq  surətiylə  iddialarini  Quran  ayələriylə  isbat  etmək  cəhdləri  də 



olmuşdur.”

1462


 

Xüləfai-raşidin dövrünün sonu, xüsusən Əməvilər dövründə (661-750) qəza və 

qədər münaqişələri artmiş,

1463


 qədəriyyə və mürciyə məzhəbləri təşəkkül tapmişdi.

1464


 

Qədəriyyə  məzhəbi  bir  çox  hədisər  uydurmuşlar.  Qədəriyyə  məzhəbindən  tövbə 

edərək  ayrılan  Əbu  Rəca  Mühriz  deyir:  “Qədəriyyəçilərdən  qətiyyən  bir  şey  rəvayət 

etməyin, vallahi biz insanları məzhəbimizə çəkə bilmək üçün hədislər uydurur və bu 

hərəkətimizlə  savab  qazanacağimizi  umurduq.  Mən  bu  surətlə  qədəriyyə  məzhəbinə 

dörd min kişi qatdim.”

1465

 

Mürciə  məzhəbi  də  hədis  uydurmaqda  öndə  gələn  firqələrdəndir.  Belə  ki,  bu 



məzhəbin liderlərindən olan Məhəmməd bin Qasim ət-Tayqanidir.

1466


 O, rəvayət edir: 

“İmanin artib əskiləcəyini zənn edən kimsə bunu bilsin ki, imanin artiği nifaq, əskiyi 

isə küfrdür. Bu qənaətdən vaz keçməyənin boynunu qilincla vurun, bunlar Rəhmanın 

düşmənidir.”

1467

 

Həmçinin mürciə və qədərilərin müxalifləri onlara qarşi hədis uydurmuşlar. Belə 



ki,  guya  Peyğəmbər  (s):  “Ümmətimdən  qədəriyyə  və  mürciyə  məzhəbindən  olanlar 

şəfaətimə nail olmayacaqlar”

1468

 demişdir. 



Bundan  başqa  mövzu  hədislərin  meydana  çixmasi  ilə  əlaqədar  aşağidaki 

məqamlara  da  toxunmaq  lazımdır.  Belə  ki,  hədis  uyduranları  aşağıdakı  kimi 

quruplaşdirmaq olar: 

 

Hədis uydurmaği caiz görənlər 

Bura  daha  çox  sufilər,  kiramiyyələr  və  digərləri  daxildir.  Bu  qurupdan  olanlar 

aşağıdakı  hədisi  dəlil  gətirirlər  ki,  Peyğəmbər  (s)  deyib:  “Hər  kəs  insanları  yoldan 

azdirmaq üçün mənim adıma yalan uydursa, cəhənnəmdəki yerinə hazırlansın.” Onlar 

bu hədis vasitəsiylə əməllərin fəzilətləri, insanları yaxşılığa dəvət etmək, pisliklərdən 

cəkindirmək  və  bu  kimi  mövzularda  hədis  uyduranlar  düşünmürlər  ki,  Allah 

Rəsuluna  (s)  qarşı  yalan  demək,  onun  demədiyi  bir  sözü  onun  dediyi  kimi  qələmə 

vermək günahdır. Bundan başqası üçün isə olar. 

 

Məşhur yalançılar 

Bu qurupa aid olan hədis uydurucuları hədis ədəbiyyatı tarixində “müəmmərun” 

(uzunömürlülər) adı altında tanınırlar. Bunlar özlərini Peyğəmbərin (s) səhabəsi kimi 

tanıdır, Peyğəmbərdən (s) 3-4 əsr sonra  yaşamaqlarına baxmayaraq, özlərini  onunla 

birgə  bəzi  döyüşlərdə  olduğunu,  Peyğəmbərin  (s)  onlara  ehtiram  göstərdiyini  və  s. 

iddia edirlər belə şəxslərdən aşağıdakıları qeyd etmək olar. 

                                                 

1462

 Yaşar Kandemir, Mövzu hədislr, səh. 33  



1463

 Əbu Zəhra, əl-Məzahibül-islamiyyə, səh. 185 

1464

 İbn Teymiyyə, Minhacüs-sünnə, c. I, səh. 220 



1465

 İbn Əbülhatim, əl-Cərhu vət-tədil, c. I, səh. 32 

1466

 Yaşar Kandemir, Mövzu hədislər, səh. 43 



1467

 İbn Arraq, Tənzihüş-şəriət, c. I, səh. 149 

1468

 həmin mənbə, səh. 153 




[410] 

 

a)Məkləbə bin Məlqan əl-Xarəzmi. O, Peyğəmbərin (s) hicrətindən 140 il sonra 

ortaya çixaraq 24 qəzvədə o həzrətlə (s) birgə iştirak etdiyini iddia etmişdi.

1469


 

b)Qeys  bin  Təmim  ət-Tai  əl-Əshəc.O,  hicri  517-ci  ildə  Geylan  şəhərində 

Peyğəmbərdən (s) birbaşa hədislər rəvayət etmişdir.

1470

 

c)Əbülhəsən  bin  Nofəl  ər-Rai.  O,  da  hicri  600-ci  illərdə  ortaya  çixaraq 



Peyğəmbərin (s) “şəqqülqəmər” möcüzəsini  gördüyünü iddia etmişdir.

1471


 

 

7.2.ZƏİF HƏDİSLƏRİN UYDURULMASI SƏBƏBLƏRİ 

 

Ümumiyyətlə  hədisşünaslar  və  tədqiqatçılar  saxta  hədislərin  uydurulmasında 



aşağıdakı mühüm məqsədləri qeyd etmişlər.  

 

A.



 

Siyasi, etiqadi və məzhəbi ixtilaflar 

Hədis saxtalaşdıranların ən ümdə məqsədlərindən biri heç şübhəsiz ki, siyasi və 

etiqadi ixtilaflardır. Belə ki, Peyğəmbərin (s) vəfatından sonra meydana çıxan xilafət 

məsələsi İslam aləmində ilk parçalanmanın, siyasi və etiqadi ixtilafların əmələ gəldiyi 

ən  mühüm  hadisədir.  Təəssüflər  olsun  ki,  bu  mühüm  problem  o  zamankı 

müsəlmanlar  tərəfindən  lazımınca  çözülmədiyindən  İslamda  sünnilik  və  şiəlik 

məzhəblərinin  meydana  gəlməsinə  səbəb  olmuşdur.  Belə  olan  halda  hər  iki  məzhəb 

ardıcılları bir-birinin tənqidində  və hətta qarşı tərəfin “batil” olduğunu bildirmək və 

isbat  etmək  üçün  bir-birinə  zidd  olan  hədislər  rəvayət  etmişlər.  Peyğəmbərin  (s) 

dövründə  qığılcım  olaraq  meydana  gələn  hədis  uydurma  fəaliyyəti  raşidi  xəlifələrin 

dövründə  (632-661)  daha  da  alışmış  və  artıq  Əməvilər  və  Abbasilər  dövründə  son 

zirvəsinə  yüksəlmişdir.  Artıq  hakimiyyətə  gələn  xəlifələr  öz  hakimiyyətlərini 

qanuniləşdirmək və siyasi mübarizələrinə dini don geyindirmək üçün ən qüvvətli və 

doğru  yolu  hədis  düzəltməkdə  görmüşlər.  Bu  işin  ən  güclü  nümayəndəsi  ilk  Əməvi 

xəlifəsi  Müaviyə  bin  Əbi  Süfyan  olmuşdur.  Bunu  bütün  mötəbər  mənbələr  təsdiq 

etdiyi  halda,  nədənsə  bəzi  qaynaqlar  bu  mövzuya  ötəri  yanaşmışlar.  Görkəmliİslam 

alimi və məşhur “Nəhcul-bəlağə” şərhçisi İbn Əbil-Hədid yazır: “Müaviyə bir dəstə 

səhabə və rəiyyətdən olan adamları vadar etdi ki, İmam Əli (ə) barədə bir sıra çirkin 

xəbərlər  düzəltsinlər  ki,  həmin  xəbərlər  ona  tənə  vurmağa  və  möminləri  ondan 

uzaqlaşdırmağa  səbəb  olsun.  Onlar  üçün  qiymətli  mukafatlar  da  təyin  etdi.  Bu 

adamlar  da  onu  razı  salacaq  şeylər  düzəltdilər.  Səhabələrdən  Əbu  Hüreyrənin,  Əmr 

bin  Asın,  Müğeyrə  bin  Şöbənin,  rəiyyətdən  isə  Ürvə  bin  Zübeyrin  adlarını  çəkmək 

olar.”

1472


 Hətta,  alim  adı  çəkilən  məşhur  əsərində  uydurulmuş  bəzi  hədisləri  də  qeyd 

etmişdir. Müəllif yazır: “Zühri rəvayət edir ki, Ürvə bin Zübeyr dedi: Aişə mənə dedi 

ki,  Peyğəmbərin  (s)  yanında  idim.  Bu  vaxt  Abbas  və  Əli  gəldilər.  Peyğəmbər  (s) 

buyurdu: Ey Aişə, bu iki nəfər mənim millətimdən başqa bir millət, yaxud da, mənim 

dinimdən başqa bir dində olacaqlar.”

1473


 

                                                 

1469

 Zəhəbi, Mizanül-etidal, c. IV, səh. 178 



1470

 İbn Həcər əl-Əsqəlani, əl-İsabə fi təmyizis-səhabə, c. V, səh. 287  

1471

 Zəhəbi, Mizanül-etidal, c. IV, səh. 515 



1472

 İbn Əbilhədid əş-Şafei, Şərhu Nəhcil-bəlağə, 56-cı və digər xütbələrin şərhində 

1473

 həmin mənbə 




Yüklə 5,12 Mb.

Dostları ilə paylaş:
1   ...   186   187   188   189   190   191   192   193   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə