Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 5,12 Mb.
Pdf görüntüsü
səhifə187/199
tarix14.06.2018
ölçüsü5,12 Mb.
#48972
1   ...   183   184   185   186   187   188   189   190   ...   199

[402] 

 

və  yaxud  da  bəzisinə,  yəni  onun  ricalının  hamısı  və  ya  bir  hissəsinin  yeri  digər 



ravilərlə dəyişmiş (məqlub) olsun.

1433


 

Əhli-sünnə  qaynaqlarında  da  Məqlub  hədisə  belə  tərif  verilməkdədir:  “Siqə 

ravilərə  müxalif  və  ya  sənəddəki  ravi  isimlərini  ya  da  mətnin  bəzi  kəlmələrini 

təqdim-təhriflə  rəvayət  etməklə  gerçəkləşdirilir.  Bu  çeşid  bir  müxalifət  ilə  rəvayət 

edilən  hədisə  məqlub  deyilir.”

1434


 Bundan  da  daha  gözəl  tərifi  Sübhi  əs-Saleh 

vermişdir: “Ravilərdən birinin mətndəki bir kəlmənin və ya isnaddakı bir şəxsin adını 

yaxud  nəsəbini  alt-üst  etməsiylə,  təxirə  salınması  lazım  olanı  qabağa  salmaq  və 

yaxud  da  qabaqa  salınması  lazım  olanı  təxirə  salmaq,  yaxud  da  bir  şeyin  digərinin 

yerinə qoyulması surətiylə rəvayət edilən hədisə məqlub deyilir.”

1435


 

 

əl-Müztərib 

Müztərib o növ hədisə deyilir ki, o hədislər çoxdur, onun mətnində və sənədində 

ixtilaf  vardır.  Belə  ki,  bir  dəfə  bir  surətdə,  başqa  dəfə  isə  ayrı  bir  surətdə  rəvayət 

edilsin.  Həmçinin  bir  ravi  və  ya  çoxsaylı  ravi  tərəfindən  ixtilafın  ortaya  çıxması 

eynidir.


1436

 

Əhli-sünnə məzhəbində isə müztərib hədis növünə aşağıdakı təriflər verilmişdir: 



“Birdən çox rəvayəti olduğu halda rəvayətlərinin birini digərinə tərcih edəcək (üstün 

tutacaq)  səbəb tapılmayan hədisdir.”

1437

 Müztərib  hədisin  digər  bir  tərifi  isə  belədir: 



“Bəzən bir, bəzən isə iki və ya daha çox ravidən müxtəlif şəkillərdə rəvayət edilən, 

ancaq  nə  ravilərdən  birinin  hafizə  yönündən  üstünlüyü,  nə  özünün  rəvayət  etdiyi 

şeyxinə  yaxınlıq  dərəcəsi  və  nə  də  sair  üstünlük  səbəblərindən  birinin  olmaması 

səbəbilə rəvayətləri arasında tərcih edilməyən hədisə müztərib hədis deyilir.”

1438

 

Bu təriflərin müqayisəli tərifi onu göstərir ki, müztərib hədislər müxtəlif yollarla 



rəvayət  olunmuş,  lakin  aralarında  olan  müxtəlifliyi  aradan  apara  biləcək  səbəbin 

olmaması ilə ortalığa çıxan bir hədis çeşididir. Məsələn, Peyğəmbərin (s) “Məni Hud 

və ona oxşar surələr qocaltdı” hədisini çoxlu müxtəlif, o cümlədən Əbu Bəkr, Aişə və 

Səddən rəvayət olunan yolları vardır. Bu hədisin sənədində olan müxtəlifliyi aradan 

aparmaq  üçün  ravinin  birini  digərindən  zəif  edib  bir  zabt  sifəti  olmalıdır.  Bu  zabt 

sifətini bu isnadda  yer alan ravilərin heç birinə şamil  etmək mümkün olmadığından 

hədis müztərib olmuşdur.

1439


 

Qeyd etdiyimiz kimi iztirab hədisin həm sənədində, həm də mətnində ola bilər. 

Sənəddə  olan  iztiraba  gəldikdə  bəzən  olur  ki,  ravi  hədisi  öz  atasından,  o  da 

babasından  rəvayət  edir.  Başqa  dəfə  isə  vasitəsiz  babasından  rəvayət  edir,  üçüncü 

dəfə isə digər üçüncü şəxsdən rəvayət edir. 

Mətndə  olan  iztiraba  gəldikdə  isə  bu,  hədisin  iki  müxtəlif  mətnlə  rəvayət 

edilməsidir.  Buna  misal  aşağıdakı  rəvayəti  göstərmək  olar.  Belə  ki,  bu 

                                                 

1433

 C. Sübhani, Ülumul-hədis və əhkamuhu, səh. 118, Şəhid Sani, adı çəkilən əsəri, səh. 150 



1434

 İ. L. Çakan, Hədis üsulu, səh. 141 

1435

 həmin mənbə, səh. 153 



1436

 C. Sübhani, adı çəkilən əsəri, səh. 117 

1437

 İ. L. Çakan, Hədis üsulu, səh. 142 



1438

 T. Koçyigit, Hədis istilahları, səh. 357 

1439

 bax: S. əs-Saleh, adı çəkilən əsəri, səh. 150, Süyuti, Tədribür-ravi, səh. 94 




[403] 

 

rəvayətiKüleyni  bir,  Tusi  isə  digər  mətn  əsasında  rəvayət  etmişdir.  Küleyni  rəvayət 



edir:  “Əgər  qan  sağ  tərəfdən  xaric  olarsa,  o  heyzdir.  Yox  əgər  sol  tərəfdən  xaric 

olarsa, o yaradır.”

1440

 

Tusi  isə rəvayət edir:  “Əgər qan sol  tərəfdən xaric  olarsa, o heyzdir. Yox əgər 



sağ tərəfdən xaric olarsa, o yaradır.”

1441


 

Ustad Sübhani yazır: “Təəccüblü burasıdır ki, Seyid Əhməd bin Tavus “Buşra” 

əsərinin  müəllifi,  bu  rəvayəti  tədlis  adlandırmışdır,  amma  bu  qəti  olaraq  tədlis 

deyildir. Bu rəvayət müztərib hədisdir ki, onu dirayə alimləri qeyd etməmişlər.”

1442

 

 



əş-Şazz 

Şazz hədis haqqında ötən fəsildə məlumat  verildiyindən burada onun  haqqında 

geniş danışmayacağıq. Bu hədis növünün bu fəsildə yerləşdirməyimiz ona görədir ki, 

şazz hədis, əgər onun ravisi siqə (güvənilən)  olarsa, şiə məzhəbinə görə məqbuldur, 

əks  halda  isə  zəifdir.  Amma  əhli-sünnə  məzhəbinə  görə  isə  şazz  hədis  zəif  hədis 

növlərindəndir.

1443

 

 



əl-Müsəhhəf 

Bu növ hədislərdən də ötən fəsldə danışdıq. Burada isə onu qeyd etmək istərdik 

ki, bu növdən olan hədislərdə mətndə olan kəlmələrin nöqtə dəyişikliyinə uğraması, 

onun  mətninin  kəlmə  dəyişikliyinə  gətirib  çıxardığından  əhli-sünnə  alimləri  bu  növ 

hədislərə zəif hədis qrupunda yer vermişlər. Amma, təbiidir ki, kəlmənin əsl oxunuş 

qaydası və surəti bərpa edilərsə, o səhih ola bilər. 

 

əl-Muharraf 

Muharraf hədislər haqqında da ötən fəsildə məlumat vermişik. Burada isə demək 

istərdik  ki,  bu  növ  hədislərin  zəif  hədislər  cərgəsində  qeyd  edilməsi  onun 

kəlmələrində  olan  hərəkə  dəyişikliyinə  görədir.  Amma  yenə  də  onun  kəlməsinin 

hərəkələri doğru olaraq bərpa edilərsə, o hədis doğru ola bilər. 

Bu  fəsildə  incələyib  təhlil  etdiyimiz  zəif  hədislərə  məxsus  terminləri  iki  başlıq 

altında, sənəddəki qopuqluq səbəbinə görə zəif hədislər və  ravidəki cərhin olmasına 

görə  zəif  hədislər  kimi  təhlil  etdik.  Lakin  zəif  hədislərə  məxsus  digər  terminlər  də 

vardır ki, onları bu başlıq altında toplamasaq da və daha doğrusu onlar bu iki başlığın 

heç birinə aid olmadığından, onları xüsusi olaraq araşdıracağıq. Beləliklə, həmin zəif 

hədis növləri aşağıdakılardır: 

 

əl-Mühməl 

Mühməl,  hərfən  “göz  önünə  alınmayan”,  “hesaba  qatılmayan”  mənasındadır. 

Hədis  elmindəki  mənası  isə,  “o  bir  hədis  növüdür  ki,  onun  sənədində  rical 

                                                 

1440


 Küleyni, əl-Kafi, c. III, səh. 94 

1441


 Şeyx Tusi, Təhzibül-əhkam, c. I, səh. 385 

1442


 Cəfər Sübhani, Ülumul-hədis və əhkamuhu, səh. 118 

1443


 bax: keçən fəslə, Şazz bölümünə 


Yüklə 5,12 Mb.

Dostları ilə paylaş:
1   ...   183   184   185   186   187   188   189   190   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə