Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 5,12 Mb.
Pdf görüntüsü
səhifə184/199
tarix14.06.2018
ölçüsü5,12 Mb.
#48972
1   ...   180   181   182   183   184   185   186   187   ...   199

[396] 

 

Abdullah  bin  Rəbah  və  Əbu  Qətadədir.  Deməli,  sənəd  belə  olmalıdır:  “Musa  bin 



İsmayıl-Həmmad bin Sabit-əl-Bənani-Abdullah bin Rəbah- Əbi Qətadə...” 

 

əl-Müəlləq 

Müəlləq hədis isnadının əvvəlində bir və ya bir neçə ravisi düşmüş hədisdir.

1405


 

Müəlləq hədisin tərifi hər iki məzhəbdə eynidir. Burada diqqət yetiriləsi məqam 

vardır  və  o  da  bundan  ibarətdir  ki,  müəlləq  hədislər  hər  iki  məzhəbdə  zəif  hədislər 

qrupuna  aid  olsa  da  şiə  məzhəbində  onun  eyni  zamanda  “əqsami-ərbəə”  arasında 

müştərək  hədis  növlərindən  hesab  olunması  mümkündür.  Bu  məsələyə  aydınlıq 

gətirən CəfərSübhani yazır: “Məlumdur ki, müəlləq sənədin başında ravinin düşməsi 

ilə meydana gələn hədisdir. Bu növ hədislər “əl-Fəqih”, “ət-Təhzib” və “əl-İstibsar” 

əsərlərində  çoxluq  təşkil  edir.  O  əqsami-ərbəə  arasında  müştərək  olaraq  işlədilən 

hədis növüdür. Ötən fəsildə xatırlatdığımız kimi o əsərlərdə olan müəlləqi onlar üsul 

və  kitablardan  rəvayət  etmişlər,  yəni  o  müəlliflər  ravinin  düşməsini  bilir  və 

tanıyırdılar.  Amma  əgər  sənəddə  ravinin  düşməsi  və  kimliyi  məlum  olmasa,  o 

müəlləq  zəif  xəbər  çeşidlərindən  olacaqdır.  Bu  növ  hədislərdə  yerinə  görə  məqsəd 

güdülür.  Bunun  kimi  məvquf,  məqtu,  münqəti,  mudal  və  müəlləq  hədislər  yaxın 

mənalardadırlar.  Onları  yerinə  görə  fərqləndirmək  lazımdır.  Buna  görə  də  oxucuya 

vacibdir ki, onları fərqləndirməyə çalışsın və onları bir-birinə oxşatmasın.”

1406


 

Bunu  da  qeyd  etmək  lazımdır  ki,  müəlləq  hədislər  Buxarinin  məşhur  “Səhih” 

əsərində  də  mövcuddur.  Bu  barədə  Talat  Koçyigit  yazır:  “Buxarinin  səhihinin 

müəlləq  hədislərin  başlıca  mənşəyi  olduğu  məlumdur.  Bu  mövzunu  ilk  ələ  alıb 

araşdıran və ona “təliq” deyə ad verən Əbülhəsən Dəraqutni (öl. 385 h/q) olmuşdur. 

Daha  sonra  eyni  adı  işlədən  Əbu  Abdullah  əl-Hümeydi  olmuşdur.  O,  “əl-Cəm 

beynəs-səhiheyn” əsərində bunu izləmişdir.

1407


 

Əhli-sünnə  alimlərinə  görə  də  müəlləq  hədisin  səhhəti  isnadının  bilinməsinə 

bağlıdır. İsnadı bilinən və qəbul şərtlərini özündə daşıyan müəlləq bir hədisin səhih 

və ya həsən hökmünü daşıması təbidir...”  

 

əl-Müdəlləs 

Müdəlləs  “tədlis”  sözündən  olub,  hərfən  “malın  eybini  müştəridən  gizlətmək” 

mənasında işlədilir. Hədis elmindəki mənasına gəldikdə isə şiə qaynaqlarında bu növ 

hədislər üç çeşiddə incələnir: 



A).  Ravinin  görüşdüyü  və  ya  müasiri  olduğu,  lakin  onu  eşitmədityi  şəxsdən 

rəvayət  etməsi,  bu  hal  ilə  ki,  sanki  elə  zənn  edir  ki,  rəvayətini  ondan  eşitmişdir. 

Məsələn, belə deyə: “filankəs dedi.” 

B).  Ravinin  şeyxi,  hansı  ki,  ona  rəvayət  edib  düşməyir  və  deməli,  sənədin 

əvvəlində tədlis baş verməyir. Amma ondan sonrakı zəif raviləri yaxud kiçik yaşlıları 

(sənəddən) düşürür və belə hədisdən ravilərin düşməsi hədisi (sanki) gözəlləşdirir. 

                                                 

1405

 ən-Nuri, ət-Təqribu vət-təysir, c. I, səh. 181 



1406

 Üsulul-hədis və əhkamuhu, səh. 105-106 

1407

 Hədis üsulu, səh. 66, Fuad Sezgin, Buxarinin qaynaqları, səh. 83 




[397] 

 

C). Şüyux tədlisi. Bu ravinin öz şeyxini bilinməyən və ya tanınmayan adla və ya 

künyə ilə adlandırması ilə ortalığa gələn hədisdir.

1408


 

Hər  iki  məzhəb  alimlərinin  verdikləri  bu  tərifdən  belə  başa  düşmək  olur  ki, 

ravinin  sənəddə  keçən  ravilərin  adlarını  qəsdən  gizlətməsi  və  guya  bu  isnadda 

bunların adları yoxmuş kimi rəvayət etdiyi hədis müdəlləs hədis olur. 

Müdəlləs hədis növünü daha da gözəl şəkildə incələyən Talat Koçyigit və Sübhi 

əs-Saleh yazırlar: “Tədlisin müxtəlif növləri vardır: 



1.

 

Tədlisül-isnad 

Ravinin  görüşdüyü  şeyxdən,  doğrudan-doğruya  eşitmədiyi,  ancaq  bir  başqası 

vasitəsiylə aldığı hədisi aradakı  vasitəni qaldıraraq  ondan rəvayət  etməsidir. Bu  tərif 

ümumilikdə müdəlləs üçün verilən tərifi xatırladır. 



2.

 

Tədlisüt-təsviyə 

Ravinin şeyxini deyil,  ya şeyxinin şeyxini,  yaxud da daha  yuxarıdakı  bir şeyxi 

ya zəif ya da kiçik yaşlı olduğu üçün isnaddan düşürməsi (atması), başqa sözlə isnadı 

təsviyə etməsi ilə ortaya çıxan hədisdir. 



3.

 

Tədlisüş-şüyux 

Ravinin isnadı zikr edərkən şeyxini, məruf və məşhur olan isim, künyə, nəsəb və 

ya  ləqəblə  deyil,  sırf  çaşdırmaq  üçün  bilinməyən  bir  isim  və  ya  ləqəblə  qeyd  etdiyi 

hədisdir.

1409

 

Göründüyü  kimi  hədisdə  tədlis  hər  iki  məzhəb  alimlərinə  görə  hədisi  zəiflik 



dərəcəsinə endirir və onun dəlil olmasını əngəlləyir. Hədis alimləri hər növ müdəlləs 

hədisi pisləmiş və bu kərahətlərini birinci qrup tədlisdə daha da şiddətli göstərmişlər. 

Xətib  əl-Bağdadi  tədlis  haqqında  demişdir:  “tədlis  məkruhdur.”

1410


 İbn  Salah  isə 

demişdir:  “tədlisin  birinci  növü  çox  olduqca  kərahətlidir  və  əksər  alimlər  onu 

məzəmmət etmişlər.”

1411


 Şöbə bin Həccac isə daha da şiddətli söz işlədərək demişdir: 

“tədlis yalanın qardaşıdır.”

1412

 

 



6.2.

 

RAVİDƏKİ CƏRHİN OLMASINA GÖRƏ ZƏİF HƏDİSLƏR 

 

Məlumdur  ki,  ravidə  “mətainu  aşara”  (on  pis  söz)  deyə  məşhur  olan  sözlərdən 



biri və ya bir neçəsi olarsa, o ravinin rəvayət etdiyi hədis zəif olacaqdır. Bu qrupa aid 

olan hədis çeşidləri aşağıdakılardır: 

 

əl-Mövzu 

Mövzu  hədis  o  hədisə  deyilir  ki,  o  hədis  yalan,  uydurulmuş  və  qondarma 

olsun.

1413


 Bu növ hədislər əslində hədis deyildir. Onlar sadəcə olaraq məsumların (ə) 

adlarına uydurulmuş bir qrup sözlərdir ki, sanki onları məsumlar (ə) söyləmişlər.Zəif 

hədislər  içərisində  ən  aşağı  yeri  mövzu  hədislər  tutur.  Çünki  bu  növ  hədislərin 

                                                 

1408

 Cəfər Sübhani, Ülumul-hədis və əhkamuhu, səh. 115, ən-Nuri, ət-Təqrub vət-təysir, c. I, səh. 186 



1409

 adı çəkilən əsəri, s-79-81, 136-138 

1410

 Xətib əl-Bağdadi, əl-Kifayə, səh. 508 



1411

 İbn Salah, Ülumul-hədis, səh. 67 

1412

 adı çəkilən əsərlər 



1413

 C. Sübhani, üsuli-hədis və əhkamuhu, səh. 119, ən-Nuri, ət-Təqrib vət-təysir, c. I, səh. 231 




Yüklə 5,12 Mb.

Dostları ilə paylaş:
1   ...   180   181   182   183   184   185   186   187   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə