Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 5,12 Mb.
Pdf görüntüsü
səhifə185/199
tarix14.06.2018
ölçüsü5,12 Mb.
#48972
1   ...   181   182   183   184   185   186   187   188   ...   199

[398] 

 

məsumun  (ə)  hədisləri  ilə  heç  bir  əlaqəsi  olmayıb,  yalnız  bir  qrup  yalançı  ravilər 



tərəfindən  uydurulmuş  hədislərdir.  Ravilərin  isə  məsumların  (ə)  adlarına  hədis 

uydurmalarının səbəblərini isə gələn fəsildə aydınlaşdıracağıq. 

Mövzu  hədislər  əhli-sünnə  qaynaqlarında  da  olduğu  kimi  tərif  edilməkdədir. 

Bunu biz Nurinin verdiyi tərifdən də gördük. Lakin burada digər alimlərin də bu növ 

hədis  haqqında  dediyi  tərifə  nəzər  salaq.  Belə  ki,  əhli-sünnənin  hədis  üsulu 

əsərlərində  yazılır:  “Peyğəmbər  (s)  adına  yalan  uydurmaqla  cərh  edilmiş  ravinin 

rəvayətinə mövzu deyilir. Bu əslində hədis deyildir. Ona hədis deyə uydurulmuş söz 

demək  daha  doğru  olardı.”

1414

 Mövzu  hədisinuydurulma  qaydası  haqqında  Prof.  Dr. 



Süleyman  əd-Dari  yazır:  “Hədis  uydurmağın  bir  neçə  qaydası  vardır  ki,  onlardan 

aşağıdakıları qeyd etmək olar: 



A). Hədis uyduran ravi özündən kəlmələr uyduraraq onu hədis kimi qələmə verir 

və onu Peyğəmbərə (s) aid edir. 



B).  Bəzi  keçmiş  qaynaqlardan  və  ya  qədim  filosofların  yaxud  da  digər 

qruplardan kəlmələr götürüb onu Peyğəmbər (s) adına uydurur. 



C). İsnadı zəif olan hədisləri götürüb onlara səhih isnad əlavə edib rəvayət edir. 

Ç). Xətaları bir-birinə qarışdırıb onu zəifə oxşadır və etimadsız edir.

1415


 

Zəif  hədisin  ən  aşağı  dərəcəsi  olan  mövzu  hər  iki  məzhəb  alimlərinə  görə 

qondarma  bir  şey  olduğundan  hökmünə  əməl  edilməz  və  heç  vaxt  höccət  sayıla 

bilməz. Mövzu hədislər hər iki məzhəbdə pisləndiyindən alimlər daim onun tədqiqatı 

ilə  məşğul  olmuş  və  belə  növ  hədisləri  üzə  çıxararaq  xalqa  tanıtmışlar.  Mövzu 

hədislərə aid aşağıdakı bir neçə hədisi misal göstərmək olar: 



1.  “Ağ  xoruz  mənim  dostumdur  və  dostumun  dostudur.  Onun  düşməni  mənim 

düşmənimdir.” 



2. “Allahın yanında üç güvənilir kişi vardır: Mən, Cəbrail və Müaviyə.” 

3.“Allah  vəhyini  göydə  Cəbrailə,  yerdə  də  Məhəmməd  (s)  və  Müaviyə  bin Əbi 

Süfyana əmanət etdi.” 



4.  “Peyğəmbər  (s)  Müaviyəyə  bir  ox  verdi  və  “bunu  Cənnətdə  mənə 

qaytaracaqsan” dedi. 



5.“Əbu  Bəkri  sevmək  bütün  müsəlmanlara  vacibdir,  axirətdə  Allah  insanlardan 

ayri olaraq Əbu Bəkrə xüsusi təcəlla edəcək.”

1416

 

6.  “Əbu  Bəkr  və  Öməri  hər  kəs  sevərsə,  kimliyindən  asılı  olmayaraq  cənnətə 



girəcək.”

1417


 

7.Əbu  Hüreyrə  deyir:  “Dünya  səmalarında  səksən  milyon  mələk  vardir  ki, 

bunlar  Əbu  Bəkri  və  Öməri  sevənlərin  əffi  üçün  dua  edərlər.  İkinci  qat  səmadaki 

səksən milyon mələk də onlari sevməyənlərə lənət edərlər.”

1418


 

8.Cəbrail (ə) Peyğəmbərə (s) bir qələm verib dedi: “Allah buyurur: ey həbibim, 

mən  bu  qələmi  uca  ərşimdən  Müaviyəyə  hədiyyə  edirəm,  bu  qələmi  ona  ver  və 

bununla bir ayəti-kürsi yazmasını istə…”

1419


 

                                                 

1414

 İ. L. Çakan, Hədis üsulu, səh. 137 



1415

 Muhadarat fi ülumil-hədis, səh. 80 

1416

 İbn Arraq, Tənzihüş-şəriət, c. I, səh. 345 



1417

 həmin mənbə, səh. 347 

1418

 həmin mənbə, səh. 348 




[399] 

 

9. “Allahın əmin bildiyi 3 kimsə vardir: mən, Cəbrail və Müaviyə.”

1420

 

10.İmam  Əli  (ə)  deyir:  “Mən  Peyğəmbərin  (s)  hüzurunda  vəhy  yazarkən 



Müaviyə gəldi, Peyğəmbər (s) qələmi məndən alıb ona  verdi, elə zənn etdim ki, bu 

ilahi bir əmrdir.”

1421

 

Hər  iki  məzhəb  alimlərinə  görə  bu  hədislər  qondarmadır  və  Peyğəmbərin  (s) 



adına uydurmadır.

1422


 

Mövzu  hədislərə  aid  ən  güclü  misal  Qurani-kərimin  təhrif  olunması  haqqında 

deyilmiş hədislərdir. Həmin hədislərin bir qismi aşağıdakılardan ibarətdir: 

 دبع وبأ لاق :لاق ،ملاس نب ماشه نع مكحلا نب يلع نع )تاءارقلا باتك( يف يرايسلا دمحم نب دمحأ

.ةيآ فلا ةرشع هلآ و هيلع الله ىلص دمحم ىلإ ليئاربج هب ءاج يذلا نآرقلا :ملاسلا هيلع الله

 

ا لضف( باتك رخآ يف ملاسلَا ةقث



ىيحي نب دمحم نع )يفاكلا( نم )نآرقل

 

 نع ،دمحم نب دمحأ نع ،

 ىلإ )ع( ليئاربج هب ءاج يذلا نآرقلا نا :لاق ملاسلا هيلع اللهدبع يبأ نع ،ملاس نب ماشه نع ،مكحلا نب يلع

ةيآ فلا رشع ةعبس هلآ و هيلع الله ىلص دمحم

  

.

 

اهِّنإ :اهلوق )هلآو هيلع الله ىلص(يبنلا ةجوز( ةشئاع نع

 

 قبي ملف ةيآ يتئامتناك ـ بازحلأا ةروس يأ ـ

نوعبسو ثلاث ِّلَإ اهنم

1423

.

 

 َلاَق ; ةَيآ  َنيِعْبَس َو اًث َلاَث تْلُق ؟ باَزْحَ ْلأا ةَروُس  َنوُّدُعَت ْمَك : بْعَك نْب  ِّيَبُأ يِل َلاَق َلاَق  ِّر ِز ى َوَر َو



 يِذَّلَا َوَف :

 ْعَتَل  ْتَناَك  ْنَأ بْعَك نْب  ِّيَبُأ ِهِب فِلْحَي

 اَذِإ ةَخْيَّشلا َو خْيَّشلا : مْجَّرلا ةَيآ اَهْنِم اَنْأَرَق ْدَقَل َو , ل َوْطَأ  ْوَأ ةَرَقَبْلا ةَروُس لِد

اَم ةَلْمُج  ْنِم  َكِلَذ  َّنَأ  ِّيَبُأ َداَرَأ . ميِكَح زي ِزَع  َّ َاللَّ َو  َّاللَّ  ْنِم  ًلَاَكَن ةَّتَبْلا اَمُهوُمُج ْراَف اَيَنَز

 

 نآ ْرُقْلا  ْنِم َخِسُن

 اَم اَّمَأ َو .

ةَشِئاَع تْيَب يِف ةَفي ِحَص يِف  ْتَناَك ةَداَي ِِّزلا  َكْلِت َّنَأ  ْنِم ىَكْحُي

.

1424

 

 

əl-Mətruk 

Mətruk  o  növ  hədislərə  deyilir  ki,  onun  ravisi  yalançılıqda  ittiham  olunur  və  o 

hədisdə olmasa belə digər işlərdə də yalançı  olan ravinin nəql etdiyi hədisdir.

1425

 Şiə 


qaynaqlarında  bu  növ  hədis  “əqsami-ərbəə”dən  biri  olan  zəif  hədislər  növündəndir. 

Həmçinin  bu  hədis  növü  əhli-sünnə  qaynaqlarında  da  zəif  hədis  kimi  dəyərləndirilir 

və haqqında rədd edilən hədis hökmü verilir. 

 

 



 

əl-Mətruh 

Bu  növ  hədislər  də  mətruk  hədislərin  ümumi  mənasını  daşıyır  və  hətta  əhli-

sünnə  qaynaqlarında  mətruk  hədisin  eyni  kimi  tərif  edilir.  Şiə  qaynaqlarında  da  bu 

növ hədislər zəif hədislər cərgəsində yer alır və “qəti dəlilə müxalif olan, yozum və 

izah  qəbul  etməyən  və  şazz  hədislə  eyniyyət  təşkil  edən  hədis”  kimi  tərif  edilir.  Biz 

mətruh və mətruk  hədis növlərini hər iki məzhəb üzrə ötən fəsildə aydınlaşdırdıq. 

 

                                                                                                                                                                  



1419

 Süyuti, Təhzirül-xəvvas, c. I, səh. 414 

1420

 Zəhəbi, Mizanül-etidal, c. II, səh. 232, Süyuti, Təhzirül-xavvas, c. I, səh. 417, İbn Arraq, Tənzihüş-şəriət, c. II, səh. 



1421


 İbn Arraq, Tənzihüş-şəriət, c. II, səh. 19, Şövkani, Fəvaidül-məcmua, səh. 403 

1422


 bax: İbn əl-Cəvzi, Mövzuat, II-III, H. S. əd-Dari, Muhadarat fi ülumil-hədis, səh. 84, T. Koçyigit, Hədis üsulu, səh. 

106, Əllamə Əmini, əl-Qədir, c. V, silsilətül-mövzuat fəsli 

1423

 Səhihi-Buxari, c. VIII, səh. 208-211, Səhihi-Müslim, c. IV, səh. 167  



1424

 Qurtubu, Təfsir-Qurtubi, Əhzab surəsinin birinci ayəsinin təfsiri 

1425

 Cəfər Sübhani, Ülumul-hədis və əhkamuhu, səh. 95 




Yüklə 5,12 Mb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə